Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-1486/2026 26.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi Məmmədov Habil Çingiz oğlunun sədrliyi, məhkəmə iclasının katibi X2, protokol tərtib edən orqan Azərbaycan Respublikası Mərkəzi Bankınin nümayəndəsi X4 iştirakları ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Açıq Səhmdar Cəmiyyətinin Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 422-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək cərimə edilməsinə dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(*-***)-****/**** saylı, ## ##### 2026-cı il tarixli qərarından barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Protokol tərtib edən orqanlar Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Açıq Səhmdar Cəmiyyətinin (VÖEN: **********) barəsində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 422-ci maddəsi ilə EP ******* nömrəli, # #### 2026-cı il tarixli inzibati xəta haqqında protokol tərtib edərək, baxılması üçün məhkəməyə göndərmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(*-***)-****/**** saylı, ## ##### 2026-cı il tarixli qərarı ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Açıq Səhmdar Cəmiyyətinin Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 422-ci maddəsi ilə təqsirli bilinərək 2.000 (iki min) manat məbləğində inzibati cərimə edilməsi qərara alınmışdır. Həmin qərardan barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Açıq Səhmdar Cəmiyyəti şikayət verərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(*-***)-****/**** saylı, ## ##### 2026-cı il tarixli qərarının ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri qismində göstərilmişdir ki, protokol inzibati xəta faktı aşkar edildikdən dərhal sonra deyil, 34 gün sonra tərtib edilmişdir. Təsvir edilənlərlə yanaşı, qeyd edilməlidir ki, iş üzrə icraata xitam verilməsi hər hansı bir səbəbdən mümkün hesab edilməzsə, inzibati işin yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməlidir. Belə ki, inzibati xəta haqqında Protokol törədilməsi ehtimal edilən inzibati xəta faktı aşkar edildikdən dərhal sonra deyil, 34 gün sonra tərtib edilmişdir. Azərbaycan Respublikası Mərkəzi Bankının ##.##.2026-cı il tarixli məktubundan görünür ki, həmin tarixdə inzibati xəta ilə bağlı əhəmiyyətli hallar artıq inzibati orqana məlum olmuşdur. Beləliklə, Mərkəzi Bank törədilməsi ehtimal edilən inzibati xəta barədə ən geci ##.##.2026-cı il tarixdə məlumatlı olmuşdur. Buna baxmayaraq, inzibati xəta haqqında Protokol yalnız ##.##.2026-cı il tarixdə tərtib edilmişdir. Həmçinin, birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qərarda Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Açıq Səhmdar Cəmiyyəti tərəfindən hansı konkret normativ hüquqi aktın hansı normasının pozulduğu tam və aydın şəkildə göstərilməmişdir. Qərarda yalnız məlumatın X19 Sistemində (MEAS) açıqlanmadığı qeyd edilmiş, lakin həmin məlumatın hansı müddətdə, hansı qaydada və hansı tarixədək açıqlanmalı olduğu müəyyən edilməmişdir. Halbuki, Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 101.1-ci maddəsinə əsasən inzibati xətanın törədilməsi faktı aşkar edildikdən dərhal sonra inzibati xəta haqqında protokol tərtib edilir. Iş materiallarında ## ###### 2026-cı il tarixindən sonra əlavə araşdırma tədbirlərinin həyata keçirildiyini təsdiq edən hər hansı sübut mövcud deyildir. Bu baxımdan, Protokolun 34 gün gecikmə ilə tərtib edilməsinin obyektiv və qanuni səbəbi müəyyən edilmir. Buna baxmayaraq, birinci instansiya məhkəməsi göstərilən prosessual pozuntuya hüquqi qiymət verməmiş, Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinin tələblərinə uyğun olaraq düzgün tərtib edilməmiş Protokolun onu tərtib etmiş orqana qaytarılması məsələsini müzakirə etməmişdir. Məhkəmə iclasında çıxış edən protokol tərtib edən orqan Mərkəzi Bankın nümayəndəsi X4 apellyasiya şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsini xahiş etdi. Apellyasiya qaydasında verilmiş şikayət üzrə məhkəmə baxışı ilə əlaqədar işə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iş üzrə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzürlü səbəbdən olması və ya məhkəmə iclasının təxirə salınması barədə vəsatət verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 133.2.4-cü maddəsinə əsasən onun iştirakı olmadan inzibati işə baxılmasını mümkün hesab edir. Məhkəmə apellyasiya qaydasında verilmiş şikayət ilə əlaqədar inzibati işin materiallarını araşdırıb, hesab edir ki, verilmiş apellyasiya şikayəti təmin edilməməli və Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Açıq Səhmdar Cəmiyyətinin barəsində Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 422-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib inzibati qaydada cərimə edilməsinə dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(*-***)-****/**** saylı, ## ##### 2026-cı il tarixli qərarı qanuni və əsaslı olduğundan verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Inzibati xəta haqqında protokoldan görünür ki, Bakı şəhəri ** saylı notariat ofisinin ## ###### 2026-cı il tarixli *M-** nömrəli X17 müqaviləsi ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Açıq Səhmdar Cəmiyyətinin səhmdarları X3 ona məxsus olan hər birinin nominal dəyəri 200 (iki yüz) manat olan, 500 ədəd adi adlı səhmləri və Həsənov Rifat Vaqif oğlu ona məxsus olan hər birinin nominal dəyəri 200 (iki yüz) manat olan, 2.250 ədəd adi adlı səhmləri X1 bağışlamışlar. Qeyd edilən bağışlama müqaviləsi ## ###### 2026-cı il tarixdə Azərbaycan Respublikasının Milli Depozit Mərkəzi tərəfindən qeydiyyata alınmaqla X1 Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Açıq Səhmdar Cəmiyyətinin 100% pay sahibinə çevrilmişdir. Lakin, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Açıq Səhmdar Cəmiyyəti tərəfindən əhəmiyyətli payın əldə edilməsi və özgəninkiləşdirilməsinə dair məlumatların X20 Sistemində (MEAS) ictimaiyyətə açıqlanması təmin edilməmişdir. Nəticədə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Açıq Səhmdar Cəmiyyəti tərəfindən Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 422-ci maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir. Azərbaycan Respublikası Dövlət Vergi Xidmətinin Kommersiya qurumlarının dövlət reyestri məlumatlarının verilməsi pəncərəsindən əldə edilmiş çıxarışdan görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Açıq Səhmdar Cəmiyyətinin hüquqi ünvanı AZ1141, ünvan 1 və sonuncu dəyişiklik ## ###### 2026-cı il tarixdə olmuşdur. Azərbaycan Respublikasının Milli Depozit Mərkəzinin *-*-*/*-***/**** saylı, ## ###### 2026-cı il tarixli məktubdan görünür ki, sorğu edilən emitentlər üzrə depozitlər sistemdə son 3 (üç) ay ərzində əhəmiyyətli payın əldə edilməsi və ya özgəninkiləşdirilməsi baxımından yalnız Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Açıq Səhmdar Cəmiyyətinin AZ1001006100 dövlət qeydiyyat nömrəli səhmlər üzrə ## ###### 2026-cı il tarixində bağışlanma əqdi qeydiyyata alınmışdır. Bu əqdə əsasən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Açıq Səhmdar Cəmiyyəti üzrə Rifat Vaqif oğlu Həsənov ona məxsus 2.250 (iki min iki yüz əlli) ədəd (45%) və X13 ona məxsus 500 (beş yüz) ədə (10%) adi adlı səhmi cəmiyyətin digər səhmdarı X6 bağışlamışlar. Nəticədə, X6 Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Açıq Səhmdar Cəmiyyətinin 100 % pay sahibinə çevrilmişdir. ## ###### 2026-cı il tarixli X17 Müqaviləsindən görünür ki, X5 və Həsənov Rifat Vaqif oğlu Azərbaycan Respublikasının Milli Depozit Mərkəzi tərəfindən ##.##.2026-cı ildə verilmiş *-*-*/*- */**** saylı arayışa və ## ###### 2025-ci il tarixli Qiymətli Kağız Mülkiyyətçilərinin reyestrindən çıxarışa əsasən qeydiyyat nömrəsi AZ1001025894 olan, xxxx” Açıq Səhmdar Cəmiyyətindəki X3 məxsus olan hər birinin nominal dəyəri 200 (iki yüz) manat olan, 500 ədəd adi adlı səhmləri və Həsənov Rifat Vaqif oğluna məxsus olan hər birinin nominal dəyəri 200 (iki yüz) manat olan, 2.250 ədəd adi adlı səhmləri – X1 bağışladı. Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir.” Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən “Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur.” Hüquq normaları ictimai münasibətlərdən irəli gələn hüquq münasibətlərinin tənzimlənməsinin əsasını təşkil edir. Belə münasibətlərin reallaşdırılmasının özülü kimi qiymətləndirilən hüquq normaları özundə dövlətin iradəsini əks etdirir və hüquq subyektlərinin qarşılıqlı hüquq və vəzifələrini müəyyənləşdirir. Qeyd edilməlidir ki, fərdin hüquq normalarında nəzərdə tutulan tələb və göstərişlərə zidd davranışı ictimai zəruri və faydalı hesab edilməyən hərəkəti kimi hüquq pozuntusu olmaqla cəmiyyət və dövlət qarşısında muvafiq məsuliyyətin yaranması ilə nəticələnir. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 422-ci maddəsinə əsasən qiymətli kağızlar bazarında lisenziyalaşdırılan şəxslər, mərkəzi depozitar, səhmdar investisiya fondu, investisiya fondunun idarəçisi və emitent tərəfindən qiymətli kağızlar bazarı haqqında qanunvericiliyə görə açıqlanmalı və ya dərc edilməli olan məlumatların açıqlanmasından və ya dərc edilməsindən imtina etməyə və ya yayınmağa, yaxud açıqlanması və ya dərc edilməsi üçün müəyyən edilmiş müddətin və qaydanın pozulmasına görə - vəzifəli şəxslərə xəbərdarlıq edilir və ya onlar beş yüz manatdan altı yüz manatadək məbləğdə cərimə edilir, hüquqi şəxslər iki min manatdan üç min manatadək məbləğdə cərimə edilir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin Inzibati Xətalar Məcəlləsinin 422-ci maddəsi ilə təqsirli olması iş materiallarında olan və yuxarıda sadalanan sübutlarla tam olaraq öz təsdiqini tapmışdır. Iş üzrə toplanmış sübutları qiymətləndirərək məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Açıq Səhmdar Cəmiyyətinin barəsində olan inzibati xəta haqqında işə baxarkən təqdim olunmuş materiallar əsasında inzibati xəta haqqında qanunvericiliyin tələblərinə uyğun, düzgün olaraq araşdırmış və əsaslı olaraq onu Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 422-ci maddəsi ilə tənbeh etmişdir. Şikayətdə səlahiyyətli orqanın barəsində prosessual pozuntu olaraq qeyd edilmişdir ki, səlahiyyətli inzibati orqan inzibati xətanı aşkar etdikdən dərhal sonra protokol tərtib etməli olduğu halda 34 gün sonra tərtib etmişdir. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 101.3-cü maddəsinə əsasən inzibati araşdırma aparıldığı hallarda, inzibati xəta haqqında protokol bu Məcəllənin 102.5-ci maddəsində göstərilən müddətdə tərtib edilir. Həmin Məcəllənin 102.5-ci maddəsinə əsasn inzibati araşdırma inzibati xəta haqqında iş üzrə icraatın başlama vaxtından bir aydan artıq olmayan müddətə aparılır. Göründüyü kimi qanunvericilik bir gündən daha artıq müddətdə protokolun tərtib edilməsini təsbit etmişdir. Məhkəmə hesab edir ki, şikayətin dəlilləri formal mülahizələrlə irəli sürülərək məsuliyyətdən yayınma cəhdindən ibarətdir. Belə ki, şikayətdə göstərilənlər qanunsuz olduğundan birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Məhkəmə belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Açıq Səhmdar Cəmiyyətinin Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 422-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh edilməsi barədə düzgün nəticəyə gəlmişdir. Ona görə də birinci instansiya məhkəməsinin qərarının dəyişdirilməsi üçün əsaslar müəyyən edilmədiyindən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Açıq Səhmdar Cəmiyyətinin Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 422-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 2.000 (iki min) manat məbləğində cərimə edilməsinə dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(*-***)-****/**** saylı, ## ##### 2026-cı il tarixli qərarı dəyişdirilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 128- 136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDI: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayət təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(*-***)-****/**** saylı, ## ##### 2026-cı il tarixli qərarı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir, ondan şikayət verilə bilməz. Hakim: Habil Məmmədov
Məhkəmə qərarları › İş №3(3-6)-1486/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-1486/2026
26.05.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver