Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-1487/2026 25.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakim Məmmədov Murad Akif oğlunun sədrliyi, məhkəmə iclas katibi Nağıyeva Milana Varis qızının katibliyi ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərarından barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş şikayət üzrə işə apellyasiya icraatı qaydasında Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baхaraq, Müəyyən etdi: Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası Daxili Işlər Nazirliyinin Baş Dövlət Yol Polisi Idarəsi tərəfindən tərtib edilmiş ##.##.2026-cı il tarixli, EQ ******** nömrəli “Inzibati tənbeh vermə haqqında” qərardan şikayətlə məhkəməyə müraciət etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, onun barəsində Baş Dövlət Yol Polisi Idarəsinin Mərkəzi Məlumat Xidmətinin EQ ******** saylı, ##.##.2026-ci il tarixli qərarı qanunsuz olaraq qəbul edilmişdir. Belə ki, qəbul edilmiş qərardan görünür ki, ehtimal edilən inzibati xəta hadisəsini aşkar edən xüsusi texniki vasitənin göstəricisi tipi, markası, modeli, yerləşdiyi yer, son dəfə dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar yoxdur. Halbuki IXM-nin 100.5 nömrələnmiş blankda tərtib edilmiş inzibatı xəta haqqında protokolda 100.5.8-ci maddəsinə əsasən inzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitələrdən istifadə olunmuşdursa, onların göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar göstərilir. Göründüyü kimi qərarda texniki vasitə barədə ümumiyyətlə heç bir məlumat qeyd edilməmişdir. Bundan başqa, qərar Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 122.1-ci maddəsinin tələblərinin də kobud surətdə pozulması qəbul edilmişdir. Belə ki, qərar real vaxt rejimində elektron formada birbaşa həmin informasiya sisteminə ötürülməmiş, təsdiq edilmiş həmin qərar real vaxt rejimində, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilməmişdir Qərardan görünür ki, znibati xətanın ##.##.2026-cı il tarixdə saat 16:08-də törədilməsi göstərilsə də, qərar ##.##.2026-ci il tarixdə saat 10:49:01-də qəbul edilmiş və imzalanmışdır. Bununla da, 122.1- cı maddənin tələbləri pozulmuş, həm qərar real vaxt rejimində qəbul edilməmiş, həm də qərara xüsusi texniki vasitələrin məlumatları əlavə edilməmişdir. Həmçinin, bildirilir ki, qərar güya yolayrıcını keçmə qaydalarının pozulmasına görə qəbul edilmişdir. Halbuki, tərəfindən heç bir qayda pozuntusuna yol verilməmişdir. Əgər yolayrıcında, o cümlədən yolun hərəkət hissələrinin kəsişmə yerində, yaxud yolayrıcından və ya kəsişmə yerindən bilavasitə sonra tıxac yaranıbsa və bu, sürücünü dayanmağa məcbur edərək digər istiqamətlərdən nəqliyyat vasitələrinin hərəkəti üçün maneə yaradacaqsa, sürücünün belə yolayrıcına və ya 1.25 nişanlanması ilə işarələnmiş kəsişmə yerinə daxil olması qadağandır. Yol hərəkəti haqqında Azərbaycan Respublikasının Qanunu 75-cı maddəsinə əsasən əgər yolayrıcında, o cümlədən yolun hərəkət hissələrinin kəsişmə yerində yaxud yolayrıcından və ya kəsişmə yerindən bilavasitə sonra tıxac yaranıbsa və bu sürücünü dayanmağa məcbur edərək digər istıqamətlərdən nəqliyyat vasitələrinin hərəkəti üçün maneə yaradacaqsa, sürücünün belə yolayrıcına və ya 1.25 nişanlanması ilə işarələnmiş kəsişmə yerinə daxil olması qadağandır. Gorunduyu kimi həmin maddədə bir neçə hipoteza yəni şərt müəyyən edilmişdir. Belə ki, 1- cı yolun hərəkət hissələrinin kəsişmə yerində, yaxud yolayrıcından və ya kəsişmə yerindən bilavasitə sonra tıxac yaranmalıdır, 2-ci bu sürücünü dayanmağa məcbur etməlidır və 3-cü digər istiqamətlərdən nəqliyyat vasitələrinin hərəkəti üçün maneə yaratmalıdır. Lakin, mən yolayrıcına daxil olararkən yolayrıcında tıxac olmamış və avtomobillər hərəkətdə olmuşdur. (1-ci şərt arada qalxır). Ikincisi tərəfindən digər istiqamətlərdən nəqliyyat vasitələrinin hərəkəti üçün maneə yaradılmamışdır. (3-cu şərt mövcud deyil). Göstərilən kobud qanun pozuntularını nəzərə alaraq Baş Dövlət Yol Polisi idarəsinin Mərkəzi Məlumat Xidmətinin EQ ******** saylı, ##.##.2026-cı il tarixli qərarının ləğv edilməsim və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı, ##.##.2026-cı il tarixli tarixli saylı qərarı ilə Azərbaycan Respublikası Daxili Işlər Nazirliyinin Baş Dövlət Yol Polisi Idarəsi tərəfindən tərtib edilmiş ##.##.2026cı il tarixli, EQ ******** nömrəli “Inzibati tənbeh vermə haqqında” qərarından Qərardan şikayət verən orqan (şəxs) verdiyi şikayət təmin edilməmişdir. Birinci instansiya məhkəməsinin qərarından narazı qalan Qərardan şikayət verən orqan (şəxs) şikayət verərək Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərarının ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri, tərəflərin izahatları: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinə müraciət etsəm də, hakim X1 ümumiyyətlə heç bir araşdırma aparmadan, heç bir cümlə belə əsaslandırma aparmadan, ümumi cümlələr yazılmış qərar qəbul etmişdir. Qərar onunla əsaslandırılmışdır ki, inzibati məsuliyyətə səbəb olan əməlin əsası kimi məhkəmədə tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu inzibati xətaya qiymət verilməsi baxımından kifayət edir və onun əməli düzgün olaraq IXM-in 327.2-ci maddəsi ilə tövsif edilmişdir. Hazırda da şikayətin dəlilləri sözügedən qərarın ləğv edilməsi üçün əsas kimi çıxış etmir. Halbuki, məhkəmə araşdırması zamanı yalnız mənim təqim etdiyim mübahisələndirilən qərar sübut kimi təqdim edilmişdir. Həmin qərar isə həqiqəti müəyyən etməyin və ədalətli qərar qəbul etməyin yeganə sübut ola bilməz. Çünki həmin qərar həqiqətə uyğun olmamaqla kobud pozuntulara yol verməklə tərtib edilmişdir. Belə ki, qəbul edilmiş qərardan görünür ki, ehtimal edilən inzibati xəta hadisəsini aşkar edən xüsusi texniki vasitənin göstəricisi, tipi, markası, modeli, yerləşdiyi yer, son dəfə dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar yoxdur. Halbuki, IXM-nin 100.5. Nömrələnmiş blankda tərtib edilmiş inzibati xəta haqqımda protokolda aşağıdakılar göstərilir: 100.5.8-ci maddəsinə əsasən inzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitələrdən istifadə olunmuşdursa, onların göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar. Göründüyü kimi qərarda texniki vasitə barədə ümumiyyətlə heç bir məlumat qeyd edilməmişdir. Bundan başqa, qərar real vaxt rejimində elektron formada birbaşa həmin informasiya sisteminə ötürülməmiş, təsdiq edilmiş həmin qərar real vaxt rejimində, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilməmişdir. Qərardan görünür ki, iznibati xətanın ##.##.2026-cı il tarixdə saat 16:08-də törədilməsi göstərilsə də, qərar ##.##.2026-cı il tarixdə saat 10:49:01 qəbul edilmiş və imzalanmışdır. Bununla da, 122.1-ci maddənin tələbləri pozulmuş, həm qərar real vaxt rejimində qəbul edilməmiş, həm də qərara xüsusi texniki vasitələrin məlumatları əlavə edilməmişdir. Həmçinin, hakim tərəfindən həqiqəti müəyyən etmək üçün zəruri olan video görüntülərə tələb edilməmişdir. Əgər həmin video görüntü sorğu verilsəydi, qərarın qanunsuz qəbul edilməsi aşkar olunardı. Müəyyən olunardı ki, o, yolayrcına daxil olaraqkən yolayrıcında tıxac olmamış və avtomobillər hərəkətdə olmuşdur. (1-ci şərt arada qalxır). Ikincisi tərəfindən digər istiqamətlərdən nəqliyyat vasitələrinin hərəkəti üçün maneə yaradılmamışdır. (3-cü şərt mövcud deyil) Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Işin halları və hüquqi məsələlər: Apellyasiya şikayətində barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs hakimin gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmamasını, hakim, tərəfindən, mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmamasını iddia edilərək tələbi IXM-in 135.1.1 və 135.1.2-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. IXM-in 135.1.1 və 135.1.2-ci maddələrinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması, hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardır. Şikayətdə birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi xahiş olunsa da, birinci instansiya məhkəməsi iş üzrə mühüm əhəmiyyətə malik olan halları araşdıraraq, IXM-in 75,76, 84-cü maddəsinin tələblərinə uyğun olaraq sənədləri, izahatı, sübut növləri kimi qəbul etmiş, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, düzgün nəticəyə gələrək şikayəti təmin etməmişdir. Məhkəmə göstərilən qənaətə gələrkən, sübutların artıq birinci instansiya məhkəməsi tərəfindən tam, hərtərəfli və dolğun şəkildə və bir-biri ilə qarşılıqlı əlaqədə tədqiq edilməklə, qanunvericiliyin tələblərinə əsasən araşdırılmaqla yekun nəticəyə gəlindiyini qeyd edir və bu səbəbdən hesab edir ki, hazırda qərarın məzmununda göstərilən sübutların təkrarən geniş şəkildə sadalanmasına lüzum olmadığından yalnız verilmiş şikayətin dəlilərinə münasibətdə qiymətləndirilməlidir. Şikayətçinin iddiasına görə o, yolayrıcını keçmə qaydalarını pozmamışdır. Şikayətçinin qeyd edilən dəlillərini iş materialları ilə yoxladıqda əsaslı olmadığı görünür. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinin 11-ci bəndinə əsasən yolayrıcı – yolların bir səviyyədə hər hansı kəsişməsi, birləşməsi və ya şaxələnməsi, o cümlədən bunların əmələ gətirdiyi ərazidir. Həmin Qanunun 1-ci maddəsinin 41-ci bəndinə əsasən yol vermək – sürücünün hərəkəti davam etdirməsi və ya yenidən hərəkətə başlaması, hər hansı manevr etməsi başqa nəqliyyat vasitələrinin sürücülərini və piyadaları qəflətən hərəkət istiqamətini və ya sürəti dəyişdirməyə məcbur edə biləcəyi halda, onun hərəkəti davam etdirməməsi və ya yenidən hərəkətə başlamaması, manevr etməməsidir. Həmin Qanunun 42-ci maddəsinin XV hissəsinə əsasən yol nişanları ilə hərəkət üstünlüyü müəyyən edilməmişdirsə, dairəvi hərəkət təşkil olunmuş yolayrıcına daxil olan sürücü dairədə hərəkət edən nəqliyyat vasitələrinə yol verməlidir. Şikayətin dəlillərində inzibati xətanın real vaxt rejimində tərtib edilmədiyi qeyd edilmişdir. Həmin Məcəllənin 122.1-ci maddəsinə əsasən Bu Məcəllənin 327.1 - 327.5, 328, 329.1, 329.2, 330, 339.1-1, 346.3, 346-1.1, 346-1.5, 353.2 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin mərkəzi informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və həmin mərkəzi informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin qərar real vaxt rejimində, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilir. Hazırkı iş üzrə inzibati xəta hadisəsi ## ###### 2026-cı il tarixdə, saat 16:08-də törədilmiş, foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilmiş, inzibati tənbeh vermə haqqında qərar və onun əlavəsi (foto və ya video materiallar) inzibati xətanın törədildiyi gündən bir gün müddətində, növbəti gün ##.##.2026-cı il tarixdə, saat 10:49-da nəqliyyat vasitəsinin istifadəçisi üçün internet informasiya resursunda yaradılan elektron kabinetdə yerləşdirilmişdir. IXM-nin 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə yüz manat məbləğində cərimə edilir. Məhkəmə qeyd edir ki, inzibati xəta haqqında iş üzrə sübutlar və onların qiymətləndirilməsini tənzimləyən IXM-in 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Beləliklə, birinci instansiya məhkəməsində şikayətçinin göstərdiyi dəlilləri ətraflı araşdırılmaqla, toplanmış sübutları tam, hərtərəfli və obyektiv tədqiq edilmiş və həmin sübutlar əsasında məhkəmə şikayətin rəddi barədə işin faktiki hallarına uyğun olan qanuni və əsaslı nəticəyə gəlmişdir. Bu səbəbdən şikayətdə göstərilənlər qərarın ləğv edilməsi və ya dəyişdirilməsi, eləcə də iş üzrə icraata xitam verilməsi üçün əsas olmadığından verilmiş apellyasiya şikayəti təmin edilməməlidir. IXM-in 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Şərh olunanlara əsasən və IXM-nin 134.1.4-cü maddəsini rəhbər tutaraq, Qərara aldım: Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir, ondan şikayət və ya protest verilə bilməz.
Məhkəmə qərarları › İş №3(3-6)-1487/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-1487/2026
25.05.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver