Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-1488/2026 25.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi İbrahimov Zamin Vəliyəddin oğlunun sədrliyi və məhkəmə iclasının katibi Eminov Azər Elçin oğlunun katibliyi ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarından Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Qərardan şikayət verən orqan (şəxs) şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsi tərəfindən tərtib edilmiş ##.##.2026cı il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, ##.##.2026-cı il tarixdə ünvan 1 ünvanında şaş inspektor R X1 tərəfindən TP ******* nömrəli inzibati xəta haqqında qərar qəbul edilmişdir. Həmin qərarda Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.3-cü maddəsi əsasında mənə 400 (dörd yüz) manat məbləğində cərimə tətbiq edilmişdir. Cərimənin əsası kimi nəqliyyat vasitəsini idarəetmə hüququ olmadan avtomobil idarə etmək göstərilmişdir. Lakin qeyd etmək lazımdır ki, həmin tarixdə, yəni ##.##.2026-cı ildə barəsində nəqliyyat vasitəsini idarəetmə hüququnun məhdudlaşdırılması qanuni əsasa malik deyildi. Belə ki, aşağıda göstərdiyi ardıcıl hüquqi proses bu qərarın qanunsuz olduğunu sübut edir: DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən ##.##.2026-cı il tarixdə EQ ******** nömrəli inzibati tənbeh vermə haqqında elektron qərar qəbul edilmişdir. Həmin qərarda İXM-nin 346.4-cü maddəsi əsasında ona cərimə tətbiq olunmuş, eyni zamanda 327.7-ci maddəyə əsasən nəqliyyat vasitəsini idarəetmə hüququ 6 ay müddətinə məhdudlaşdırılmışdır. O, həmin qərarla razılaşmamış, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət vermişdir. Məhkəmə ##.##.2026-cı il tarixdə iş üzrə *(*-**)-***/**** saylı qərar qəbul etmiş, şikayətini qismən təmin edərək EQ ******** nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarı ləğv etmiş və işin yenidən baxılması üçün DİN Baş Dövlət Yol Polisi İdarəsinə göndərmişdir. Nərimanov Rayon Məhkəməsinin qərarının icrası ilə əlaqədar DİN Baş Dövlət Yol Polisi İdarəsi işi yenidən araşdırmış, araşdırmanın nəticəsi olaraq ##.##.2026-cı il tarixli, № **/*- ***** nömrəli qərarda Azərbaycan Respublikası İXMnin 327.7-ci maddəsi əsasında nəqliyyat vasitəsini idarəetmə hüququnun 6 ay müddətinə məhdudlaşdırılmasına dair yeni qərar qəbul edilmişdir. Həmin qərar ona Azərpoçt vasitəsilə göndərilmiş, Xaçmaz Rayon Poçt Şöbəsinə ##.##.2026-cı il tarixdə daxil olmuş, lakin bayram günlərindən sonra ##.##.2026-cı il tarixdə onun tərəfindən qəbul edilmişdir. Şikayətin predmeti olan ##.##.2026-cı il tarixli TP ******* nömrəli qərar isə məhz bu araşdırma prosesi davam etdiyi bir dövrdə Nərimanov Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarı ilə əvvəlki inzibati xəta haqqında qərar ləğv edilmiş, lakin yeni qərar hələ qəbul edilməmiş olan aralıq dövrdə qəbul edilmişdir. Belə bir halda onun nəqliyyat vasitəsini idarəetmə hüququ heç bir qüvvədə olan qərara əsaslanmayaraq məhdudlaşdırılmış sayıla bilməzdi. Bundan əlavə, polis əməkdaşı tərəfindən o, heç bir reyd əmri olmadan saxlanılmışdır. Bu hərəkət Azərbaycan Respublikası Polis haqqında Qanunun müvafiq müddəalarına və İXM-nin tələblərinə ziddir. Yuxarıda qeyd olunanları nəzərə alaraq hesab edir ki, ##.##.2026-cı il tarixli, TP ******* nömrəli 400 manat məbləğində cərimə tənbehini nəzərdə tutan inzibati xəta haqqında qərar qanunsuz əsasda qəbul edilmişdir. Belə ki, həmin tarixdə barəsində heç bir qüvvədə olan məhkəmə və ya inzibati qərar mövcud olmadığından nəqliyyat vasitəsini idarəetmə hüququnun məhdudlaşdırılması hüquqi cəhətdən əsassızdır. Qeyd etdiklərə əsasənBakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş ##.##.2026-cı il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı ilə Qərardan şikayət verən orqan (şəxs) şikayəti qismən təmin edilmiş, Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş ##.##.2026-cı il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilmiş və iş yenidən baxılması üçün Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinə göndərilmişdir. Məhkəmə qərarından narazı qalan barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Qərardan şikayət verən orqan (şəxs) apellyasiya şikayəti verərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarının ləğv edilməsini və barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Qərardan şikayət verən orqan (şəxs) və səlahiyyətli orqanın nümayəndəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş və gəlməməsinə üzrlü səbəblər olması ilə bağlı qabaqcadan məhkəməyə məlumat verməmişdir. Məhkəmə sözügedən tərəflərin iştirakı olmadan inzibati xəta haqqında iş üzrə icraata baxılmasını mümkün hesab etmişdir. İnzibati xəta haqqında iş üzrə birinci instansiya məhkəməsinin qərarından verilən şikayətə baxılarkən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*- **)-****/**** nömrəli qərarının qanuniliyini və əsaslılığını iş üzrə olan materiallar əsasında yoxlayaraq məhkəmə hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin *(*-**)-***/**** saylı, ##.##.2026cı il tarixli qərarından görünür ki, Qərardan şikayət verən orqan (şəxs) İXM-in 346.4-cü maddəsi ilə cərimə olunmasına dair DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş ##.##.2026-cı il tarixli, EQ ******** nömrəli inzibati tənbeh vermə haqqında elektron qərar ləğv edilmiş və işə yenidən baxılması DİN Baş Dövlət Yol Polisi İdarəsinə tapşırılmışdır. Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş ##.##.2026-cı il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.3-cü maddəsində nəzərdə inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 400 manat məbləğində cərimə edilmişdir. Baş Dövlət Yol Polisi İdarəsinin rəis müavini Pərvin Səfərəliyev tərəfindən qəbul edilmiş ##.##.2026-cı il tarixli, **/*-***** nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.7-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə Qərardan şikayət verən orqan (şəxs) nəqliyyat vasitəsini idarə etmək hüququ 6 ay müddətinə məhdudlaşdırılmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.3-cü maddəsinə əsasən bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə və ya nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmış şəxs tərəfindən nəqliyyat vasitəsinin idarə edilməsinə görə dörd yüz manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati tənbeh vermə haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati tənbeh vermə haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 81.2-ci maddəsinə əsasən yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan inzibati xətaların aşkarlanmasında istifadə olunan, foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə inteqrasiya olunmalıdır; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Yuxarıda sadalanan normalarının tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati tənbeh vermə haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə qeyd edir ki, iş üzrə toplanmış zəruri sübutların təqdim edilməsi və məhkəmə iclasının vaxtı və yeri barədə üstəlik qanunvericiliklə nəzərdə tutulmuş qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə səlahiyyətli orqan nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Halbuki, qanunvericiliyin tələblərinə əsasən inzibati xətanın baş verməsini, eləcə də şəxsin təqsirliliyini sübuta yetirmək səlahiyyətli orqanın üzərinə düşür və inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin *(*-**)-***/**** saylı, ##.##.2026-cı il tarixli qərarı ilə Qərardan şikayət verən orqan (şəxs) İXM-in 346.4-cü maddəsi ilə cərimə olunmasına dair DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş ##.##.2026-cı il tarixli, EQ ******** nömrəli inzibati tənbeh vermə haqqında elektron qərar ləğv edilmiş və işə yenidən baxılması DİN Baş Dövlət Yol Polisi İdarəsinə tapşırılmışdır. Baş Dövlət Yol Polisi İdarəsinin rəis müavini Pərvin Səfərəliyevin ##.##.2026-cı il tarixli, **/*-***** nömrəli inzibati tənbeh vermə haqqında qərar ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.7-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə Qərardan şikayət verən orqan (şəxs) nəqliyyat vasitəsini idarə etmək hüququ 6 ay müddətinə məhdudlaşdırılsa da, Qərardan şikayət verən orqan (şəxs) Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin ##.##.2026-cı il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.3-cü maddəsində nəzərdə inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 400 manat məbləğində cərimə edilmişdir. Məhkəmə mübahisələndirilən qərarla razılaşaraq qeyd edir ki, Qərardan şikayət verən orqan (şəxs) barəsində olan inzibati iş üzrə səlahiyyətli orqanın gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş tələblər işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu olmadığından, onun təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunduğundan, inzibati orqan xətanı təsdiq edən sübutları məhkəməyə təqdim etmədiyindən, ##.##.2026-cı il tarixli, TP ******* nömrəli qərarın ləğv edilməsinə dair şikayət əsaslıdır. Odur ki, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iş yenidən araşdırılmalı və barəsində inzibati tənbeh tətbiq edilmiş şəxsin xətanı törətməsinə dair hər hansı sübut göstərilməklə, Qərardan şikayət verən orqan (şəxs) iştirakı ilə yenidən əsaslı qərar qəbul edilməlidir. Beləliklə, sadalanan qanunun tələbləri və işin bütün hallarının tədqiqi nəticəsinə əsaslanaraq, məhkəmə belə qənaətə gəlir ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli mübahisələndirilən qərarı qanuni və əsaslıdır. Bu səbəbdən şikayətdə göstərilənlər qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas olmadığından verilmiş şikayət təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.4-cü maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDI: Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir, ondan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №3(3-6)-1488/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-1488/2026
25.05.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver