Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-1489/2026 04.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi Əliyev Emin Zöhrab oğlu, Kamranlı Mahsun Şahin oğlunun katibliyi ilə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin nümayəndəsi X9 iştirakı ilə, Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 555.1-ci maddəsi ilə təqsirli bilinərək tənbeh edilməsi haqqında inzibati iş üzrə qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi haqqında Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli *(*-***)-****/**** saylı qərarından X10 Xidmətinin hüquq idarəsi tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: Təqdim olunmuş inzibati xəta haqqında iş üzrə icraat materiallarından və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanındaQərarından şikayət verilən orqan tərəfindən qəbul olunmuş ## #### 2026-cı il tarixli, MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, vətəndaş şahid1 iş vaxtı xəsarət alması barədə “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətin baş direktoru (işəgötürən) Qərardan şikayət verən orqan (şəxs) X10 Xidmətinə məlumat vermədiyinə görə Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 555.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinərək 1000 (min) manat məbləğində cərimə ilə tənbeh edilmişdir. Qərardan şikayət verən orqan (şəxs), Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 555.1-ci maddəsi ilə təqsirli bilinərək tənbeh edilməsi haqqında,Qərarından şikayət verilən orqan tərəfindən qəbul olunmuş ## #### 2026-cı il tarixli, MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərardan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət vermişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (hakim M.M.Seyidov) ## ##### 2026-cı il tarixli qərarından görünür ki, şikayəti təmin edilmiş və Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 555.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanındaQərarından şikayət verilən orqan tərəfindən qəbul edilmiş ## #### 2026-cı il tarixli, MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilmiş və inzibati xəta haqqında iş üzrə icraata əməldə inzibati xəta tərkibi olmadığından Inzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən xitam verilmişdir. Qərardan, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin hüquq idarəsi şikayət verərək, inzibati iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli qərarının ləğv edilməsini və X10 Xidməti tərəfindən Qərardan şikayət verən orqan (şəxs) barəsində qəbul edilmiş ## #### 2026-cı il tarixli, MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərarın qüvvədə saxlanılmasını xahiş etmişdir. Şikayətin dəlilləri və tərəflərin çıxışları: Şikayəti onunla əsaslandırılmışdır ki, hadisənin istehsalatla bağlı olub-olmaması, təqsirin müəyyənləşdirilməsi və s. Xidmətin səlahiyyətindədir. Nə vəzifəli şəxsin, nə də məhkəmənin hadisənin istehsalatla bağlılığını araşdırmağa çalışması qanunauyğun deyil. Bu “araşdırma” nəticəsində gəlinən nəticələrin hüquqi qüvvəsinin olmaması ilə yanaşı, IXM-nin 555.1-ci maddəsinə münasibətdə əhəmiyyətsizdir. Hazırda qeyd olunan hadisə ilə bağlı təhqiqat aparılır və hadisənin istehsalatla bağlı olub-olmaması məhz həmin təhqiqatın yekununda müəyyən edilə bilər. Birinci instansiya məhkəməsi tərəfindən sübutların qiymətləndirilməsi düzgün aparılmadığından işin faktiki hallarına uyğun olmayan əsassız nəticəyə gəlinmiş və qərar qəbul edilmişdir. Məhkəmə iclasında, X10 Xidmətinin nümayəndəsi X9 şikayəti müdafiə edərək, təmin edilməsini xahiş emişdir. Məhkəmə, iclasın vaxtı və yeri barədə rəsmi qaydada xəbərdar olunmuş, lakin məhkəmə iclasına gəlməmiş, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab etmişdir. Işin halları və hüquqi məsələlər: Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlilləri əsasında inzibati xəta haqqında iş üzrə toplanmış icraat materiallarını hərtərəfli, tam və obyektiv araşdırıb, proses iştirakçısının çıxışını dinləyərək hesab edir ki, aşağıda qeyd olunan əsaslara görə şikayət təmin edilməməli və inzibati iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya instansiyası məhkəməsi belə qənaətə gələrkən, verilmiş şikayət üzrə inzibati xəta haqqında aparılmış icraatın xüsusiyyətlərini, qəbul edilmiş məhkəmə qərarının qanuniliyini və əsaslılığını, iş üzrə toplanmış və əlavə təqdim edilmiş materiallar əsasında yoxlamağı və qanunvericiliyin tələblərini rəhbər tutmağı vacib hesab edir. Belə ki, inzibati xəta haqqında işlərə hakim və ya səlahiyyəti orqan (vəzifəli şəxs) tərəfindən baxılarkən, xətanın müəyyən edilməsi məqsədilə işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasını həyata keçirmək üçün qanunvericiliyin tələbləri baxımından irəli gələn bütün zəruri tədbirlərin görülməsi tələb olunur. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən, qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Apellyasiya instansiyası məhkəməsi inzibati xəta haqqında iş üzrə aparılmış icraatın xüsusiyyətlərini, qəbul edilmiş məhkəmə qərarının qanuniliyini və əsaslılığını təqdim edilmiş iş materialları əsasında yoxlayaraq qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən inzibati xəta haqqında iş üzrə işin faktiki hallarına uyğun olan qərar qəbul edilmişdir. Belə ki, birinci instansiya məhkəməsi inzibati iş üzrə mübahisələndirilən məsələ ilə bağlı qərar qəbul edərkən, bu məsələnin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırıb ətraflı təhlil etmiş, gəldiyi nəticəni qanunun tələbinə və sənədlərə istinad edərək əsaslandırmışdır. Məhkəmədə bu məsələ ilə bağlı şahidin izahatı dinlənilmiş, toplanmış sənədlər tədqiq olunmuş, təhlillər aparılmış və məhkəmə araşdırması üzrə nəticə etibarı ilə yekun məhkəmə aktı qəbul edilmişdir. Məhkəmə araşdırması zamanı, “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətin baş direktoru Qərardan şikayət verən orqan (şəxs) barəsindəQərarından şikayət verilən orqan tərəfindən qəbul olunmuş ## #### 2026-cı il tarixli, MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərarın mübahisəsi ilə əlaqədar, tədqiq olunmuş sübut xarakterli sənədlərin məcmusu və videogörüntüyə keçirilmiş baxış nəticəsində, “xxxx” MMC-də dülgər vəzifəsində işləmiş şahid1 ##.##.2026-cı il tarixdə istehsalatla əlaqəli əmək funksiyasını yerinə yetirərkən xəsarət almaması və müəssisənin ərazisindən kənarda özü tərəfindən özünə xəsarət yetirməsi faktı müəyyən edilmişdir. Apellyasiya baxışı zamanı, inzibati orqanın şikayəti ilə əlaqədar, şahid1, ##.##.2026-cı il tarixdə xəsarət alması faktı üzrə Sumqayıt şəhər prokurorluğunda aparılmış araşdırma nəticəsində qəbul olunmuş qərarın surəti sorğu edilərək alınmışdır. Sumqayıt şəhər prokurorluğu tərəfindən qəbul olunmuş ## ##### 2026-cı il tarixli qərardan görünür ki, ##.##.2026-cı il tarixdə saat 21:07 radələrində Sumqayıt ŞPI-nin 2-ci PBnə daxil olan məlumata əssən, Sumqayıt TTYX-dən şahid1 Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsi, ərazisində yerləşən “xxxx” MMC-yə məxsus mebel deposunun qarşısında öz qolunu kəsici alətlə kəsərək intihar etməyə cəhd etməsi ilə bağlı 2-ci Polis Bölməsindən şəhər prokurorluğuna daxil olmuş material araşdırılmışdır. Araşdırma zamanı şahid1 izahatında göstərmişdir ki, “xxxx” MMC-də dülgər vəzifəsində işləmişdir. Iş yerində əvvəllər aldığı xəsarətlə əlaqədar müalicə xərcləri üçün pul almaq məqsədilə ##.##.2026-cı il tarixdə “xxxx” MMC-nin keçmiş rəhbəri Şahmar Kazımovun qəbuluna getmiş, lakin sonuncu ona pul verməmişdir. Buna dözməyərək əsəbiləşib avtomobilindən kəsici alət (rezak) götürərək sol qolunu 4-5 yerdən kəsərək intihara cəhd etmişdir. Araşdırma qərarında qeyd olunan ## #### 2026-cı il tarixli *** nömrəli məhkəmə tibb ekspertizasının rəyindən görünür ki, şahid1 aşkar olunmuş xəsarətlər – sol saidin kəsilmiş yaraları iti kənarlı əşyanın (alətin) təsirindən yaranmışlar, qərarda göstərilən vaxtda və şəraitdə, yəni ##.##.2026-cı il tarixdə oboy bıçağı (rezak) ilə yetirilə bilərdilər və dərəcəsinə görə həm ümumilikdə, həm də ayrı-ayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərərvurmaya aiddir. Faktla əlaqədar, dindirilmiş X5, X7, X11, X6, X1, X2, X3 izahatları və hadisə yerinə baxış keçirilməsi haqqında ## #### 2026-cı il tarixli protokol, ## #### 2026-cı il tarixli *** nömrəli məhkəmə tibb ekspertizasının və ## ##### 2026-cı il tarixli **/*** nömrəli məhkəmə təhlükəsizlik texnikası ekspertizasının rəyləri ilə müqayisədə, **C-** nömrəli material üzrə ##.##.2026-cı il tarixdə şahid1 intihara cəhd etməsi faktında cinayət hadisəsi olmadığından Azərbaycan Respublikası CPM-nin 39.1.1-ci maddəsinə əsasən cinayət işi başlanması rədd edilmişdir. Apellyasiya instansiyası məhkəməsi, yuxarıda qeyd olunan xüsusatlara əsasən qeyd edir ki, məhkəmə araşdırmaları ilə, şahid1 ##.##.2026-cı il tarixdə istehsalatla əlaqəli əmək funksiyasını yerinə yetirərkən xəsarət almadığı və müəssisənin ərazisindən kənarda intihara cəhd edərək, oboy bıçağı (rezak) ilə özünə xəsarət yetirməsi təsdiq olunmaqla, inzibati orqanın şikayəti təkzib edilmişdir. Beləliklə, inzibati xəta haqqında iş üzrə toplanmış icraat materiallarına və Sumqayıt şəhər prokurorluğu tərəfindən qəbul olunmuş ## ##### 2026-cı il tarixli qərara münasibətdə, vətəndaş şahid1 iş vaxtı xəsarət alması barədə “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətin baş direktoru (işəgötürən) Qərardan şikayət verən orqan (şəxs) X10 Xidmətinə məlumat verməməklə, Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 555.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi faktı işin həqiqi halları ilə müqayisədə təsdiq olunmamışdır. Odur ki, “xxxx” MMC-nin baş direktoru Qərardan şikayət verən orqan (şəxs) barəsindəQərarından şikayət verilən orqan tərəfindən qəbul olunmuş ## #### 2026-cı il tarixli, MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğvi ilə bağlı, inzibati orqanın mübahisəsi əsassızdır. Apellyasiya instansiyası məhkəməsi, inzibati iş üzrə toplanmış icraat materiallarında olan sübutlarla və qanunvericiliyin tələbləri ilə müqayisədə, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticəni əsaslı sayır və qeyd edir ki, şikayətin dəlilləri həmin nəticənin qanuniliyini şübhə altına alınmağa heç bir əsas vermir. Qeyd olunan xüsusatlara əsasən birinci instansiya məhkəməsinin inzibati xəta haqqında iş üzrə toplanmış icraat materiallarına əsasən gəldiyi nəticə maddi və prossesual hüquq normalarının tələbləri baxımından tam əsaslıdır. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 106.0.5-ci maddəsinə əsasən, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən, həll etməli olduğu məsələlərdən biri də mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplanılmasının yoxlanılmasıdır. Inzibati xəta haqqında iş üzrə icraat materiallarına və birinci instansiya məhkəməsinin qərarına əsasən, inzibati orqan tərəfindən inzibati xəta haqqında iş üzrə qəbul edilmiş qərar əsaslı olmamış və məhkəmədə tədqiq edilmiş sənədlərlə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilməmişdir. Şikayətin dəlillərinə münasibətdə, inzibati xəta haqqında iş üzrə birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsinə heç bir əsas yoxdur. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Odur ki, qanunvericiliyin müddəalarını və inzibati xəta haqqında iş üzrə icraat materiallarını tədqiq edən apellyasiya instansiyası məhkəməsi, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticələri işin faktiki hallarına uyğun hesab edir. Belə ki, inzibati xəta haqqında iş üzrə icraat materiallarını müqayisəli təhlil edən birinci instansiya məhkəməsi maddi və prossesual hüquq normalarına əsaslanaraq qanuni qərar qəbul etmişdir. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən, qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Yuxarıda qeyd olunan xüsusatlara əsasən, şikayət təmin edilməməli və “xxxx” MMC-nin baş direktoru Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 555.1-ci maddəsi ilə təqsirli bilinərək tənbeh edilməsi haqqında,Qərarından şikayət verilən orqan tərəfindən qəbul olunmuş ## #### 2026-cı il tarixli, MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanları və Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 128, 133, 134, 135 və 136-cı maddələrinin tələblərini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi QƏRARA A L D İ: Şikayət təmin edilməsin. xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətin baş direktoru (işəgötürən) Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 555.1-ci maddəsi ilə təqsirli bilinərək tənbeh edilməsi haqqındaQərarından şikayət verilən orqan tərəfindən qəbul olunmuş ## #### 2026-cı il tarixli, MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir, ondan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №3(3-6)-1489/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-1489/2026
04.06.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver