Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-1490/2026 01.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakim Musayev Aqil Əlisa oğlunun sədrliyi, məhkəmə iclasının katibi X3 və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin nümayəndəsi X1 iştirakları ilə, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarından barəsində inzibati xəta haqqında icraat aparılan şəxs “AS İnşaat-N” MMCnin direktoru Qərardan şikayət verən orqan (şəxs) (bundan sonra – Qərardan şikayət verən orqan (şəxs)) verdiyi şikayətə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: Qərardan şikayət verən orqan (şəxs) Qərarından şikayət verilən orqan Bakı şəhər idarəsinin (bundan sonra – səlahiyyətli orqan) onun barəsində qəbul etdiyi ## ###### 2026-cı il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verib, həmin qərarın ləğv edilməsini xahiş etmişdir. Səlahiyyətli orqan həmin qərarı ilə Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - Azərbaycan Respublikası İXM-in) 539.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilib, barəsində 1500 manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq etmişdir. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı ilə (hakim X2) Qərardan şikayət verən orqan (şəxs) verdiyi şikayət təmin edilməmiş, səlahiyyətli orqanın qəbul etdiyi ## ###### 2026-cı il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılmışdır. Qərardan şikayət verən orqan (şəxs) həmin məhkəmə qərarından şikayət verib, onun ləğv edilməsini, səlahiyyətli orqanın qəbul etdiyi ## ###### 2026-cı il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə barədə qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayətin dəlilləri və tərəfin çıxışı: Şikayət onunla əsaslandırılmışdır ki, iş üzrə səlahiyyətli orqana tələbi üzrə ümumilikdə 88 vərəq sənədlərin təqdim edilməsini təmin etmişdir. Lakin birinci instansiya məhkəməsi yekun qərar qəbul edərkən bu halı nəzərə almamış, yalnız may ayı üzrə iş vaxtı uçotu cədvəlinin təqdim edilməməsini əsas götürüb, sənədlərin natamam təqdim edildiyi barədə qənaətə gəlmişdir. Apellyasiya məhkəməsi iclasında səlahiyyətli orqanın nümayəndəsi X1 verdiyi izahatında şikayətin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Apellyasiya məhkəmə iclasına Qərardan şikayət verən orqan (şəxs) vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq gəlməmiş, məhkəməyə göndərdiyi ərizəsində məhkəmə iclasına səhhəti ilə əlaqədar gələ bilməyəcəyini göstərmişdir. Buna görə də məhkəmə şikayətə həmin onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşin halları və hüquqi məsələlər: Azərbaycan Respublikası İXM-in 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Məhkəmə iş üzrə şikayətin dəlillərinə hüquqi qiymət verilməsi ilə əlaqədar aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 15.2-ci maddəsinə əsasən əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqan fəaliyyət istiqamətlərinə uyğun olaraq işəgötürənlərdən zəruri olan məlumatların tam, düzgün və vaxtında təqdim edilməsini, habelə əmək qanunvericiliyinin pozulmasında təqsirkar şəxslərdən yol verdikləri hüquq pozuntularının aradan qaldırılmasını tələb etmək, onları Azərbaycan Respublikasının İXM ilə müəyyən olunmuş hallarda və qaydada inzibati məsuliyyətə cəlb etmək və digər məsuliyyətə cəlb olunması üçün müvafiq orqanlar qarşısında məsələ qaldırmaq hüququna malikdir. Azərbaycan Respublikası İXM-nin 539.3-cü maddəsinə əsasən əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının tələbi ilə bu Məcəllənin 539.1-1-ci maddəsində nəzərdə tutulan hallarla bağlı zəruri olan məlumatların (sənədlərin) təqdim edilməməsinə, yaxud tam, düzgün və ya vaxtında təqdim edilməməsinə (sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan yoxlamalara münasibətdə bu Məcəllənin 602.4-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla) görə hüquqi şəxslər iki min manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, iş materialları ilə “AS İnşaat-N” MMCnin səlahiyyətli orqana ## ####### 2025-ci il tarixli, *-**-*/*-*****/**** nömrəli məktubla tələb edilmiş, 2025-ci ilin iyun-avqust aylarına aid olan iş vaxtının uçot cədvəllərinin surətlərini təqdim etməməsi, yəni tələb edilmiş sənədləri natamam təqdim etməsinin müəyyən edilməsinə görə səlahiyyətli orqan və birinci instansiya məhkəməsi bu hissədə müvafiq əsaslandırma aparmaqla, həmçinin səlahiyyətli orqan Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası İXM-in 539.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməsi, birinci instansiya məhkəməsi isə həmin qərarın dəyişdirilmədən saxlanılması barədə düzgün nəticəyə gəlmişlər. Azərbaycan Respublikası İXM-in 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Məhkəmə göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, Qərardan şikayət verən orqan (şəxs) verdiyi şikayət əsassız olduğuna görə təmin edilməməli, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı verilmiş şikayətə və ona edilmiş əlavəyə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə şərh olunanlara əsaslanaraq, Azərbaycan Respublikası İXM-in 131, 133, 134.1.1, 136 və 138.1.3-cü maddələrini rəhbər tutaraq, QƏRARA A L D İ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan vəzifəli şəxs Qərardan şikayət verən orqan (şəxs) verdiyi şikayət təmin edilməsin. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərar qətidir, ondan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №3(3-6)-1490/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-1490/2026
01.06.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver