Məhkəmə qərarları › İş №3(3-6)-1492/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-1492/2026

25.05.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-1492/2026 25.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi Babayev Qədim Xalid oğlu, Azərbaycan Respublikası Mərkəzi Bankının nümayəndəsi nümayəndə1 iştirakları ilə, Müəyyən etdim: Həmin qərardan narazı qalan barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru tərəfindən apellyasiya şikayəti verilərək Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli qərarının ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsi xahiş olunmuşdur. Şikayətin dəlilləri və tərəflərin çıxışları: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, hüquqi şəxsin əməlində inzibati xəta tərkibi və buna qəsd olmamışdır. Baş vermiş kommersiya münasibətləri üzrə sənədləşmənin əsasları dəqiq və düzgün araşdırılmadığından hüquqi şəxs əsassız məsuliyyətə cəlb olunmuşdur. Barələrində tərtib olunmuş protokol həqiqəti əks etdirmir və prosessual pozuntularla rəsmiləşdirildiyindən əsassız hesab olunmaqla inzibati iş üzrə icraata xitam verilməli olduğu halda məhkəmə işin həqiqi və əhəmiyyətli hallarını düzgün tədqiq etməyərək müvafiq qərarı qəbul etmişdir. Məhkəmə qərarı iştirakları olmadan çıxarılmış və ünvanlarına vaxtında, dəqiq göndərilmədiyindən məlumatlı olmamışdırlar. Tərtib olunmuş protokola baxan birinci instansiya məhkəməsi isə əks tərəfin mövqeyini haqlı hesab etmiş və hüquqi şəxsi təqsirli bilərək barəsində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq etmişdir ki, hazırda bu qərar tərəfimizdən mübahisələndirilir. 12 yanavr 2024-cü il tarixli müqavilədən görünür Id, “xxxx” şirkəti ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC arasında dəyəri 300000.00 avro olan alğı-satqı müqaviləsi bağlanmışdır. ## ###### 2024-cü il tarixli köçürmə haqqında ərizədən görünür Id, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən “xxxx” ASC-də olan hesabdan 10000.00 Avro məbləğində pul vəsaiti “xxxx” şirkətinin hesabına köçürülmüşdür. “xxxx” ASC tərəfindən Azərbaycan Respublikasının Mərkəzi Bankına göndərilmiş ## ###### 2026-cı il tarixli məktubdan və ona əlavə edilmiş çıxarışdan görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən 10000.00 Avro məbləğində olan vəsait bank hesabından 24 yanvar 2024-cü il tarixdə Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürülmüş, lakin həmin məbləğin dəyərində olan mallar ölkəyə idxal olunmamış, xidmətlər göstərilməmiş və valyuta vəsaiti geri qayıtmamışdır. Beləliklə, müəyyən edilmişdir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti 10000.00 avro məbləğində xarici valyutada olan vəsaiti ## ###### 2024-cü il tarixdə bank vasitəsilə Azərbaycan Respublikasından kənara köçürmüş və 10000.00 Avro dəyərində malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsi və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənəd təqdim edilməmiş, qabaqcadan ödənilmiş valyuta vəsaiti xaricdən geri qaytarılmamışdır. Inzibati məsuliyyətə cəlb edilən hüquqi şəxs digər dövlətin ərazisində fəaliyyət göstərən və istehsalçı olan şirkət ilə qanuni əsaslarla müqavilə bağlamış,pul köçürülmüş və mallar Azərbaycan ərazisinə göndəriilmişdir. Malların göndərilməsi üzrə müqavilə tarixləri vardır və müəssisə həmin müəssisəsdir. xxxx” şirkətinin adından verilən ## ##### 2024-cü il tarixli Gömrük bəyamnaməsi ilə mnalların gəlişi təsdiqlənir. “ZIRAAT Bank” Azərbaycan tərəfindən verilən ## ### 2026-cı il tarixli ZB**** saylı məltubla da mövqelərində heç bir qüsur olmadığı təsdiqlənir. Məhkəmə iclasında Mərkəzi Bankın nümayəndəsi apellyasiya şikayətinə əlavə edilmiş məktubda müvafiq avans köçürməsinin bağlanması öz təsdiqini tapdığından apellyasiya şikayətinin təmin edilməsinə və iş üzrə icraata xitam verilməsinə etiraz etmədiyini bildirdi və bu barədə ərizəni məhkəməyə təqdim etdi. Məhkəmə iclasında Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin nümayəndəsi məhkəmə iclasında iştirak etmədiyindən sədlik edən məhkəmə iclasının onun iştirakı olmadan davam etdirilməsini mümkün hesab etmişdir. Işin halları və hüquqi məslələr: Şikayətlə əlaqədar inzibati işin materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb hesab edirəm ki, aşağıda göstərilən əsaslara görə apellyasiya qaydasında verilmiş şikayət təmin edilməli, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli qərarı ləğv edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: -## ###### 2024-cü il tarixli müqavilədən görünür ki, “xxxx” şirkəti ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC arasında dəyəri 300000.00 Avro olan alğı-satqı müqaviləsi bağlanmışdır. -## ###### 2024-cü il tarixli köçürmə haqqında ərizədən görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən “xxxx” ASCdə olan hesabdan 10000.00 Avro məbləğində pul vəsaiti “xxxx” şirkətinin hesabına köçürülmüşdür. -“xxxx” ASC tərəfindən Azərbaycan Respublikasının Mərkəzi Bankına göndərilmiş ## ###### 2026-cı il tarixli məktubdan və ona əlavə edilmiş çıxarışdangörünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən 10000.00 Avro məbləğində olan vəsait bank hesabından 24 aynavr 2024-cü il tarixdə Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürülmüş, lakin həmin məbləğin dəyərində olan mallar ölkəyə idxal olunmamış, xidmətlər göstərilməmiş və valyuta vəsaiti geri qayıtmamışdır. Apellyasiya şikayətinə əlavə edilmiş “Ziraat Bank” tərərfindən verilmiş arayışdan görünür ki, ## ###### 2024-cü il tarixli 1000 avro avansa uyğun 100 kodlu ************** saylı YGB təqdim edildiyindən, qeyd olunan avans gömrük portalında qismən bağlanılmışdır. Avans qalıq 1228,24 avro təşkil edir. Beləliklə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin köçürdüyü valyuta vəsaitinin qarşılığında malları qanunla müəyyən edilmiş müddətdə ölkə ərazisinə idxal etmiş, yəni onun əməlində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinin tərkib əlamətləri mövcud olmamışdır. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin: 430.4-cü maddəsinə əsasən, avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmaması inzibati məsuliyyət yaradır. 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 114.2.1-ci maddəsinə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. 135.1.1 və 135.1.2-ci maddələrinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması və hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün əsasdır. Beləliklə hesab edirəm ki, birinci instansiya məhkəməsinin hakimi tərəfindən işin faktiki halları tam, hər tərəfli və obyektiv araşdırılmamış, inzibati xəta haqqında iş üzrə gəlinmiş nəticə işin faktiki hallarına uyğun olmamışdır. Ona görə də göstərilənlərə əsasən hesab edirəm ki, apellyasiya şikayəti təmin edilməli, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində cərimə növündə inzibati tənbeh tətbiq edilməsinə dair Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ## #### 2026-cıil tarixli qərarı ləğv edilməli, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə tərtib olunmuş ## ###### 2026-cı il tarixli, EP saylı ******* nömrəli inzibati xəta haqqında protokol üzrə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmadığından xitam verilməlidir. Yuxarıda qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 134.1.3, 135 və 136-cı maddələrini rəhbər tutaraq Qərara a l ı r a m: Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən apellyasiya qaydasında verilmiş şikayət təmin edilsin. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə təqsirli bilinərək inzibati qaydada cərimə edilməsinə dair Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-****/**** saylı qərarı apellyasiya şikayətinə münasibətdə ləğv edilsin və Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan şikayət verilə bilməz. Hakim Qədim Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar