Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-1494/2026 26.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi Hümbətov Fəhmin Zaur oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Boroyev Əli Əhməd oğlunun katibliyi ilə, Qərarından şikayət verilən orqan ** saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi – X1, Şikayət vermiş şəxs Qərardan şikayət verən orqan (şəxs) nümayəndəsi və vəkili “Femida” Vəkil Bürosunun vəkili – İsmayılov Yusif Əyyub oğlunun iştirakları ilə, Qərarından şikayət verilən orqan ** saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən qəbul edilmiş ##.##.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilərək, Qərardan şikayət verən orqan (şəxs) barəsində başlanmış inzibati xəta haqqında işin icraatına xitam verilməsinə dair Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-***/**** nömrəli qərarından Qərarından şikayət verilən orqan ** saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi Qafar Ağayev tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxılaraq, MÜƏYYƏN ETDİ: Qərardan şikayət verən orqan (şəxs) Qərarından şikayət verilən orqan ** saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən onun İXM-nin 266.2-ci maddəsi ilə inzibati tənbeh edilməsinə dair ##.##.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan məhkəməyə şikayət vermişdir. Şikayət onunla əsaslandırılmışdır ki, “Azərbaycan Respublikası ** saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən İXM-in 266.2, 266.3 və 271-ci maddələri ilə barəsində ##.##.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Lakin bununla bağlı ona heç bir inzibati tənbeh tətbiq olunması ilə bağlı rəsmi məlumat (inzibati tənbeh tətbiq olunması barədə qərar) təqdim olunmamışdır. Yalnız sonradan ##.##.2026-cı il tarixində "Asan Pay" mobil tətbiqindən istifadə etdiyi zaman barəsində inzibati cərimə protokolunun tərtib olunduğunu bilmişdir. Bundan sonra ##.##.2026-cı il tarixində, Azərbaycan Respublikası ** saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə məktub ünvanlayaraq barəsində inzibati tənbeh tətbiq olunması barədə sənədlərin rəsmi qaydada ona göndərilməsini xahiş etmişdir. Etibarnamə üzrə nümayəndəsi X3 "etibarnamə" və "ərizə" ilə sözügedən idarəyə getmiş və müraciətini fiziki olaraq da qarşı tərəfə bildirmişdir. İdarə barəsində tərtib olunmuş ##.##.2025-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın həqiqətən də "ona çatmasını təsdiq edən xəbərnaməsi"nin olmadığını bildirmiş və müraciəti əsasında ##.##.2026-cı il tarixli, *-**-**/*-S-*/**** saylı cavab məktubuyla "##.##.2025-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın surəti"ni ona təqdim etmişdir. Barəsində qəbul olunmuş inzibati tənbeh vermə haqqında qərar ona vaxtında çatmamış və o bununla bağlı məlumatlı olmadığından aidiyyəti üzrə məhkəmədə mübahisələndirə bilməmişdir. Sözügedən qərar ona vaxtında çatsaydı və ya ümumiyyətlə barəsində hər hansı inzibati aktın tərtib olunduğunu bilsəydi, dərhal reaksiya verər və aidyyəti üzrə məhkəmələrdə mübahisələndirərdi. “xxxx” MMC-nin vəzifəli şəxsi kimi hər zaman tutduğu vəzifədə fəaliyyət göstərdiyi müddət ərzində qanunvericiliyin tələblərinə ciddi riayət etmiş, üzərinə düşən vəzifələri vicdanla və məsuliyyətlə icra etmişdir. Barəsində vəzifəli şəxs qismində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərardan narazıdır və həmin qərarın hüquqi əsası mövcud deyildir. İnzibati orqan bir (eyni) əmələ görə "xxxx" MMC ilə yanaşı onu - Qərardan şikayət verən orqan (şəxs) vəzifəli şəxs kimi hüquqi əsas olmadan inzibati məsuliyyətə cəlb etmişdir. Hüquqi şəxs olaraq inzibati orqanın qərarından, məhkəmə iclasına dəvətdən elektron sistem vasitəsilə xəbər tutmuş və hüquqi şəxs olaraq məhkəmə müdafiələrini təmin etmək üçün həm birinci instansiya, həm də apellyasiya instansiyası məhkəmələrində çıxış etmişlər. Hər iki məhkəmə onların lehinə qərar çıxarmışdır. Binəqədi rayon məhkəməsi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətin təqsirliliyi sübuta yetirilmədiyindən inzibati xəta haqqında iş üzrə icraata (##.##.2025-ci il tarixli MN ******* nömrəli protokol) İXM-in 53.2-ci maddəsinə əsasən xitam vermiş, Bakı Apellyasiya Məhkəməsi də Binəqədi rayon məhkəməsinin qərarını qüvvədə saxlamışdır. Binəqədi Rayon Məhkəməsinin mövqeyi belə olmuşdur ki, İXM-nin 8-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Yəni inzibati məsuliyyətin tətbiqi üçün əsas şərtlərdən biri, barəsində icraat aparılan şəxsin konkret inzibati xəta əməlini törətməsi hüquqi və faktiki sübutlarla təsdiq olunmalıdır. Hazırki iş üzrə isə "xxxx" MMC tərəfindən tullantıların tutumlardan (urnalardan) kənar yerə atılması, qalaqlanması və emal yerinin müəyyən edilməməsi iddialarının heç biri qəti, obyektiv və hüquqi cəhətdən yetərli sübutlarla təsdiqlənməmişdir. Bütün təqdim olunan "sübutlar" - fotoşəkillər, əraziyə baxış aktı və digər subyektiv izahatlar yalnız ümumi müşahidələrə əsaslanmış, lakin tullantıların konkret olaraq "xxxx" MMC tərəfindən atıldığını sübut edən heç bir birbaşa və mötəbər sübut təqdim edilməmişdir. Hətta protokol tərtib etmiş səlahiyyətli orqanın nümayəndələri də öz izahatlarında bu tullantıların kim tərəfindən atıldığını "ehtimal etdiklərini" bildirmişlər. Məhz ehtimala əsaslanan belə yanaşma isə hüquqi cəhətdən əsassız və qəbuledilməzdir. İnzibati məsuliyyət ehtimallara və fərziyyələrə deyil, sübuta əsaslanmalıdır. Səlahiyyətli orqan birinci instansiya məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** saylı qərarından apellyasiya şikayəti vermiş və apellyasiya instansiya məhkəməsi apellyasiya şikayətini təmin etməyərək, qərarı qüvvədə saxlamışdır. Göstərilənlərə əsasən, ##.##.2025-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi məhkəmədən xahiş edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-***/**** nömrəli qərarı ilə (hakim Zamiq Bağırov) şikayət təmin edilmiş, Qərarından şikayət verilən orqan ** saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən qəbul edilmiş ##.##.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və Qərardan şikayət verən orqan (şəxs) barəsində başlanmış inzibati xəta haqqında işin icraatına xitam verilməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan Qərarından şikayət verilən orqan ** saylı Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi Qafar Ağayev apellyasiya şikayəti verərək, apellyasiya şikayətini təmin edib, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-***/**** nömrəli qərarının ləğv edilməsi və ** saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin ##.##.2025-ci il tarixli, MN ******* nömrəli qərarının qüvvədə qalması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayətin dəlilləri və tərəflərin çıxışları: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qərar əsassızdır, əməldə inzibati xəta tərkibi olsa da İdarənin qərarı ləğv edilmişdir. İdarənin əməkdaşları tərəfindən Binəqədi-Xırdalan avtomobil yolunun kənarında yerləşən “Xəzər Topdan” və “Tam Topdan” marketlərinin fəaliyyəti zamanı əmələ gələn tullantıların ətrafa atılaraq yandırılması” barədə Nazirliyin 168 “Çağrı Mərkəzi”nə daxil olmuş ##.##.2025-ci il tarixli şikayət yerində araşdırılmışdır. Araşdırma ilə əlaqədar Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Binəqədi-Xırdalan avtomobil yolunun sağ tərəfində yerləşən və bir-birinə bitişik olan “Xəzər Topdan” və “Tam Topdan” marketlərinin ətraf ərazilərinə baxış keçirilərkən “Tam Topdan” marketə məxsus tullantıların marketin arxa tərəfinə atılaraq qalaqlanması müşahidə edilmişdir. Qeyd olunanlarla bağlı ##.##.2025-ci il tarixli ***** nömrəli akt tərtib edilərək “xxxx” MMC və baş icraçı direktor Qərardan şikayət verən orqan (şəxs) barəsində İXM-in müvafiq maddələrinin tələblərinə uyğun olaraq protokollar tərtib edilmiş və ərazinin tullantılardan təmizlənilərək qanunamüvafiq idarə edilməsi üçün MMC-nin qanuni təmsilçisi Qərardan şikayət verən orqan (şəxs) məcburi tələb verilmişdir. Bundan başqa qalaqlanan tullantılar həftələrdir ki, ərazidən yığışdırılmamışdır (fotoşəkillər iş materialına əlavə olunur). Həmçinin İnzibati araşdırma zamanı Qərardan şikayət verən orqan (şəxs) aktın və protokolun tərtibatı zamanı iştirak etmiş, lakin akta və protokol imza etməkdən imtina etmişdir. Qərardan şikayət verən orqan (şəxs) ** saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə gəlməyi xahiş olunsa da, naməlum səbəbdən iştirak etməmişdir. Qərardan şikayət verən orqan (şəxs) inzibati məsuliyyətdən yayınmaq məqsədilə ** saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin bütün xəbərdarlıqlarına laqeyd münasibət göstərmişdir. Bununla da Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ##### 2005-ci il tarixli ** saylı qərarının tələbləri pozulmuşdur. Bütün bu amillər Qərardan şikayət verən orqan (şəxs) inzibati məsuliyyətə cəlb olunmasına əsas verir. Məhkəmə iş üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmadan, həmçinin əsaslandırma aparmadan İdarənin qanuni qərarını ləğv etmişdir. Qərardan şikayət verən orqan (şəxs) barəsində aparılmış inzibati araşdırma tam qanunvericiliyin tələblərinə uyğun aparılmış və qeyd olunan səbəblərdən Binəqədi Rayon Məhkəməsinin ##.##.2026-ci il tarixli *(*-**)-***/**** saylı qərarı tamamilə əsassız və qanunsuzdur. Belə ki, inzibati xəta haqqında işə məhkəmə tərəfindən hərtərəfli və tam baxılmamış, qanunvericiliyin tələblərinə əməl olunmamış, inzibati xətalar və ətraf mühitin mühafizəsi haqqında qanunvericiliyin bir sıra maddələrini kobud şəkildə pozmuş Qərardan şikayət verən orqan (şəxs) qanunsuz əməllərinə hüquqi qiymət verilməmişdir. Qeyd olunanlardan və qanunvericiliyin tələblərindən göründüyü kimi İdarə tərəfindən inzibati araşdırma və inzibati xəta haqqında işə baxılması qaydaları qanunverciliyin tələblərinə uyğun (ədalətli) aparılmışdır. İdarə tərəfindən aparılan araşdırma zamanı aşkar olunmuş faktları özündə əks etdirən akt, protokol, inzibati xəta hadisəsini özündə əks etdirən (sübüt edən) sənədlər, şəxsin izahat verməkdən və protokolu imzalamaqdan imtina etməsi, inzibati xəta haqqında işə baxılmanın yeri və müddətinin Qərardan şikayət verən orqan (şəxs) qanunvericiliyin tələblərinə uyğun bildirilməsi və s. bunu sübut edir. Qərardan şikayət verən orqan (şəxs) öz vəzifələrini yerinə yetirməmiş, qanunsuz əməllər törədərək ətraf mühitə zərər vurmuş və digər şəxslərin Konstitusiyada təsbit olunmuş sağlam ətraf mühitdə yaşamaq hüquqlarını kobud şəkildə pozmuşdur. Məhkəmə iclasında Qərarından şikayət verilən orqan ** saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi – X1 apellyasiya şikayətinə uyğun izahat verərək, şikayətin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və ** saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin ##.##.2025-ci il tarixli, MN ******* nömrəli qərarının qüvvədə saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Qərardan şikayət verən orqan (şəxs) nümayəndəsi və vəkili İsmayılov Yusif Əyyub oğlu apellyasiya şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. İşin halları və hüquqi məsələlər: Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin VII bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Konstitusiyanın 129-cu maddəsinin III bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. Məhkəmə qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair” 2018-ci il # ######## tarixli Qərarında İnzibati Xətalar Məcəlləsinin 9-cu maddəsi ilə bağlı formalaşdırdığı hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, ədalətlilik prinsipi özünün fərqləndirici meyarı ilə inzibati xəta sayılan əməl və başqa hüquq pozuntuları arasında sərhəd müəyyən edir. Bu prinsip inzibati xəta sayılan əmələ görə qanun qarşısında xəta törətmiş hər bir şəxsin məsuliyyətini müəyyən etməklə, inzibati məsuliyyətin həcminin mütənasibliyini müəyyənləşdirir. İnzibati xətanın növlərinə görə tənbeh nəzərdə tutan maddələr isə ədalətlilik prinsipini rəhbər tutaraq fərdiləşdirici ölçüləri müəyyən edir. İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə müvafiq olaraq, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Göründüyü kimi, şəxsin inzibati məsuliyyətə cəlb olunması və tənbeh edilməsi üçün bu maddədə sadalanan şərtlərin (inzibati xətanı nəzərdə tutan normanın, təqsirin və inzibati xəta tərkibinin digər əlamətlərinin) mövcudluğu mütləq zərurətdir. İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinin tələbinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir (İnzibati Xətalar Məcəlləsinin 8-ci maddəsi). Qanunvericiliyin yuxarıda qeyd olunan normalırını rəhbər tutaraq apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlilləri əsasında inzibati xəta haqqında iş üzrə toplanmış icraat materiallarını hərtərəfli, tam və obyektiv araşdırıb, proses iştirakçısının çıxışını dinləyərək hesab edir ki, şikayət təmin olunmamalı, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-***/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya instansiyası məhkəməsi belə qənaətə gələrkən, verilmiş apellyasiya şikayəti üzrə inzibati xəta haqqında aparılmış icraatın xüsusiyyətlərini, qəbul edilmiş məhkəmə qərarının qanuniliyini və əsaslılığını, iş üzrə toplanmış və əlavə təqdim edilmiş materiallar əsasında yoxlamağı və qanunvericiliyin tələblərini rəhbər tutmağı vacib hesab edir. Belə ki, inzibati xəta haqqında işlərə hakim və ya səlahiyyəti orqan (vəzifəli şəxs) tərəfindən baxılarkən, xətanın müəyyən edilməsi məqsədilə işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasını həyata keçirmək üçün qanunvericiliyin tələbləri baxımından irəli gələn bütün zəruri tədbirlərin görülməsi tələb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən, qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Apellyasiya instansiyası məhkəməsi inzibati xəta haqqında iş üzrə aparılmış icraatın xüsusiyyətlərini, qəbul edilmiş məhkəmə qərarının qanuniliyini və əsaslılığını təqdim edilmiş iş materialları əsasında yoxlayaraq qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən inzibati xəta haqqında iş üzrə mübahisəli məsələ ilə bağlı işin faktiki hallarına uyğun qərar qəbul edilmişdir. Belə ki, birinci instansiya məhkəməsi inzibati iş üzrə mübahisəli məsələ haqqında qərar qəbul edərkən, bu məsələnin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırıb ətraflı təhlil etmiş, gəldiyi nəticəni qanunun tələblərinə istinad etməklə, işin müəyyən olunmuş həqiqi hallarına uyğun əsaslandırmışdır. Məhkəmədə bu məsələ ilə bağlı tərəflərin nümayəndələrinin izahatı dinlənilmiş, şahid dindirilmiş, sənədlər tədqiq olunmuş, təhlillər aparılmış və məhkəmə araşdırması üzrə nəticə etibarı ilə yekun məhkəmə aktı qəbul edilmişdir. Apellyasiya instansiyası məhkəməsi inzibati iş üzrə toplanmış icraat materiallarında olan sənədləri və məlumatları bir daha sadalamağa lüzum görmür və birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə materialda olan sənədlərə, işin müəyyən olunmuş həqiqi hallarına və qanunun tələblərinə uyğun olduğu üçün onunla razılaşır və qeyd edir ki, şikayətin dəlilləri həmin nəticənin qanuniliyini şübhə altına almağa heç bir əsas vermir. Bununla belə apellyasiya şikayətinin dəlillərinə münasibətdə apellyasiya instansiyası məhkəməsi bir sıra hallara diqqət yetirilməklə öz münasibətini bildirməyi zəruri hesab edir. Belə ki, iş materiallarında olan ##.##.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Binəqədi-Xırdalan yolunun sağ tərəfi “Tam Topdan” marketin arxa tərəfindən marketə məxsus tullantıların qalaqlanması qaydalarının pozulması, tullantıların emalı yerlərinin müəyyənləşdirilməməsi, tullantıların kənar yerlərə atılması nəticəsində Qərardan şikayət verən orqan (şəxs) İXM-in 266.2-ci maddəsini törətməkdə təqsirli bilinib, 3500 (üç min beş yüz) manat məbləğində cərimə olunmuşdur. İş materiallarına olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** saylı qərarından görünür ki, Qərarından şikayət verilən orqan ** saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib olunmuş ##.##.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmiş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 266.2, 266.3 və 271-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətin təqsirliliyi sübuta yetirilmədiyindən cəmiyyət barəsində inzibati xəta haqqında iş üzrə icraata İXMin 53.2-ci maddəsinə əsasən xitam verilmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** saylı qərarından görünür ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** saylı qərarı dəyişdirilmədən saxlanılmışdır. “İstehsalat və məişət tullantıları haqqında” ## #### 1998-ci il tarixli Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə istehsalat tullantıları dedikdə istehsal, yaxud işlərin (xidmətlərin) yerinə yetirilməsi prosesində əmələ gələn və ilkin istehlak xüsusiyyətlərini tam və ya qismən itirən xammal, material, maddə, yarımfabrikat, əşya və digər məhsulların qalıqları, habelə istehsal obyekti olmayan və öz istifadə olunma xüsusiyyətlərinə görə texnoloji prosesə daxil olmayan, yenidən əmələ gələn eyni mənşəli əşya və maddələr; məişət tullantıları (bərk məişət tullantıları) dedikdə əhalinin həyat fəaliyyəti nəticəsində yaşayış yerlərində əmələ gələn əşyalar, maddələr və materiallar; təhlükəli tullantılar dedikdə isə tərkibində təhlükəli xüsusiyyətlərə malik partlayıcı, yanma qabiliyyətli, oksidləşdirici, toksiki, infeksion, korroziya təsirinə malik və ekotoksiki maddələr olan, əhalinin sağlamlığı və ətraf mühit üçün bilavasitə və ya potensial təhlükə yaradan tullantılar nəzərdə tutulur. Azərbaycan Respublikası İXM-in 266.2-ci maddəsinə əsasən tullantıların emalı yerlərinin müəyyənləşdirilməsi, layihələşdirilməsi, tikintisi, istifadəsi və ya ləğv edilməsi normalarının və qaydalarının pozulmasına görə vəzifəli şəxslər üç min beş yüz manatdan dörd min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər on min manatdan on beş min manatadək məbləğdə cərimə edilir. Birinci instansiya məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, hazırda törədildiyi istinad edilən inzibati xətaya görə hüquqi şəxs barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol baxılması üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilmiş, həmin məhkəmənin ##.##.2025-ci il tarixli, *(***)-****/**** saylı qərarı ilə icraata xitam verilmişdir. Nəzərə alınmalıdır ki, vəzifəli şəxs öz vəzifələrini yerinə yetirməməsi və ya lazımınca yerinə yetirməməsi nəticəsində, hüquqi şəxs isə məhz onun xeyrinə və ya maraqlarının qorunması üçün onu təmsil etmək, adından qərarlar qəbul etmək və fəaliyyətinə nəzarət etmək səlahiyyətlərinə malik olan vəzifəli şəxslərinin və ya sonuncular tərəfindən nəzarətin həyata keçirilməməsi nəticəsində işçisinin törətdiyi inzibati xətalara görə məsuliyyətə cəlb olunur. Hazırkı halda səlahiyyətli orqan Qərardan şikayət verən orqan (şəxs) "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə inzibati xəta törətməsi qərarına gəlmiş və onu inzibati tənbeh etmiş, həmçinin də hüquqi şəxs barəsində protokol tərtib edərək baxılması üçün məhkəməyə göndərmişdir. Məhkəmə isə hüquqi şəxsin təqsirliliyi sübuta yetirilmədiyindən iş üzrə icraata xitam verilməsi qənaətinə gəlmişdir. Nəzərə alınmalıdır ki, qeyd edilən halda vəzifəli şəxsin məsuliyyətə cəlb edilməsi, hüquqi şəxsin barəsində aparılan icraata xitam verilməsi yaxud əksinə qərarların qəbul edilməsi mümkün deyildir. Sözügedən halda hüquqi şəxs yaxud onun vəzifəli şəxsi tərəfindən hər hansı bir inzibati xətanın mövcudluğu istisna edilir və hansısa məsuliyyət tədbirinin tətbiqi istisna edilir. Həmçinin nəzərə almaq lazımdır ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin həmin qərarından səlahiyyətli orqan tərəfindən verilmiş şikayət də Bakı Apellyasiya Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** saylı qərarı ilə təmin edilməmişdir. Bütövlükdə şərh edilən xüsusatlara əsasən birinci instansiya məhkəməsinin inzibati xəta haqqında iş üzrə toplanmış icraat materiallarına əsasən gəldiyi nəticə maddi və prossesual hüquq normalarının tələbləri baxımından tam əsaslıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 106.0.5-ci maddəsinə əsasən, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən, həll etməli olduğu məsələlərdən biri də mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplanılmasının yoxlanılmasıdır. İnzibati xəta haqqında iş üzrə toplanmış icraat materiallarına və birinci instansiya məhkəməsinin qərarına əsasən, inzibati xəta haqqında icraat başlanılması haqqında qərar kifayət qədər əsaslandırılmamış, məhkəmədə tədqiq edilmiş sənədlərlə və yoxlanılmış məlumatlarla müqayisədə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilməmişdir. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə, inzibati iş üzrə birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsinə heç bir qanuni əsas yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Odur ki, qanunvericiliyin müddəalarını və inzibati xəta haqqında iş üzrə icraat materiallarını tədqiq edən apellyasiya instansiyası məhkəməsi, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticələri işin faktiki hallarına uyğun hesab edir. Belə ki, inzibati xəta haqqında iş üzrə icraat materiallarını müqayisəli təhlil edən birinci instansiya məhkəməsi maddi və prossesual hüquq normalarına əsaslanaraq qanuni qərar qəbul etmişdir. Şərh edilənlərə görə məhkəmə hesab edir ki, Qərarından şikayət verilən orqan ** saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən verilmiş şikayətin dəlilləri iş materialları ilə təkzib edildiyindən birinci instansiya məhkəməsinin ##.##.2026-cı il tarixli qərarının ləğv edilməsi üçün əsas ola bilməz, ona görə də Qərarından şikayət verilən orqan ** saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən verilmiş şikayət təmin edilməməli, iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-***/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən, qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDI: Ekologiya və Təbii Sərvətlər Nazirliyi ** saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi Vaqif Cavadov tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-***/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir, ondan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №3(3-6)-1494/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-1494/2026
26.05.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver