Məhkəmə qərarları › İş №3(3-6)-1495/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-1495/2026

25.05.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-1495/2026 25.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi Məmmədov Murad Akif oğlu, məhkəmə iclas katibi Nağıyeva Milana Varis qızının katibliyi ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 1200 (bir min iki yüz) manat inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməsinə dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli qərarından barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən apellyasiya qaydasında verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Bakı şəhəri Nəsimi Rayon Icra şöbəsinin icra məmuru X1, Şəki Apellyasiya Məhkəməsinin *-*(***)- **/**** nömrəli, ##.##.2024-cü il tarixli icra sənədinin icrası ilə əlaqədar “xxxx” MMC-nin rəhbəri Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikası IXM-in 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün məhkəməyə göndərmişdir. MN seriyalı ******* nömrəli, ## #### 2026-cı il tarixli “Inzibati xəta haqqında” protokola əsasən Şəki Apellyasiya Məhkəməsinin *-*(***)-**/**** nömrəli, ##.##.2024-cü il tarixli icra sənədinə əsasən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən 45060 manat pul vəsaiti tələbkar “xxxx" MMC-yə ödənilməmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (hakim Anar Ibadzadə) ## #### 2026-cı il tarixli qərarı ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinmiş və barəsində 1200 (bir min iki yüz) manat inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. Qərardan narazı qalan barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs apellyasiya qaydasında şikayət verib Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ## #### 2026-cı il tarixli qərarının ləğv edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri və tərəflərin çıxışları: Apellyasiya şikayətinin dəlilləri qismində göstərilmişdir ki, hazırki icra vərəqəsini qəbul edirlər və icrasını həyata keçirəcəklər. Lakin hazırda MMC-yə ödənilməli olan borc məbləğləri ödənilmədiyi üçün mübahisəli icra vərəqəsi üzrə icra ödənişlərini ödəyə bilmirlər. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Işin halları və hüquqi məsələlər: Məhkəmə apellyasiya qaydasında verilmiş şikayət ilə əlaqədar inzibati işin materiallarını araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyib, hesab edir ki, verilmiş apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli qərarı qanuni və əsaslı olduğundan verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Şəki Apellyasiya Məhkəməsinin *-*(***)-**/**** nömrəli, ##.##.2024-cü il tarixli icra vərəqəsindən görünür ki, cavabdeh ’'TECHNICAL GRÖÜP" MMC tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmişdir. Iddiaçı Zərərçəkmiş şəxs MMC ilə cavabdeh "xxxx” MMC arasında aşağıdakı şərtlərlə bağlanmış barışıq sazişi təsdiq edilmişdir: Cavabdeh “xxxx” MMC ##.##.2021-cı il tarixli alqı-satqı müqaviləsinə əsasən iddiaçı "xxxx” MMC-yə borcunun məhkəmə çəkişmələrinin getdiyi dövrdə ödədiyi məbləğlər çıxıldıqdan sonra 102122.96 manat (ƏDV daxil) olduğunu qəbul edir. Iddiaçı “xxxx" MMC cavabdeh “xxxx" MMC-yə borcunun 57062,67 manat (ƏDV daxil) olduğunu qəbul edir. Tərəflər arasındakı qarşılıqlı razılaşmaya əsasən onların bir-birinə olan borcları üzləşdirilmiş və müəyyən edilmişdir ki, cavabdeh “xxxx” MMC-nin iddiaçı “xxxx" MMC-yə olan borcu 45060,29 manat (102122,96 - 57062,67) (ƏDV daxil) təşkil edir. Barışıq sazişinin 3-cü bəndində qeyd edilən yekun borc 45060,29 manat (ƏDV daxil) məbləğində puldan əlavə, cavabdeh “xxxx” MMC həmçinin Şəki Kommersiya Məhkəməsinin ##.##.2024cu il tarixli, e-2- *(***)-***/**** saylı qətnaməsi ilə qət edilmiş 1000 manat dəbbə pulu, 405,29 dövlət rüsumu və mediasiya xərci, həmçinin 1500 manat hüquqi yardım göstərilməsinə görə xərci, cəmi 2905,29 manat məbləğində pulu iddiaçı “xxxx MMC-yə borcu kimi qəbul edir. Cavabdeh “xxxx” MMC öhdəsinə götürür ki, barışıq sazişinin 3-cü bəndində qeyd edilən borcu (45060.29 manat (ƏDV daxil)) ##.##.2024-cü il tarixdə 7000 manat. ##.##.2024 cü il tarixdə 7000 manat, ## ##.2024-cü il tarixdə 7000 manat, ##.##.2024-cü il tarixdə 7000 manat, ##.## 2025-cü il tarixdə 7000 manat və ##.##.2025-ci il tarixdə 10060,29 manat olmaqla iddiaçı “xxxx" MMC-yə ödəyəcəkdir. Əgər hər ayın sonu nəzərdə tutulmuş ödənişlərdə 10 gündən artıq gecikmə olarsa, barışıq sazişi müvafiq icra şöbəsinə icraya yönəldiləcəkdir. Cavabdeh "xxxx" MMC öhdəsinə götürür ki. barışıq sazişinin 4-cü bəndində qeyd edilən borcu (2905.29 manat) ##.##.2024- cü il tarixdə iddiaçı Zərərçəkmiş şəxs MMC-yə ödəyəcəkdir. Əgər ayın sonu həmin ödənişdə 10 gündən artıq gecikmə olarsa, barışıq sazişi müvafiq icra şöbəsinə icraya yönəldiləcəkdir. Icra vərəqinin icraya yönəldilməsini təsdiq edən ##.##.2024-cü il tarixli «Icraata başlamaq haqqında» qərarın və həmin tarixli bildirişin surətindən görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs icraata başlama haqqında qərarın surəti göndərilmiş və o, Şəki Apellyasiya Məhkəməsinin *-*(***)-**/**** nömrəli, ##.##.2024-cü il tarixli icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinin nəticələri barədə xəbərdar edilmişdir. Iş üzrə toplanmış sübutları qiymətləndirərək məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində olan inzibati xəta haqqında işə baxarkən təqdim olunmuş materiallar əsasında inzibati xəta haqqında qanunvericiliyin tələblərinə uyğun, düzgün olaraq araşdırmış və əsaslı olaraq onu Azərbaycan Respublikası IXM-in 528.1-ci maddəsi ilə tənbeh etmişdir. Apellyasiya qaydasında şikayətdə də icra vərəqəsi üzrə təqsir qəbul edimişdir. Borcun ödənilməməsi MMC-yə ödənilməmiş borclarla əlaqələndirmişdir. Icra sənədi ilə göstərilən borcun tələbkara verilməsi qoyulmuş, MMC-yə ödənilməli borcların olması Şəki Apellyasiya Məhkəməsinin *-*(***)-**/**** nömrəli, ##.##.2024-cü il tarixli icra vərəqəsinin icra edilməməsinə əsas olmamaqla inzibati məsuliyyəti istisna etməmişdir. Göründüyü kimi, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs sözügedən icra sənədinin icrasını təmin etməli olduğu halda, icra sənədinə laqeyd münasibət göstərərək onun icrasını təmin etməmiş və nəticədə IXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Inzibati xəta törətmiş şəxs barəsində tətbiq olunmuş inzibati tənbehin növü və həddi ilə bağlı qeyd olunmalıdır ki, birinci instansiya məhkəməsi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində inzibati tənbeh tədbiri seçərkən, inzibati xətanın xarakterini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmadığını nəzərə almış və sonuncuya törətdiyi inzibati xətaya görə maddənin sanksiyasında hüquqi şəxsə münasibətdə nəzərdə tutulmuş tənbeh növü olan cərimənin aşağı həddində, yəni 1200 (bir min iki yüz) manat miqdarında tətbiq etmişdir ki, bu da öz növbəsində Azərbaycan Respublikası IXM-in 21ci maddəsinin məqsədinin təmin olunmasında yetərli hesab olunur. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Beləliklə, sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-****/**** saylı mübahisələndirilən qərarı qanuni və əsaslı, təyin etdiyi inzibati tənbeh ədalətlidir. Bu səbəbdən şikayətdə göstərilənlər qərarın ləğv edilməsi və ya dəyişdirilməsi, eləcə də iş üzrə icraata xitam verilməsi üçün əsas olmadığından verilmiş şikayət təmin edilməməlidir. Azərbaycan Respublikası IXM-in 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası IXM-in 134.1.1-ci maddəsini rəhbər tutaraq məhkəmə, Qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən apellyasiya qaydasında verilmiş şikayət təmin edilməsin. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 1200 (bir min iki yüz) manat inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməsinə dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli qərarı verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir, ondan şikayət və ya protest verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar