Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-1496/2026 26.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi Məmmədov Habil Çingiz oğlunun sədrliyi, məhkəmə iclasının katibi X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs “xxxx” Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi X6 iştirakları ilə, “xxxx” Qapalı Səhmdar Cəmiyyətinin Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək cərimə edilməsinə dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı, ## ##### 2026-cı il tarixli qərarından barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs “xxxx” Qapalı Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: “xxxx” Qapalı Səhmdar Cəmiyyətinin Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Nəsimi rayon Icra şöbəsi tərəfindən tərtib olunmuş ## #### 2026-cı il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə daxil olmuşdur. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı ilə “xxxx” Qapalı Səhmdar Cəmiyyətinin Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 3.000 (üç min) manat məbləğində inzibati cərimə edilməsi qərara alınmışdır. Həmin qərardan barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs “xxxx” Qapalı Səhmdar Cəmiyyəti apellyasiya şikayəti verərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı, ## ##### 2026-cı il tarixli qərarının ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri qismində göstərilmişdir ki, protokol üzrə öhdəliklərinə əməl etmiş və buna dair daima icra məmurunun qanuni göstərişlərinə tabe olublar. Icra məmuru tərəfindən mağazalara baxış keçirilən zaman onun işinin aparılmasına mane olmayıb. X3 ilk öncə xəbərdarlıq edilmədən və bu barədə müvafiq maarifləndirici tədbirlər görülmədən birbaşa protokol tərtib edilərək materialı məhkəməyə verilmişdir. Bu da öz növbəsində icra vərəqəsi üzrə borclunun hüquqlarının pozulmasına səbəb olmuşdur. Yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, icra məmuru tərəfindən protokol tərtib edilərək X3 cəzalandırılmadan əvvəl borclu tərəf xəbərdar edilməli və bu xəbərdarlığa əməl edilməzsə o zaman cəza tədbirləri görülməli idi. Məhkəmə iclasında çıxış edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs “xxxx” Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi X6 apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini xahiş etdi. Apellyasiya qaydasında verilmiş şikayət üzrə məhkəmə baxışı ilə əlaqədar işə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iş üzrə zərərçəkmiş şəxs və Bakı şəhəri Nəsimi Rayon Icra Şöbəsinin icra məmuru məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin üzürlü səbəbdən olması və ya məhkəmə iclasının təxirə salınması barədə vəsatət verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 133.2.4-cü maddəsinə əsasən onların iştirakı olmadan inzibati işə baxılmasını mümkün hesab edir. Məhkəmə apellyasiya qaydasında verilmiş şikayət ilə əlaqədar inzibati işin materiallarını araşdırıb, belə hesab edir ki, verilmiş apellyasiya şikayəti təmin edilməməli və Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin “xxxx” Qapalı Səhmdar Cəmiyyətinin barəsində Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib inzibati qaydada cərimə edilməsinə dair ## ##### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı qanuni və əsaslı olduğundan verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir.” Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən “Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur.” Hüquq normaları ictimai münasibətlərdən irəli gələn hüquq münasibətlərinin tənzimlənməsinin əsasını təşkil edir. Belə münasibətlərin reallaşdırılmasının özülü kimi qiymətləndirilən hüquq normaları özundə dövlətin iradəsini əks etdirir və hüquq subyektlərinin qarşılıqlı hüquq və vəzifələrini müəyyənləşdirir. Qeyd edilməlidir ki, fərdin hüquq normalarında nəzərdə tutulan tələb və göstərişlərə zidd davranışı ictimai zəruri və faydalı hesab edilməyən hərəkəti kimi hüquq pozuntusu olmaqla cəmiyyət və dövlət qarşısında muvafiq məsuliyyətin yaranması ilə nəticələnir. Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə görə Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 53.8-ci maddəsinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” ##.##.2010-cu il tarixli qərarında göstərilmişdir ki, “Hüquqi müəyyənliyə dair tələblər hüququn üstünlüyü, normativ-hüquqi aktların hüquqa və haqq-ədalətə əsaslanmasına dair konstitusiya prinsiplərindən irəli gəlir. Konstitusiya Məhkəməsinin hüquqi müəyyənlik prinsipinin mahiyyəti və əhəmiyyəti barədə formalaşdırdığı hüquqi mövqeyinə görə hüquqi müəyyənlik prinsipi hüququn aliliyinin əsas aspektlərindən biri kimi çıxış edir. Hər bir qanunun və ya onun hər hansı bir müddəasının hüquqi müəyyənlik prinsipinə cavab verməsi olduqca vacibdir. Konstitusiya Məhkəməsinin Plenumu bir daha vurğulayır ki, qanunverici orqan tərəfindən hər hansı bir inzibati xətaya görə inzibati tənbeh növü müəyyən edilərkən Konstitusiyada öz əksini tapan qanunun aliliyinin tərkib hissəsi olan mütənasiblik və tarazlıq prinsipləri də nəzərə alınmalıdır.” “Icra haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci və 3-cü maddələrinə əsasən Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Inzibati xəta haqqında protokoldan görünür ki, “xxxx” Qapalı Səhmdar Cəmiyyəti Bakı Apellyasiya Məhkəməsinin ## ###### 2025-ci il tarixli, **(***)-***/**** saylı icra vərəqəsinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Bu səbəbdən Bakı şəhəri Nəsimi rayon Icra şöbəsinin icra məmuru Ramin Quliyev tərəfindən Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə ## #### 2026-cı il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə təqdim edilmişdir. Inzibati xəta haqqında protokolda qeyd edilmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin ## ###### 2025-ci il tarixli, **(***)-***/**** saylı icra vərəqəsinə əsasən cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyətin onun struktur bölməsi olan "Izə Nəşriyyat evi" və üçüncü şəxslər tərəfindən X1 və X5 müəllifi olduqları bütün kitab və əsərlərin çapı, satışı, elektron yayımlanması, sosial şəbəkələrdə paylaşılması, habelə həmin müəlliflərin adlarının çıxarılması, dəyişdirilməsi və ya başqa ad altında təqdim edilərək satılması və yayılması "xxxx" Qapalı Səhmdar Cəmiyyəti və (və ya) həmin hüquqi şəxsə məxsus olan bütün satış nöqtələrində, satış şəbəkələrində və anbarlarında X1 və X5 aid kitab və digər nəşrlərin mövcud siyahısı tərtib olunaraq nəzarətə götürülməklə qadağan edilmişdir. Həmin icra sənədi üzrə icraata başlamaq haqqında müvafiq qərar qəbul edilmiş, aidiyyəti bildiriş borcluya göndərilmişdir. Lakin icra sənədi üzrə tələb könüllü olaraq təmin edilməmişdir. Görülmüş tədbirlərə və dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq borclu icra sənədinin icrasından və icra məmurunun qanuni tələblərindən yayınmaqdadır. Iş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin ## ###### 2025-ci il tarixli, **(***)- ***/**** saylı icra vərəqəsinə əsasən cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyətin onun struktur bölməsi olan "Izə Nəşriyyat evi" və üçüncü şəxslər tərəfindən X1 və X5 müəllifi olduqları bütün kitab və əsərlərin çapı, satışı, elektron yayımlanması, sosial şəbəkələrdə paylaşılması, habelə həmin müəlliflərin adlarının çıxarılması, dəyişdirilməsi və ya başqa ad altında təqdim edilərək satılması və yayılması "xxxx" Qapalı Səhmdar Cəmiyyəti və (və ya) həmin hüquqi şəxsə məxsus olan bütün satış nöqtələrində, satış şəbəkələrində və anbarlarında X1 və X5 aid kitab və digər nəşrlərin mövcud siyahısı tərtib olunaraq nəzarətə götürülməklə qadağan edilmişdir. Iş materiallarına əlavə edilmiş Bakı şəhəri Nəsimi rayon Icra Şöbəsinin icra məmuru Ramin Quliyev tərəfindən qəbul edilmiş ##.##.2025-ci il tarixli icraata başlamaq haqqında qərarın və tələbin könüllü icrasına dair bildirişin surətindən görünür ki, Bakı Apellyasiya Məhkəməsinin ## ###### 2025-ci il tarixli, **(***)-***/**** saylı icra vərəqəsi üzrə icraata başlanılmış və borcluya 10 gün müddətində icranı könüllü təmin etməsi təklif edilmişdir. Işdə olan aktların surətlərindən görünür ki, Bakı Apellyasiya Məhkəməsinin ## ###### 2025-ci il tarixli, **(***)-***/**** saylı icra vərəqəsinin icrası ilə əlaqədar “Ofisayd”, “28 Kitab evi” və digər kitab mağazlarından X1 və X5 müəllifi olduqları kitablar və digər nəşrlərin mövcud siyahısı tərtib olunaraq nəzarətə götürülməklə qadağan edilmişdir. X1 Bakı şəhəri Nəsimi rayon Icra Şöbəsinə ünvanladığı ərizədə qeyd olunur ki, ## ###### 2025-ci il tarixində icra məmuru Ramin Quliyev tərəfindən "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə aid olan ünvan 1 Qapı 6 ünvanında yerləşən Ofisait mağazasında icra tədbiri həyata keçirilərək həmin mağaza tərəfindən X1 və X5 müəllifi olduqları bütün kitab və əsərlərin satışının dayandırılması barədə yazılı xəbərdarlıq edilmişdir. Xəbərdarlığa baxmayaraq həmin mağazatərəfindən X1 və X5 müəllifi olduqları kitabların satışı davam etdirilmişdir. Belə ki, ## ###### 2025-ci il tarixində həmin mağaza tərəfindən X1 və X5 müəllifi olduqları Azərbaycan dili 3-cü sinif və Riyaziyyat 3-cü sinif kitabları satılmışdır (satış çeklərinin və kitabların üz vərəqlərinin surətləri əlavə edilir). Qeyd olunanları nəzərə alaraq icra məmurunun tələbini icra etməyən və xəbərdarlığa məhəl qoymayan "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin rəhbərliyi və həmin Qapalı Səhmdar Cəmiyyətinə aid olan Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi ev 235 A ünvanında yerləşən Ofisait mağazasının rəhbəri haqqında hüquqi məsuliyyət tədbirlərinin həyata keçirilməsini və həmin şəxslər barəsində məhkəmə qərarını bilərəkdən icra etməmə əsası ilə inzibati xətaya dair və cinayət işinin açılması üçün müvafiq tədbir görülməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin Inzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli olması iş materiallarında olan və yuxarıda sadalanan sübutlarla tam olaraq öz təsdiqini tapmışdır. Beləliklə, məhkəmə hesab etmişdir ki, borclu "xxxx" Qapalı Səhmdar Cəmiyyəti məhkəmə qətnaməsi ilə üzərinə qoyulmuş borc öhdəliyini hüquqi şəxs üzrsüz səbəbdən yerinə yetirməyərək icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə Bakı Apellyasiya Məhkəməsinin ## ###### 2025-ci il tarixli, **(***)-***/**** saylı icra sənədinin icrasını təmin etməmişdir. Bununla da, borclu "xxxx" Qapalı Səhmdar Cəmiyyəti məhkəmə qərarında göstərildiyi qaydada icranı təmin etməmiş, laqeydlik göstərmiş və icra vərəqəsinin icrasına səhlənkar yanaşmışdır. Bu isə öz növbəsində keçən müddət ərzində icrası məcburi olan Azərbaycan Respublikası adından qəbul edilmiş məhkəmə aktına vətəndaşın səthi və etinasız yanaşmasına dəlalət edir. Bununla da, "xxxx" Qapalı Səhmdar Cəmiyyəti Inzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Həmçinin məhkəmə hesab etmişdir ki, borclu "xxxx" Qapalı Səhmdar Cəmiyyəti yuxarıda qeyd edilən hərəkətləri məhkəmə qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra sənədlərinin üzrsüz səbəbdən icra edilməməsi kimi qiymətləndirilməlidir. Şikayətin dəlillərindən görünür ki, apellyator protokol üzrə öhdəliklərinə əməl etmiş və buna dair daima icra məmurunun qanuni göstərişlərinə tabe olub. Icra məmuru tərəfindən mağazalara baxış keçirilən zaman onun işinin aparılmasına mane olmayıb. X3 ilk öncə xəbərdarlıq edilmədən və bu barədə müvafiq maarifləndirici tədbirlər görülmədən birbaşa protokol tərtib edilərək materialı məhkəməyə verilmişdir. Məhkəmə şikayətin dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir. «Icra haqqında» Azərbaycan Respublikası Qanununun 82.1-ci maddəsinə əsasən borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. “Icra haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci və 3-cü maddələrinə əsasən Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası MPM-nin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. Məhkəmə qətnamələrinin vaxtında icra olunmaması ədalətli məhkəmə baxışına olan hüququn pozulması hesab olunur. Məhkəmə qətnamələrinin icrasının zəruriliyi Azərbaycan Respublikası Konstitusiyasında, mülki-prosessual, eləcə də cinayət və inzibati qanunvericilikdə, bir sıra beynəlxalq normativ aktlarda öz ifadəsini tapmışdır. Insan Hüquqları üzrə Avropa Məhkəməsi “Hornsbi Yunanıstana qarşı” iş üzrə Qərarında vurğulayır ki, Razılığa gələn Dövlətlərin daxili hüquq sistemləri məcburi qüvvəyə malik yekun məhkəmə qərarının tərəflərdən birinin ziyanına olaraq icra olunmadan qalmasına yol versəydi, 6-cı maddə ilə təmin olunan məhkəməyə müraciət hüququ xəyali hüquq olardı. Həmçinin Avropa Məhkəməsi “Burdov Rusiyaya qarşı” iş üzrə Qərarında qeyd edir ki, məhkəmə qərarının icrasının gecikdirilməsinə xüsusi hallarda haqq qazandırıla bilər. Amma bu gecikdirmə Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ilə qorunan hüququn mahiyyətinə xələl gətirməməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## #### 2006-cı il tarixli qərarında qeyd olunur ki, “məhkəmə qətnaməsinin icrası müddəti məhkəmə baxışının tərkib hissəsi kimi qiymətləndirilir. Məhkəmələr məhkəmə aktlarının icrasına möhlət verilməsi, icranın dayandırılması, icra üsulunun dəyişdirilməsi, həmçinin məhkəmə icraçılarının hərəkətlərindən verilən şikayətlərlə əlaqədar məsələlərə baxarkən Konvensiyanın məhkəmə qətnamələrinin ağlabatan müddətdə icra olunması tələbini nəzərə almalıdırlar.” Iş materialları ilə müəyyən edilir ki, hüquqi şəxs pozuntuya yol vermiş və xəbərdarlıq edilmişdir. Ona görə şikayətin dəlilləri əsassız hesab edilir. Iş üzrə toplanmış sübutları qiymətləndirərək məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi “xxxx” Qapalı Səhmdar Cəmiyyəti barəsində olan inzibati xəta haqqında işə baxarkən təqdim olunmuş materiallar əsasında inzibati xəta haqqında qanunvericiliyin tələblərinə uyğun, düzgün olaraq araşdırmış və əsaslı olaraq onu Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tənbeh etmişdir. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 11.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında inzibati xətalar haqqında işlər üzrə icraatın aparılması, inzibati xətalar haqqında işlər üzrə qərarların qəbulu və icra edilməsi, həmin vaxtı qüvvədə olan Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilir. Məhkəmə hesab edir ki, şikayətin dəlilləri borclunu icra sənədinin icrasından azad etməməklə, formal mülahizələrlə irəli sürülərək məsuliyyətdən yayınma cəhdindən ibarətdir. Belə ki, şikayətdə göstərilənlər qanunsuz olduğundan birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Məhkəmə belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi “xxxx” Qapalı Səhmdar Cəmiyyətinin Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh edilməsi barədə düzgün nəticəyə gəlmişdir. Ona görə də birinci instansiya məhkəməsinin qərarının dəyişdirilməsi üçün əsaslar müəyyən edilmədiyindən “xxxx” Qapalı Səhmdar Cəmiyyətinin Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 3.000 (üç min) manat məbləğində cərimə edilməsinə dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı, ## ##### 2026-cı il tarixli qərarı dəyişdirilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 128- 136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDI: Hüquqi şəxs “xxxx” Qapalı Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı, ## ##### 2026-cı il tarixli qərarı hüquqi şəxs “xxxx” Qapalı Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir, ondan şikayət verilə bilməz. Hakim: Habil Məmmədov
Məhkəmə qərarları › İş №3(3-6)-1496/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-1496/2026
26.05.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver