Məhkəmə qərarları › İş №3(3-6)-1497/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-1497/2026

25.05.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-1497/2026 25.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakim Musayev Aqil Əlisa oğlunun sədrliyi, məhkəmə iclasının katibi X2 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs (bundan sonra – Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs) iştirakları ilə, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarından Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs verdiyi şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin Dövlət X1 (bundan sonra - səlahiyyətli orqan) Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra – Azərbaycan Respublikası İXM-in) 333.1-ci maddəsi ilə tərtib etdiyi ## ###### 2026-cı il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokolu baxılması üçün Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərmişdir. Həmin protokolda Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ## ###### 2026cı il tarix, saat 09:30-da “Changan UNİ-V İDD Plug-in Hibrid” markalı, **-UM-*** dövlət qeydiyyat nişanlı avtomobili Bakı şəhəri, Nəsimi rayonu ərazisində sərxoş vəziyyətdə idarə etməsinin müəyyən edildiyi göstərilmişdir. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı ilə (hakim İbadzadə Anar Qənimət oğlu) Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İXM-in 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 400 manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs həmin məhkəmə qərarından şikayət verib, onun ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayətin dəlilləri və tərəflərin çıxışları: Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs şikayətini onunla əsaslandırmışdır ki, o, ## ###### 2026-cı il tarixdə avtomobilini Mirzəağa Əliyev küçəsi istiqamətində idarə edərkən onu saxlatdırmış polis əməkdaşının tələbi ilə alkotester müayinəsindən keçərkən, həmin gün spirtli içki qəbul etməməsinə baxmayaraq, cihaza üflədikdən sonra polis əməkdaşı ona cihazın onun sərxoş olmasını göstərdiyini bildirmiş, ona 0,344 promil sərxoşluq dərəcəsinin olduğu çeki göstərmişdir. Polis əməkdaşının dediklərini inandığına görə izahatında qeyd etmişdir. Saat 10:20-də tibbi müayinədən keçərkən sərxoş olmadığı müəyyən edilmişdir. Lakin birinci instansiya məhkəməsi alkotester yoxlanışı ilə tibbi müayinə arasında 1 saat 4 dəqiqə zaman fərqinin olmasına görə bu müddət ərzində sərxoşluq vəziyyətinin aradan qalxmasının mümkün olduğunu hesab etmişdir. Bundan başqa, məhkəməyə təqdim edilmiş xüsusi texniki cihazın tətbiqinə dair çekdə onun sərxoşluğunun müayinə vaxtı kimi saat 09:24 göstərilsə də, o, saat 09:07 radələrində polis əməkdaşı tərəfindən saxlanılmış, onun saat 09:12- 09:17 radələrində sərxoşluq müayinəsi həyata keçirilmiş, 09:22-də polis şöbəsinə aparılmışdır. Göstərdiyi faktı avtomobilində real vaxt üzrə qeydiyyat aparan videogörüntülər və inzibati xəta haqqında protokolda inzibati xəta hadisəsinin törədilmə saatına düzəliş edilməsi faktı təsdiq edir. Polis əməkdaşının ona barəsində alkotester müayinəsinin tətbiq edilməsi barədə yerində təqdim etdiyi çekdə sərxoşluq dərəcəsinin 0,344 promil, məhkəməyə təqdim edilmiş çekdə isə 0,405 promil olmasının göstərilməsi həmin məlumatların həqiqiliyinə dair şübhə doğurur. Beləliklə, birinci instansiya məhkəməsi işin faktiki hallarına və təqdim edilmiş sübutlara düzgün hüquqi qiymət verməmiş və qanunvericiliyi düzgün tətbiq etməmişdir. Göstərdiklərinə əsasən iş üzrə səlahiyyətli orqanın onun barəsində tərtib etdiyi protokolu, birinci instansiya məhkəməsinin qərarını qanunsuz və əsassız hesab edir. Apellyasiya məhkəmədi iclasında Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs şikayətin məzmununa uyğun çıxış edərək təmin edilməsini xahiş etmişdir. Apellyasiya məhkəməsi iclasına səlahiyyətli orqanının nümayəndəsi vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq gəlməmiş, bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Buna görə də məhkəmə şikayətə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşin halları və hüquqi məsələlər: Azərbaycan Respublikası İXM-in 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Məhkəmə iş üzrə şikayətin dəlillərinə hüquqi qiymət verilməsi ilə əlaqədar aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası İXM-in: - 96.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoş vəziyyətdə olmasını güman etməyə kifayət qədər əsas olduqda, onun sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün xüsusi texniki vasitələrdən istifadə edilir. Həmin şəxs sərxoş vəziyyətdə olubolmamasının xüsusi texniki vasitədən istifadə edilməklə müəyyən edilməsindən imtina etdikdə və ya xüsusi texniki vasitə ilə müayinənin nəticəsi ilə razılaşmadıqda, tibbi müayinəyə aparılır. - 333.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə dörd yüz manat miqdarında cərimə edilir və ya nəqliyyat vasitələrini idarə etmə hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## #### 2014-cü il tarixli, *** nömrəli qərarı ilə təsdiq edilmiş “Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydaları”nın: - 2.2-ci bəndinə əsasən nəqliyyat vasitəsini idarə edən şəxsin alkoqollu içkidən, narkotik vasitələrdən, psixotrop və digər güclü təsir edən maddələrdən istifadə etməsi faktını təsdiq etmək məqsədi ilə polis əməkdaşı müayinənin nəticəsini kağız daşıyıcıda əks etdirən texniki vasitələrdən (alkotester, narkotester) istifadə edir. - 2.3-cü bəndinə əsasən alkoqolun qəbulu faktının xüsusi texniki vasitə ilə yoxlanılması şəxsin nəfəsvermə, narkotik vasitələrdən, psixotrop və digər güclü təsir edən maddələrin qəbulu faktının xüsusi texniki vasitə ilə yoxlanılması isə şəxsin ağız suyundan nümunənin götürülməsi üsulu ilə aparılır. - 2.4-cü bəndinə əsasən xüsusi texniki vasitə qanda alkoqolun konsentrasiyasının 0,3 promilli və daha artıq olmasını, yaxud narkotik vasitələrin, psixotrop və digər güclü təsir edən maddələrin qəbulunu göstərdiyi halda, şəxsin sərxoşluq vəziyyətində olduğu hesab edilir. Apellyasiya instansiyası məhkəməsi iş materiallarında olan, məhkəmə iclasında elan edilərək tədqiq edilmiş müvafiq sənədlər əsasında müəyyən etmişdir ki,: - ## ###### 2026-cı il tarix, saat 09:24-də səlahiyyətli orqanın əməkdaşı tərəfindən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs alkotesterlə müayinə edilməsi zamanı sonuncunun qanında alkoqolun konsentrasiyasının 0,405 promil olması aşkar edilmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs şəxsən yazdığı izahatında onda 0,344 promil alkoqol aşkar edildiyini, həkim müayinəsindən keçməyə ehtiyacının olmadığını göstərmiş, beləliklə də həmin müayinə zamanı sərxoş vəziyyətdə olduğunu etiraf etməklə, bu halı mübahisələndirməmişdir (alkotesterlə müayinəyə dair ## ###### 2026-cı il tarixli sənədə və “Sərxoşluq vəziyyətini müəyyən etmək üçün texniki vasitədən istifadə etmək haqqında” ## ###### 2026-cı il tarixli, ******* nömrəli protokola əsasən). - Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ## ###### 2026-cı il tarix, saat 10:20-də həkim müayinəsindən keçirilərkən ayıq olmuşdur (Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “xxxx” Publik hüquqi şəxsi tərəfindən verilmiş ## ###### 2026-cı il tarixli, */**** nömrəli tibbi müayinə protokoluna əsasən). - Orqanizmin fərdi xüsusiyyətlərindən asılı olaraq, alkoqolun miqdarının 1 saata orta hesabla 0,1-0,2 promil azalması nəzərə alınaraq, ## ###### 2026-cı il tarix, saat 09:24 və ## ###### 2026-cı il tarix 10:20-də Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs aid keçirildiyi göstərilmiş müayinələrin nəticələri arasında ziddiyyət yoxdur (“xxxx” PHŞ-in verdiyi oxşar məzmunlu rəyə əsasən). Azərbaycan Respublikası İXM-in 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Apellyasiya instansiyası məhkəməsi yuxarıda göstərilən sübut növlərinə və onların əsasında müəyyən edilmiş işin faktiki hallarına əsasən belə nəticəyə gəlir ki,: - iş materialları ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İXM-in 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi sübut edilir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “xxxx” Publik hüquqi şəxsi tərəfindən tərtib edilmiş ## ###### 2026-cı il tarixli, */**** nömrəli protokolda ## ###### 2026-cı il tarix 10:20də sonuncunun tibbi müayinəsi zamanı ayıq vəziyyətdə olmasının göstərilməsi onun müvafiq inzibati məsuliyyətini istisna edən hal kimi qiymətləndirilə bilməz. - Birinci instansiya məhkəməsi işin faktiki hallarını tam, obyektiv və hərtərəfli araşdırdıqdan sonra Azərbaycan Respublikası İXM-in 75, 76 və 84-cü maddələrinin tələblərinə uyğun olaraq, iş üzrə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs səlahiyyətli orqanın tərtib etdiyi inzibati xəta haqqında protokolda göstərilmiş məzmunda Azərbaycan Respublikası İXM-in 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə düzgün nəticəyə gəlmişdir. Səlahiyyətli orqan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində inzibati cərimə tənbeh tədbirini Azərbaycan Respublikası İXM-in 333.1-ci maddəsinin sanksiyası həddində tətbiq etmişdir. Beləliklə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs verdiyi şikayət əsassız olduğuna görə təmin edilməməli, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə şərh olunanlara əsaslanaraq, Azərbaycan Respublikası İXM-in 131, 133, 134.1.1, 136 və 138.1.3-cü maddələrini rəhbər tutaraq, QƏRARA A L D İ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs verdiyi şikayət təmin edilməsin. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərar qətidir, qərardan şikayət və ya protest verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar