Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-1498/2026 25.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi Əliyev Emin Zöhrab oğlu, Kamranlı Mahsun Şahin oğlunun katibliyi ilə, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Əməliyyat-Istintaq Baş Idarəsinin nümayəndəsi X1, barəsində inzibati xəta haqında iş üzrə icrat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) iştirakı ilə, Qərardan şikayət verən orqan (şəxs) barəsində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 481-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## ### 2026-ci il tarixli *(*- ***)-****/**** saylı qərarından Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Əməliyyat- Istintaq Baş Idarəsi tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: Təqdim olunmuş inzibati xəta haqqında iş üzrə icraat materiallarından və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Əməliyyat-Istintaq Baş Idarəsi tərəfindən qəbul olunmuş ## #### 2026-cı il tarixli *****/***** saylı inzibati tənbeh vermə haqqında qərarından görünür ki, Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 481-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində inzibati xətanın bilavasitə obyekti olan ümumilikdə 31450 (otuz bir min dörd yüz əlli) manat dəyərində malların dəyərinin 50 faizi həcmində, yəni 15725 (on beş min yeddiz yüz iyirmi beş) manat məbləğində inzibati qaydada cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir. Qərardan şikayət verən orqan (şəxs), barəsində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Əməliyyat-Istintaq Baş Idarəsi tərəfindən qəbul olunmuş ## #### 2026-cı il tarixli *****/***** saylı inzibati tənbeh vermə haqqında qərardan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət vermişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (hakim O.Q.Məmmədli) ## ### 2026-cı il tarixli qərarından görünür ki, şikayət təmin edilmiş və Qərardan şikayət verən orqan (şəxs) barəsində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 481-ci maddəsi ilə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Əməliyyat-Istintaq Baş Idarəsi tərəfindən qəbul olunmuş ## #### 2026-cı il tarixli *****/***** saylı qərar ləğv edilmiş və həmin inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Qərardan, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Əməliyyat-Istintaq Baş Idarəsi apellyasiya qaydasında şikayət verərək, Qərardan şikayət verən orqan (şəxs) barəsində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 481-ci maddəsi ilə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Əməliyyat-Istintaq Baş Idarəsinin ## #### 2026-cı il tarixli *****/***** saylı qərarının ləğv edilməsi, həmin inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin # ### 2026-cı il tarixli qərarının ləğv edilməsini və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Əməliyyat-Istintaq Baş Idarəsinin ## #### 2026-cı il tarixli *****/***** saylı qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. Şikayətin dəlilləri və tərəflərin çıxışları: Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə inzibati xəta haqqında işin materiallarını düzgün tədqiq etməmiş, Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinə istinad etməklə inzibati məsuliyyətə cəlbetmə müddətinin qanunla müəyyən olunmuş müddətdən artıq keçdiyini əsas gətirərək Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 481-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə başlanılmış inzibati xəta haqqında iş üzrə qəbul edilmiş ## #### 2026-cı il tarixli *****-***** saylı qərarı ləğv edərək inzibati icraata xitam vermişdir. Məhkəmə inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan bütün halları düzgün araşdırmamış, təqdim olunmuş sübutlara səthi yanaşmış və Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 481-ci maddəsində nəzərdə tutulmuş əməli törətməsi inzibati xətaya dair iş materialları ilə tam sübuta yetirilsə də, barəsində inzibati xəta haqqında icraat aparılan Qərardan şikayət verən orqan (şəxs) inzibati məsuliyyətdən kənarda qalmasına səbəb olmuşdur. Qərardan şikayət verən orqan (şəxs) tərəfindən ##.##.2024-cü il tarixdə ümumilikdə dəyəri az miqdarda - 31450 manat təşkil edən malların sənədlərdən və ya eyniləşdirmə vasitələrindən aldatma yolu ilə istifadə etməklə gömrük sərhədindən keçirilməsi faktı Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Əməliyyat-Istintaq Baş Idarəsi Istintaq idarəsində ********* nömrəli cinayət işi üzrə aparılmış araşdırma ilə müəyyən edilmiş və bu fakt həmin cinayət işi üzrə qəbul edilmiş # #### 2026- cı il tarixli qərarda öz əksini tapmışdır. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 38.3-cü maddəsinə əsasən, cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Sözügedən cinayət işindən # #### 2026-cı il tarixli qərara əsasən ayrılmış sənədlər əsasında aparılmış inzibati xəta haqqında iş üzrə Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 481-ci maddəsi ilə təqsirli bilinərək, onun barəsində ## #### 2026-cı il tarixdə, yəni qanunvericilikdə göstərilən üç ay müddət keçmədən inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Birinci instansiya məhkəməsi qərarında Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 38.3-cü maddəsini nəzərə almamış, yalnız həmin Məcəllənin 38.1-ci maddəsinə istinad etməklə inzibati məsuliyyətə cəlbetmə müddətinin qanunla müəyyən olunmuş müddətdən artıq keçdiyini əsas gətirərək Azərbaycan Respublikasının vətəndaşı Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 481-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə başlanılmış inzibati xəta haqqında iş üzrə qəbul edilmiş ## #### 2026-cı il tarixli 10000- ***** saylı qərarı ləğv edərək inzibati icraata xitam vermişdir. Bununla da, məhkəmə inzibati xəta haqqında işin materiallarını düzgün tədqiq etməmiş, inzibati qanunvericilik aktının müddəalarını düzgün tətbiq etməmiş, nəticədə, əsassız qərar qəbul etmişdir. Həmçinin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Azərbaycan Respublikası vətəndaşı Qərardan şikayət verən orqan (şəxs) tərəfindən ##.##.2024-cü il tarixdə ümumilikdə dəyəri-31450 manat təşkil edən malların sənədlərdən və ya eyniləşdirmə vasitələrindən aldatma yolu ilə istifadə etməklə gömrük sərhədindən keçirilməsi inzibati qanunvericiliklə qorunan ictimai münasibətləri pozmaqla, dövlətin iqtisadi mənafeyinə zidd olaraq, sözügedən malların aldatma yolu ilə gömrük sərhəddindən keçirilməsinə səbəb olmuşdur. Məhkəmə iclasında, inzibati orqanın nümayəndəsi X1, şikayətin dəlillərinə uyğun çıxış edərək, təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında, barəsində inzibati xəta haqında iş üzrə icrat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) şikayətin təmin olunmamasını və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Işin halları və hüquqi məsələlər: Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlilləri əsasında inzibati xəta haqqında iş üzrə icraat materiallarını hərtərəfli, tam və obyektiv araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyərək hesab edir ki, aşağıda qeyd olunan əsaslara görə şikayət təmin edilməməli və inzibati iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya instansiyası məhkəməsi belə qənaətə gələrkən, verilmiş şikayət üzrə inzibati xəta haqqında aparılmış icraatın xüsusiyyətlərini, qəbul edilmiş məhkəmə qərarının qanuniliyini və əsaslılığını, iş üzrə toplanmış və əlavə təqdim edilmiş materiallar əsasında yoxlamağı və qanunvericiliyin tələblərini rəhbər tutmağı vacib hesab edir. Belə ki, inzibati xəta haqqında işlərə hakim və ya səlahiyyəti orqan (vəzifəli şəxs) tərəfindən baxılarkən, xətanın müəyyən edilməsi məqsədilə işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasını həyata keçirmək üçün qanunvericiliyin tələbləri baxımından irəli gələn bütün zəruri tədbirlərin görülməsi tələb olunur. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən, qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Apellyasiya instansiyası məhkəməsi inzibati xəta haqqında iş üzrə aparılmış icraatın xüsusiyyətlərini, qəbul edilmiş məhkəmə qərarının qanuniliyini və əsaslılığını təqdim edilmiş iş materialları əsasında yoxlayaraq qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən inzibati xəta haqqında iş üzrə qəbul edilmiş qərar işin faktiki hallarına tam uyğun olmuşdur. Belə ki, birinci instansiya məhkəməsi inzibati iş üzrə mübahisələndirilən məsələ haqqında qərar qəbul edərkən, bu məsələnin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırıb ətraflı təhlil etmiş, gəldiyi nəticəni qanunun tələblərinə və sənədlərə istinad edərək əsaslandırmışdır. Məhkəmədə bu məsələ ilə bağlı tərəflərin izahatı dinlənilmiş, sənədlər tədqiq olunmuş, təhlillər aparılmış və məhkəmə araşdırması üzrə nəticə etibarı ilə yekun məhkəmə aktı, Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinin tələbinə əsasən qəbul edilmişdir. Şikayətin dəlillərində, Qərardan şikayət verən orqan (şəxs) tərəfindən gömrük qaydaları əleyhinə 2024-cü ili əhatə edən dövrdə törədilmiş inzibati xətaya dair inzibati məsuliyyətə cəlb etmə müddətinin keçmədiyi mübahisələndirilərək, Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 38.3-cü maddəsinin tələbinə əsasən, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Əməliyyat-Istintaq Baş Idarəsi Istintaq idarəsində ********* nömrəli cinayət işi üzrə aparılmış araşdırma ilə əlaqədar qəbul olunmuş # #### 2026-cı il tarixli qərara istinad olunmuşdur. Inzibati iş üzrə, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Əməliyyat-Istintaq Baş Idarəsi tərəfindən qəbul olunmuş ## #### 2026-cı il tarixli *****/***** saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, # #### 2026-cı il tarixli qərar, ********* nömrəli cinayət işi üzrə qəbul olunmuş “sübutların qiymətləndirilməsi haqqında” qərardır. Yəni, Qərardan şikayət verən orqan (şəxs) tərəfindən gömrük qaydaları əleyhinə 2024cü ili əhatə edən dövrdə törədilmiş inzibati xətaya münasibətdə, inzibati orqanın istinad etdiyi, Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 38.3-cü maddəsinin ehtiva etdiyi, “Cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə” anlayışı, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Əməliyyat-Istintaq Baş Idarəsi Istintaq idarəsində ********* nömrəli cinayət işi üzrə aparılmış araşdırma ilə əlaqədar qəbul olunmuş # #### 2026-cı il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərarı ifadə etmir. Belə ki, Azərbaycan Respublikası CPM-də “sübutların qiymətləndirilməsi haqqında” qərar anlayışı nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 38.3-cü maddəsinə əsasən, cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Həmin Məcəllənin 38.5-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs qaçıb gizlənərsə, müddətin axımı dayanır. Bu halda müddətin axımı, həmin şəxsin aşkarlandığı vaxtdan bərpa olunur. Lakin inzibati xətanın törədildiyi vaxtdan bir il keçərsə, qaçıb gizlənən şəxs inzibati məsuliyyətə cəlb oluna bilməz. Göründüyü kimi, Qərardan şikayət verən orqan (şəxs) tərəfindən gömrük qaydaları əleyhinə 2024-cü ili əhatə edən dövrdə törədilmiş inzibati xətaya münasibətdə, inzibati orqanın, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Əməliyyat-Istintaq Baş Idarəsi Istintaq idarəsində ********* nömrəli cinayət işi üzrə aparılmış araşdırma ilə əlaqədar qəbul olunmuş # #### 2026-cı il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərarın, Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 38.3-cü maddəsinin tələbinə uyğun nəzərə alınması haqqında iddiası əsassızdır. Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinə əsasən, gömrük qaydaları əleyhinə olan inzibati xətalara görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Apellyasiya instansiyası məhkəməsi inzibati iş üzrə toplanmış icraat materiallarında olan sübutları bir daha sadalamağa lüzum görmür və birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə materialda olan sənədlərə və qanunun tələblərinə uyğun olduğu üçün onunla razılaşır və qeyd edir ki, şikayətin dəlilləri həmin nəticənin qanuniliyini şübhə altına almağa heç bir əsas vermir. Qeyd olunan xüsusatlara əsasən birinci instansiya məhkəməsinin inzibati xəta haqqında iş üzrə toplanmış icraat materiallarına əsasən gəldiyi nəticə maddi və prossesual hüquq normalarının tələbləri baxımından tam əsaslıdır. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 106.0.5-ci maddəsinə əsasən, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən, həll etməli olduğu məsələlərdən biri də mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplanılmasının yoxlanılmasıdır. Inzibati xəta haqqında iş üzrə icraat materiallarına və birinci instansiya məhkəməsinin qərarına əsasən, məhkəmədə tədqiq edilmiş sənədlərlə müqayisədə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinin tələbinə əsasən, inzibati məsuliyyətə cəlb olunmasına və tənbeh edilməsinə əsaslar müəyyən edilməmişdir. Şikayətin dəlillərinə münasibətdə, inzibati iş üzrə birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsinə heç bir qanuni əsas yoxdur. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Odur ki, qanunvericiliyin müddəalarını və inzibati xəta haqqında iş üzrə icraat materiallarını tədqiq edən apellyasiya instansiyası məhkəməsi, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticələri işin faktiki hallarına uyğun hesab edir. Belə ki, inzibati xəta haqqında iş üzrə icraat materiallarını müqayisəli təhlil edən birinci instansiya məhkəməsi maddi və prossesual hüquq normalarına əsaslanaraq qanuni qərar qəbul etmişdir. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən, qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Beləliklə, şikayət təmin edilməməli və Qərardan şikayət verən orqan (şəxs) barəsində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Əməliyyat-Istintaq Baş Idarəsi tərəfindən qəbul olunmuş ## #### 2026-cı il tarixli *****/***** saylı inzibati tənbeh vermə haqqında qərara əsasən Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 481-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## ### 2026-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanları və Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 128, 133, 134, 135 və 136-cı maddələrinin tələblərini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi QƏRARA A L D İ: Şikayət təmin edilməsin. Qərardan şikayət verən orqan (şəxs) barəsində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Əməliyyat-Istintaq Baş Idarəsi tərəfindən qəbul olunmuş ## #### 2026-cı il tarixli *****/***** saylı inzibati tənbeh vermə haqqında qərara əsasən Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 481-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## ### 2026-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir, ondan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №3(3-6)-1498/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-1498/2026
25.05.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver