Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 3(3-6)-1499/2026 25.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi Babayev Qədim Xalid oğlu, Məhkəmə iclas katibi X1 iştirakları ilə, Müəyyən e t d i m: “X2 Dəstək” IB-nin barəsinəd Azərbaycan Respublikasınin Inzibati Xətalar Məcəlləsinin 580-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokol Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə daxil olmuşdur. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-****/**** saylı qərarına əsasən “X2 Dəstək” IB-nin Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 580-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata təqsirliliyi sübuta yetirilmədiyindən xitam verilmişdir. Həmin qərardan narazı qalan Ədliyyə Nazirliyinin Notarial, qeydiyyat və reyestr baş idarəsinin rəisi apellyasiya şikayəti verərək Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli qərarın ləğv edilməsini və “X2 Dəstək” IB-nin barəsində Inzibati Xətalar Məcəlləsinin 580-ci maddəsi təqsirli bilinərərk cərimə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya qaydasında verilmiş şikayətlə bağlı işin materiallarını araşdırıb hesab edirəm ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli qərarından Ədliyyə Nazirliyi Notarial, qeydiyyat və reyestr baş idarəsinin rəisi tərəfindən verilmiş apellyasiya şikayəti qanunla müəyyən olunmuş müddət ötürülməklə verildiyindən material baxılmadan birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, habelə müdafiəçi və nümayəndə tərəfindən inzibati xətalar haqqında işlər üzrə qərarlardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 129.1.3-cü maddəsinə əsasən, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilir. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən, qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Iş materiallarından görünür ki, Hazırkı halda isə apellyasiya şikayəti ## ### 2026-cı il tarixdə, yəni apellyasiya şikayəti vermə müddəti başa çatandan sonra məhkəməyə daxil olmuşdur. Həmçinin müddətin bərpa olunması ilə bağlı Ədliyyə Nazirliyi Notarial, qeydiyyat və reyestr baş idarəsinin rəisi tərəfindən məhkəməyə vəsatət də təqdim olunsa da, məhkəmə tərəfindən bu vəsatətə baxıb qiymət verilmədən apellyasiya şikayəti üzrə iş materialı ilə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Məhkəmə hesab edir ki, Ədliyyə Nazirliyi Notarial, qeydiyyat və reyestr baş idarəsinin rəisi tərəfindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpa olunmasına dair vəsatətə baxılıb qiymət verilməsi üçün iş materialı birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin tələblərini rəhbər tutaraq qərara a l ı r a m: “X2 Dəstək” IB-nin Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 580-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata təqsirliliyi sübuta yetirilmədiyindən xitam verilməsinə dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-****/**** saylı qərarından Ədliyyə Nazirliyi Notarial, qeydiyyat və reyestr baş idarəsinin rəisi tərəfindən verilmiş apellyasiya şikayəti üzrə iş materialı buraxılmış müddətin bərpa olunmasına dair vəsatətə baxılması üçün birinci instansiya məhkəməsinə qaytarılsın. Qərardan şikayət verilə bilməz. Hakim Qədim Babayev
Məhkəmə qərarları › İş №3(3-6)-1499/2026
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №3(3-6)-1499/2026
25.05.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver