Məhkəmə qərarları › İş №3(3-6)-1500/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-1500/2026

25.05.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-1500/2026 25.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakim Əhmədov Zəfər Vahid oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əlizadə Xədicə Nahid qızının katibliyi ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə İXM) 333-1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək inzibati qaydada tənbeh edilməsinə dair ## ### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarından barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqdim edilmiş materiallara əsasən X1 ## ##### 2026-cı il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişir. Xüsusi Tağım Baş yol patrul xidməti inspektoru, R X2 tərəfindən tərtib edilərək məhkəməyə təqdim edilmiş ## ##### 2026- cı il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokolda göstərilmişdir ki, sürücü Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ##.##.2026-cı il tarixdə, saat 16:10 radələrində “Daewoo Gentra” minik markalı, **-SC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən “Yol Hərəkəti haqqında” Qanunun 30-cu maddəsinə zidd olaraq nəqliyyat vasitəsinin istismarı qaydalarını pozduğuna görə saxlanılmış, zahiri görkəmində Nazirlər Kabinetinin *** saylı qərarında göstərilən hal müşayiət olunduğundan sərxoşluq vəziyyətinin bütün hallarının təyini məqsədilə tibbi müayinədən keçirilmiş, nəticədə onun narkotik vasitələrdən istifadə nəticəsində yaranmış sərxoşluq vəziyyətində olduğu müəyyən edilmiş, bununla da Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs AR İXM-nin 342.5 və 333-1.1- ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarı ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İXM-nin 333-1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 06 ay müddətə nəqliyyat vasitələrini idarə etmə hüququnun məhdudlaşdırılması növündə inzibati tənbeh tədbiri tətbiq edilmiş, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs AR İXM-nin 342.5-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə hüquqi qiymət verilməsi səlahiyyətli orqanın səlahiyyətinə aid olduğundan material Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs AR İXM-nin 342.5-ci maddəsi ilə nəzərdə tutulmuş əməlinə qiymət verilməsi üçün DİN Baş Dövlət Yol Polisi İdarəsinə göndərilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli qərarından Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs apellyasiya qaydasında şikayət verərək, həmin qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri qismində göstərilmişdir ki, həmin qərarla razılaşmır. HM verdiyi rəy onun idrarı olmayıb, həmçinin işdə göstərilən video və imzası ilə təsdiq etdiyi izahatını tam təsir altında, hədə-qorxu gəlinərək Yaqub Ramil ve Qafarov Şəmsəddin tərəfindən şantaj olunaraq yazıb imzalamışdır. ##.##.2026-cı il tarixdə məhkəmə zalına gəlməyə maddi imkanı olmadığını nəzərə alaraq Füzuli rayon məhkəməsinə göndərməsini və ya videokanfrans edilməsini bildirsə də ədalatlik prinsiplərinə məhəl qoyulmayıb və heç bir araşdırma aparmadan qərar qebul edilmişdir. Onun tələbi inspektordan Dövlət narkoloji müəssisəsinə yəni Maştağaya və ya Sumqayıta aparmağını tələb etsə də əməkdaşlar orda həkim rəyinin neqativ olması zamanı HM-dakı kimi özlərinə sərf edən pozitiv rəy ala bilməyəcəkləri üçün aparmamaqları onun narkotik təsiri altında olmadığının bir sübut parçasıdır. Apellyasiya qaydasında verilmiş şikayət üzrə məhkəmə baxışı ilə əlaqədar işə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs və səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbdən olması və ya məhkəmə iclasının təxirə salınması barədə vəsatət verməmişlər. Məhkəmə, İXM-nin 133.2.4-ci maddəsinə əsasən nümayəndənin iştirakı olmadan inzibati işə baxılmasını mümkün hesab edir. Məhkəmə verilmiş şikayətlə əlaqədar inzibati işin materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb hesab edir ki, verilmiş şikayət təmin edilməməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarı qanuni və əsaslı olduğundan verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İnzibati xəta haqqında ## ##### 2026-cı il tarixli, İXP ******* saylı protokoldan görünür ki, sürücü Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ##.##.2026-cı il tarixdə, saat 16:10 radələrində “Daewoo Gentra” minik markalı, **-SC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən “Yol Hərəkəti haqqında” Qanunun 30-cu maddəsinə zidd olaraq nəqliyyat vasitəsinin istismarı qaydalarını pozduğuna görə saxlanılmış, zahiri görkəmində Nazirlər Kabinetinin *** saylı qərarında göstərilən hal müşayiət olunduğundan sərxoşluq vəziyyətinin bütün hallarının təyini məqsədilə tibbi müayinədən keçirilmiş, nəticədə onun narkotik vasitələrdən istifadə nəticəsində yaranmış sərxoşluq vəziyyətində olduğu müəyyən edilmiş, bununla da Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs AR İXM-nin 342.5 və 333-1.1- ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətmişdir. İnzibati xəta haqqında protokolun barəsində inzibati qaydada icraat aparılan şəxsin izahatı qrafasında olan yazıdan görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs protokolu imzalamaqdan imtina etmişdir. HN Medical MMC tərəfindən verilmiş ##.##.2026-cı il tarixli müayinə aktından görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs həmin tarixdə tibbi mayinədən keçirilən zaman onda narkotik vasitələrin qəbulu nəticəsində (MET və THC pozitiv) sərxoşluq vəziyyəti aşkar edilmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən DİN BDYPİ-də verilmiş izahatdan görünür ki, o, həmin izahatında müayinə zamanı onda narkotik vasitə olan marixuana aşkarlandığını, əməlindən peşman olduğunu, bir daha belə hallara yol verməyəciyini bildirmişdir. Göründüyü kimi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İXM-nin 333-1.1ci maddəsində nəzərdə tutulmuş əməli törətməsi özünün etirafı, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polis İdarəsinin ## ##### 2026-cı il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol, narkotik vasitələrin qəbul edilməsini göstərən müayinə aktı və digər iş materialları ilə sübuta yetirilir İş üzrə toplanmış sübutları qiymətləndirərək məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində olan inzibati xəta haqqında işə baxarkən təqdim olunmuş materiallar əsasında inzibati xəta haqqında qanunvericiliyin tələblərinə uyğun, düzgün olaraq araşdırmış və əsaslı olaraq onu İXM-in 333- 1.1-ci maddəsi ilə tənbeh etmişdir. İXM-nin 333-1.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə altı yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş şəxs barəsində tətbiq olunmuş inzibati tənbehin növü və həddi ilə bağlı qeyd olunmalıdır ki, birinci instansiya məhkəməsi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində inzibati tənbeh tədbiri seçərkən inzibati xətanın xarakteri, onun təqsirinin dərəcəsini və əməlindən peşiman olmasını məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların müəyyən olunmamasını nəzərə almış və sonuncuya törətdiyi inzibati xətaya görə maddənin sanksiyasında nəzərdə tutulmuş 06 ay müddətə nəqliyyat vasitələrini idarə etmə hüququnun məhdudlaşdırılması növündə inzibati tənbeh tədbiri tətbiq etmişdir ki, bu da öz növbəsində İXM-in 21-ci maddəsinin məqsədinin təmin olunmasında yetərli hesab olunmalıdır. Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs apellyasiya şikayətində işdə göstərilən video və imzası ilə təsdiq etdiyi izahatını tam təsir altında, hədə-qorxu gəlinərək Yaqub Ramil ve Qafarov Şəmsəddin tərəfindən şantaj olunaraq yazıb imzalaması ilə bağlı məhkəmə qeyd edir ki, şəxsin şikayətində göstərmiş olduğu hal müdafiə xarakteri daşıyır və sübut kimi qəbul edilə bilməz. Çünki, şikayətçinin istinad etdiyi dəlillərə məhkəmə tərəfindən artıq yuxarıda ətraflı şəkildə qiymət verilmiş və iş materialları ilə şəxsin təqsiri tam olaraq sübuta yetirilir. Beləliklə, sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli mübahisələndirilən qərarı qanuni və əsaslı, təyin etdiyi inzibati tənbeh ədalətlidir. Bu səbəbdən şikayətdə göstərilənlər qərarın ləğv edilməsi və ya dəyişdirilməsi, eləcə də iş üzrə icraata xitam verilməsi üçün əsas olmadığından verilmiş şikayət təmin edilməməlidir İXM-in 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Şərh olunanlara əsasən və İXM-in 134.1.1-ci maddəsini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDI: Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İXM-nin 333-1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək inzibati qaydada tənbeh edilməsinə dair ## ### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarı verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir, qətidir, ondan şikayət və protest verilə bilməz. Hakim Zəfər Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar