Məhkəmə qərarları › İş №3(3-6)-1501/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-1501/2026

01.06.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-1501/2026 01.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi İbrahimov Zamin Vəliyəddin oğlunun sədrliyi, məhkəmə iclasının katibi Eminov Azər Elçin oğlunun katibliyi, barəsində inzibati icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) və səlahiyyətli orqan Bakı şəhər Baş Polis İdarəsi X1 İdaərsiinin nümayəndəsi X4 iştirakları ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** saylı qərarından Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Qərardan şikayət verən orqan (şəxs) şikayət ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhər DYPİ tərəfindən ##.##.2026-cı il tarixli, IXP ******* nömrəli protokol əsasında qəbul edilmiş ##.##.2026-cı il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və nəqliyyat vasitəsini idarə etmək hüququnun bərpa edilməsini xahiş etmişdir. Şikayətçi şikayətini onunla əsaslandırmışdır ki, ##.##.2026-cı ildə saat 21:20 radələrində BYD destroyer 05 markalı, **QH*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə etdiyi zaman **YP*** dövlət qeydiyyat nişanlı X2 xidmətinin əməkdaşı Əliyev Murad tərəfindən saxlanılaraq işıqforun qadağanedici nişanında hərəkət etdiyi bildirmişdir, o isə ona etiraz edərək, belə bir pozuntuya yol vermədiyini, işıqforun yaşıl işığında yolayrıcını keçdiyini bildirmişdir. Yol Patrul Xidmətinin əməkdaşından istinad etdiyi halı təsdiq edən videogörüntünü təqdim edilməsini xahiş etsə də, ona heç bir görüntü təqdim edilmədi, barəsində protokol tərtib ediləcəyi bildirilsə də, heç bir protokol tərtib və təqdim edilmədi. Adı çəkilən şəxs ondan açıq-aşkar rüşvət istəyərək, vermədiyi təqdirdə nəqliyyat vasitəsini duracağa yerləşdirməklə hədələdi. O, qeyri-qanuni tələbi icra etməkdən imtina etdiyinə görə, ona Bakı şəhər Polis İdarəsinin DYP-nə “Fərid müəllim” adlı şəxsin yanına getməyə və nəqliyyat vasitəsini duracağa aparmağa məcbur etdi. Atasının vəfatı ilə bağlı bir neçə gün Bakı şəhərində olmadığından bu məsələ ilə məşğul ola bilmədi və nəhayət ##.##.2026-cı ildə o, BPİ DYPİ-nə yaxınlaşdıqda ona qarşı qeyri-qanuni tələblər dəyişməmişdir və o, həmin məbləği onlara vermədiyinə görə onu uzun müddət orada gözlətmiş, bir daha həmin hadisə ilə bağlı video və səs qeydlərini, hadisənin baş verdiyini təsdiqləyən digər sübutların, protokolu və qərarın verilməsini xahiş etdiyində isə “qərarın verildi, get hara istəyirsən şikayət et” kimi süründürməçi və qeyri-qanuni münasibətlə qarşılaşmışdır. Barəsində çıxarılmış ##.##.2026-ci il tarixli qərarla bağlı elə həmin tarixdə müraciət edərək qanunsuz olduğunu, tərəfindən hər hansısa bir inzibati xətanın törədilmədiyini bir daha qeyd etmişdir. Lakin bugünədək törətmədiyi bir inzibati xətaya görə sürücülük hüququndan məhrum edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz sayılır. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir (8.2). İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir (8.3). 53-cü maddəsinə əsasən, inzibati xəta hadisəsi olmadıqda, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında iş üzrə icaat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 100.3. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə inzibati xəta haqqında protokolun surəti verilir. İnzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsin də inzibati xəta haqqında protokolun surətini almaq hüququ vardır. Yuxarıdakılara əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinə müvafiq olaraq, Bakı Şəhər X1 İdarəsinin ## ##### 2026-cı il tarixli, nömrəsiz İnzibati tənbeh vermə haqqında qərarının qanunsuz hesab edilərək ləğv edilməsini və nəqliyyat vasitəsini idarə etmək hüququnun bərpa edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** saylı qərarı ilə Qərardan şikayət verən orqan (şəxs) şikayəti təmin edilməmiş, Qərardan şikayət verən orqan (şəxs) barəsində tərəfindən qəbul edilmiş ##.##.2026-cı il tarixli “İnzibati tənbeh vermə haqqında” qərar dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə qərarından narazı qalan Qərardan şikayət verən orqan (şəxs) apellyasiya şikayəti verərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)- ****/**** nömrəli qərarının ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarının ləğv edilməsini və barəsində olan inzibati icraat üzrə işə xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən səlahiyyətli orqan Bakı şəhər Baş Polis İdarəsi X1 İdaərsiinin nümayəndəsi X4 apellyasiya şikayətinin əsassız olduğu üçün təmin olunmamasını və Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*- ***)-****/**** nömrəli qərarının qüvvədə saxlanılmasını məhkəmədən xahiş etdi. İnzibati xəta haqqında iş üzrə birinci instansiya məhkəməsinin qərarından verilən şikayətə baxılarkən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*- ***)-****/**** saylı qərarının qanuniliyini və əsaslılığını iş üzrə olan materiallar əsasında yoxlayaraq məhkəmə hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan Bakı şəhər DYPİ tərəfindən ##.##.2026-cı il tarixli, IXP ******* nömrəli protokol əsasında qəbul edilmiş ##.##.2026-cı il tarixli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Qərardan şikayət verən orqan (şəxs) ##.##.2026-cı il tarixdə, saat 21:25-də ünvan 1 ünvanında “BYD Destroyer 05 Plug-İn hibrid minik” markalı, 99- QH595 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsi, Bu Məcəllənin 327.1-1, 327.1-2, 327.2-327.6, 327.8, 328.2, 328.3, 328.4, 331, 333.1, 333- 1.1, 342.7, 343.1, 343-1.1 və 346.2–346.9-cu maddələrində müəyyən edilmiş balla qiymətləndirilən xətaları törətməklə sürücülər tərəfindən bir il ərzində 20 və daha çox bal toplanmasına görə AR İXM-nin 327.2 və 327.7-ci maddəsində nəzərdə tutulmuş inzibati xətalarını törətmiş, ona görə də Qərardan şikayət verən orqan (şəxs) inzibati cərimə edilməsi qərara alınmışdır. Bakı şəhər Baş Polis İdarəsi X1 İdarəsi tərəfindən məhkəməyə təqdim edilmiş videogörüntüdən “BYD Destroyer 05 Plug-İn hibrid minik” markalı, **-QH-*** dövlət qeydiyyat nişanlı avtomobilin ünvan 1 ünvanında hərəkətdə olarkən svetoforun sarı işarəsi yanarkən hərəkətini davam etdirdiyi görünür. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə - yüz manat məbləğində cərimə edilir. Yol hərəkəti haqqında Azərbaycan Respublikasının Qanunun: 59-cu maddəsinə əsasən Svetoforun dairəvi siqnallarının aşağıdakı mənaları vardır: 3) sarı rəngli işığın yanması — bu siqnal hərəkəti qadağan və tezliklə siqnalların dəyişəcəyi barədə xəbərdarlıq edir; 4) sarı rəngli işığın yanıb-sönməsi — hərəkətə icazə verir və nizamlanmayan yolayrıcının və ya piyada keçidinin olduğunu bildirir, təhlükə barədə xəbərdarlıq edir. 60-cı maddəsinin IV bəndinə əsasən svetoforun sarı işığı yandıqda və ya nizamlayıcı qolunu yuxarı qaldırdıqda nəqliyyat vasitəsini kəskin tormozlamadan bu maddənin ikinci və üçüncü hissələrində (yəni, başqa yerlərdə — hərəkətinə icazə verilən nəqliyyat vasitələrinə və piyadalara maneə yaratmadan svetofor və ya nizamlayıcı qarşısında və ya dəmiryol keçidi qarşısında) müəyyən edilən yerlərdə saxlaya bilməyəcək sürücülərə hərəkəti davam etdirməyə icazə verilir. 76-cı maddəsinin II bəndinə əsasən svetoforun sarı və ya qırmızı siqnalı ilə eyni vaxtda əlavə bölməsində yandırılmış ox işarəsi istiqamətində hərəkət edən sürücü başqa istiqamətlərdən gələn nəqliyyat vasitələrinə yol verməlidir. 5.53 nişanı tətbiq edilməklə daimi sağa dönməyə icazə verilmiş yolayrıcında sağa dönən sürücü digər istiqamətlərdən gələn nəqliyyat vasitələrinə, habelə dönməyə başladığı və dönəcəyi yolların hərəkət hissələrini keçməkdə olan və hərəkətinə icazə verilmiş piyadalara yol verməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.7-ci maddəsinə əsasən bu Məcəllənin 327.1-1, 327.1-2, 327.2-327.6, 327.8, 327-1.1, 327-1.3, 328.2, 328.3, 328.4, 331, 333.1, 333-1.1, 342.7, 343.1, 343-1.1 və 346.2-346.9-cu maddələrində müəyyən edilmiş balla qiymətləndirilən xətaları törətməklə sürücülər tərəfindən bir il ərzində 20 və daha çox bal toplanmasına görə nəqliyyat vasitəsini idarə etmək hüququ altı ay müddətinə məhdudlaşdırılır. İş üzrə təqdim edilmiş videomaterial və şikayətçinin izahatı birgə qiymətləndirildikdə yol hərəkəti şəraitinin mürəkkəbliyi (ardıcıl svetoforlar və yolayrıcında stop xəttinin mövcudluğu) sürücünü əlavə ehtiyatlı davranmağa məcbur etsə də, bu hal yol hərəkəti qaydalarından yayınmaq üçün əsas yaratmır Məhkəmə verilmiş şikayətə münasibətdə qeyd edir ki, videogörüntü ilə təsdiq olunur ki, sarı işıq yanarkən sürücü stop xəttinə çatdığı anda dayanmaq imkanına malik olsa da, həmin tələbi yerinə yetirməyərək hərəkətini davam etdirmişdir. Bu hərəkət AR İXM-in 327.2ci maddəsində nəzərdə tutulmuş svetoforun qadağanedici siqnalı zamanı hərəkətin davam etdirilməsi tərkibini yaradır. Beləliklə, sadalanan qanunun tələbləri və işin bütün hallarının tədqiqi nəticəsinə əsaslanaraq, məhkəmə belə qənaətə gəlir ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** saylı mübahisələndirilən qərarı qanuni və əsaslıdır. Bu səbəbdən şikayətdə göstərilənlər qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas olmadığından verilmiş şikayət təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDI: Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir, ondan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar