Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-1502/2026 26.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi X4 oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Şükürov Rauf Azər oğlunun katibliyi, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi ** saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin etibarnamə üzrə nümayəndəsi X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Nümayəndə iştirakları ilə, “xxxx” MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 233.1 və 237.1ci maddələri ilə nəzərdə tutulan inzibati xətaları törətməsinə dair iş üzrə icraata barəsində inzibati icraat aparılan hüquqi şəxsin əməlində inzibati xəta tərkibi olmadığından xitam verilməsinə dair Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-***/**** saylı qərarından Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi ** saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi ** saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi “xxxx” MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 233.1, 237.1-ci maddələri ilə MN ******* nömrəli, ##.##.2025-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edərək, baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə göndərmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-***/**** saylı qərarı ilə “xxxx” MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 233.1 və 237.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xətaları törətməsinə dair iş üzrə icraata barəsində inzibati icraat aparılan hüquqi şəxsin əməlində inzibati xəta tərkibi olmadığından xitam verilməsi qərara alınmışdır. Həmin qərardan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi ** saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi apellyasiya şikayəti verərək Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-***/**** saylı qərarının ləğv edilməsi və “xxxx” MMC-nin inzibati məsuliyyətə cəlb edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, idarə tərəfindən tərtib edilmiş ****** nömrəli, ##.##.2025-ci il tarixli aktdan görünür ki, X3 Monitorinq İdarəsinin mütəxəssisləri tərəfindən keçirilmiş monitorinq zamanı ilkin baxış zamanı metaləritmə və metal kəsimi sexinin fəaliyyəti zamanı ətraf ərazilərə iy-qoxu və tüstünün yayıldığı müşahidə edilmişdir. XKMFİ-nin mütəxəssisləri tərəfindən aparılan ölçmə - analiz işləri zamanı atmosferə atılan zərərli qaz qarışıqlarının miqdarının ətraf mühit üçün yol verilə bilən həddən artıq olduğu müəyyən edilərək ##.##.2025-ci il tarixli ****** nömrəli monitorinq aktı tərtib edilmişdir. Araşdırma zamanı metal kəsimi sexində atmosferə atılan zərərli qaz qarışıqlıqlarının qarşısının alınması məqsədilə qaztoz təmizləyici qurğunun olmadığı müəyyən edilmişdir. ** saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib edilmiş ##.##.2025-ci il tarixli ****** nömrəli aktdan görünür ki, monitorinq zamanı xxxx MMC-nin metal kəsimi sexində ətraf əraziyə baxış keçirilmiş, və ərazidə tüstü müşahidə olunmuşdur. Monitorinq ölçmə işləri sex fəaliyyətində olan zaman qarşısında təxminən 5-7 metr məsafədə SKY 2000 R4 səyyar cihaz vasitəsilə aparılmışdır. Ölçmənin nəticələrinə görə həmin ərazidə S02-28,1 m3 /25 (norma 0,5 mq/m3 ) təşkil etmişdir ki, bu da ətraf mühit üçün yol verilən hədd normasından artıqdır. Ölçmə analiz işlərində MMC-nin direktoru Nümayəndə iştirak etmiş və ölçməanaliz işlərinin nəticələri ona təqdim edilmişdir.“xxxx” MMC rəhbərliyi inzibati araşdırmaya dəvət olunmuş, lakin iştirak təmin olunmamışdır. xxxx»MMC tərəfindən İXM-nin 233.1, 237.1-ci maddələri pozulduğundan ##.##.2025-ci il tarixli MN ******* nömrəli protokol tərtib edilmişdir. Bütün bu amillər “xxxx” MMC-nin məsuliyyətə cəlb olunmasına əsas verir. Apellyasiya baxışı zamanı iştirak edən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi ** saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin etibarnamə üzrə nümayəndəsi X1 apellyasiya şikayətini müdafiə edərək və onun dəlillərinə uyğun çıxış edərək məhkəmədən şikayətin təmin edilməsini xahiş etdi. Apellyasiya baxışı zamanı iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Nümayəndə apellyasiya şikayətini əsassız hesab edərək məhkəmədən şikayətin təmin olunmamasını və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə verilmiş apellyasiya şikayəti ilə əlaqədar inzibati işin materiallarını araşdıraraq, proses iştirakçılarının çıxışlarını dinləyərək hesab edir ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi ** saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli və “xxxx” MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 233.1 və 237.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xətaları törətməsinə dair iş üzrə icraata barəsində inzibati icraat aparılan hüquqi şəxsin əməlində inzibati xəta tərkibi olmadığından xitam verilməsinə dair Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-***/**** saylı qərarı verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 4-cü maddəsinə görə, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə o, təqsiri olmayan hesab edilir. Həmin Məcəllənin 75-ci maddəsinə görə , inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: inzibati xəta hadisəsi; inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri; inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest baxıldıqda bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: ** saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokolda qeyd olunur ki, “xxxx” MMC tərəfindən ##.##.2025-ci il tarixdə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən metal kəsimi sexinin fəaliyyəti nəticəsində ətraf mühitə yayılan qaz qarışığının normadan çox olması və qaz təmizləyici qurğunun olmaması müəyyən edilmişdir. ** saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib edilmiş ****** nömrəli, ##.##.2025-ci il tarixli aktdan görünür ki, X3 Monitorinq İdarəsinin mütəxəssisləri tərəfindən keçirilmiş monitorinq zamanı ilkin baxış zamanı metaləritmə və metal kəsimi sexinin fəaliyyəti zamanı ətraf ərazilərə iy-qoxu və tüstünün yayıldığı müşahidə edilmişdir. XKMFİ-nin mütəxəssisləri tərəfindən aparılan ölçmə - analiz işləri zamanı atmosferə atılan zərərli qaz qarışıqlarının miqdarının ətraf mühit üçün yol verilə bilən həddən artıq olduğu müəyyən edilərək ##.##.2025-ci il tarixli ****** nömrəli monitorinq aktı tərtib edilmişdir. Araşdırma zamanı metal kəsimi sexində atmosferə atılan zərərli qaz qarışıqlıqlarının qarşısının alınması məqsədilə qaztoz təmizləyici qurğunun olmadığı müəyyən edilmişdir. Ölçmə analiz işlərində MMC-nin direktoru Nümayəndə iştirak etmiş və ölçməanaliz işlərinin nəticələri ona təqdim edilmişdir. ** saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib edilmiş ##.##.2025-ci il tarixli ****** nömrəli aktdan görünür ki, monitorinq zamanı xxxx MMC-nin metal kəsimi sexində ətraf əraziyə baxış keçirildi. Keçirilən baxış zamanı ərazidə tüstü müşahidə olundu. Monitorinq ölçmə işləri sex fəaliyyətində olan zaman qarşısında təxminən 5-7 metr məsafədə SKY 2000 R4 səyyar cihaz vasitəsilə aparıldı. Ölçmənin nəticələrinə görə həmin ərazidə S02-28,1 m3 /25 (norma 0,5 mq/m3 ) təşkil etmişdir ki, bu da ətraf mühit üçün yol verilən hədd normasından artıqdır. İş materiallarında olan fotoşəkillərdən görünür ki, XKEMİ-nin nümayəndəsi X2 digər nümayəndələrlə açıq ərazidə cihaz vasitəsilə ölçmə həyata keçirir, zavodun daxili hissəsində olan şəkildə isə fəaliyyəti olmayan qurğunun şəkli çəkilir. Birinci instansiya məhkəməsi inzibati xəta haqqında iş üzrə xitam verərkən müəyyən etmişdir ki, sexin fəaliyyəti zamanı ətraf mühitə buraxılan zəhərli maddələri zərərsizləşdirilməsi və qarşısının alınması məqsədilə Toztutucu qurğu quraşdırılmış və buna dair Ekologiya və Təbii Sərvətlər Nazirliyi X8 Xidməti tərəfindən ##.##.2024-cü il tarixdə qəbul edilmiş texniki pasportu MMC-nin nümayəndəsi məhkəmə iclasında təqdim etmiş, inzibati xəta haqqında protokolu tərtib etmiş orqanın nümayəndəsi həmin sənədlə tanış olmuşdur. Ətraf mühitə yayılan qaz qarışığının normadan çox olması ilə bağlı məhkəmə inzibati xəta hadisəsinin törədildiyi yer kimi qeyd olunmuş əraziyə baxış nəticəsində belə qənaətə gəlmişdir ki, ** saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarənin və XKEMİ-nin nümayəndələrinin iştirakı ilə keçirilmiş monitorinq zamanı ətraf mühitə yayılan qaz qarışığının normadan çox olması müəyyən edilsə də bu digər müəssisənin fəaliyyəti səbəbindən baş vermişdir. Yəni ** saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarənin və XKEMİnin nümayəndələri bir müəssisənin törətdiyi inzibati xətanı digər müəssisənin törətməsi kimi qiymətləndirmişlər. Belə ki, inzibati xəta hadisəsinin törədildiyi yer kimi qeyd olunmuş əraziyə baxış zamanı “xxxx” MMC-yə məxsus müəssisə ilə ölçmənin aparıldığı yer fərqli, bir-birindən uzaq məsafədə yerləşir. Məhkəmə iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, birinci instansiya məhkəməsi inzibati xəta haqqında işə baxarkən təqdim olunmuş materiallar əsasında inzibati xəta haqqında qanunvericiliyin tələblərinə uyğun olaraq tam, hərtərəfli və obyektiv araşdırma aparmış və “xxxx” MMC-nin barəsində inzibati xəta haqqında işin icraatına xitam verilməsi barədə düzgün qənaətə gəlmişdir. Belə ki, işin birinci instansiya məhkəməsi tərəfindən müəyyən olunmuş faktiki hallarına, o cümlədən “xxxx” MMC-yə məxsus müəssisə ilə ölçmənin aparıldığı yerin fərqli, bir-birindən uzaq məsafədə yerləşməsi xüsusatına əsasən məhkəmə apellyasiya şikayətinin dəlillərini əsassız sayaraq xxxx” MMC-nin inzibati məsuliyyətə cəlb olunmasına hər hansı əsas müəyyən etmir. İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Beləliklə, sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi ** saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli və “xxxx” MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 233.1 və 237.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xətaları törətməsinə dair iş üzrə icraata barəsində inzibati icraat aparılan hüquqi şəxsin əməlində inzibati xəta tərkibi olmadığından xitam verilməsinə dair Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-***/**** saylı qərarı verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDI: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi ** saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. “xxxx” MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 233.1 və 237.1ci maddələri ilə nəzərdə tutulan inzibati xətaları törətməsinə dair iş üzrə icraata barəsində inzibati icraat aparılan hüquqi şəxsin əməlində inzibati xəta tərkibi olmadığından xitam verilməsinə dair Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-***/**** saylı qərarı verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərar qətidir, ondan şikayət və ya protest verilə bilməz. Hakim Əfqan Ələkbərov
Məhkəmə qərarları › İş №3(3-6)-1502/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-1502/2026
26.05.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver