Azәrbaycan Respublikası adından Qərar Bakı şәhәri İş № 3(3-6)-1503/2026 20.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Mәhkәmәsinin hakimi Hümbәtov Fәhmin Zaur oğlunun sәdrliyi, Boroyev Əli Əhmәd oğlunun katibliyi, Barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan şәxs Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs iştirakı ilә, Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs Azәrbaycan Respublikası İnzibati Xәtalar Mәcәllәsinin 510.1 vә 535.1-ci maddәlәri ilә tәqsirli bilinib inzibati tәnbeh edilmәsinә dair Bakı şәhәri Sabunçu Rayon Mәhkәmәsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** nömrәli qәrarından barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan şәxs tәrәfindәn verilmiş apellyasiya şikayәtinә Bakı Apellyasiya Mәhkәmәsinin inzibati binasında açıq mәhkәmә iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şәhәri Sabunçu Rayon Polis İdarәsi 13-cü Polis Şöbәsindәn daxil olmuş inzibati xәta haqqında ## ### 2026-cı il tarixli, MN ******* saylı protokola әsasәn Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs ##.##.2026-cı il tarixdә Sabunçu rayonu, Sülh küçәsindә olarkәn saat 13:30 radәlәrindә polisin qanuni tәlәblәrinә qәsdәn tabe olmayaraq tabesizlik göstәrmişdir. ## ### 2026-cı il tarixli, MN ******* saylı protokola әsasәn Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs ##.##.2026-cı il tarixdә Sabunçu rayonu, Sülh küçәsindә olarkәn saat 13:30 radәlәrindә ictimai yerdә nalayiq ifadәlәr işlәtdiyi üçün ictimai asayişi pozaraq xırda xuliqanlıq etmişdir. Bakı şәhәri Sabunçu Rayon Mәhkәmәsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** nömrәli qәrarı ilә (hakim Teymur Həsənov) Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs Azәrbaycan Respublikası İnzibati Xәtalar Mәcәllәsinin 510.1 vә 535.1-ci maddәlәri ilә tәqsirli bilinib, Azәrbaycan Respublikasının İnzibati Xәtalar Mәcәllәsinin 34.3-cü maddәsinә әsasәn daha ciddi xәtaya görә, Azәrbaycan Respublikasının İnzibati Xәtalar Mәcәllәsinin 535.1-ci maddәsi ilә 10 (on iki) gün müddәtinә inzibati hәbs növündә inzibati tәnbeh tәtbiq edilmişdir. Hәmin qәrardan barәsindә inzibati xәta haqqında iş üzrә icraap aparılan şәxs apellyasiya qaydasında şikayәt verәrәk, Bakı şәhәri Sabunçu Rayon Mәhkәmәsinin ##.##.2026cı il tarixli, *(*-***)-****/**** nömrәli qәrarının lәğv edilmәsini vә inzibati xәta haqqında iş üzrә icraata xitam verilmәsini xahiş etmişdir. Mәhkәmә iclasında barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan şәxs Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs apellyasiya şikayәtinә uyğun izahat verәrәk, şikayәtin tәmin edilmәsini, birinci instansiya mәhkәmәsinin qәrarının lәğv edilmәsini vә iş üzrә icraata xitam verilmәsini xahiş etmişdir. Mәhkәmә iclasının vaxtı vә yeri barәdә xәbәrdar olunmuş sәlahiyyәtli orqanın nümayәndәsi mәhkәmә iclasına gәlmәmiş vә sәbәblәri barәdә mәlumat vermәmişdir. Mәhkәmә, proses iştirakçılarının razılığı ilә şikayәtә inzibati xәta haqqında protokolu tәrtib etmiş orqanın nümayәndәsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşin halları və hüquqi məsələlər: Mәhkәmә apellyasiya qaydasında verilmiş şikayәt ilә әlaqәdar inzibati işin materiallarını araşdırıb, hesab edir ki, verilmiş apellyasiya şikayәti tәmin edilmәli vә Bakı şәhәri Sabunçu Rayon Mәhkәmәsinin Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs Azәrbaycan Respublikası İnzibati Xәtalar Mәcәllәsinin 510.1 vә 535.1-ci maddәlәri ilә tәqsirli bilinib, Azәrbaycan Respublikasının İnzibati Xәtalar Mәcәllәsinin 34.3-cü maddәsinә әsasәn daha ciddi xәtaya görә, Azәrbaycan Respublikasının İnzibati Xәtalar Mәcәllәsinin 535.1-ci maddәsi ilә 12 (on iki) gün müddәtinә inzibati hәbs növündә inzibati tәnbeh tәtbiq edilmәsinә dair ##.##.2026cı il tarixli, *(*-***)-****/**** nömrәli qәrarı lәğv edilmәli vә inzibati xәta haqqında iş üzrә icraata xitam verilmәlidir. Mәhkәmә aşağıdakılara әsasәn bu qәnaәtә gәlmişdir. Belә ki, mәhkәmәdә tәdqiq edilmiş vә işdә olan ## ### 2026-cı il tarixli, MN ******* saylı protokola әsasәn Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs ##.##.2026-cı il tarixdә Sabunçu rayonu, Sülh küçәsindә olarkәn saat 13:30 radәlәrindә polisin qanuni tәlәblәrinә qәsdәn tabe olmayaraq tabesizlik göstәrmişdir. ## ### 2026-cı il tarixli, MN ******* saylı protokola әsasәn Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs ##.##.2026-cı il tarixdә Sabunçu rayonu, Sülh küçәsindә olarkәn saat 13:30 radәlәrindә ictimai yerdә nalayiq ifadәlәr işlәtdiyi üçün ictimai asayişi pozaraq xırda xuliqanlıq etmişdir. ##.##.2026-cı il tarixli Raportdan görünür ki, ##.##.2026-cı il tarixdә Sabunçu rayonu, Sülh küçәsindә olarkәn saat 13:30 radәlәrindә bir nәfәr şәxsin nalayiq ifadәlәr işlәtdiyini görüb әmәliyyat müvәkkillәri ona yaxınlaşıb özünün tәqdim etmiş, vәtәndaşın işlәtdiyi nalayiq ifadәlәrin qanun pozuntusu olmasını izaht etmişlәr. Vәtәndaşı 13-cü PŞ-nә dәvәt etmişlәr, buna baxmayaraq vәtәndaş hәrәkәtlәrinә davam edәrәk polis әmәkdaşlarına qarşı müqavimәt göstәrib onların qanuni tәlәblәrini pozaraq tabesizlik göstәrmәyә başlamış, şәxsiyyәtini müәyyәnlәşdirmәk üçün 13-cü PŞ-nә dәvәt edilmişdir. 13-cü PŞ-dә vәtәndaşın Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs olması müәyyәn edilmişdir. İş materiallarına әlavә edilmiş Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs inzibati xәtaya dair aparılan icraat üzrә sәlahiyyәtli orqan tәrәfindәn alınmış izahatda görünür ki, o ümumiyyәtlә izahat vermәkdәn imtina etmişdir. Birinci instansiya mәhkәmәsindә izahat verәn barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan şәxs Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs göstәrmişdir ki, ona hüquq vә vәzifәlәri aydındır, öz hüquqlarını özü müdafiә etmәk iqtidarındadır. Ona qarşı şәr böhtan xarakterli addımlar atılmışdır. O demәk olar ki, hәr gün 4-5 dәfә 102 xidmәtinә yığaraq vermiş olduğu şikayәtlәrinin araşdırılmasını xahiş etmişdir. X1 800 manat almış, hәmin pulun qaytarılmadığı halda aksiya keçirmәsi ilә bağlı hәr gün müvafiq qurumlara şikayәtlәr edir. Tәhqiqatçı hazırda 23-cü PŞ-dә işlәyir. Tәhqiqatçının dostu ilә bağlı Sabunçu rayon mәhkәmәsindә iş gedir. Əgәr onun pulu qaytarılmasa vә şikayәtinә baxılmasa DİN-nin qarşısında aksiya keçirәcәkdir. O bir iş üzrә zәrәrçәkmiş şәxs kimi iştirak edir vә ona dәymiş ziyanın ödәnilmәsi ilә bağlı Sabunçu rayon mәhkәmәsindә iş aparılır. Hәmin tәqsirlәndirilәn şәxsin qohumu Sabunçu RPİ-nin rәis müavininin qohumudur. O sәbәbdәn dә onun şikayәtinin geri götürülmәsi üçün qurulmuş oyundur. Onu zәng edәrәk PŞ-nә çağırmışlar, әvvәlcә onu başqa PŞ-nә aparmaq istәsәlәr dә sonda 13-cü PŞ-nә gәtirmişlәr. Polis әmәkdaşları ona qarşı qanunsuzluq edirlәr. Sahә inspektoru ona demişdir ki, pul vermәsәn işini mәhkәmәyә göndәrәcәklәr. Bunlar hamısı ona qarşı qurulmuş oyundur. Polis әmәkdaşları ona qarşı şәr atır, yalan protokol tәrtib ediblәr. Bunlar hamısı bir saatın içindә olan işlәrdir. Ona verilmiş suallara cavabında göstәrmişdir ki, tez-tez vә ucadan danışmağı haqsızlığa dözә bilmәmәsi ilә bağlıdır. Bunlar hamısı ona qarşı qurulmuş bir oyundur. Hamısının әvәzini çıxacaqdır. Üzünә qarşı deyir ki, ondan şantaj, qorxuzmaq üçün pul tәlәb etmişlәr. Hәr gün dayanmadan 102 xidmәtinә şikayәt edir. Şahid yalan deyir, heç bir nalayiq ifadәlәr işlәtmәmiş, polisә qarşı müqavimәt göstәrmәmişdir. Bütün bunlar hamısı yalandır. 23-cü PŞ-dә rәisin qәbulunda olmuş vә yoluna qoyulmasını ona demişlәr. Pulu qaytarılmadığı halda aksiya keçirmәsini 102 xidmәtinә bildirmişdir. Bunlar hamısı Sabunçu RPİ-nin müavinin işidir. Özünü öldürmәk hәddinә çatmışdır. Apellyasiya instansiyası mәhkәmәsindә dә apellyasiya şikayәtinin dәlillәri ilә bağlı çıxış edәn barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan şәxs Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs oxşar mәzmunlu fikirlәr sәslәndirmiş, Azәrbaycan Respublikası İnzibati Xәtalar Mәcәllәsinin 510.1 vә 535.1-ci maddәlәri ilә müәyyәn edilmiş inzibati xәtaları törәtmәdiyini vә әsassız olaraq mәsuliyyәtә cәlb edildiyini göstәrmişdir. Göründüyü kimi hәm mәhkәmәyәdәk icraat zamanı, hәm dә mәhkәmә icraatı zamanı Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs qarşı istifadә edilәn yeganә sübut yalnız onu saxlayan polis әmәkdaşlarının izahatları olmuşdur. Apellyasiya mәhkәmәsi qeyd edir ki, şәxsi saxlayan, ona qarşı sübut toplayan polis әmәkdaşlarının izahatlarından başqa, Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs Azәrbaycan Respublikası İnzibati Xәtalar Mәcәllәsinin 510.1 vә 535.1-ci maddәlәri ilә müәyyәn edilmiş inzibati xәtaları törәtmәsini tәsdiq edәn başqa sübut yoxdur. Halbuki, hәr hansı bir şәxsin inzibati xәta törәtmәsinә dair әmәli bir-birini tamamlayan mötәbәr sübutlarla öz tәsdiqini tapmalıdır. Əks halda bütün şübhәlәr barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan şәxsin xeyrinә tәfsir edilmәlidir. Mәhkәmә qeyd edir ki, digәr (әn azından dolayı) sübutlar olmadığı bir vәziyyәtdә bir tәrәfin (polis әmәkdaşlarının) izahatlarının digәr tәrәfin (barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan şәxsin) izahatında üstün tutulması vә tәkcә bu әsasla şәxsin barsindә inzibati hәbs növündә tәnbeh tәtbiq edilmәsi әsassızdır. İnzibati xәtalar qanunvericiliyin müddәaları baxımından aşkardır ki, inzibati xәtanın törәdilmәsindә tәqsirli hesab edilәn vә inzibati xәta tәrkibinin әlamәtlәrini daşıyan әmәli (hәrәkәt vә ya hәrәkәtsizliyi) törәtmiş şәxs inzibati mәsuliyyәtә cәlb olunmalı vә bu baxımdan iqtisadi maraq, idarәçilik qaydalarının mühafizә olunması, qanunçuluğun möhkәmlәndirilmәsi vә inzibati xәtaların qarşısını almaq üçün qanun qarşısında bәrabәrlik, tәqsirsizlik prezumpsiyası, әdalәtlik prinsiplәri tәmin edilmәlidir. Hәmçinin dövlәt orqanları öz növbәsindә inzibati xәtaların törәdilmәsinin qarşısının alınması, buna kömәk edәn sәbәblәri vә şәraitin aşkar edilmәsi, qanunlara ciddi әmәl etmәk üçün tәdbirlәrin icra edilmәsini tәmin etmәlidirlәr. Bununla bәrabәr, xatırlatmaq zәruridir ki, inzibati xәta haqqında icraat üzrә işin düzgün hәlli üçün әhәmiyyәtli olan halların tam vә әtraflı araşdırılması, bununla bağlı hәrәkәtlәri vaxtında vә lazımı qaydada icra etmәk öhdәliyi (qanunvericiliklә nәzәrdә tutulan digәr kompleks tәdbirlәr) hәmin vәzifәli şәxslәrә (mәhkәmә icraatında isә hakimlәrә) aiddir. Lakin işә baxan birinci instansiya mәhkәmәsi bu hallara әhәmiyyәt vermәdәn İnzibati Xәtalar Mәcәllәsinin 75, 76, 80-cı maddәlәri baxımından qanunvericiliklә müәyyәn edilmiş tәlәblәrә әmәl etmәmiş, mühüm әhәmiyyәt kәsb edәn bütün faktiki halların araşdırılmamasına sәbәb olmuşdur. Azәrbaycan Respublikası İnzibati Xәtalar Mәcәllәsinin 510.1-ci maddәsinә әsasәn xırda xuliqanlıq, yәni ictimai qaydanı pozan, cәmiyyәtә açıqca hörmәtsizlik ifadә edәn, lakin fiziki şәxslәr üzәrindә zor tәtbiq olunması ilә vә ya belә zorun tәtbiq edilmәsi hәdәsi ilә, yaxud özgәnin әmlakının mәhv edilmәsi vә ya zәdәlәnmәsi ilә müşayiәt edilmәyәn hәrәkәtlәrә görәәlli manatdan yüz manatadәk mәblәğdә cәrimә edilir, işin hallarına görә, pozuntunu törәdәnin şәxsiyyәti nәzәrә alınmaqla, bu tәdbirlәrin tәtbiqi kifayәt sayılmadıqda, on beş günәdәk müddәtә inzibati hәbs tәtbiq olunur. Hәmin Mәcәllәnin 535.1-ci maddәsinә әsasәn polis işçisi vә ya hәrbi qulluqçu ictimai qaydanın mühafizә vәzifәlәrini icra edәrkәn, onların qanuni tәlәblәrinә qәsdәn tabe olmamağa görәfiziki şәxslәr iki yüz manat miqdarında cәrimә edilir vә ya işin halları vә pozuntu törәdәnin şәxsiyyәti nәzәrә alınmaqla, bu tәdbirlәrin tәtbiqi kifayәt hesab edilmәdikdә bir ayadәk müddәtә inzibati hәbs tәtbiq olunur. Mәhkәmә, qeyd olunan hüquq normasının әsaslarını şәrh etmәyi zәruri hesab edir. Bunun üçün, ilk növbәdә, ictimai qayda vә hüquq qaydaları anlayışlarına, onların әsaslarını sarsıdan hüquq pozuntusu, inzibati hüquq pozuntusunun tәrkibi vә elementlәri, ictimai qaydanın vә hüquq qaydasının mühafizәsinin tәmin edilmәsindә polis әmәkdaşlarının vәzifәlәrinin hәddlәri, polis әmәkdaşlarının tәlәblәrinin qanuni әsasları kimi anlayışlara aydınlıq gәtirmәk zәrurәti vardır. Mәhkәmә tәcrübәsindә ictimai qayda vә hüquq qaydası anlayışları bir çox hallarda fәrqlәndirilmir ki, bu da nәticә etibarı әmәlә hüquqi qiymәt verilmәsindә sәhvlәrә yol açır. İctimai qayda – qüvvәdә olan qanunvericiliklә, adәtlәrlә vә әnәnәlәrlә, hәmçinin mәnәvi normalarla tәnzimlәnәn, cәmiyyәtdә insanlar arasında formalaşmış münasibәtlәr sistemi, qarşılıqlı davranış vә birgәyaşayış qaydalarıdır. İctimai qayda bütün sosial norma vә prinsiplәrin realizә olunmasına әsaslanan ictimai münasibәtlәrin tәnzimlәnmiş vәziyyәtidir. Hüquq qaydası – konkret hüquq normalarının praktiki realizә edilmәsi nәticәsindә yaranan ictimai münasibәtlәrin tәnzimlәnmiş vәziyyәtidir. Bir tәrәfdәn onu hüquqi tәnzimlәnmәnin mәqsәdi, yәni qanunvericinin müәyyәn qaydaların bәrqәrar olmasına yönәlmiş fәaliyyәti kimi qәbul etmәk olar. Bu halda o, realizә olunmuş qanunçuluq statusuna malik olur. Digәr tәrәfdәn isә hüquq qaydasını hüquqi tәnzimlәmәnin nәticәsi kimi qәbul etmәk olar. Bu halda o, hüquqla ictimai münasibәtlәrin faktiki olaraq tәnzimlәnmiş vәziyyәti kimi çıxış edir. Dövlәt hüquq qaydasının hәm vacib elementi, hәm zәruri şәrti, hәmdәki qarantıdır. Belәliklә, hüquq qaydası hüququn vә hakimiyyәtinin vәhdәti, onların qarşılıqlı tәsirinin nәticәsidir. Bu elә bir qaydadır ki, onda ictimai, siyasi vә dövlәt hәyatının subyektlәrinin hüquqi vәziyyәti vә qarşılıqlı ünsiyyәti qәti olaraq qanunlarla müәyyәn edilir vә dövlәt hakimiyyәti tәrәfindәn qorunur. İctimai qaydanın vә hüquq qaydasının fәrqli sosial-normativ әsasları vә tәmin olunması qaydaları vardır. Belә ki, ictimai qaydanın bәrqәrar olunması üçün bütün sosial normaların (mәnәviyyat normalarının, adәtlәrin, dini normaların) vәhdәti tәlәb olunduğu halda, hüquq qaydası hüququn vә qanunçuluğun vasitәsilә bәrqәrar olur. İctimai qayda bütün cәmiyyәt tәrәfindәn tәmin olunduğu halda, hüquq qaydası dövlәtin mәcburi gücü vasitәsilә tәmin olunur. Qeyd olunan hüquq normasının tәlәblәrinә әsasәn inzibati xәta tәrkibinin yaranması üçün aşağıdakı meyarlar olmalıdır: 1) polis işçisi vә ya hәrbi qulluqçu ictimai qaydanın mühafizә vәzifәlәrini icra etmәlidir: 2) bu zaman hüquqpozmanın subyekti ictimai qaydanı pozmalıdır; 3) subјekt ictimai qaydanı pozarkәn, onun müһafizәsi vәzifәlәrini icra edәn polis işçisinin tәlәblәrinә qәsdәn tabe olmamalıdır; 4) Polis işçisinin tәlәbi qanuni, yәni onun icra edici vәzifәlәrә uygun olmalıdır. Mәhkәmә, işin faktiki hallarını araşırarkәn bu nәticәyә gәlmişdir ki, barәsindә inzibati protokol tәrtib edilmiş Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs tәrәfindәn ictimai qaydanın yuxarına qeyd olunan elementlәri pozulmuşdur. Belә ki, birinci instansiya mәhkәmәsi işә baxarkәn Azәrbaycan Respublikası İnzibati Xәtalar Mәcәllәsinin 510-cu maddәsinin dispozisiyasında nәzәrdә tutulmuş xırda xuliqanlığın nәdәn ibarәt olmasını, ictimai qaydanın pozulması üçün әmәlin ictimai yerdә olmasını, fiziki şәxslәr üzәrindә zor tәtbiq olunub-olunmaması vә belә zorun tәtbiq edilmәsi hәdәsi ilә, yaxud özgәnin әmlakının mәhv edilmәsi vә ya zәdәlәnmәsi ilә müşayiәt edilmәyәn hәrәkәtlәrin olubolmamasını aydınlaşdırmamış, şahidlәrin dairәsini müәyyәn etmәdәn vә hadisә yerinin görüntülәrini tәlәb etmәdәn, hәmçinin Azәrbaycan Respublikası İnzibati Xәtalar Mәcәllәsinin 535.1-ci maddәsindә nәzәrdә tutulmuş polis işçisinin ictimai qaydanın mühafizә vәzifәlәrini icra edәrkәn, onların hansı qanuni tәlәblәrinә qәsdәn tabe olmamasını әtraflı şәkildә araşdırmamış, iş materiallarında olan vә mәhkәmә iclası zamanı sadәcә inzibati xәta haqqında protokol tәrtib edәn şәxsin vә Sabunçu RPİ-nin 13-cü PŞ-nin CA üzrә әmәliyyat müvәkkilinin verdiyi ifadәlәrlә istinad etmәklә düzgün olmayan nәticәyә gәlmişdir. Belәliklә, mәhkәmә hesab edir ki, Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs әmәlindә Azәrbaycan Respublikası İnzibati Xәtalar Mәcәllәsinin 510 vә 535-ci maddәlәrinin dispozisiyasılarının vacib elementlәri olan ictimai qaydanın pozulmasına yönәlmiş hәrәkәtlәrin hәqiqәtәn mövcud olması vә bu hәrәkәtlәrin mәhz Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs tәrәfindәn törәdilmәsi sübuta yetirilmәmişdir.. Belә olduğu halda, polis işçisinin ictimai qaydanın mühafizә vәzifәlәrinin icra edәrkәn, onların qanuni tәlәblәrinә qәsdәn tabe olunmamasından da söhbәt gedә bilmәz. Mәhkәmә bu nәticәyә gәlir ki, Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs tәrәfindәn Azәrbaycan Respublikası İnzibati Xәtalar Mәcәllәsinin 510.1-ci vә 535.1-ci maddәlәrindә nәzәrdә tutulmuş inzibati hüquq pozuntularının törәdilmәsi, yәni bu maddәlәrlә onun tәqsirliliyi sübuta yetirlmәmişdir. Azәrbaycan Respublikası İnzibati Xәtalar Mәcәllәsinin 53.2-ci maddәsinә әsasәn hәr hansı şәxs barәsindә başlanılmış inzibati xәtalar haqqında işlәr üzrә icraata, hәmçinin onun inzibati xәta törәdilmәsinә aidiyyәti olmadıqda vә ya tәqsirliliyi sübuta yetirilmәdikdә, o cümlәdәn tәqsirliliyin sübuta yetirilmәsindә qanuna zidd olaraq әldә edilmiş sübutlardan istifadә edildikdә xitam verilir. Qeyd olunanlara görә hesab edirәm ki, apellyasiya şikayәti tәmin edilmәli, birinci instansiya mәhkәmәsinin qәrarı lәğv edilmәli, inzibati xәta haqqında iş üzrә icraata inzibati xәta tәrkibi olmadığından xitam verilmәlidir. Yuxarıdakılara әsasәn vә Azәrbaycan Respublikası İnzibati Xәtalar Mәcәllәsinin 134.1.3cü maddәsini rәhbәr tutaraq, QƏRARA ALDI: Apellyasiya şikayәti tәmin edilsin. Bakı şәhәri Sabunçu Rayon Mәhkәmәsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** nömrәli qәrarı lәğv edilsin vә inzibati xәta haqqında iş üzrә icraata xitam verilsin. Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs mәhkәmә iclas zalından dәrhal azad edilsin. Qәrar qәtidir, ondan şikayәt verilә bilmәz.
Məhkəmə qərarları › İş №3(3-6)-1503/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-1503/2026
20.05.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver