Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-1506/2026 20.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi Qəniyev Faiq Əsəd oğlunun sədrliyi, məhkəmə iclasının katibi Zeynalova Lalə Allahverdi qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs iştirakları ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra – İnzibati Xətalar Məcəlləsinin) 511.1.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilməsinə dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli *(*-**)-****/**** saylı qərarından Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən verilmiş şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Bakı şəhəri Nərimanov rayon Polis İdarəsindən daxil olmuş ## ### 2026-cı il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ## ### 2026-cı il tarixdə saat 19:43 radələrində idarə etdiyi “KIA OPTIMA” markalı **-BH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə hərəkətdə olarkən sürücü tərəfindən ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yol hərəkəti qaydalarının davamlı olaraq pozulması ilə müşayiət olunan nəqliyyat vasitəsini qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səslərinin çıxarılmasına və ya yolun səthində çoxsaylı təkər izlərinin buraxılması ilə müşayiət olunan qərəzli hərəkətlər, yəni avtoxuliqanlıq etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli *(*-**)-****/**** saylı qərarı ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İnzibati Xətalar Məcəlləsinin 511.1.3cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinmiş, onun nəqliyyat vasitəsini idarə etmək hüququ 01 (bir) il müddətinə məhdudlaşdırılmaqla barəsində 15 (on beş) gün müddətinə inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilmiş, həbsetmənin əvvəlinin ## ### 2026cı il saat 11:00-dan hesablanması qərara alınmışdır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli *(*-**)-****/**** saylı qərarından Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, əməlin subyektiv tərəfi (qərəzlilik və cəmiyyətə hörmətsizlik niyyəti) sübut olunmamışdır. İnzibati Xətalar Məcəlləsinin 511.1-ci maddəsinin mətni blanket xarakterlidir. Maddəyə əsasən, təkər səsinin çıxması və ya iz buraxılması avtomatik olaraq avtoxuliqanlıq təşkil etmir. Bu hərəkətlər mütləq şəkildə "ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən və qərəzli" xarakter daşımalıdır. Hərəkətlərində "nümayişkaranəlik" və ya cəmiyyətə hörmətsizlik niyyəti olmamışdır. Məhkəmə qərarında isə bu subyektiv tərəf araşdırılmamış, sadəcə qanunun mətni qərara mexaniki surətdə köçürülmüşdür. Hadisə ## ### 2026-cı il tarixdə saat 19:43 radələrində Bakı şəhərinin ən intensiv və sürətli hərəkət olan Ziya Bünyadov prospektində baş vermişdir. Həmin saatda yolda yaranmış qəfil qəza şəraiti və digər avtomobillərin manevri səbəbindən mən yol-nəqliyyat hadisəsinin qarşısını almaq üçün qəfil tormozlamağa və ya kəskin sürətlənməyə məcbur olmuşdu. Bu hərəkət tamamilə təhlükəsizlik məqsədilə edilmişdir və qanunun istisnalarına uyğundur. Məhkəmə qərarda iş materiallarında olan CD diskə istinad etmişdir. Lakin CD diskdəki videogörüntüdə qəsdən, əhalinin dincliyini pozmaq məqsədilə "şou" xarakterli hərəkət etdiyi əks olunmamışdır. Videoda sadəcə avtomobilin hərəkət dinamikası görünür ki, bu da yuxarıda qeyd edilən qəza vəziyyətindən yayınma zərurəti ilə bağlıdır. İnzibati xəta haqqında işin baxılması zamanı sübutlar tam, hərtərəfli və obyektiv araşdırılmamış, İnzibati Xətalar Məcəlləsinin 75-ci maddəsinin tələbləri pozulmuşdur. Bu işdə isə sürücünün manevrinin qəza şəraitindən yayınmaq məqsədilə olması şübhəsi tam aradan qaldırılmadan ittiham yönümlü qərar çıxarılmışdır. Bu iş üzrə yalnız inzibati xəta haqqında protokolu sübut növü hesab etməklə inzibati xəta hadisəsi törədildiyi qənaətinə gəlmək inzibati xəta qanunvericiliyinin təməl prinsiplərinə ziddir. İnzibati xəta haqqında protokol o zaman sübut növü hesab olunur ki, fakt digər sübutlarla (izahatlar, şahid ifadələri, video və foto qeydlər, ekspert rəyi və s.) təsdiq edilsin. İnzibati xəta haqqında protokol obyektiv, dolğun və dəqiq məlumatları əks etdirirsə mötəbər sübut hesab edilə bilər. Tək bir sübut, xüsusilə inzibati orqan tərəfindən tərtib olunmuş protokol şəxsin məsuliyyətə cəlb edilməsinə yeganə əsas ola bilməz. Bu obyektiv araşdırma tələbi və qərəzsiz qiymətləndirmə hüququ ilə ziddiyyət təşkil edir. İnzibati protokol hakimiyyət nümayəndəsinin baxış bucağını əks etdirir, lakin bu baxış digər sübutlarla yoxlanılmalıdır, əks halda, şəxsin təqsirsiz sayılma hüququ və ədalətli müdafiə hüququ pozulur. Müdafiə hüququ pozulmuşdur. Polis orqanında və məhkəmədə ona hüquqları izah olunmadan vəkil ilə təmin edilmədən bir çox sənədlərə imza etdirilmiş, bu zaman bilmədən müdafiəçi ilə təmin edilmədən imtina ərizəsinə də imza etdirmişlər. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi tam işi araşdırmamış, müdafiə hüququ pozulmaqla formal qaydada qərar qəbul etməklə kifayətlənmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəflərindən verilmiş apellyasiya şikayətini müdafiə edib ilk dəfədir belə əməl törətdiyini, əməlini etiraf edib peşman olduğunu, inzibati tənbeh tədbirinin ağır olduğunu, nəqliyyat vasitəsini həmin sürətdə idarə etməsinin özünün razılaşmasına əsasən tanışları tərəfindən videoqeydə alındığını bildirib apellyasiya şikayətinin təmin olunmasını xahiş etdi. Məhkəmə apellyasiya şikayəti ilə əlaqədar inzibati işin materiallarını araşdırıb, işdə iştirak edən şəxsi dinləyib, hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli *(*-**)-****/**** saylı qərarı verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materialında olan CD diskə baxış keçirildikdən sonra müəyyən olunmuşdur ki, nəqliyyat vasitəsinin sürücüsü Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ## ### 2026cı il tarixdə saat 19:43 radələrində ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yol hərəkəti qaydalarının davamlı olaraq pozulması ilə müşayiət olunan qərəzli hərəkət, yəni nəqliyyat vasitəsini qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səslərinin çıxarılmasına və ya yolun səthində çoxsaylı təkər izlərinin buraxılmasına yol verərək “KIA OPTIMA” markalı **-BH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə etmişdir. Birinci instansiya məhkəməsində inzibati xəta haqqında protokol tərtib etmiş Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin Dövlət X1 baş inspektoru X4 tərtib etmiş olduğu inzibati xəta haqqında protokolun məzmununa uyğun şəkildə çıxış edərək bildirmişdir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Ziya Bünyadov prospektində ## ### 2026-cı il tarixdə saat 19:43 radələrində idarə etdiyi “KIA OPTIMA” markalı **-BH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə hərəkətdə olarkən onun tərəfindən ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yol hərəkəti qaydalarının davamlı olaraq pozulması ilə müşayiət olunan nəqliyyat vasitəsini qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səslərinin çıxarılmasına və ya yolun səthində çoxsaylı təkər izlərinin buraxılması ilə müşayiət olunan qərəzli hərəkətlər, yəni avtoxuliqanlıq etmişdir. Məhkəmədən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində inzibati tənbeh tədbirinin seçilməsini xahiş etdi. Birinci instansiya məhkəməsində Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs məhkəmə iclasında özünü təqsirli bilərək bildirmişdir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ## ### 2026-cı il tarixdə saat 19:43 radələrində idarə etdiyi “KIA OPTIMA” markalı **-BH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə hərəkətdə olarkən Ziya Bünyadov prospektində davamlı olaraq ötmə və manevr qaydalarını pozmuş, digər hərəkət iştirakçılarına təhlükə yaratmışdır. O, avtoxuliqanlıq etdiyini etiraf etmişdir. Etdiyi əməldən peşmandır. Göstərilənləri nəzərə alaraq barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsi barədə qərar qəbul ediləsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 511.1-ci maddəsinə əsasən, avtoxuliqanlıq, yəni mexaniki nəqliyyat vasitəsinin sürücüsü tərəfindən ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yol hərəkəti qaydalarının davamlı olaraq pozulması ilə müşayiət olunan qərəzli hərəkətlərdir. Həmin Məcəllənin 511.1.3-cü maddəsinə əsasən, 511.1-ci maddəsinə nəzərdə tutulan hərəkətlər mexaniki nəqliyyat vasitəsini qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səslərinin çıxarılmasına və ya yolun səthində çoxsaylı təkər izlərinin buraxılmasına görə nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla beş yüz manatdan yeddi yüz əlli manatadək məbləğdə cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. İş materiallarında olan diskdə olan və hazırda apellyasiya baxışı zamanı həmin diskə baxış keçirilən zaman müəyyən olunmuşdur ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs sürücü qismində əyləşdiyi avtomobillə cəmiyyətə açıqca hörmətsizlik ifadə edərək yol hərəkəti qaydalarını pozmaqla avtoxuliqanlıq etmiş, ziqzaqvari hərəkətlərlə ətrafda olan avtomobillər üçün təhlükə yaratmışdır. Qeyd olunan videogörüntü əməlin törədilməsini birbaşa təsdiq edən təkzibedilməz sübutdur və mübahisələndirilməsi mümkünsüzdür. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən, həmin Məcəllə ilə qorunun ictimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.1-ci maddəsinə əsəsən, inzibati xətaya görə tənbeh İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 84.1-ci maddəsinə görə, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə inzibati xəta haqqında protokolu tərtib etmiş orqanın səlahiyyətli nümayəndəsinin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, şahidin izahatlarını dinləyib, inzibati xəta haqqında protokolu, şəxsin birinci instansiya məhkəməsində etirafedici izahatını, hadisənin görüntülərini özündə əks etdirən videogörüntünü və digər sənədləri araşdırıb hesab edir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli olması tam sübuta yetirilir. Məhkəmə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq və apellyasiya şikayətinin dəlillərinə qiymət verərək əlavə şərhə zərurət olmadan qeyd edir ki, iş materialında olan diskdə əks olunmuş videogörüntü ilə müdafiəçinin qeyd olunan dəlillərini əsassız olduğu, əksinə onun tərəfindən nəqliyyat vasitəsinin avtoxuliqanlıq hərəkətləri edilərək hərəkət etdirilməsi açıqaşkar görünür. İnzibati xəta törətmiş şəxs barəsində tətbiq olunmuş inzibati tənbehin növü və həddi ilə bağlı qeyd olunmalıdır ki, birinci instansiya məhkəməsi inzibati tənbeh tədbiri seçərkən inzibati xətanın xarakteri, onun təqsirinin dərəcəsini nəzərə almış və sonuncuya törətdiyi inzibati xətalara görə təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə tənbeh tədbiri tətbiq etmişdir Məhkəmə yuxarıda qeyd olunanları nəzərə alaraq hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxsin apellyasiya şikayətinə istinad etmiş olduğu dəlillər onun inzibati məsuliyyətindən yayınmağa cəhdi kimi qiymətləndirilməlidir. Apellyasiya şikayətinin dəlilləri müdafiə xarakterli olmaqla əsassızdır, inzibati xəta törətmiş şəxsi məsuliyyətdən yayındırmaq məqsədi daşıyır. Eyni zamanda, birinci instansiya məhkəməsinin qərarından görünür ki, məhkəmə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs törətdiyi əməldən səmimi peşman olmasını onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə almış, məsuliyyəti ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs şəxsiyyətini, törətmiş olduğu xətaların xarakterini və inzibati tənbehin məqsədlərinə nail olması, sanksiyası hüdudlarında ədalətli inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Məhkəmə həm də qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs təqsirsiz olması ilə bağlı olsa da, o, birinci instansiya məhkəməsində və apellyasiya baxışı zamanı təqsirini etiraf etmiş, barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmiş, məhz bu hal yüngülləşdirici hal kimi nəzərə alınmaqla onun barəsində sanksiyada nəzərdə tutulan inzibati həbs növündə tənbeh tədbiri ən minimum həddə tətbiq edilmişdir. Digər tərəfdən, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılması imperativ qaydada nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə görə, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Həmin Məcəllənin 134.1.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxılarkən qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün əsaslar müəyyən edilmədiyindən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli *(*-**)-****/**** saylı qərarı verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128- 136-cı maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməsi barədə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli *(*-**)- ****/**** saylı qərarı verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan şikayət və ya protest verilə bilməz.
Məhkəmə qərarları › İş №3(3-6)-1506/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-1506/2026
20.05.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver