Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-1508/2026 20.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakim Musayev Aqil Əlisa oğlunun sədrliyi, məhkəmə iclasının katibi X2 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs (bundan sonra - Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs) iştirakları ilə, Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarından Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs verdiyi şikayətə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Protokolu tərtib edən orqan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - Azərbaycan Respublikası İXM-in) 528.1-1-ci maddəsi ilə tərtib etdiyi ## ### 2026-cı il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri baxılması üçün Bakı Şəhəri Səbail Rayon Məhkəməsinə göndərmişdir. Həmin protokol Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin ## #### 2015-ci il tarixli, *(***)-****/**** nömrəli icra sənədinə (bundan sonra – icra sənədi) əsasən birgə nikahlarından ## ######## 2008-ci il tarixdə doğulmuş X1 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay 108 manat sabit pul məbləğində alimenti tələbkar X3 ödəməsi ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirməməsindən ibarət əməli barəsində qəbul edilmiş Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarının qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törətməsinə görə tərtib edilmişdir. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarı ilə (hakim X4) Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respubilkası İXM-in 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 30 (otuz) gün müddətinə inzibati həbs tənbeh tədbiri tətbiq edilmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs həmin məhkəmə qərarından şikayət verib, ona köməklik göstərilməsini xahiş etmişdir. Şikayətin dəlilləri və tərəflərin izahatları: Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs şikayətini yalnız onunla əsaslandırmışdır ki, iş üzrə birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarla razı deyildir. Həmin qərarla təqsirli bilindiyi əmələ görə özünü təqsirli bilmir. Apellyasiya məhkəməsi iclasında Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs verdiyi izahatında göstərmişdir ki, icra sənədi üzrə aliment öhdəliklərini icra etməkdən yayınmamışdır. İş üzrə 30 gün müddətə inzibati qaydada həbs edilməsi sağlamlığı üçün təhlükə yaratmaqla onun vəziyyətini ağırlaşdırır. Buna görə də iş üzrə barəsində tətbiq edilmiş inzibati həbs müddətinin azaldılmasını xahiş edir. Apellyasiya məhkəməsi iclasına zərərçəkmiş şəxs X3 və icra məmuru vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq gəlməmiş, bunun səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Buna görə də məhkəmə şikayətə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşin halları və hüquqi məsələlər: Azərbaycan Respublikasının İXM-in 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Apellyasiya məhkəməsi iclasında Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs verdiyi izahatında şikayətindəki tələbinin iş üzrə birinci instansiya məhkəməsinin onun barəsində tətbiq etdiyi inzibati həbsin müddətinin azaldılmasından ibarət olduğunu göstərməklə, həcmini dəqiqləşdirmişdir. Məhkəmə iş üzrə şikayətin dəlilinə hüquqi qiymət verilməsi ilə əlaqədar aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Məhkəmə iş materiallarında olan müvafiq sənədlər əsasında işin faktiki halları ilə bağlı müəyyən etmişdir ki,: - iş üzrə icra sənədinə əsasən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs birgə nikahlarından ## ######## 2008-ci il tarixdə doğulmuş X1 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay 108 manat sabit pul məbləğində alimenti tələbkar X3 ödəməlidir. - ## #### 2015-ci il tarixli qərarla həmin icra sənədi üzrə icraata başlanılmışdır. - Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-****/**** nömrəli qərarı ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs həmin icra sənədini qərəzli olaraq icra etməməsinə görə Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 8 gün müddətə inzibati həbs tənbeh tədbiri tətbiq edilmişdir. - Hazırda Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs X3 ödəməli olduğu aliment borcu 13994,40 manatdır (İnzibati xəta haqqında protokola əlavəyə əsasən). Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun: - 12.1-ci maddəsinə əsasən bu Qanunun 8.2-ci maddəsinin üçüncü bəndində nəzərdə tutulmuş hal istisna olmaqla, icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində bütün zəruri icra hərəkətlərini həyata keçirməlidir. - 82.1-ci maddəsinə əsasən borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. Azərbaycan Respublikası İXM-in: - 528.1-ci maddəsində icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. - 528.1-1-ci maddəsinə əsasən bu Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törədilməsinə görə fiziki şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası İXM-in 37-ci maddəsinin Azərbaycan Respublikası CM-in 306.1-ci maddəsi baxımından şərh edilməsinə dair” ## ###### 2014-cü il tarixli Qərarında göstərilmişdir ki, məhkəmənin qətnaməsini, hökmünü, qərarını, yaxud digər aktını icra etməmə dedikdə, icra üçün daxil olmuş məhkəmə qətnaməsinin, hökmünün, qərardadının, qərarının və ya əmrinin icrasını həyata keçirmək üçün bu və ya digər hərəkəti etməli olan şəxsin qanunla müəyyən edilmiş müddətdə həmin hərəkətləri etməməsi başa düşülür. Məhkəmə aktlarının qərəzli icra edilməməsini aşağıdakılara əsasən müəyyən etmək olar: - məhkəmə qərarında nəzərdə tutulmuş tələblərin həmin qərarda müəyyən edilmiş müddət ərzində icra edilməməsi; - borcluya məhkəmə qərarının icra edilməməsi haqqında dəfələrlə rəsmi xəbərdarlıq edilməsi; - borclunun məhkəmə qərarını icra etməməsinə görə inzibati məsuliyyətə cəlb edilməsi; - borclu tərəfindən məhkəmə qərarının icrası üçün yetərli tədbirlərin görülməməsi; - borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının olması. Apellyasiya instansiyası məhkəməsi yuxarıda işin müəyyən edildiyi göstərilmiş faktiki halları və onlara tətbiq edilməli olan qanunvericilik normalarına əsaslanaraq hesab edir ki, iş materialları ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs iş üzrə icra sənədini onunla bağlı Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş ## ###### 2025ci il tarixli, *(***)-****/**** nömrəli qərarı ilə Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməsindən sonra da dəfələrlə rəsmi xəbərdarlıq edilməsinə baxmayaraq, qərəzli olaraq tam icra etməməsi sübut edildiyinə görə birinci instansiya məhkəməsi sonuncunu ## ### 2026-cı il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilən məzmunda əməli törətməsini müəyyən edib, Azərbaycan Respublikası İXM-in 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilərkən haqlı olmuşdur. Azərbaycan Respublikası İXM-in: - 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. - 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. - 31.2-ci maddələrinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə göstərilən qanunvericilik normalarına əsaslanaraq hesab edir ki, inzibati xəta törətmiş şəxsə təyin olunan inzibati tənbehin ədalət prinsipinə cavab verməsi üçün inzibati tənbehin təyin edilməsi zamanı nəzərə alınmalı olan qanunda göstərilən əsasların məcmu halında obyektiv şəkildə qiymətləndirilməsi tələb olunur. Eləcə də, inzibati tənbeh tətbiq edilərkən iş üzrə müəyyən edilmiş məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar elə nəzərə alınmalıdır ki, tətbiq edilmiş inzibati tənbeh tədbiri ilə inzibati xətanın xarakteri və təqsirin dərəcəsi arasında uyğunsuzluq yaranmasın, inzibati tənbeh tədbiri xəta törətmiş şəxsin şəxsiyyətinə uyğun olub onun islah edilməsini və inzibati tənbehin digər məqsədlərini təmin edə bilsin. Apellyasiya instansiyası məhkəməsi yuxarıda göstərilən qanunvericilik normaları, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs törətdiyi, Azərbaycan Respublikası İXMin 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın xarakteri, onun şəxsiyyəti, təqsirinin dərəcəsi, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halın müəyyən edilməməsinə əsaslanaraq hesab edir ki, birinci instansiya məhkəməsi onun barəsində həmin Məcəllənin 21ci maddəsində göstərilmiş məqsədlərin təmin olunması üçün 528.1-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh tədbirini tətbiq edərkən haqlı olsa da, inzibati həbsi 30 gün müddətə tətbiq edərkən haqlı olmamışdır. Buna görə də birinci instansiya məhkəməsinin Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tətbiq etdiyi inzibati həbsin müddəti 15 günə qədər azaldılmalıdır. Həmin müddət sonuncu barəsində Azərbaycan Respublikası İXM-in 21-ci maddəsində göstərilmiş məqsədlərin təmin edilməsi üçün kifayətdir. Azərbaycan Respublikası İXM-in: - 134.1.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.2-135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında qərar qəbul edilir. - 135.1.5-ci maddəsinə əsasən tətbiq edilmiş tənbehin bu Məcəllənin 31-34-cü maddələrinin tələblərinə uyğun olmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Apellyasiya instansiyası məhkəməsi göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs verdiyi şikayət təmin edilməli, Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarı dəyişdirilməli, ona Azərbaycan Respublikası İXM-in 528.1-1-ci maddəsi ilə tətbiq edilmiş 30 gün müddətə inzibati həbs növündə inzibati tənbeh tədbirinin müddəti 20 günə endirilməlidir. Məhkəmə şərh olunanlara əsaslanaraq, Azərbaycan Respublikası İXM-in 131, 133, 134.1.2, 135.1.5, 136 və 138.1.3-cü maddələrini rəhbər tutaraq, QƏRARA A L D İ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs verdiyi şikayət təmin edilsin. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarı verilmiş şikayətə münasibətdə dəyişdirilsin. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs həmin məhkəmə qərarı ilə Azərbaycan Respublikası İXM-in 528.1-1-ci maddəsi ilə tətbiq edilmiş 30 (otuz) gün müddətə inzibati həbs növündə inzibati tənbeh tədbirinin müddəti 20 (iyirmi) günə endirilsin. Həmin qərar verilmiş şikayətə münasibətdə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərar qətidir, qərardan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №3(3-6)-1508/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-1508/2026
20.05.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver