Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-1509/2026 20.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakim Əhmədov Zəfər Vahid oğlunun sədrliyi, Əlizadə Xədicə Nahid qızının katibliyi, Müdafiəçi – Şirvan Regional Vəkil Bürosunun Vəkili X1, Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs iştirakları ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə İXM) 510 və 535.1-ci maddələri ilə təqsirli bilinərək barəsində 20 (iyirmi) gün müddətinə inzibati həbs tənbeh tədbiri tətbiq edilməsinə dair Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarından barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxsin müdafiəçisi X1 tərəfindən apellyasiya qaydasında verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İXM-in 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhər Qaradağ RPİ-nin 38-ci PŞ tərəfindən tərtib edilmiş ## ### 2026-cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün aidiyyəti üzrə Qaradağ Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokola əsasən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ## ### 2026-cı il tarixdə Qaradağ rayonu, Sahil qəsəbəsi, Z.Qasımov küçəsində saxlanan zaman polisə qarşı tabesizlik göstərmiş və nalayiq ifadələr işlətmişdir. Bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510.1 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510.1 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinərək həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən onun barəsində 20 (iyirmi) gün müddətinə inzibati həbs tətbiq edilmiş, inzibati həbs haqqında qərar dərhal icra edilmişdir. Həmin qərardan barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müdafiəçisi X1 apellyasiya şikayəti verərək Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarının dəyişdirilərək, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs təyin edilmiş 20 gün müddətə həbs cəzasının daha yüngül cəza ilə əvəz edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs və müdafiəçisi apellyasiya şikayətini müdafiə edərək şikayətin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilərək, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs təyin edilmiş 20 gün müddətə həbs cəzasının daha yüngül cəza ilə əvəz edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar olunmuş səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məlumat verməmişdir. Apellyasiya instansiyası məhkəməsi proses iştirakçısının razılığı ilə şikayətə inzibati xəta haqqında protokolu tərtib etmiş orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə verilmiş şikayət ilə əlaqədar inzibati işin materiallarını araşdırıb, tərəfi dinləyib hesab edir ki, verilmiş şikayət təmin edilməli, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı şəxsə təyin edilmiş tənbehə münasibətdə dəyişdirilməlidir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs törətdiyi əməlini mübahisələndirməsə də məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi mühüm əhəmiyyətə malik olan halları araşdıraraq, İXM-in 75, 76, 78, 80 və 84-cü maddələrinin tələblərinə uyğun olaraq barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və şahidlərin izahatlarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirmiş və Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs əməli ilə bağlı düzgün nəticəyə gələrək onu İXM-in 510 və 535.1ci maddəsi ilə nəzərdə tutulmuş xətanın törədilməsində təqsirli bilmişdir. Onun əməlinin xəta olmasını aradan qaldıran hallar, habelə onun inzibati məsuliyyətindən və tənbehdən azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmə göstərilən qənaətə gələrkən, sübutların artıq birinci instansiya məhkəməsi tərəfindən məhkəmə araşdırması zamanı tam, hərtərəfli və dolğun şəkildə və bir-biri ilə qarşılıqlı əlaqədə tədqiq edilməklə, qanunvericiliyin tələblərinə əsasən araşdırılmaqla yekun nəticəyə gəlindiyini qeyd edir və bu səbəbdən hesab edir ki, hazırda qərarın məzmununda göstərilən sübutların təkrarən geniş şəkildə sadalanmasına lüzum olmadığından yalnız verilmiş şikayətinin dəlilərinə münasibətdə qiymətləndirilməlidir. Apellyasiya instansiya məhkəməsi şəxs barəsində tətbiq edilmiş inzibati tənbehin növü ilə razılaşsa da, həddi hissəsində birinci instansiya məhkəməsi ilə razılaşmır. Belə ki, İXM-in 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-in 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İXM-in 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İXM-in 32.1.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin səmimi peşimançılığı məsuliyyəti yüngülləşdirən haldır. Birinci instansiya məhkəməsi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İXMin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilib barəsində yuxarı həddə, yəni 20 (iyirmi) gün müddətinə inzibati həbs növündə tənbeh tədbiri tətbiq edərkən bunu kifayət qədər əsaslandırmamış, əməlindən səmimi peşman olmasını məsuliyyəti yüngülləşdirən hal kimi, ağırlaşdırıcı halların olmamasını nəzərə alsa da barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati həbs növündə ağır tənbeh tədbiri tətbiq etmişdir. Məhkəmə kollegiyası göstərilənləri nəzərə alaraq belə qənaətə gəlir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində tətbiq edilmiş 20 (iyirmi) gün müddətinə inzibati həbs növündə tənbeh tədbiri 08 (səkkiz) günədək azaldılmalıdır. İXM-in 134.1.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.5-ci maddəsinə əsasən tətbiq edilmiş tənbehin bu Məcəllənin 31–34-cü maddələrinin tələblərinə uyğun olmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Qeyd olunanlara görə məhkəmə hesab edir ki, verilmiş şikayət təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməli, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İXM-in 31.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla 510 və 535.1-ci maddələri ilə tətbiq edilmiş inzibati tənbeh tədbirinin həddi dəyişdirilərək 08 (səkkiz) günədək azalıdılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İXM-in 128-134, 138.1.3-cü maddələrini rəhbər tutaraq QƏRARA ALDIM: Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxsin müdafiəçisi X1 tərəfindən apellyasiya qaydasında verilmiş şikayət təmin edilsin. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək tənbeh edilməsinə dair ## ### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı dəyişdirilsin. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs təyin edilmiş 20 (iyirmi) gün müddətə inzibati həbs növündə inzibati tənbeh 08 (səkkiz) günə endirilsin. Qərar qalan hissədə dəyişdirilməsin. Qərar qəbul edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir, qətidir, ondan şikayət və protest verilə bilməz. Hakim Zəfər Əhmədov
Məhkəmə qərarları › İş №3(3-6)-1509/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-1509/2026
20.05.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver