Məhkəmə qərarları › İş №3(3-6)-1510/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-1510/2026

20.05.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-1510/2026 20.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi Hüseyn Cavid Vaqif oğlunun məruzəsi və sədrliyi ilə, Məhkəmə iclas katibi X4 oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs və müdafiəçisi Şirvan Regional Vəkil Bürosunun vəkili X2 iştirakı ilə,, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin (bundan sonra IXM-in) 510-cu və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinərək barəsində inzibati həbs tətbiq edilməsinə dair Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-**)-****/**** saylı qərarından Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdim: Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs IXM-nin 510-cu və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Qaradağ RPI-nin 38-ci Polis Şöbəsinin tərəfindən tərtib edilmiş ##.##.2026-cı il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə göndərilmişdir. Inzibati xəta haqqında protokola əsasən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ##.##.2026-cı il tarixdə ictimai qaydanı kobud surətə pozaraq nalayiq ifadələr işlətmiş, polis əməkdaşlarına tabesizlik göstərmiş və onların iş rejimini pozmuşdur. Iş üzrə yuxarıda qeyd olunan qərar qəbul edilmişdir. Həmin qərardan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs müdafiəçisi X2 apellyasiya qaydasında şikayət vermişdir. Şikayətin dəlilləri və tərəflərin izahatları: Apellyasiya qaydasında şikayət onunla əsaslandırılmışdır ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs atası X5 deməsinə görə oğlu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ##.##.2026-cı il tarixdə Sabunçu rayon 12-ci polis bölməsində saxlanılmış, bir sutkadan sonra Qaradağ rayon polis idarəsinin 38-ci polis bölməsinə gətirilmiş, ancaq iş materiallarında isə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tutulma vaxtı ##.##.2026-cı il 21:00-dan hesablanmışdır. Bakı şəhəri Qaradağ RPI-nin 38-ci PŞ-nin ##.##.2026-cı il tarixli “inzibati qaydada tutma haqqında” protokolda Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ##.##.2026-cı il saat 13:50-də azad edildiyi qeyd edilsə də, belə bir hal baş verməmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs inzibati xətanı törətməsi ilə bağlı tutulma protokol tərtib edilərkən hal şahidləri iştirak etməmişdir. Hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X1 təyin edilmiş 20 gün müddətə inzibati həbs cəzasının daha yüngül cəza ilə əvəz edilməsi barədə yeni qərar qəbul edilməlidir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X3 və müdafiəçisi X2 apellyasiya şikayətinin məzmununa uyğun çıxış edərək şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar olunmuş səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məlumat verməmişdir. Apellyasiya instansiyası məhkəməsi şikayətə inzibati xəta haqqında protokolu tərtib etmiş orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Apellyasiya şikayətində tətbiq edilmiş tənbehin bu Məcəllənin 31 – 34-cü maddələrinin tələblərinə uyğun olmamasını iddia edilərək tələb IXM-in 135.1.5-ci maddəsində nəzərdə tutulmuş hallarla əlaqələndirilmişdir. IXM-in 135.1.5-ci maddələrinə əsasən tətbiq edilmiş tənbehin bu Məcəllənin 31 – 34-cü maddələrinin tələblərinə uyğun olmaması birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Birinci instansiya məhkəməsi iş üzrə mühüm əhəmiyyətə malik olan halları araşdıraraq, IXM-in 75,76, 84-cü maddəsinin tələblərinə uyğun olaraq izahatı və digər sənədləri sübut növləri kimi qəbul etmiş, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, düzgün nəticəyə gələrək Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tənbeh etmişdir. Məhkəmə göstərilən qənaətə gələrkən, sübutların artıq birinci instansiya məhkəməsi tərəfindən tam, hərtərəfli və dolğun şəkildə və bir-biri ilə qarşılıqlı əlaqədə tədqiq edilməklə, qanunvericiliyin tələblərinə əsasən araşdırılmaqla yekun nəticəyə gəlindiyini qeyd edir və bu səbəbdən hesab edir ki, hazırda qərarın məzmununda göstərilən sübutların təkrarən geniş şəkildə sadalanmasına lüzum olmadığından yalnız verilmiş şikayətin dəlilərinə münasibətdə qiymətləndirilməlidir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs istinad edilən inzibati xətanı törətməsi inzibati xəta haqqında protokol, raport, özünün, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs izahatları və habelə inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. Beləliklə, sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi şəxsin əməlinə düzgün hüquqi qiymət verərək onu IXM-in 510 və 535.1-ci maddələri ilə təqsirli bilmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs təyin edilmiş tənbeh tədbiri məsələsinə gəldikdə birinci instansiya məhkəməsi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilərkən, sonuncunun səmimi peşmançılığını məsuliyyəti yüngülləşdirən kimi nəzərə alıb, ağırlaşdıran halların olmamasını müəyyən etsə də, inzibati həbs tənbeh tədbirin tətbiq edilməli olmasını əsaslandırmamışdır. IXM-in 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 30.1-ci maddəsinə əsasən inzibati həbs, yalnız müstəsna hallarda bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulan inzibati xətaların ayrı-ayrı növlərinə görə üç gündən üç ay müddətinədək hakim tərəfindən tətbiq edilir. Eyni Məcəllənin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Göründüyü kimi, inzibati xətalar qanunvericiliyinə əsasən inzibati həbs, yalnız müstəsna hallarda tətbiq edilməlidir. Həmçinin, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs təqsirli bilindiyi hər iki maddənin sanksiyasında inzibati cərimə növündə tənbeh nəzərdə tutulmuş, inzibati həbsin isə işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə tətbiqi məqbul hesab edilmişdir. Hazırkı işin hallarından görünür ki, şəxsin məsuliyyətini ağırlaşdıran hallar olmamış, əksinə məsuliyyətini yüngülləşdirən hal olmuşdur. Işin halları və pozuntu törədənin şəxsiyyəti də, inzibati cərimə tənbehinin tətbiqi zamanı bu tənbehin kifayət hesab edilməməsinə əsas yaratmamışdır. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən halları, məsuliyyəti ağırlaşdıran halların müəyyən edilməməsini, məsuliyyətini yüngülləşdirən hal kimi səmimi peşmançılığını nəzərə alaraq belə qənaətə gəlir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində seçilmiş inzibati həbs növündə tənbeh tədbiri dəyişdirilərək inzibati cərimə növündə tənbeh edilməlidir. Normativ hüquqi aktlar haqqında Azərbaycan Respublikasının Konstitusiya Qanununun: 13.1-ci maddəsinə əsasən konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. 13.2-ci maddəsinə əsasən əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir. 13.5-ci maddəsinə əsasən cinayət, inzibati xətalar və vergi qanunvericiliyində, məsuliyyətə cəlb olunma, hüquqların məhdudlaşdırılması və vəzifələrin müəyyən edilməsi hallarında hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilməz. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ###### 2016-cı il tarixli qərarında qeyd edilmişdir ki, inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə gəldikdə isə qeyd edilməlidir ki, cinayət-prosessual qanunvericiliyin analogiya üzrə inzibati xəta haqqında iş üzrə icraat prosesində tətbiqi istisna edilmir. Inzibati Xətalar Məcəlləsinin 6.3-cü maddəsi inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə məhdudiyyət qoysa da, bu həmin hüquq sahəsinin maddi hüquq normalarına (məsuliyyəti müəyyən edən normalara) aiddir. Lakin qanunun analogiya üzrə tətbiqi o zaman mümkündür ki, oxşar prosessual münasibətlər inzibati xətalar qanunvericiliyində müvafiq norma ilə tənzimlənməsin. Göründüyü kimi, Konstitusiya Qanununu inzibati xətalarla bağlı məsuliyyətə cəlb olunma, hüquqların məhdudlaşdırılması və vəzifələrin müəyyən edilməsi hallarında hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilməz kimi tələb nəzərdə tutmuş, Konstitusiya Məhkəməsi Plenumunu isə bunun maddi hüquq normalarının məsuliyyəti müəyyən edən normalarına aid olması ilə bağlı şərh vermişdir. Məhkəmə nəzərə alır ki, IXM-in 31.4-1-ci maddəsi inzibati qaydada tutulmuş şəxslə bağlı barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddinə görə qayda müəyyən etmiş, inzibati həbs növündə tənbeh tətbiq edilmiş şəxsin tənbehinin yüngül tənbehlə əvəz edilməsi zamanı həbsdə saxlama müddətini nəzərə alaraq, təyin edilmiş tənbehin yüngülləşdirilməsi və ya şəxsi bu tənbehdən azad edilməsi ilə bağlı normalar olmamışdır. Məhkəmə hesab edir ki, qeyd olunan hal, məsuliyyətə cəlb olunma, hüquqların məhdudlaşdırılması və vəzifələrin müəyyən edilməsi hallarına aid olmadığından qanunun analogiyasından istifadə olunmaqla Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.4-cü maddəsinin tələblərinə uyğun həlli mümkün görünür. Şəxsin uzun müddət həbsdə saxlanılması, sonradan inzibati həbslə bağlı olmayan tənbehin tətbiqi halında həbsdə saxlama müddətinin nəzərə alınmaması, diqqətdən kənar saxlanılması ədalət və hümanizm prinsipləri baxımından da düzgün olmazdı. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.4-cü maddəsinə əsasən həbsdə saxlanılan şəxsə cərimə və ya müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə növündə əsas cəza təyin edilərkən məhkəmə həbsdə saxlama müddətini nəzərə alaraq, təyin edilmiş cəzanı yüngülləşdirir və ya şəxsi bu cəzadan tamamilə azad edir. Iş materiallarından müəyyən edilir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ## ### 2026-cı il tarixdə saat 21:00-da inzibati qaydada həbs edilmişdir. Apellyasiya şikayəti üzrə işə baxılarkən o, artıq altıncı gün idi ki, həbsdə saxlanılmışdır. Məhkəmə hesab edir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs inzibati qaydada həbsdə olduğu 06 (altı) gün nəzərə alınmaqla təyin edilmiş cərimə tənbeh tədbirindən azad edilməlidir. IXM-in 134.1.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.5-ci maddəsinə əsasən tətbiq edilmiş tənbehin bu Məcəllənin 31–34-cü maddələrinin tələblərinə uyğun olmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Yuxarıdakılara əsasən və IXM-in 128-135-ci maddələrini rəhbər tutaraq Qərara aldım: Barəsində inzibati qaydada icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs müdafiəçisi X2 tərəfindən apellyasiya qaydasında verilmiş şikayət təmin edilsin. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs IXM-nin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək barəsində 20 (iyirmi) gün müddətinə həbs tənbeh tədbiri tətbiq edilməsinə dair *(*-**)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərarı dəyişdirilsin. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs IXM-in 510 və 535.1-ci maddələri ilə tətbiq edilmiş 20 (iyirmi) gün müddətinə inzibati həbs tənbehi yüngülləşdirilərək IXM-in 34.3-cü və 31.4-1-ci maddələrinin tələbləri nəzərə alınmaqla 150 (bir yüz əlli) manat məbləğində cərimə tənbeh tədbiri tətbiq edilsin. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs həbsdə olduğu 6 (altı) gün müddət nəzərə alınaraq təyin edilmiş 150 (yüz əlli) manat məbləğində inzibati cərimə tənbehindən azad edilsin. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs dərhal məhkəmə iclas zalından azad edilsin. Qərar qəbul edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərar qətidir, qərardan şikayət və protest verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar