Məhkəmə qərarları › İş №3(3-6)-1511/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-1511/2026

26.05.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-1511/2026 26.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi Məmmədov Habil Çingiz oğlunun sədrliyi, məhkəmə iclas katibi X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs iştirakları ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməsinə dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı, ## ##### 2026-cı il tarixli qərarından barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Daxili Işlər Nazirliyinin Bakı şəhəri Nərimanov rayon Polis Idarəsindən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində ## #### 2025-ci il tarixli IXP******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə təqdim edilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı, ## ##### 2026-cı il tarixli qərarı ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək ona 300 (üç yüz) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməsi qərara alınmışdır. Həmin qərardan narazı alan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs apellyasiya şikayəti verərək, Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin ləğvini və 300 (üç yüz) manat məbləğində inzibati cərimənin silinməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, ## #### 2025-ci ildə saat 16:48 radələrində Bakı şəhəri Ziya Bünyadov prospektində hərəkətdə olarkən ondan qabaqda 3 avtomobil zəncirvari qəza törətdi və o da tormuz versə də dayana bilmədi və ondan qarşıda olan Pejo markalı **-RT-*** dövlət qeydiyyat nişanlı avtomobilə toqquşdu, toqquşma nəticəsində Pejo markalı avtomobilin sürücüsünün ayağı tormoza basılı olduğundan pejo markalı avtomobilin arxa hissəsi zərbədən əyilərək qatlandı və çox qabağa getmədi. Dəyməmişdən öncə pejo markalı avtomobilin zərbəsindən sonra Opel markalı **-LX-*** dövlət qeydiyyat nişanlı avtomobil ondan öndə dayanmış Hyundai Tucson markalı **-AR-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəyərək opel markalı avtomobildəki sərnişinin başı maşının ön hissəsinə dəyərək zədələndi. Zərbə nəticəsində opel markalı avtomobildə zədələnən sərnişinin səsini opel markalı avtomobilə toqquşmamışdan az öncə onun qışqırığını eşitdi. Sonra maşından düşdülər opelin sərnişininin başından qan axdığından dəsmalını çıxarıb onun başına qoydu və yoldan bir maşını saxladıb onu xəstəxanaya aparmağını xahiş etdi. Bu gedəndən az sonra X3 əməkdaşı yaxınlaşdı və sənədləri təqdim etdilər və onlara maşınları götürməyi səhər tezdən Dövlət Yol polisi şöbəsinə getmələrini bildirdi. Bir müddət sonra ona Nərimanov Rayon Polis şöbəsinin əməkdaşı Toğrul Məmmədov tərəfindən zəng gəldi və Polis şöbəsinə gəlməyini bildirdi. Polis şöbəsinə gələrək izahat verəndən sonra Toğrul Məmmədov bildirdi ki, guya onun pejo markalı avtomobilə vurduğu zərbə nəticəsində pejo markalı avtomobil yenidən opel markalı avtomobilə dəyib və oda gedib hyundai tukson markalı avtomobilə dəyib. O isə belə olmadığını bildirəndə təhlükəsiz şəhər kamerasında görüntünün olduğunu bildirdəndə xahiş etdi ki o görüntünü ona göstərsin. 1-ci mərtəbədə girişdə sol tərəfdə birinci otağa daxil oldular, orda təhlükəsiz şəhər kamerasına nəzarət otağında video görüntüyə baxdıqdan sonra Toğrul Məmmədova onun zərbəsindən sonra pejo markalı markalı avtomobilin opel markalı avtomobilə toxunmadığı açıq aşkar göründüyünü Toğrul Məmmədova sübut etsə də Toğrul Məmmədov opel markalı avtomobilin sürücüsünün ikinci udarda zədə aldığı barədə izahat verdiyini bildirərək onluq olmadığını ona bildirəndə o nə dediyindən asılı olmayaraq sənin işinin həqiqəti araşdırıb düzgün qərar vermək olduğunu bildirdi. Görüntünü məhkəməyə göndərəcəyini soruşanda isə məhkəməyə göndərəcəyini bildirdi ancaq məhkəmə görüntü tələbi ilə yenidən müraciət etsə də heç bir görüntü göndərmədi. Toğrul Məmmədov ondan min azn tələb etdiki adını bu işdən çıxarsın. Məhkəmə zamanı hakim Xalidə Əlisoya onun avtomobilində olan videoqeydiyyatçının görüntüsünü təqdim etdi. Görüntünü təqdim edəndən sonra Xalidə xanım fasilə elan edərək arxaya keçərək Toğrul Məmmədova zəng edərək onun videogörüntü təqdim etdiyini və görüntüyə baxış keçirdiyini deyərək bir şey edə bilməyəcəyini bildirdi, qapı açıq olduğundan Xalidə xanımın səsini eşidirdi. Qayıdıb gələndən sonra qərarın ləğv olunaraq geri qaytarılması barədə qərar verdiyini şifahi şəkildə bildirdi. Məhkəmədən çıxandan sonra isə girişdən zəng edərək qərarın sürətini xahiş etsə də hazır olmadığını bildirərək sonra müraciət etməyini bildirdilər, lakin sonra yenə müraciət etsə də qərarı ala bilmədi. ## ##### 2026-cı ildə işdə oturduğu zaman təsadüfən e-məhkəmə portalına daxil olanda gördü ki, ## ##### 2026-cı ildə ona heç bir məlumat verilmədən məhkəmə keçirilib və əleyhinə qərar qəbul olunub. Nərimanov rayon polis şöbəsinin əməkdaşı Toğrul Məmmədov təhlükəsiz şəhər kamerasının görüntüsünü məhkəməyə təqdim edəcəyini desə də məhkəmə görüntü tələb etsə də yenədə görüntünü təqdim etmədi çünki görüntü təqdim edildiyi təqdirdə onun araşdırmasının yanlış olduğu bariz şəkildə görsənəcəkdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs apellyasiya şikayətinə etiraz edərək, məhkəmədən şikayətin təmin edilməsini və Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin *(*- **)-****/**** saylı, ## ##### 2026-cı il tarixli qərarının ləğv edilməsini və iş üzrə icraata xitam verilməsi xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Polis Idarəsinə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, idarənin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə şikayətə Bakı şəhəri Nərimanov Rayon Polis Idarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə şikayətlə əlaqədar inzibati işin materiallarını araşdırıb, proses iştirakçısının fikirlərini dinləyərək, belə hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı, ## ##### 2026-cı il tarixli qərarı dəyişdirilmədən saxlanmalıdır. Məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunu tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi inzibati xəta haqqında iş üzrə icraat materiallarında olan izahatlar, inzibati xəta haqqında protokol, yol-nəqliyyat hadisəsinin sxemi, ekspert rəyi və digər sübutlarla tam təsdiq olunur. Belə ki, təqdim olunan protokoldan və “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” Nərimanov Rayon Polis Idarəsinin Təhqiqat Şöbəsinin baş təhqiqatçısı Toğrul Məmmədovun ## ###### 2026-cı il tarixli qərarından görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Z.Bünyadov küçəsində prospektində baş vermiş yol-nəqliyyat hadisəsi zamanı X4 xəsarət alması barədə məlumat daxil olmuşdur. Bakı şəhəri Nərimanov Rayon Polis Idarəsində Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən verilmiş izahatdan görünür ki, ## #### 2025-ci il tarixdə bas tarixdə saat təxminən 16:48 radələrində özünə məxsus idarə etdiyi "Mercedes Benz E280-minik" markalı **-BH-*** dövlət qeydiyyat nisanlı zolaqdan ibarət körpünün üzərində sağdan 2-ci zolaqla saat da 60 km sürətlə avtomobil ilə Bakı şəhəri, Nərimanov rayonu, Z.Bünyadov prospekti ilə Koroğlu MT-sı istiqamətindən üzü 20 Yanvar dairəsi istiqamətində 2 düzünə hərəkət edirdi. Idarə etdiyi avtomobil ilə düzünə hərəkətdə olan zaman onunla eyni zolaqda ondan qarşıda hərəkət edən avtomobillər qəflətən hərəkət sürətini aşağı salıb, avtomobilini dayandırdı. Bu zaman ondan qarşıda hərəkət edən "Peugeot 405" markalı **-RT-*** dövlət bilmədiyi üçün idarə etdiyi avtomobilin ön hissəsi ilə özündən qarşıda olan qeydiyyat nişanlı avtomobilin sürücüsü düzgün ara məsafəsi saxlaya bilmədiyi üçün "Opel Astra-minik" markalı **-LX-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa hissəsinə çırpıldı. Bundan sonra "Opel Astraminik" markalı **-LX-*** dövlət qeydiyyat nişanlı avtomobilin ön hissəsi özündən qarşıda olan "Hyundai Tucson-minik" markalı **-AR-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa hissəsinə çırpıldı. Bu zaman o "Peugeot 405" markalı **-RT-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə düzgün ara məsafəsi saxlaya bilmədi və nəticədə idarə etdiyi avtomobilin ön hissəsi ilə həmin avtomobilin arxa hissəsinə çırpıldı. Zərbənin təsirindən "Peugeot 405" markalı **-RT-*** dövlət qeydiyyat nişanlı avtomobil ön hissəsinin yenidən "Opel Astra minik" markalı **-LX-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa hissəsi toxunduğunu hiss etmədi. Nərimanov Rayon Polis Idarəsində X7 tərəfindən verilmiş izahatdan görünür ki, ##.##.2025-ci il tarixdə saat təxminən 16:48 radələrində o özünə məxsus idarə etdiyi "Peugeot 405-minik" markalı **-RT-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhəri, Nərimanov rayonu, Z.Bünyadov prospekti ilə Koroğlu MT-sı istiqamətindən üzü 20 Yanvar dairəsi istiqamətində 2 zolaqdan ibarət körpünün üzərində sağdan 2-ci zolaqla saat da 60 km sürətlə düzünə hərəkət etmişdir.O idarə etdiyi avtomobil ilə düzünə hərəkətdə olan zaman onunla eyni zolaqda ondan qarşıda hərəkət edən avtomobillər qəflətən hərəkət sürətini aşağı salmışlar. Bu zaman o qarşısında hərəkət edən "Opel Astra- minik" markalı **-LX-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə düzgün ara məsafəsi saxlaya bilmədiyi üçün idarə etdiyi avtomobilin ön hissəsi ilə həmin avtomobilin arxa hissəsinə çırpılmışdır. Zərbənin təsirindən "Opel Astra-minik" markalı **- LX-*** dövlət qeydiyyat nişanlı avtomobilin ön hissəsi isə özündən qarşıda olan "Hyundai Tucson" markalı **-AR-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa hissəsinə çırpılmışdır.Bundan sonra ondan arxada hərəkət edən "Mercedes Benz" markalı **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü düzgün ara məsafəsi saxlaya bilmədiyi üçün onun avtomobilinin arxa hissəsini vurmuşdu.Zərbənin təsirindən o yenidən "Opel Astra-minik" markalı **-LX-*** dövlət qeydiyyat nişanlı avtomobilə çırpılmış və həmin avtomobil isə ön hissəsi ilə yenidən "Hyundai Tucson" markalı **-AR-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa hissəsinə çırpılmışdı. Bundan sonra hadisə yerinə polis əməkdaşları gələrək araşdırma aparmağa başlamışdı.O da həmin xəsarət almayıb və MTE-dan araşdırmada iştirak etmişdir. Hadisə zamanı keçməkdən imtina etmişdir. Nərimanov Rayon Polis Idarəsində X4 tərəfindən verilmiş izahatdan görünür ki, ## #### 2025-ci il tarixdə saat təxminən 16:48 radələrində o tanışı X1 idarə etdiyi Opel Astra-minik" markalı **-LX-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı ahari, Nərimanov rayonu, Z.Bünyadov prospekti ilə Koroğlu MT-sı istiqamətindən GD 20 Yanvar dairəsi istiqamətində 2 zolaqdan ibarət körpünün üzərində sağdan 2-ci lagla saat da 50 km sürətlə düzünə hərəkət etmişlər. Həmin vaxt o avtomobildə armisin qismində əyləşmisdi. Onlar avtomobil ilə düzünə hərəkətdə olan zaman aflətən onlarla eyni zolaqda bizdən qarşıda hərəkət edən "Hyundai Tucson" markalı 7AR 697 dövlət qeydiyyat nisanlı avtomobilin sürücüsü hərəkət sürətini azaldıb ayanmışdır. Bu zaman Araz onunla ara məsafəsi saxlayıb avtomobilini ayandırmışdı. Bu zaman onlarla eyni zolaqda onlardan arxada hərəkət edən Peugeot 405" markalı **-RT-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü üzgün ara məsafəsi saxlaya bilmədiyi üçün idarə etdiyi avtomobilin ön hissəsi ilə onların avtomobilin arxa hissəsinə çırpılmış və zərbənin təsirindən başı şitə arpılmışdı.Bu zaman onların avtomobili ön hissəsi isə onlardan qarşıda olan Hyundai Tucson" markalı **-AR-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa nissəsinə çıprılmışdı. Bundan təxminən 2-3 saniyə sonra isə onlardan arxada hərəkət edən "Mercedes Benz E 280minik" markalı **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü düzgün ara məsafəsi saxlaya bilmədiyi üçün idarə etdiyi avtomobilin ön hissəsi ilə Peugeot 405" markalı **-RT-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa hissəsinə çırpılmışdı.Zərbənin təsirindən yenidən "Peugeot 405" markalı **-RT-*** dövlət qeydiyyat nişanlı avtomobilin ön hissəsi ilə onların avtomobilin arxa hissəsinə çırpılmışdı və yenidən başı zərbənin təsirindən ikinci dəfə şitə çırpılmışdı. Bu zaman onların avtomobilin ön hissəsi "Hyundai Tucson" markalı **-AR-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa hissəsinə çırpılmışdı. Bundan sonra hadisə yerinə polis əməkdaşları gələrək araşdırma aparmağa başlamışdı. O da həmin araşdırmada iştirak etmişdir. Nərimanov Rayon Polis Idarəsində X9 izahatında bildirmişdir ki, ## #### 2025-ci il tarixdə saat təxminən 16:48 radələrində o etibarnamə əsasında idarə etdiyi "Hyundai Tucson-minik" markalı **-AR-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhəri, Nərimanov rayonu, Z.Bünyadov prospekti ilə Koroğlu MT-sı istiqamətindən üzü 20 Yanvar dairəsi istiqamətində 2 zolaqdan ibarət körpünün üzərində sağdan 2-ci zolaqla saat da 50 km sürətlə düzünə hərəkət etmişdir. O idarə etdiyi avtomobil ilə düzünə hərəkətdə olan zaman onunla eyni zolaqda ondan qarşıda hərəkət edən avtomobillərin dayandığını görüb, o da avtomobilini dayandırmışdır.Bu zaman onunla eyni zolaqda ondan arxada hərəkət edən "Peugeut 405" markalı **-RT-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü düzgün ara məsafəsi saxlaya bilmədiyi üçün onun arxasında dayanmış "Opel Asrta-minik" markalı **-LX-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa hissəsini vurmuşdu.Zərbənin təsirindən "Opel Asrta-minik" markalı **-LX-*** dövlət qeydiyyat nişanlı avtomobilin ön hissəsi onun avtomobilinin arxa hissəsinə çırpılmışdı. Bundan bir neçə saniyə sonra onlardan arxada hərəkət edən "Mercedes Benz E280 minik" markalı **- BH-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü düzgün ara məsafəsi saxlaya bilmədiyi üçün "Peugeut 405" markalı **-RT-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa hissəsini vurmuşdu.Zərbənin təsirindən yenidən "Peugeut 405" markalı **-RT-*** dövlət qeydiyyat nişanlı avtomobilin ön hissəsi "Opel Astra-minik" markalı **-LX-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa hissəsinə çırpılmış və bundan sonra "Opel Astra-minik" markalı **-LX-*** dövlət qeydiyyat nişanlı avtomobilin ön hissəsi ikinci dəfə onun avtomobilinin arxa hissəsinə çırpılmışdı. Bundan sonra hadisə yerinə Bakı şəhəri Nərimanov Rayon Polis Idarəsinin əməkdaşı gələrək araşdırma aparmağa başlamışdı.O da həmin araşdırmada Iştirak etmişdir. Hadisə zamanı xəsarət almayıb və MTE-dan keçməkdən imtina etmişdir. Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan */***** saylı ## #### 2025 ci il tarixli tibbi müayinə protokolundan görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs alkoqol sərxoşluq vəziyyəti ayıqdır. Məhkəmə-tibbi ekspertizanın ***-M saylı, ## #### 2025-ci il tarixli rəyindən görünür ki, X4 adına tərtib edilmiş tibbi sənəddə qeyd edilən xəsarətlər- başın tüklü hissəsinin açıq yarası, baş beyin silkələnməsi küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən şəraitdə və müddətdə, yəni ## #### 2025-ci il tarixdə yol nəqliyyat hadisəsi zamanı əmələ gələ bilərdi, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddir. “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” ## ###### 2026-cı il tarixli qərardan görünür ki, əməllərində cinayət tərkibi olmadığına görə toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, qərarın surətinin və toplanmış materialın sürücü Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində IXM-nin 327.8-ci maddəsinin tələbinə əsasən inzibati tənbeh tədbiri görülməsindən ötrü Bakı şəhəri Nərimanov Rayon Polis Idarəsinin Dövlət Yol Polis Şöbəsi vasitəsilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1-327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə- üç yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ аltı аydаn bir ilədək müddətə məhdudlaşdırılır. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 12.2-ci maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Həmin Məcəllənin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. “Yol hərəkəti” haqqında Azərbaycan Respublikası Qanununun 63-cü maddəsinə əsasən üstünlük nişanları yolayrıclarını, yolun hərəkət hissəsinin kəsişmələrini, habelə əks istiqamətlərdə hərəkət edən iki nəqliyyat vasitəsinin eyni zamanda keçməsinə imkan verməyən dar sahələrini keçmək növbəliliyini göstərir. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, yol-nəqliyyat hadisəsinin sxemi, ekspert rəyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı, eləcə də inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. Qeyd edilənləri nəzərə alaraq məhkəmə şikayəti əsassız və formal mülahizələr əsasında verildiyi qənaətinə gəlir. Belə ki, iş materiallarında olan sübutlar onun təqsirli olmasını təsdiq edir. Şikayətin dəlilləri işin halları ilə uyğun gəlmir, ona görə də əsassız hesab edilməlidir. Beləliklə, sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı, ## ##### 2026-cı il tarixli qərarı qanuni və əsaslıdır. Bu səbəbdən şikayətdə göstərilənlər qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas vermədiyindən verilmiş apellyasiya şikayəti təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 128- 136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDI: Barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı, ## ##### 2026-cı il tarixli qərarı barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir, ondan şikayət verilə bilməz. Hakim: Habil Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar