Məhkəmə qərarları › İş №3(3-6)-1514/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-1514/2026

25.05.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-1514/2026 25.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakim Əhmədov Zəfər Vahid oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əlizadə Xədicə Nahid qızının katibliyi, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) iştirakı ilə, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)- ****/**** nömrəli qərarından barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİM: Qərardan şikayət verən orqan (şəxs) şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək barəsində Sabunçu RPİ-nin DYPŞ tərəfindən tərtib edilmiş ##.##.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)- ****/**** nömrəli qərarı ilə şikayətçi Qərardan şikayət verən orqan (şəxs) barəsində Yasamal RPİ-nin DYPŞ tərəfindən qəbul edilmiş ##.##.2026-cı il tarixli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət təmin edilməmişdir. Həmin qərardan barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən Qərardan şikayət verən orqan (şəxs) apellyasiya qaydasında şikayət verərək Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarının və Sabunçu RPİ-nin DYPŞ tərəfindən tərtib edilmiş ##.##.2025-ci il tarixli, TP ******* nömrəli qərarlarının ləğv edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) apellyasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin edilməsini, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarının və Sabunçu RPİ-nin DYPŞ tərəfindən tərtib edilmiş ##.##.2025-ci il tarixli, TP ******* nömrəli qərarlarının ləğv edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxış iclasının yeri və vaxtı barədə vaxtında və lazımı qaydada məlumat verilməsinə baxmayaraq, Sabunçu RPİ-nin DYPŞ-nin nümayəndəsi məhkəməyə gəlməmiş və bunun səbəbi barədə hər hansı məlumat verməmişdir. Apellyasiya instansiya məhkəməsi Sabunçu RPİ-nin DYPŞ-nin nümayəndəsinin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə apellyasiya şikayətini iş üzrə materiallar ilə əlaqəli şəkildə araşdırıb hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarı qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Yasamal Rayon DYPŞ tərəfindən tərtib edilmiş ##.##.2026-cı il tarixli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Qərardan şikayət verən orqan (şəxs) ##.##.2026-cı il tarixdə Maştağa qəsəbəsi, Cəfər Mövsümov küçəsi, 120 ünvanında “X1” minik markalı, **CK*** dövlət qeydiyyat nışanlı nəqliyyat vasitəsini narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxaş vəziyyətdə idarə olunmasına görə AR İXM-nin 327.7 və 333-1.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədilə aparılan tibbi müayinə protokolundan görünür ki, Qərardan şikayət verən orqan (şəxs) ##.##.2026-cı il tarixdə saat 01:21-də müayinə olunan zaman onda THC, yəni sidikdə marixuanaaşkar olunmuş və nəticədə həşiş sərxoşluğu vəziyyətində olduğu qeyd edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Bakı şəhər X2 Hüquqi Şəxsi tərəfindən verilmiş ##.##.2026-cı il tarixli *** saylı narkotik vasitələrin və psixotrop maddələrin istehlak hallarının təyin edilməsi üçün müayinənin aparılması haqqında *** nömrəli aktdan görünür ki, müayinə olunan Qərardan şikayət verən orqan (şəxs) ##.##.2026-cı il tarixdə müayinə olunan zaman onda AMP, COC, THC, BAR, MTD, TML, PGB, PCP, MET, MOP, BZO, TCA mənfi olmuş, yəni aşkar edilməmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Bakı şəhər X2 Hüquqi Şəxsin sorğuya verilən ##.##.2026-cı il tarixli, № **** saylı məktubunda qeyd edilmişdir ki, narkotik maddə olan kannabinoidlərin sidik nümunəsində ekspress test üsulu ilə müayinəsi zamanı metobolitləri epizodik istifadə edənlər üçün 3 gün, mütəmadi istifadə edənlər üçün isə 10 gün müddətində aşkar edilə bilər. Göstərilən tarixlərdə aparılan müayinələrin nəticələrinin fərqli olması yuxarıda göstərilənlərə əsaslanır. Birinci instansiya məhkəməsi iş materiallarını araşdıraraq hesab etmişdir ki, şikayət əsassız olduğundan təmin olunmamalıdır. Azərbaycan Respublikası İXM-nin 327.7-ci maddəsinə əsasən bu Məcəllənin 327.1- 1, 327.1-2, 327.2 - 327.6, 327.8, 327-1.1, 327-1.3, 328.2, 328.3, 328.4, 331, 333.1, 333- 1.1, 342.7, 343.1, 343-1.1 və 346.2–346.9-cu maddələrində müəyyən edilmiş balla qiymətləndirilən xətaları törətməklə sürücülər tərəfindən bir il ərzində 20 və daha çox bal toplanmasına görə nəqliyyat vasitəsini idarə etmək hüququ altı ay müddətinə məhdudlaşdırılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333-1.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə – altı yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. İnzibati xətalar qanunvericiliyinin mənasına görə, inzibati xətanın tərkibini inzibati xətalar qanunvericiliyi ilə müəyyən edilmiş əlamətlər məcmusu təşkil edir və onların mövcudluğunda ictimai təhlükəli əməl inzibati xəta sayılır. İnzibati xətanın tərkibini qanunla müəyyən edilən obyektiv və subyektiv əlamətlərin məcmusu təşkil edir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Bu məcəllənin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-nin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. İnzibati xətalar qanunvericiliyinin müddəaları baxımından aşkardır ki, inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunmalı və bu baxımdan iqtisadi maraq, idarəçilik qaydalarının mühafizə olunması, qanunçuluğun möhkəmləndirilməsi və inzibati xətaların qarşısını almaq üçün qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlik prinsipləri təmin edilməlidir. Həmçinin, dövlət orqanları öz növbəsində inzibati xətaların törədilməsinin qarşısının alınması, buna kömək edən səbəbləri və şəraitin aşkar edilməsi, qanunlara ciddi əməl etmək üçün tədbirlərin icra edilməsini təmin etməlidirlər. Birinci instansiya məhkəməsi qərarını onunla əsaslandırmışdır ki, müxtəlif vaxtlarda aparılmış hər iki müayinənin nəticələrinin müayinə aktlarında göstərilən qaydada yəni bir halda sürücüdə narkotik vasitəsinin istifadə edilmə halının, digər halda-birinci müayinədən 10 gün sonra isə aşkar edilməməsinin mümkünlüyü istisna olunmur. Qərardan şikayət verən orqan (şəxs) nəqliyyat vasitəsini idarə edən zaman narkotik sərxoşluğu vəziyyətdə olmadığını təsdiq edən mötəbər sübut təqdim etmədiyindən şikayət əsaslı hesab edilə bilməz. İnzibati tənbeh vermə haqqında qərar, inzibati xəta haqqında protokol, sərxoşluq vəziyyətinin tibbi müayinəsi haqqında akt əsasında müəyyən olunur ki, Qərardan şikayət verən orqan (şəxs) ##.##.2026-cı il tarixdə nəqliyyat vasitəsini narkotik vasitələrdən istifadə olunması nəticəsində yaranmış sərxoşluq vəziyyətdə idarə etmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, inzibati tənbeh vermə haqqında qərarda göstərilən hallar öz təsdiqini tapmışdır. Belə olan halda məhkəmə hesab edir ki, Qərardan şikayət verən orqan (şəxs) barəsində Yasamal RPİ-nin DYPŞ tərəfindən qəbul edilmiş ##.##.2026-cı il tarixli inzibati tənbeh vermə haqqında qərar bütün sübutlara istinad edilərək və qiymət verilərək qəbul edilmişdir və bununla da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333-1.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Beləliklə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq məhkəmə hesab edir ki, Qərardan şikayət verən orqan (şəxs) apelyasiya qaydasında verilmiş şikayətdə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarının ləğv edilməsini xahiş etsə də, işin hallarından göründüyü kimi, Qərardan şikayət verən orqan (şəxs) əməlində Azərbaycan Respublikası İXM-nin 333-1.1-ci maddəsinin tərkibi mövcuddur və birinci instansiya məhkəməsi şikayəti təmin etməyərək, Sabunçu RPİ-nin DYPŞ tərəfindən tərtib edilmiş ##.##.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarını dəyişdirmədən saxlamaqla qanuni və əsaslı nəticəyə gəlmişdir, apelyasiya qaydasında verilmiş şikayətdən qərarın ləğv edilməsi və dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası İXM-nin 134.1.1-cü maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protestə baxıldıqda qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Hesab edirəm ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, 3(5-101)-3284/2026 nömrəli qərarının ləğv edilməsinə əsas ola biləcək hər hansı hal müəyyən edilmədiyindən, şikayət təmin olunmamalı, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İXM-nin 134.1.1-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALDI: Şikayət təmin edilməsin. Qərardan şikayət verən orqan (şəxs) şikayətinin təmin edilməməsi və Sabunçu RPİnin DYPŞ tərəfindən tərtib edilmiş ##.##.2025-ci il tarixli, TP ******* nömrəli inzibati xəta haqqında qərarının dəyişdirilmədən saxlanılmasına dair Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, 3(5-101)-3284/2026 nömrəli qərarı verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir,ondan şikayət və ya protest verilə bilməz. Hakim Zəfər Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar