Məhkəmə qərarları › İş №3(3-6)-1515/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-1515/2026

04.06.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-1515/2026 04.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi X3 oğlunun sədrliyi, Məhkəmə iclas katibi Şükürov Rauf Azər oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs), Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri X1 İdarəsinin nümayəndəsi X2 iştirakları ilə, Qərardan şikayət verən orqan (şəxs) barəsində Bakı şəhər DYPİ tərəfindən qəbul edilmiş ##.##.2026-cı il tarixli, TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayəti təmin edilməməsinə dair Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** saylı qərarından barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən e t d i: Qərardan şikayət verən orqan (şəxs) şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək barəsində qəbul edilmiş ##.##.2026-cı il tarixli, TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və inzibati məsuliyyətdən azad olunmasını xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** saylı qərarı ilə Qərardan şikayət verən orqan (şəxs) barəsində Bakı şəhər DYPİ tərəfindən qəbul edilmiş ##.##.2026-cı il tarixli, TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayəti təmin edilməməsi qərara alınmışdır. Həmin qərardan barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) apellyasiya şikayəti verərək Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** saylı qərarının ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, ##.##.2025-ci il tarixdə, saat 13:20 radələrində Heydər Əliyev prospektində sağ zolaqda hərəkətdə olduğu zaman yolun tıxac olması səbəbi ilə hərəkət instensivliyi aşağı olmuşdur. Bu zaman arxadan səs və işıq siqnalları aktiv olan operativ nəqliyyat vasitəsinin sağ hissədən yaxınlaşdığını müşahidə etmişdir. Yol hərəkəti qaydalarına uyğun olaraq və hərəkətin təhlükəsizliyini təmin etmək məqsədi ilə zolağı dəyişmədən və yol nişanlamasını kəsib keçmədən avtomobili yolun sol hissəsinə doğru minimal şəkildə çəkərək operativ nəqliyyat vasitəsinin maneəsiz keçməsinə şərait yaratmışdır. Operativ nəqliyyat vasitəsi keçdikdən sonra hərəkət zolağına düzəlmək istədiyi anda arxadan ara məsafəsini saxlamayan və yol hərəkəti qaydalarını pozaraq sağdan ötmə etməyə cəhd göstərən “Kia Niro” markalı, dövlət qeydiyyat nişanı **TM*** olan avtomobil ona məxsus nəqliyyat vasitəsinə toxunmuşdur. Hadisə qarşı tərəfin ara məsafəsini saxlamaması və sağdan təhlükəli manevr etməsi nəticəsində baş vermişdir. Onun tərəfindən zolaq dəyişmə, ani və ya təhlükəli manevr həyata keçirilməmişdir. Məhkəmənin mövqeyi ilə razılaşmayaraq bildirir ki, hadisə arxadan gələn üstün keçid hüququ olan, qırmızı və ya göy sayrışan işıq və xüsusi səs siqnalı ilə işarə verən nəqliyyat vasitəsinin yolun sağ hissəsindən yaxınlaşması səbəbilə ona yol vermək məqsədilə olduğum zolağı dəyişmədən zolağın sol hissəsinə keçməyilə arxadan gələn nəqliyyat vaistəsinin ara məsafə saxlamadan yolun sağ hissəsindən mənim zolağına daxil olması nəticəsində baş vermişdir. Belə ki, məhkəmə qərarında qeyd edildiyi kimi yerdəyişmə və təhlükəli manevr etmə kimi hallar mövcud olmamışdır. Apellyasiya baxışı zamanı iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) apellyasiya şikayətini müdafiə edərək və onun dəlillərinə uyğun çıxış edərək məhkəmə kollegiyasından şikayətin təmin edilməsini xahiş etdi. Apellyasiya baxışı zamanı iştirak edən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri X1 İdarəsinin nümayəndəsi X2 apellyasiya şikayətinin təmin olunmamasını və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə apellyasiya şikayəti ilə əlaqədar inzibati işin materiallarını tam, hərtərəfli və obyektiv araşdıraraq, proses iştirakçılarının mövqelərini dinləyərək hesab edir ki, verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** saylı qərarı ləğv edilməli, iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 12-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 8.1-8.3-cü maddəsində deyilir: barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir; inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; Həmin Məcəllənin 327.1-ci maddəsinə əsasən Yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə görə qırx manat məbləğində cərimə nəzərdə tutulmuşdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhər DYPİ tərəfindən qəbul edilmiş ##.##.2026-cı il tarixli, TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Qərardan şikayət verən orqan (şəxs) ## ###### 2025-ci il tarixdə saat 13:20-də H.Əliyev prospektində “Kia Sportage” minik markalı ** CC *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmə qaydasını pozduğuna görə İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinərək barəsində 40 manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsi hazırki işin materiallarını araşdıraraq belə qənaətə gəlmişdir ki, şikayətçi idarə etdiyi nəqliyyat vasitəsi ilə yerdəyişmə edən zaman ondan sağda hərəkətdə olan nəqliyyat vasitəsinə yol verməməklə manevrin təhlükəsiz olması və hərəkətin digər iştirakçıları üçün maneə yaratmaması ilə bağlı qanunvericiliyin tələblərinə əməl etməməmişdir. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayaraq hesab edir ki, işin bütün faktiki halları araşdırmamış və gəlinən nəticə inzibati xəta tərkibinin tam sübuta yetirilməsi baxımından əsaslı olmamışdır. Belə ki, iş materiallarında olan və əsas sübut növü kimi qəbul edilən hadisə anının videogörüntülərindən və fotoşəkildən göründüyü kimi ## ###### 2025-ci il tarixdə barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) idarə etdiyi “Kia Sportage” minik markalı ** CC *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə digər nəqliyyat vasitəsi arasında toqquşma faktının baş verməsi, habelə həmin görüntülərə əsasən toqquşmanın baş verdiyi zaman barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin avtomobilinin istiqamətinin sağa doğru, yəni digər nəqliyyat vasitəsinin hərəkət zolağına doğru yönəlmiş olması səbəbindən onun manevr etmə qaydasını pozması qənaətinə gəlmişdir. Bununla belə, məhkəmə qeyd edir ki, Qərardan şikayət verən orqan (şəxs) iddia etdiyi kimi hadisənin baş verdiyi hissədə yolun özünün sağa doğru istiqamətlənməsi vəziyyətinin nəqliyyat vasitəsinin hərəkətinin sağa doğru meyillənməsini zəruri edibetməməsi (əks halda hərəkətin iki müxtəlif zolaqda davam etməsi ilə həqiqətən yerdəyişmənin baş verməsi) faktını təsdiq edən sübutların nədən ibarət olması, habelə Qərardan şikayət verən orqan (şəxs) idarə etdiyi nəqliyyat vasitəsinin hadisə vaxtı digər nəqliyyat vasitəsindən irəlidə olması və görüntülərə əsasən digər nəqliyyat vasitəsinin hərəkət etdiyi yolun hadisənin baş verdiyi hissədə daralması faktı nəzərə alındığı zaman həmin anda hansı nəqliyyat vasitəsinin hərəkət üstünlüyünə malik olması müəyyən olunmamışdır. Başqa sözlə, məhkəmə barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) yolun özünün sağa doğru istiqamətlənməsi səbəbindən avtomobili sağa doğru yönəltmiş olması, habelə hadisənin baş verdiyi yolun tək zolaqdan ibarət olmaqla digər nəqliyyat vasitəsinin onun hərəkət zolağına daxil olması, yəni onun tərəfindən ümumiyyətlə yerdəyişmə əməliyyatının aparılmaması barədə dəlillərini nəzərə alaraq yuxarıda qeyd olunan xüsusatların araşdırılmasını və bu zaman müvafiq ekspert rəyinin alınmasını zəruri hesab edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Qeyd olunan normaların tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** saylı qərarı ləğv edilməli, iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilməlidir. Yuxarıda qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-in 134.1.4 və 135.1.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Qərardan şikayət verən orqan (şəxs) barəsində Bakı şəhər DYPİ tərəfindən qəbul edilmiş ##.##.2026-cı il tarixli, TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayəti təmin edilməməsinə dair Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** saylı qərarı ləğv edilsin. İş yenidən araşdırmanın aparılması üçün Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə qaytarılsın. Qərar qətidir, ondan şikayət və protest verilə bilməz. Hakim Əfqan Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar