Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-1516/2026 25.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi Məmmədov Murad Akif oğlunun sədrliyi ilə, Məhkəmə iclas katibi Nağıyeva Milana Varis qızının katibliyi, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsi ilə təqsirli bilinərək şərti olaraq 350 (üç yüz əlli) manat məbləğində inzibati cərimə edilməsinə dair Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarından Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdim: Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X1 Xidməti 4-cü ərazi X1 Idarəsi tərəfindən hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC barəsində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsi ilə ## ##### 2026-cı il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir ona görə ki, ## ##### 2026-cı il tarixdə ünvan 1 ünvanında yerləşən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nə məxsus Kontak Home Bakıxanov-da keçirilən YTM zamanı YTQ№**.2001 bənd 6.5; 4.8; 2.5; 2.1; 1.9.3; YTQ№**.2002 bənd 2.2.1; 3.6.1; 3.19.15.6; 3.19.9 tələbləri pozulması aşkar edilmişdir; Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarı ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsi ilə təqsirli bilinib, şərti olaraq 350 (üç yüz əlli) manat məbləğində inzibati cərimə edilmiş, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin törətdiyi hüquqpozmanın aradan qaldırılması üçün bir ay müddət müəyyən edilmişdir. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarından hüquqi şəxs apellyasiya şikayəti verərək Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarının ləğv edilməsini, inzibat iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayətin dəlilləri, etiraz və tərəflərin çıxışları: Apellyasiya şikayətinin dəlilləri qismində göstərilmişdir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-yə məxsus ünvan 1 ünvanında yerləşən Kontak Home mağazasında Yanğın təhlükəsizliyi ilə əlaqədar bütün tələblər yerinə yetirilmişdir. Belə ki, mağazada yanğın təhlükəsizliyinə görə cavabdeh şəxs əmrlə rəsmiləşmiş, “xxxx” MMC tərəfindən yanğın mühafizə siqnalizasiya sistemi qurulmuş, elektrik avadanlıqlarında və kabellərdə müqavimətlər ölçülmüş və bununla bağlı inspeksiya hesabatı hazırlanmış, mağazada lazımi yerlərə oda davamlı boya tətbiq edilmiş, yanğınsöndürmə balonları və mərkəzi sistem quraşdırılmışdır. Məhkəmə iclasının yeri və vaxtı barədə qanuna müvafiq qaydada məlumatlandırılmalarına baxmayaraq, tərəflər məhkəmə prosesinə gəlməmiş, gəlməmələrinin üzürlü səbəbləri barədə əvvəcədən məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişlər. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Işin halları və hüquqi məsələlər: Məhkəmə apellyasiya qaydasında verilmiş şikayət ilə əlaqədar inzibati işin materiallarını araşdırıb, hesab edir ki, verilmiş apellyasiya şikayəti təmin edilməməli və Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarı verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayətində tərəf hakimin gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması, gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması, müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsini iddia edərək tələblərini IXM-in 135.1.1-135.1.3-cü maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişlər. IXM-in 135.1.1-135.1.3-cü maddələrinə əsasən hakimin gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması, gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması, müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi hakimin qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardır. Şikayət müəllifi iş üzrə icraata xitam verilməli olmasını iddia etsə də, birinci instansiya məhkəməsi mühüm əhəmiyyətə malik olan halları araşdıraraq, Azərbaycan Respublikası IXM-in 75-84-cü maddələrinin tələblərinə uyğun olaraq hər bir sübutu öz daxili inamı ilə qiymətləndirmiş, izahatları və digər sənədləri sübut növləri kimi qəbul etmiş, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, düzgün nəticəyə gələrək MMC-ni IXM-in 518.1-ci maddəsi ilə təqsirli bilmişdir. Belə ki, iş materiallarında olan ## ##### 2026-cı il tarixli KY********* nömrəli Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarışdan görünür ki, Fövqəladə Hallar Nazirliyi X1 Xidməti tərəfindən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin Kontak Home Bakıxanov obyektində ##.##.2026 – ##.##.2026-cı il tarixlərində cari fəaliyyət ilə bağlı plan üzrə müayinə növündə yoxlama aparılacaqdır; Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X1 Xidmətinin ## ##### 2026-cı il tarixli *-**- **/Q-****/**** nömrəli Yanğın-Texniki müayinə aktından görünür ki, obyektin elektrik naqillərində örtüyü zədələnmiş naqillərdən istifadə olunur, obyektin anbarında otaqlar təmiz vəziyyətdə saxlanılmamış, yanğın xəbərverici siqnalizasiya qurğusu anbarda işə yararlı vəziyyətdə deyil, obyektdə çıraqbanları elektrik naqillərindən asılı vəziyyətdə saxlanılmış, obyektin pilləkən qəfəslərinə əlavə əşyalar yığılmışdır. Obyektin rəhəbəri yanğına qarşı təbliğat aparmamış, işçilərə yağın təhlükəsizliyi tədbirlərini öyrətməmişdir. Obyektin anbarında 80 (112 yazılı çağırış telefon nömrəsini bildirən lövhə asılmamışdır. Obyektdə müştəri, insan toplaşdığı üçün obyekt rəhbəri tərəfindən köçürmə planına əlavə olaraq xidməti heyyət üçün insanların yanğın yerindən köçürmə tədbirləri hazırlanmalı, yanar materialların ərazidən elektrik xətlərinin qurulmasına və keçilməsinə icazə verilmir; Azərbaycan Fövqəladə Hallar Nazirliyi X1 Xidməti 4-cü ərazi X1 Idarəsinin ## ##### 2026-cı il tarixli, *-**-**/Q-****/**** nömrəli yanğın-texniki müayinə materiallarına baxılmasının nəticələri üzrə qərarından görünür ki, ## ##### 2026-cı il tarixdə ünvan 1 ünvanında yerləşən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nə məxsus Kontak Home Bakıxanov-da keçirilən YTM zamanı YTQ№**.2001 bənd 6.5; 4.8; 2.5; 2.1; 1.9.3; YTQ№**.2002 bənd 2.2.1; 3.6.1; 3.19.15.6; 3.19.9 tələbləri pozulmuşdur, “Sahibkarlı sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanunun 33.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraata başlanılması və aşkar olunmuş pozuntuların aradan qaldırılması haqqında qərar qəbul edilmişdir; Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X1 Xidməti 4-cü ərazi X1 Idarəsinin ## ##### 2026-cı il tarixli MN ******* saylı inzibati xəta haqqında protokolundan görünür ki, ## ##### 2026-cı il tarixdə ünvan 1 ünvanında yerləşən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nə məxsus Kontak Home Bakıxanov-da keçirilən YTM zamanı YTQ№**.2001 bənd 6.5; 4.8; 2.5; 2.1; 1.9.3; YTQ№**.2002 bənd 2.2.1; 3.6.1; 3.19.15.6; 3.19.9 tələbləri pozulmuş nəticədə Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsinin tələbləri pozulmuşdur. Inzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsinə əsasən mülkiyyət formasından asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda, ictimai yerlərdə, anbarlarda, yataqxanalarda və ya digər yaşayış sahələrində, meşələrdə və nəqliyyatda yanğın təhlükəsizliyi standartlarının, normalarının və qaydalarının tələblərinin pozulmasına və ya yerinə yetirilməməsinə görə fiziki şəxslərə xəbərdarlıq edilir və ya onlar iyirmi manatdan otuz manatadək məbləğdə cərimə edilir, vəzifəli şəxslərə xəbərdarlıq edilir və ya onlar yüz manatdan yüz əlli manatadək məbləğdə, hüquqi şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə cərimə edilir. Odur ki, iş üzrə toplanmış sübutları qiymətləndirərək məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi MMC-nin barəsində olan inzibati xəta haqqında işə baxarkən təqdim olunmuş materiallar əsasında inzibati xəta haqqında qanunvericiliyin tələblərinə uyğun, düzgün olaraq araşdırmış və əsaslı olaraq hüquqi şəxs tərəfindən IXM-in 518.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi qənaətinə gələrək hüquqi şəxsi həmin maddədə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilmiş və barəsində inzibati cərimə tətbiq etmişdir. Beləliklə, sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin MMC-nin IXM-in 518.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinərək 350 (üç yüz əlli) manat məbləğində şərti olaraq inzibati cərimə edilməsinə dair ## ### 2026-cı il tarixli qərarı qanuni və əsaslıdır. IXM-in 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Şərh olunanlara əsasən və IXM-in 134.1.1-ci maddəsini rəhbər tutaraq məhkəmə, Qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. xxxx» MMC Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsi ilə təqsirli bilinərək şərti olaraq 350 (üç yüz əlli) manat məbləğində inzibati cərimə edilməsinə dair Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarı verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərar qətidir, ondan şikayət və ya protest verilə bilməz.
Məhkəmə qərarları › İş №3(3-6)-1516/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-1516/2026
25.05.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver