Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-1518/2026 20.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi Hümbətov Fəhmin Zaur oğlunun sədrliyi, Boroyev Əli Əhməd oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında icraat aparılan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs iştirakı ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək inzibati tənbeh edilməsinə dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarından Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xətai Rayon İcra Şöbəsindən daxil olan inzibati xəta haqqında materiala əsasən, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(***)-***/**** nömrəli, ##.##.2024-cü il tarixli, **(***)-***/**** nömrəli, ##.##.2023-cü il tarixli, *(***)-****/**** nömrəli, ##.##.2023-cü il tarixli, *(***)-***/**** nömrəli, ##.##.2025-ci il tarixli icra sənədlərini icra etməmişdir. Bununla da Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Bu barədə Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin icra məmuru X1 tərəfindən MN ******* nömrəli, ## ### 2026-cı il tarixli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı ilə (hakim Zəfər Ramazanov) Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 8 (səkkiz) gün müddətində inzibati həbs tənbehi tətbiq edilmiş, həbs etmənin əvvəli ##.##.2026-cı il tarixdən hesablanmışdır. Qərardan narazı qalan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs apellyasiya qaydasında şikayət verib, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarının ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati tənbeh tətbiq edilmiş Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs şikayəti müdafiə edərək, ona təyin tətbiq edilmiş tənbehin yüngülləşdirilməsini və azadlığa buraxılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar olunmuş səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə, proses iştirakçılarının razılığı ilə şikayətə inzibati xəta haqqında protokolu tərtib etmiş orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşin halları və hüquqi məsələlər: Məhkəmə, verilmiş şikayət ilə əlaqədar inzibati işin materiallarını araşdırıb, proses iştirakçısının çıxışını dinləyib hesab edir ki, şikayət qismən təmin edilməli və Bakı şəhəri Xətai Rayon Məhkəməsinin Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İXM-in 528.1-ci maddəsi ilə təqsirli bilinməsinə dair ##.##.2026-cı il tarixli qərarı ona təyin edilmiş tənbeh hissəsində dəyişdirilməlidir. Belə ki, iş materiallarında olan MN ******* nömrəli, ## ### 2026-cı il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(***)-***/**** nömrəli, ##.##.2024-cü il tarixli, 16(011)- ***/**** nömrəli, ##.##.2023-cü il tarixli, *(***)- ****/**** nömrəli, ##.##.2023-cü il tarixli, 8(011)- ***/**** nömrəli, ##.##.2025-ci il tarixli icra sənədlərini icra etməmişdir. İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(***)-***/**** nömrəli, ##.##.2024-cü il tarixli icra vərəqəsindən görünür ki, iddia tələbi qismən təmin edilmiş, cavabdehlər Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs və Zeynalov Əsəd Səyyad oğlundan 15 adda cehiz əşyası alınaraq iddiaçıya verilməli, bu mümkün olmadıqda onalrın dəyəri - 1 qalın, yun odeyal 2 nəfərlik (Türkiyə istehsalı) - 120 (bir yüz iyirmi) manat, 2 sintifon balış (Türkiyə istehsalı) – 20 (iyirmi) manat, 2 pastel dəsti (Türkiyə istehsalı) – 180 (bir yüz səksən) manat, Eurolux mikser kombayn – 130 (bir yüz otuz) manat, İtimat soba (Türkiyə istehsalı) – 220 (iki yüz iyirmi) manat, Sonifer kofe üyüdən – 55 (əlli beş) manat, Eurolux blender soğan çəkən – 60 (altmış) manat, Hoffmann şirəçəkən (Almaniya istehsalı) – 150 (bir yüz əlli) manat, Termopot (Türkiyə istehsalı) – 90 (doxsan) manat, Nerjavika qazan dəsti 320 (üç yüz iyirmi) manat, qranit qazan dəsti (Türkiyə istehsalı) – 290 (iki yüz doxsan) manat, qaşıq dəsti (çemodan) (Almaniya istehsalı) – 430 (dörd yüz otuz) manat, bıçaq-balta dəsti (çemodan) (Almaniya istehsalı) – 150 (bir yüz əlli) manat, 6 nəfərlik boşqab dəsti (72 parça) – 420 (dörd yüz iyirmi) manat, 12 ədəd şiş dəst – 60 (altmış) manat, beşik 2 matras ilə (Türkiyə istehsalı) – 400 (dörd yüz) manat, beşik üçün dekor yastıq dəsti (bortik) - 280 (iki yüz səksən) manat, beşik üçün dekor tül – 50 (əlli) manat, uşaq velosipedi – 120 (bir yüz iyirmi) manat cavabdehlərdən müştərək qaydada alınaraq iddiaçı X5 ödənilməsi, cavabdehlər Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs və Zeynalov Əsəd Səyyad oğlundan 1 ədəd nişan üzüyü brilyant qaşlı (750 əyar), 1 ədəd pandora üzük (585 əyar), 1 ədəd qolbaq (585 əyar), 1 ədəd üzük (750 əyar), 1 ədəd boyunbağı (750 əyar) olan qızıl-zinət əşyaları alınaraq iddiaçı X5 verilsin, onlar olmadığı təqdirdə ekspert rəyində qeyd edilən qiymətlər nəzərə alınmaqla 585 əyarlı pandora üzük – 315 (üç yüz on beş) manat; 585 əyarlı qolbaq – 270 (iki yüz yetmiş) manat; iddia ərizəsi üzrə tələb olunan dəyəri – 750 əyarlı 1 ədəd brilyant qaşlı nişan üzüyü – 1.300 (bir min üç yüz) manat, 750 əyarlı üzük – 550 (beş yüz əlli) manat; 750 əyarlı boyunbağı – 770 (yeddi yüz yetmiş) manat pul cavabdehlərdən müştərək qaydada alınaraq iddiaçıya ödənilməsi, cavabdeh Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Samsung Galaxy A53 Dual Sim 8GB RAM markalı mobil telefon alınaraq iddiaçı X5 verilsin, bu mümkün olmadıqda, onun dəyəri olan 919 (doqquz yüz on doqquz) manat vəsait cavabdeh Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən iddiaçı X5 ödənilməsi qət edilmişdir. İş materiallarında olan ##.##.2024-cü il tarixli “İcraata başlamaq haqqında” qərarından görünür ki, *(***)-***/**** nömrəli, ##.##.2024-cü il tarixli icra sənədi üzrə icraata başlanılmışdır. İş materiallarında olan ##.##.2024-cü il tarixli tələbin könüllü icrası haqqında bildirişindən görünür ki, borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs *(***)- ***/**** nömrəli, ##.##.2024-cü il tarixli icra sənədində göstərilən tələbin 10 gün müddətində könüllü icra edilməsi xahiş edilmişdir. İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin **(***)-***/**** nömrəli, ##.##.2023-cü il tarixli icra vərəqəsindən görünür ki, iş üzrə aliment tələbi ilə bağlı qətnamə çıxarılanadək, ##.##.2023-cü il tarixdən başlayaraq ##.##.2021-ci il təvəllüdlü X2 üçün Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs hər ay 220 (iki yüz iyirmi) manat məbləğində aliment tutularaq X5 ödənilməsi qət edilmişdir. İş materiallarında olan ##.##.2023-cü il tarixli “İcraata başlamaq haqqında” qərarından görünür ki, **(***)-***/**** nömrəli, ##.##.2023-cü il tarixli icra sənədi üzrə icraata başlanılmışdır. İş materiallarında olan ##.##.2023-cü il tarixli tələbin könüllü icrası haqqında bildirişindən görünür ki, borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs **(***)- ***/**** nömrəli, ##.##.2023-cü il tarixli icra sənədində göstərilən tələbin 10 gün müddətində könüllü icra edilməsi xahiş edilmişdir. İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2023-cü il tarixli icra vərəqəsindən görünür ki, ##.##.2021-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs hazırkı qətnamə çıxdığı vaxtdan, yəni ##.##.2023- cü il tarixdən başlayaraq, hər ay 220 (iki yüz iyirmi ) manat sabit pul şəklində aliment tutularaq X5 ödənilməsi, ##.##.2023-cü il tarixdən başlayaraq ##.##.2021-ci il təvəllüdlü X2 3 yaşına çatanadək, yəni ##.##.2024-cü il tarixədək Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs hər ay 50 (əlli) manat məbləğində sabit pul şəklində aliment tutularaq X5 verilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. İş materiallarında olan ##.##.2023-cü il tarixli “İcraata başlamaq haqqında” qərarından görünür ki, *(***)-****/**** nömrəli, ##.##.2023-cü il tarixli icra sənədi üzrə icraata başlanılmışdır. İş materiallarında olan ##.##.2023-cü il tarixli tələbin könüllü icrası haqqında bildirişindən görünür ki, borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs *(***)- ****/**** nömrəli, ##.##.2023-cü il tarixli icra sənədində göstərilən tələbin 10 gün müddətində könüllü icra edilməsi xahiş edilmişdir. İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(***)-***/**** nömrəli, ##.##.2025-ci il tarixli icra vərəqəsindən görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2023-cü il tarixli qətnaməsi ilə ##.##.2021-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün tutulmuş 220 manat məbləğində alimentin məbləği sonrakı artımlar da nəzərə alınmaqla, ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin 0,63 misli həddində indeksasiya edilsin. Alimentin indeksasiyası ##.##.2025ci il tarixdən hesablanması qət edilmişdir. İş materiallarında olan ##.##.2025-ci il tarixli “İcraata başlamaq haqqında” qərarından görünür ki, *(***)-***/**** nömrəli, ##.##.2025-ci il tarixli icra sənədi üzrə icraata başlanılmışdır. İş materiallarında olan ##.##.2025-ci il tarixli tələbin könüllü icrası haqqında bildirişindən görünür ki, borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs *(***)-***/**** nömrəli, ##.##.2025-ci il tarixli icra sənədində göstərilən tələbin 10 gün müddətində könüllü icra edilməsi xahiş edilmişdir. İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(***)-*/**** nömrəli, ##.##.2024-cü il tarixli qərarı ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 15 (on beş) gün müddətinə inzibati həbs edilmişdir. İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2024-cü il tarixli qərarı ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə (4590 manat borcdan 1000 manat ödənilməsi qeyd edilərək) barəsində inzibati icraat aparılan şəxsin əməlində inzibati xəta tərkibinin olmaması əsası ilə xitam verilmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2024-cü il tarixli qərarı ilə həmin qərardan tələbkar tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2024-cü il tarixli qərarı ləğv edilmiş, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə nəzərdə tutulan inzibatın xətanı törətməkdə təqsirli bilinərək barəsində 1000 (min) manat məbləğində inzibati cərimə tətbiq edimişdir. Birinci instansiya məhkəməsində icraat zamanı inzibati xəta haqqında protokolu tərtib edən Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin icra məmuru X1 protokolu müdafiə edərək izahatında göstərmişdir ki, Xətai Rayon Məhkəməsinin ##.##.2023-cü il tarxili qərarına əsasən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs hər ay 220 manat məbləğində sabit pul məbləği tələbkara ödənməlidir. Eyni zamanda uşaq 3 yaşına çatana qədər aylıq 50 manat ödəniş etməlidir. Borclu bütün sənədlərlə tanış olmuş, lakin heç bir ödəniş etməmişdir. Borclunun mülkiyyətində heç bir daşınar və ya daşınmaz əmlak yoxdur. ## ### 2024-cü il tarixində İXM-nin 528.1-ci maddəsi əsasında 15 gün inzibati həbs olunmuşdur. Borclu bir daha çağırışlara gəlməmiş və barəsində yenidən axtarış verilmişdir. Şəxsin hal-hazırda qalıq borcu ümumilikdə 6949 manat göstərilir. Aliment borcu isə 6228 manat təşkil edir. Bu məbləğ ilkin ödənilən məbləği çıxmaq şərtilə hesablanmışdır. Göstərilənlərə əsasən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində inzibati qaydada tədbir görülməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs izahatında göstərmişdir ki, bir müddət çalışmış, sonradan çalışmadığına görə ödənişləri həyata keçirə bilməmişdir. Təzəlikcə işə qəbul olmuşdur. Aylıq 400-500 manat ödəyəcəyinə söz verir. Qeyd olunanların nəzərə alınmasını və barəsində yüngül tənbeh tətbiq edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat zamanı zərərçəkmiş şəxs X4 etibarnamə üzrə nümayəndəsi X3 yaranmış bütün borcun qaytarılmasını tələb etdi. İndiyə qədər borcludan hər dəfə 1000 manat olmaqla 3 dəfə ödəniş aldıqlarını, bundan əvvəl barəsində protokol tərtib edilərkən ##.##.2024-cü il tarixdə 1000 manat və hazırda 1000 manat ödəniş aldıqlarını təsdiqlədi. Barəsində əvvəllər də inzibati tənbeh tədbirləri görülməsinə baxmayaraq Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs stabil olaraq uşağın saxlanılması üçün ödənişlər etmir. Yalnız məcburiyyət qarşısında ödəniş edir. Odur ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində inzibati qaydada tədbir görülməsini xahiş etmişdir. Apellyasiya instansiya məhkəməsində Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs qohumları tərəfindən əlavə olaraq 500 manat ödənilməsi bildirilmiş, bu fakt məhkəmədə onlyan videokonfransla əlaqə saxlanılmaqla Xətai rayon İcra şöbəsinin icra məmuru X1 ilə dəqiqləşdirildikdə öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Qanunun mənasına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1ci maddəsi ilə məsuliyyət o vaxt yaranır ki, borclu məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə məcbur edən icra sənədini üzrsüz səbəbdən icra etməsin. İcra etməmə isə o halda üzrsüz olur ki, borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının müəyyən edildiyi halda o, məhkəmə aktının tələbini icra etmir və ya məhkəmə aktlarının icrasını mümkünsüz etməyə yönələn hərəkətlərini davam etdirir. Birinci instansiya məhkəməsi tərəfindən tədqiq edilmiş inzibati xəta haqqında protokol, habelə inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs məhkəmə qərarlarının icraya yönəldiyi vaxtdan keçən müddət ərzində icra sənədi ilə üzərinə qoyulmuş öhdəliyi üzrsüz səbəbdən yerinə yetirməyərək, icra vərəqinin icrasını təmin etməmiş, icra sənədinin icrasının təmin edilməsinə laqeyd yanaşmışdır. Bununla da, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Beləliklə, iş üzrə toplanmış sübutları qiymətləndirərək məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində olan inzibati xəta haqqında işə baxarkən təqdim olunmuş materiallar əsasında inzibati xəta haqqında qanunvericiliyin tələblərinə uyğun, düzgün olaraq araşdırmış və əsaslı olaraq onun Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati hüquq pozuntusuna yol verməsini müəyyən etmişdir. Buna rəğmən, apellyasiya instansiya məhkəməsi şəxsə təyin edilmiş inzibati tənbehin növü ilə razılaşmır. Belə ki, İnzibati Xətalar Məcəlləsinin: 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən bu Məcəllənin 32.1.1 - 32.1.7ci maddələrində göstərilməmiş başqa hallar da hakim tərəfindən məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə kollegiyası törədilmiş inzibati xətanın xarakterini, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32.1.1 və 32.17-ci maddələrinə əsasən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs məsuliyyətini yüngülləşdirən hallar kimi onun səmimi peşmançılığını və törədilmiş inzibati xətanın zərərli nəticələrinin aradan qaldırılması üçün tədbirlər görməklə zərərrin bir qismininin ödənilməsini, eyni zamanda məsuliyyətini ağırlaşdıran halların müəyyən olunmamasını, daha ağır tənbehin tətbiqi üçün əsasların olmamasını nəzərə alaraq belə qənaətə gəlir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində tətbiq edilmiş 8 (səkkiz) gün müddətinə inzibati həbs növündə tənbeh tədbiri 500 manat məbləğində cərimə növündə tənbeh tədbiri ilə əvəz edilməlidir. Məhkəmə bu qərar gələrkən törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, məsuliyyəti ağırlaşdıran halların müəyyən edilməməsini, məsuliyyətini yüngülləşdirən hallar kimi səmimi peşmanlığını, etdiyi hərəkətləri tam səmimi etiraf edərək, səmimiliyi və peşmanlığı ilə bağlı qənaəti möhkəmləndirən davranışını nəzərə alır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.5-ci maddəsinə əsasən tətbiq edilmiş tənbehin bu Məcəllənin 31–34-cü maddələrinin tələblərinə uyğun olmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Yuxarıda göstərilənlərə əsaslanaraq və İXM-in 128-134, 138.1.3-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDI: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, 3(5-101)- ****/**** nömrəli qərarı dəyişdirilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, ona təyin edilmiş 8 (səkkiz) gün müddətində inzibati həbs növündə inzibati tənbeh tədbiri 500 (beş yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri ilə əvəz edilsin. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs məhkəmə iclas zalından dərhal azad edilsin. Qərar qəbul edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərar qətidir, qərardan şikayət və protest verilə bilməz.
Məhkəmə qərarları › İş №3(3-6)-1518/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-1518/2026
20.05.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver