Məhkəmə qərarları › İş №3(3-6)-1519/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №3(3-6)-1519/2026

25.05.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 3(3-6)-1519/2026 25.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi Əliyev Emin Zöhrab oğlu, Kamranlı Mahsun Şahin oğlunun katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə ictaat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) iştirakı ilə, Qərardan şikayət verən orqan (şəxs) barəsində ## ##### 2026-cı il tarixli, IXP ******* saylı inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş qərardan verdiyi şikayətin geri qaytarılması haqqında Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli *(*-***)-****/**** saylı qərardadından verdiyi şikayətə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: Təqdim olunmuş inzibati xəta haqqında iş üzrə icraat materiallarından görünür ki, Qərardan şikayət verən orqan (şəxs), barəsində ## ##### 2026-cı il tarixli, IXP ******* saylı inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş qərarın ləğv edilməsi haqqında Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə şikayət vermişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin (hakim P.N.Muradov) ## ##### 2026-cı il tarixli qərardadı ilə, Qərardan şikayət verən orqan (şəxs) barəsində ## ##### 2026-cı il tarixli, IXP ******* saylı inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət geri qaytarılmışdır. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, “...Qərardan şikayət verən orqan (şəxs) tərəfindən mübahisələndirilən inzibati tənbeh tətbiq etmə haqqında qərarın surəti iş materiallarına əlavə edilməmişdir...”. Qərardaddan, Qərardan şikayət verən orqan (şəxs) apellyasiya qaydasında şikayət verərək, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli qərardadının ləğv edilməsini və şikayət ərizəsinin icraata götürülərək mahiyyəti üzrə araşdırılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında, Qərardan şikayət verən orqan (şəxs) şikayəti müdafiə edərək, təmin edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsi şikayəti inzibati xəta haqqında iş üzrə icraat materialları ilə əlaqəli şəkildə araşdıraraq hesab edir ki, aşağıda qeyd olunan əsaslara görə şikayət təmin edilməli və Qərardan şikayət verən orqan (şəxs) barəsində ## ##### 2026-cı il tarixli, IXP ******* saylı inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş qərardan verdiyi şikayətin icraata qəbul edilməsi mümkünlüyünün yoxlanılması məqsədi ilə materiallar Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 109.1.3-cü maddəsinə əasən, inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı, bəzi məsələlər barəsində qəbul edilməsi nəzərdə tutulan qərardadlardan biri də, iş barəsində zəruri olan əlavə materialların tələb edilməsi haqqında qərardadın qəbul edilməsidir. Həmin Məcəllənin 109.1.6-cı maddəsinə əsasən, protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Həmin Məcəllənin 83.1-ci maddəsinə əsasən, icraatında inzibati xəta haqqında iş olan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin həll edilməsi üçün zəruri olan əlavə məlumatların tələb edilməsi barədə qərardad qəbul edə bilər. Həmin Məcəllənin 83.2-ci maddəsinə əsasən, məlumatlar tələb edildiyi vaxtdan üç günədək müddətdə, inzibati həbs nəzərdə tutulan inzibati xəta törədildikdə isə dərhal müvafiq orqanlar, təşkilatlar, idarələr və müəssisələr tərəfindən qərardad qəbul etmiş hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməlidir. Həmin Məcəllənin 83.3-cü maddəsinə əsasən, müvafiq orqanlardan, təşkilatlardan, idarələrdən və müəssisələrdən tələb edilən məlumatların təqdim edilməsi mümkün olmadıqda, onlar üç günədək müddətində, inzibati həbs nəzərdə tutulan inzibati xəta törədildikdə isə dərhal qərardad qəbul etmiş hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) bu barədə yazılı formada xəbər verməyə borcludurlar. Apellyasiya instansiyası məhkəməsi qeyd edir ki, birinci instansiya məhkəməsi, Qərardan şikayət verən orqan (şəxs) məhkəmə qaydasında mübahisələndirdiyi qərarı tələb etmək barədə qərardad qəbul etməklə, bu natamamlığı tamamlamağın mümkünlüyünü nəzərə almadan, şikayəti geri qaytarmışdır. «Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 332.1-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun # #### 2015-ci il qərarında qeyd edilir ki, dövlət orqanları insan hüquq və azadlıqlarının qanunsuz məhdudlaşdırmasından çəkinməklə yanaşı cəmiyyətdə qanunçuluğun təmin edilməsini həyata keçirirlər. Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur (Konstitusiyanın 71-ci maddəsinin İ hissəsi). «Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 430.1, 430.2.1 və 430.2.3-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2013-cü il tarixli qərarında qeyd edilir ki, Konstitusiyanın 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Bu müddəa məhkəmə müdafiəsinin yalnız birinci instansiya məhkəməsində deyil, həmçinin apellyasiya və kassasiya instansiyası məhkəmələrində də təmin olunmasını nəzərdə tutur. Hər hansı məhkəmə instansiyasına şikayət vermək hüququ məhkəmə müdafiəsi hüququndan irəli gəlir. «Insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində göstərilir ki, hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Odur ki, apellyasiya instansiyası məhkəməsi qeyd olunanları nəzərə alaraq hesab edir ki, şikayət təmin edilməli, iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin ## ##### 2026cı il tarixli qərardadı ləğv olunmalı və Qərardan şikayət verən orqan (şəxs) barəsində, ## ##### 2026-cı il tarixli, IXP ******* saylı inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətin icraata qəbul edilməsinin mümkünlüyü məsələsinin yoxlanılması üçün materiallar Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə qaytarılmalıdır. Şərh olunanları və Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 128, 134-cü maddələrinin tələbini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi, QƏRARA A L D İ: Şikayət təmin edilsin. Qərardan şikayət verən orqan (şəxs) barəsində, ## ##### 2026-cı il tarixli, IXP ******* saylı inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətin geri qaytarılması haqqında Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli qərardadı ləğv olunsun. Qərardan şikayət verən orqan (şəxs) barəsində, ## ##### 2026-cı il tarixli, IXP ******* saylı inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətin icraata qəbul edilməsinin mümkünlüyü məsələsinin yoxlanılması üçün materiallar Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə qaytarılsın. Qərar qətidir, ondan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar