Məhkəmə qərarları › İş №3(3-6)-1520/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-1520/2026

21.05.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-1520/2026 21.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi Məmmədov Habil Çingiz oğlunun, məhkəmə iclas katibi X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs, müdafiəçisi Bakı şəhəri ** saylı Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 510.1 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinərək 08 (səkkiz) gün müddətinə inzibati qaydada həbsin tətbiq edilməsinə dair Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı, ## ### 2026-cı il tarixli qərarından inzibati xəta törətmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs müdafiəçisi Vəkil tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDI: Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 510.1 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Daxili Işlər Nazirliyi Bakı şəhəri Binəqədi Rayon Polis Idarəsinin 40-ci Polis Şöbəsi tərəfindən tərtib edilmiş ## ### 2026-cı il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı, ## ### 2026-cı il tarixli qərarı ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 510.1 və 535.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xətaları törətməkdə təqsirli bilinmiş və 08 (səkkiz) gün müddətinə inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilmiş, inzibati həbsdə saxlama müddətinin əvvəli ## ### 2026-cı il tarixdən saat 13:30dan hesablanmışdır. Həmin qərardan barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs müdafiəçisi Vəkil apellyasiya şikayəti verərək, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı, ## ### 2026-cı il tarixli qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmənin qərarı qanunsuz və əsassızdır. Hazırkı işdə polis əməkdaşının qanuni tələbinin nədən ibarət olması işin hallarından aydın deyildir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs qanunsuz sərnişin daşıma ilə məşğul olmasını göstərən heç bir sübut olmamışdır. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs müdafiəçi ilə təmin olunma hüququ pozulmuşdur. Vəkilə ehtiyacının olmaması barədə ərizəsi isə formaldır. Müdafiəçi şəxsə təyin olunandan sonra ondan imtina edə bilər. Işdən görünür ki, ona müdafiəçi təyin edilməmişdir. Hadisəni əks etdirən videogörüntü və digər şəxslər dindirilməmişdir. Məhkəmə yalnız polisləri şahid kimi dindirmişdir. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 535-ci maddə üzrə zərərçəkmiş şəxs olmalıdır. Apellyasiya icraatı zamanı çıxış edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs və müdafiəçisi Vəkil verilmiş apellyasiya şikayətini müdafiə edərək, onun dəlillərinə uyğun çıxış etmiş, məhkəmədən şikayətin təmin edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etdilər. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar olunmuş səlahiyyətli orqan Azərbaycan Respublikasının Daxili Işlər Nazirliyinin Bakı şəhəri Binəqədi Rayon Polis Idarəsinin 40-cı Polis Şöbəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Apellyasiya instansiyası məhkəməsi tərəflərin razılığı ilə şikayətə inzibati xəta haqqında protokolu tərtib etmiş orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayəti iş üzrə materiallar ilə əlaqəli şəkildə araşdırıb, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs və müdafiəçisi Vəkil dinləyərək, belə hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 510.1 və 535.1-ci maddələri ilə inzibati xəta törətməsinə dair Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı, ## ### 2026-cı il tarixli qərarı qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan ## ### 2026-cı il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokola əsasən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ## ### 2026-cı il tarixdə Binəqədi rayonu Bakı Beylənxalq Avtovağzal Kompleksin qarşısında ictimai yerdə, yəni küçədə polis əməkdaşlarının ünvanına nalayiq ifadələr işlətmiş və polisin qanuni tələblərinə tabe olmamışdır. Məhkəmədə inzibati xəta haqqında protokol tərtib etmiş Bakı şəhəri Binəqədi Rayon Polis Idarəsinin 40-cı Polis Şöbəsinin sahə inspektoru, R X3 inzibati xəta haqqında protokolu müdafiə edərək bildirmişdir ki, ## ### 2026-cı il tarixində Binəqədi rayon Post Patrul Xidməti Bölüyünün əməkdaşları X5 və X1 tərəfindən Bakı Beylənxalq Avtovağzal Kompleksin ərazisində xidmət aparılan zaman vətəndaş Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs vağzal ətrafında yüksək səslə müxtəlif rayon istiqamətlərinə sərnişin aparılması ilə bağlı elan verməsi və **-SD- *** dövlət qeydiyyat nişanlı “VITA Mercedes” markalı nəqliyyat vasitəsi ilə qeyri-qanuni sərnişin daşıması aşkar edilmişdir. Polis əməkdaşları tərəfindən həmin şəxsə qanunvericiliyin tələbləri izah edilmiş, qeyri-qanuni sərnişin daşınmasının inzibati məsuliyyət yaratdığı bildirilsə də, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs polis əməkdaşlarının qanuni tələblərinə əməl etməmişdir. Əksinə, o, ictimai yerdə yüksək səslə danışaraq səs-küy yaratmış, ətrafdakı şəxslərə polis əməkdaşlarını videoya çəkmələrini bildirmiş və bununla vəziyyəti gərginləşdirmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs polis əməkdaşlarının ünvanına həqiqətə uyğun olmayan, nüfuzdan salmağa yönəlmiş ifadələr işlətmiş, onların guya qanunsuz fəaliyyətlə məşğul olduqlarını bildirmiş, müxtəlif orqanlara şikayət edəcəyini demişdir. Həmçinin, o, polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamış, onları nalayiq ifadələrlə söymüş, şöbəyə getmək tələbini yerinə yetirməkdən imtina etmişdir. Əraziyə çağırılmış post patrul əməkdaşlarının köməkliyilə onu şöbəyə gətirmişlər.Qeyd olunanlara əsasən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilmişdir. Sahə inspektoru, R X3 verilmiş suallara cavab olaraq bildirmişdir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs 2025-ci ildə 4 dəfə, 2024-cü ildə isə 3 dəfə qanunsuz sərnişin daşıma fəaliyyətinə görə inzibati qaydada məsuliyyətə cəlb edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 510.1 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə özünü təqsirli bilməyərək izahatında göstərmişdir ki, hadisə günü dərman almaq məqsədilə Bakı şəhərinə gəlmiş, həmin vaxt hava yağışlı olmuşdur. Vağzal ərazisində polis əməkdaşlarını görərək avtomobili saxlamış və gedəcəkləri ünvan varsa, onları aparmağı təklif etmişdir. Bundan sonra polis əməkdaşları ona qanunsuz sərnişin daşıması ilə məşğul olduğunu bildirmiş və şöbəyə getməli olduğunu demişlər. O, hazırda sərnişin daşıma fəaliyyəti ilə məşğul olmur və həmin vaxt da heç bir sərnişin daşımamışdır. Polis əməkdaşları ilə aralarında yaranmış vəziyyət yanlış qiymətləndirilmişdir. Məhkəmə tərəfindən verilmiş suallara cavab olaraq Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs göstərmişdir ki, əvvəllər bir neçə dəfə Bakı Beylənxalq Avtovağzal Kompleksin ərazisində qanunsuz sərnişin daşıma fəaliyyətinə görə inzibati qaydada məsuliyyətə cəlb edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Binəqədi rayon Polis Idarəsinin Post Patrul xidməti bölüyünün polis nəfəri, R X5 izahatında bildirmişdir ki, o və digər polis nəfəri X1 ## ### 2026-cı il tarixində xidmət apararkən BBAK ərazisində yerləşən vağzal ətrafında vətəndaş Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs yüksək səslə müxtəlif rayon istiqamətlərinə sərnişin aparılması ilə bağlı elan verdiyini müşahidə etmişlər. Həmin şəxs **-SD- *** dövlət qeydiyyat nişanlı “VITA Mercedes” markalı nəqliyyat vasitəsi ilə qeyri-qanuni sərnişin daşıma fəaliyyəti ilə məşğul olmuşdur. Onlar Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs yaxınlaşaraq özlərini təqdim etmiş, qeyri-qanuni sərnişin daşınmasının inzibati məsuliyyət yaratdığını izah etmişlər. Lakin sonuncu onların qanuni tələblərinə əməl etməmiş, yüksək səslə ictimai yerdə səs-küy yaratmışdır. O, ətrafda olan şəxslərə onları mobil telefon vasitəsilə videoya çəkmələrini bildirmiş, bununla da vəziyyəti gərginləşdirmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs onların ünvanına əsassız və həqiqətə uyğun olmayan ifadələr işlədərək onların guya qanunsuz işlərlə məşğul olduqlarını bildirmiş, söyüş söymüş, müxtəlif orqanlara şikayət etdirəcəyini demişdir. Hətta bir neçə şəxsə zəng edərək, məsələni həll etməyə çalışmışdır. Həmçinin o, polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamış, xidmət aparılmasına maneçilik törətmiş, şöbəyə getmək tələbinə də əməl etməyərək bundan imtina etmişdir. Bundan əlavə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs əvvəllər də dəfələrlə oxşar hüquqazidd əməllərə görə inzibati məsuliyyətə cəlb edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Binəqədi rayon Polis Idarəsinin Post Patrul xidməti bölüyünün polis nəfəri, R X1 şahid X5 ifadəsi ilə oxşar ifadə vermişdir. Binəqədi rayon Polis Idarəsinin PPXB-nin polis nəfərləri X5 və X1 tərəfindən tərtib edilmiş ## ### 2026-cı il tarixli raportdan görünür ki, ## ### 2026-cı il tarixində saat təxminən 12:10 raddələrində BBAK-nin ərazisində xidmətdə olan zaman vətəndaşların sıx olduğu yerdə **-SD- *** dövlət qeydiyyat nişanlı “VITA Mercedes” markalı nəqliyyat vasitəsnin yüksək sürətlə hərəkət edərək fərqli-fərqli ünvanlara qeyri-qanuni sərnişin daşıma ilə məşğul olduğunu aşkar etmişlər. Onlar dərhal həmin sürücüyə yaxınlaşıb özlərini təqdim etmiş və həmin sürücüyə qeyri-qanuni sərnişin daşımanın inzibati xəta olduğunu və belə sürətlə vətəndaşların sıx olduğu yerdə hərəkət etməklə vətəndaşlara real təhlükə yaratdığını izah etmişlər və onlar həmin vətəndaşla profilaktik söhbət aparıb nizam intizama dəvət etdikdə vətəndaş buna məhəl qoymayaraq onların göstərişinə məhəl qoymayaraq və onlara hədə-qorxu gərək Daxili Işlər Nazirliyinin Daxili Təhqiqatında işləyən Azər adlı şəxs tərəfindən şəxsə şikayət edəcəyini, onları xidmətdən təxris edəcəyini və eyni zamanda keçmiş polis işçisi hal hazırda pensiyada olan Zahid adlı əməkdaş ona müxtəlif istiqamətlər verərək hara şikayət edəcəyini və onların xidməti fəaliyyətlərinə müdaxilə edib, onlara hədə qorxu gələrək onların hər birini işdən çıxartdıracağını bildirmişdir. Bütün bu qeyri-adekvat hərəkətlərdən sonra vətəndaş ona verilən istiqamətlər fonunda tabesizlik göstərməyə davam etmiş və həmin vətəndaş onları prokurorluğa şikayət edəcəyini, polis əməkdaşlarının adına yaraşmayan nüfuzunu aşağı salacaq nalayiq şər xarakterli ifadələr işlətmişdir. Bundan əlavə, qeyd olunan vətəndaş bundan əvvəldə qanunsuz sərnişin daşıma ilə məşğul olmuş, polis əməkdaşları tərəfindən aşkar edilmişdir. Inzibati qaydada tutma haqqında ## ### 2026-cı il tarixli protokoldan görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs həmin tarixdə saat 13:30-da Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 510.1 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə tutulmuşdur. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə-fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə hesab edir ki, toplanmış sübutlar birinci instansiya məhkəməsində tam, hərtərəfli və obyektiv araşdırılmış, mənbəyinin mötəbərliyi məhkəmədə heç bir şübhə doğurmayan bu sübutlar əsasında birinci instansiya məhkəməsi inzibati xəta törətmiş Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində işin hallarına uyğun olan qanuni və əsaslı nəticəyə gəlmiş və onun əməlini Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 510.1-ci və 535.1ci maddələri ilə düzgün tövsif etmişdir. Məhkəmə iclasında dindirilmiş polis əməkdaşları X5 və X1 ifadələri bir-biri ilə uyğunluq təşkil etmiş, həmin ifadələr iş materiallarında olan raportun məzmunu ilə təsdiqlənmişdir. Həmin sübutlardan görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs avtovağzal ətrafında müxtəlif rayon istiqamətlərinə sərnişin aparılması ilə bağlı yüksək səslə elan vermiş, polis əməkdaşlarının ona ünvanladığı qanuni tələblərə əməl etməmiş, ictimai yerdə səs-küy salmış, ətrafdakı şəxsləri polis əməkdaşlarını videoya çəkməyə çağırmış, həmçinin polis əməkdaşlarının ünvanına nüfuzdan salmağa yönəlmiş ifadələr işlətmişdir. Məhkəmə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs özünü təqsirli bilməməsi və hadisə günü guya yalnız dərman almaq məqsədilə Bakı şəhərinə gəlməsi barədə izahatını inandırıcı hesab etməmişdir. Belə ki, onun izahatı iş üzrə digər sübutlarla, xüsusilə polis əməkdaşlarının ardıcıl və bir-biri ilə uzlaşan ifadələri ilə təkzib olunur. Bundan başqa, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs dərman almaq məqsədilə şəhərə gəldiyini bildirməsinə baxmayaraq, onun avtovağzal ətrafında, rayon istiqamətlərinə sərnişin daşınmasının intensiv həyata keçirildiyi ərazidə olması, həmin ərazidə yüksək səslə davranması və polis əməkdaşlarının müşahidə etdiyi hərəkətləri onun izahatının səmimiliyinə şübhə yaradır. Məhkəmə həmçinin nəzərə almışdır ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs əvvəllər də oxşar hüquqazidd əməllərə görə dəfələrlə inzibati məsuliyyətə cəlb olunmuşdur. Belə ki, onun 2024-cü ildə 3 dəfə, 2025-ci ildə isə 4 dəfə qanunsuz sərnişin daşıma fəaliyyətinə görə inzibati qaydada məsuliyyətə cəlb edilməsi müəyyən edilmişdir. Bu hal onun qanunsuz sərnişin daşıma fəaliyyəti ilə bağlı əvvəlki davranış modelini təsdiq edən mühüm göstərici kimi qiymətləndirilmişdir. Şikayətin dəlillərindən görünür ki, sübutların mötəbərliliyi mübahisələndirilmişdir. Lakin şikayət istinad olunan şübhələri təsdiq edən sübutlar məhkəməyə təqdim olunmamışdır. Ona görə məhkəmə şikayətin dəlillərinə tənqidi yanaşır və məsuliyyətdən yaxa qurtarmaq cəhdi kimi qiymətləndirir. Odur ki, şəxsin təqsirli bilinməsi barədə sübutların (onu tanımayan 2 nəfər polis əməkdaşının şahid ifadələrinin) mötəbərliyinə mənfi təsir edən hal müəyyən edilməmişdir. Inzibati xəta tərkibinin əlamətlərinin şəxsin əməlində olması iş materialları ilə sübuta yetirilmişdir. Şikayətin dəlilləri əsassızdır. Bundan başqa məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tətbiq edilmiş inzibati tənbeh tədbirini müzakirə edib hesab edir ki, birinci instansiya məhkəməsi inzibati xəta törətmiş Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs inzibati tənbeh təyin edərkən, Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 6, 9, 32, 33 və 34.2-ci maddələrinin tələblərinə əməl etməklə inzibati xətanın xarakterini, onun şəxsiyyətini, yüngülləşdirən və ağırlaşdıran halların olmamasını düzgün olaraq nəzərə alıb, ona əməlinə və şəxsiyyətinə uyğun olan qanuni və ədalətli inzibati tənbeh təyin etmişdir. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 133.1-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Ona görə də məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün əsaslar müəyyən edilmədiyindən şikayət təmin olunmamalı və Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 510.1 və 535.1-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı, ## ### 2026-cı il tarixli qərarı dəyişdirilməməlidir. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 134.1.1ci maddəsini rəhbər tutaraq, QƏRARA ALDI: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs müdafiəçisi Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 510.1 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib 08 (səkkiz) gün müddətinə inzibati qaydada həbs edilməsinə dair *(*-**)-****/**** saylı, ## ### 2026-cı il tarixli qərarı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs müdafiəçisi Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir, ondan şikayət və ya protest verilə bilməz. Hakim: Habil Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar