Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-1521/2026 25.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi Babayev Qədim Xalid oğlu, Məhkəmə iclas katibi İsgəndərova Afaq Sənan qızının, Şikayətçi Qərardan şikayət verən orqan (şəxs) İldırım oğlunun iştirakları ilə, Qərardan şikayət verən orqan (şəxs) İldırım oğlunun Baş Dövlət Yol Polisi İdarəsinin ## ##### 2026-cı il tarixli, EQ ******** nömrəli qərarından verdiyi şikayətin təmin edilməməsinə dair Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-**)-****/** nömrəli qərarından Qərardan şikayət verən orqan (şəxs) İldırım oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında məhkəmə iclasında baxaraq müəyyən e t d i m: Qərardan şikayət verən orqan (şəxs) İldırım oğlu məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin ## ##### 2026-cı il tarixli, EQ ******** nömrəli qərarının ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırımışdır ki, o, Baş Dövlət Yol Polisi İdarəsinin ## ##### 2026-cı il tarixli, EQ ******** nömrəli qərarı ilə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 330.0.1-ci maddəsinə əsasən təqsirli bilinmiş və 50 manat məbləğində inzibati cərimə edilmişdir. O, bu qərarla razı deyil. O, hərəkətdə olmayan piyadaya yol verməmişdir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 40-cı maddəsinin II hissəsinə görə ona yazılan cərimə haqsızdır. Piyadanın hərəkətinə hüquqi qiymət verilməsini xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli qərarı ilə Qərardan şikayət verən orqan (şəxs) İldırım oğlunun Baş Dövlət Yol Polisi İdarəsinin ## ##### 2026-cı il tarixli, EQ ******** nömrəli qərarından verdiyi şikayət təmin edilmədən qərar isə dəyişdirilmədən saxlanılmışdır. Həmin qərardan narazı qalan Qərardan şikayət verən orqan (şəxs) İldırım oğlu şikayətlə eyni məzmunlu apellyasiya şikayəti verərək Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli qərarın ləğv edilməsini və şikayətinə yenidən baxılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş Qərardan şikayət verən orqan (şəxs) İldırım oğlu apellyasiya şikayətinin məzmununa uyğun çıxış edərək şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə qanuvericiliyin tələblərinə uyğun şəkildə məlumatlandırılmış polis idarəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etmədiyindən məhkəmə baxış iclasının onun iştirakı olmadan davam etdirilməsi mümkün hesab edilmişdir. İşin halları və hüquqi məslələr: Məhkəmə apellyasiya qaydasında verilmiş şikayət ilə əlaqədar inzibati işin materiallarını araşdırıb, tərəfiin çıxışını dinləyib hesab edir ki, verilmiş apellyasiya şikayəti təmin edilməməli və şikayətçi Qərardan şikayət verən orqan (şəxs) İldırım oğlunun Baş Dövlət Yol Polisi İdarəsinin ## ##### 2026-cı il tarixli, EQ ******** nömrəli qərarından verdiyi şikayətin təmin edilməməsinə dair Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-**)-****/** nömrəli qərarı qanuni və əsaslı olduğundan verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Baş Dövlət Yol Polisi İdarəsinin ## ##### 2026-cı il tarixli, EQ ******** nömrəli qərarından görünür ki, Qərardan şikayət verən orqan (şəxs) İldırım oğlu ## ##### 2026-cı il tarixdə, saat 16:20-də Nizami rayonu, Ş.Mirzəyev küçəsində “Mercedes 200” minik markalı, **VD*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 330.0.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 50 manat məbləğində cərimə edilmişdir. -video görüntüdən görünür ki, piyada artıq piyada keçidinə daxil olmuş, lakin nəqliyyat vasitəsinin dayanacağına əmin olmadığı üçün hərəkətini davam etdirməmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, şikayət verənin istinad etdiyi hallar onun məsuliyyətini istisna etmir, əksinə, onun tərəfindən piyadaya yol verilməməsi faktını təsdiqlədiyinə görə Qərardan şikayət verən orqan (şəxs) İldırım oğlunun Baş Dövlət Yol Polisi İdarəsinin ## ##### 2026-cı il tarixli, EQ ******** nömrəli qərarından verdiyi şikayət əsassız olduğundan təmin edilməməli həmin qərar dəyişdirilmədən saxlanmalıdır. Belə ki, iş materiallarında olan video görüntüdən aydın görünür ki, piyada artıq piyada keçidinə daxil olmuş, lakin nəqliyyat vasitəsinin dayanacağına əmin olmadığı üçün hərəkətini davam etdirməmişdir. Eyni zamanda Qərardan şikayət verən orqan (şəxs) İldırım oğlu sürətini azaltmamış, piyadaya yol vermək məqsədilə dayanma və ya yavaşıma manevri etməmiş, əksinə hərəkətini eyni intensivliklə davam etdirmişdir. Bu davranış nəticəsində piyada hərəkətini dayandırmağa məcbur olmuşdur ki, bu da qanunvericiliyin qeyd etdiyi “yol verməmək” anlayışına tam uyğun gəlir. Yəni sürücünün hərəkəti piyadanı gözləməyə məcbur etmişdir. Sonradan digər nəqliyyat vasitəsi sürətini azaldaraq dayandıqdan sonra piyada yolu təhlükəsiz şəkildə keçmişdir. Bu hal bir daha təsdiq edir ki, piyadanın ilkin mərhələdə hərəkət etməməsi onun passivliyi deyil, məhz sürücünün qanunsuz davranışı ilə şərtlənmişdir. Məhkəmə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, iş matreialları ilə inzibati xətanın törədilməsi faktı öz təsdiqini tapmışdır. Həmçinin, xətanın törədilməsini istisna edən hər hansı sübut iş materiallarına əlavə edilməmiş, həmçinin məhkəmə baxış iclasında da təqdim edilməmişdir. Azərbaycan Respublikası İnizbati Xətalar Məcəlləsinin: 330.0-cü maddəsinə əsasən sürücü tərəfindən piyadaya yol verilməməsinə, yəni: 330.0.1. nizamlanmayan piyada keçidinə daxil olmuş piyadaya; 330.0.2. yolayrıcında sürücü sağa və ya sola dönərkən dönəcəyi yolun hərəkət hissəsini keçməkdə olan piyadaya yol verilməməsinə görə əlli manat məbləğində cərimə edilir. Qeyd: bu Məcəllənin 330 və 331-ci maddələrində “yol verilməməsi” dedikdə, sürücünün hərəkəti davam etdirməsi və ya yenidən hərəkətə başlaması, yaxud hər hansı manevr etməsi nəticəsində piyadanın və ya keçid üstünlüyü hüququna malik olan nəqliyyat vasitəsinin sürücüsünün hərəkət istiqamətini və ya sürətini dəyişdirməyə məcbur etməsi başa düşülür. 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Beləliklə, sadalanan qanunun tələbləri və işin halları baxımından məhkəmə belə qənaətə gəlir ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli qərarı qanuni və əsaslıdır. Apellyasiya şikayətində göstərilən dəlillər qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas olmadığından verilmiş apellyasiya şikayəti təmin edilməməli və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ## ##### ****-cı nömrəli qərarı verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsini rəhbər tutaraq məhkəmə Q ə r a r a a l d ı: Qərardan şikayət verən orqan (şəxs) İldırım oğlu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Qərardan şikayət verən orqan (şəxs) İldırım oğlunun Baş Dövlət Yol Polisi İdarəsinin ## ##### 2026-cı il tarixli, EQ ******** nömrəli qərarından verdiyi şikayətin təmin edilməməsinə dair Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-**)-****/** nömrəli qərarı verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir, ondan şikayət verilə bilməz. Hakim: Qədim Babayev
Məhkəmə qərarları › İş №3(3-6)-1521/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-1521/2026
25.05.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver