Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-1522/2026 26.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi İbrahimov Zamin Vəliyəddin oğlunun sədrliyi və məhkəmə iclasının katibi Eminov Azər Elçin oğlunun katibliyi ilə, ## ###### 1970-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, ünvan 2 ünvanında qeydiyyatda olmaqla ünvan 4 ünvanında yaşayan, Mollayeva (Muxtarova) Təranə Qadir qızının Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati tənbeh edilməsinə dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** nömrəli qərarından barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Mollayeva (Muxtarova) Təranə Qadir qızı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nəsimi rayon İcra Şöbəsinin icra məmuru X3 tərtib etdiyi ##.##.2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə görə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2018-ci il tarixli, *(***)-***/**** saylı icra vərəqəsinə əsasən cavabdeh Muxtarova Təranə Qadir qızından 23000 (iyirmi üç min) manat borc, 300 (üç yüz) manat hüquqi xidmət xərci və 30 (otuz) manat dövlət rüsumu, cəmi 23300 (iyirmi üç min üç yüz) manat məbləğində pul vəsaiti tutularaq iddiaçı X2 xeyrinə ödənilməlidir. Lakin Mollayeva (Muxtarova) Təranə Qadir qızı icra sənədlərinin icrasını təmin etməmiş, bununla da, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** nömrəli qərarı ilə inzibati xəta törətmiş Mollayeva (Muxtarova) Təranə Qadir qızı Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 600 (altı yüz) manat məbləğində cərimə edilməsi növündə inzibati cəza təyin edilmişdir. Həmin qərardan barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Mollayeva (Muxtarova) Təranə Qadir qızı apellyasiya şikayəti verərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** nömrəli qərarını ləğv edərək, iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Tərəflərin iştirakı və izahatlar: Məhkəmə iclasının vaxtı və yeri barəsində məlumat verilməsinə baxmayaraq, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Mollayeva (Muxtarova) Təranə Qadir qızı, iş üzrə tələbkar X2 və Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə işdə iştirak etməyən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İşin faktiki halları və hüquqi məsələlər: İnzibati xəta haqqında iş üzrə birinci instansiya məhkəməsinin qərarından verilən şikayətə baxılarkən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)- ****/**** nömrəli qərarının qanuniliyini və əsaslılığını iş üzrə olan materiallar əsasında yoxlayaraq məhkəmə hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsində keçirilən məhkəmə iclası zamanı Bakı şəhəri Nəsimi rayon İcra Şöbəsinin icra məmuru X3 bildirmişdir ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *(***)-***/**** nömrəli, ##.##.2018-ci il tarixli icra sənədinə əsasən borclu Muxtarova Təranə Qadir qızından ümumilikdə 23300 manat məbləğində pul vəsaiti tutularaq X2 xeyrinizə ödənilməlidir. İcra sənədi icraata ##.##.2018-ci il tarixdə daxil olmuş, icraata başlamaq haqqında qərar qəbul edilərək, tələbin 10 gün müddətində könüllü icra edilməsinə dair bildirişlə birlikdə borclu şəxsin qeydiyyatda olduğu ünvana göndərilmişdir. Tərəflərindən borclu Muxtarova Təranə Qadir qızına bildiriş göndərilməsinə və dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, borclu icra sənədinin icrasından və icra məmurunun çağırışlarına gəlməkdən qəsdən yayınmışdır. Bu səbəbdən də, borclunun məcburi gətirilməsi barədə qərar qəbul edilməsinə dair təqdimatla Nəsimi Rayon Məhkəməsinə müraciət olunmuşdur. Həmin məhkəmənin *(***)-***/**** nömrəli, ##.##.2018-ci il tarixli qərardadına əsasən təqdimat təmin edilərək qərardadı icra olunması üçün ##.##.2018-ci il tarixdə Nəsimi Rayon Polis İdarəsinə göndərilmiş və məktublarına Nəsimi Rayon Polis İdarəsi 19-cu Polis Şöbəsi tərəfindən ##.##.2019-cu il tarixdə cavab olaraq T.Muxtarovanın ünvan 1 ünvanında yaşamadığı qeyd edilmişdir. İcraat zamanı borcluya məxsus tələbin yönəldilə biləcəyi əmlak və gəlir aşkar edilməmişdir. Borclunun hazırki vaxta kimi icradan qərəzli şəkildə yayınması nəticəsində icra sənədinin təmin edilməsi mümkün olmamış və habelə Mollayeva (Muxtarova) Təranə Qadir qızının müvafiq izahatı alınaraq məsuliyyətə cəlb edilməsi mümkün olmadığından icra sənədinin icrası məqsədi ilə borclunun axtarışı barədə qərar qəbul edilərək icra olunması üçün ##.##.2019-cu il tarixdə Nəsimi rayon Polis İdarəsinə göndərilmişdir. İcraat zamanı müəyyən edilmişdir ki, borclu soyadını dəyişmiş, hazırda Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs kimi qeydiyyatdadır. Verilmiş könüllü icra müddəti ərzində icra sənədinin icrası təmin olunmadığı üçün borclu şəxs Muxtarova Təranə Qadir qızının əmlak vəziyyətinin yoxlanılması məqsədi ilə müxtəlif orqanlara sorğular edilmiş, lakin borclunun adına daşınar, daşınmaz əmlak və gəlir aşkar edilməmişdir. Sözügedən icra sənədi şöbənin icraatına daxil olmamışdan öncə ##.##.2017-ci il tarixdə ünvan 3 ünvanda yerləşən 0,12 ha torpaq sahəsinin borcluya məxsus 1/4 hissəsi anası - X1 adına qeydə alındığı aşkar edilmişdir. Qeyd olunanlara əsasən, icra sənədinin icrasının təmini məqsədi ilə sözügedən torpaq sahəsinin üzərinə həbs qoyulması barədə qərardad çıxarılmasına dair təqdimatla Nəsimi Rayon Məhkəməsinə iki dəfə müraciət edilmiş, lakin məhkəmənin *(***)-***/**** saylı, ##.##.2019-cu il tarixli və *(***)-***/**** saylı, ##.##.2020-ci il tarixli qərardadlarına əsasən təqdimat təmin edilməmişdir. İcra sənədi üzrə tələb müəyyən edilmiş müddətdə borclu tərəfindən icra olunmadığından onun barəsində inzibati protokol tərtib edilərək baxılması üçün Nəsimi Rayon Məhkəməsinə müraciət edilmiş, lakin məhkəmənin *(***)-****/**** nömrəli, ##.##.2022-ci il tarixli qərardadına əsasən protokol təmin edilməmişdir. "İcra haqqında” Azərbayacan Respublikası Qanununun 84- 1.1-ci maddəsini rəhbər tutaraq borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə təqdimatla Nəsimi Rayon Məhkəməsinə müraciət edilmiş və məhkəmənin *(***)-***/**** nömrəli, ##.##.2022-ci il tarixli qərardadına əsasən təqdimat təmin edilərək borclunun ölkədən getmək hüququ bir il müddətinə məhdudlaşdırılmışdır. Qeyd edilən qərardad icra olunması üçün ##.##.2022-ci il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi İcra Baş İdarəsinə göndərilmişdir. Borcluya “Elektron İcra Sistemi” vasitəsi ilə dəfələrlə sms xəbərdarlıq göndərilmiş, lakin şöbəyə gəlməmiş, həmçinin, tələbkara heç bir ödəniş etməmişdir. Bundan sonra, borclu tərəfindən icra sənədinin icrası təmin edilmədiyindən barəsində ##.##.2022-ci il tarixdə axtarış qərarı qəbul edilərək icra olunması üçün Nəsimi RPİ-nə göndərilmiş və ##.##.2023-cü il tarixdə borclu barəsində axtarış işi açılmışdır. Sözügedən icra sənədi üzrə borclunun ölkədən getmək hüququnun məhdudlaşdırılmasına dair təqdimatla yenidən Nəsimi Rayon Məhkəməsinə müraciət edilmiş və məhkəmənin *(***)-***/**** nömrəli, ##.##.2023-cü il tarixli qərardadına əsasən təqdimat təmin edilmiş, qərardad icra olunması üçün tərəflərindən ##.##.2023-cü il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi (İcra xidməti) İcra Baş İdarəsinə göndərilmişdir. Axtarış tədbirlərinin gücləndirilməsi ilə bağlı Nəsimi Rayon Polis İdarəsinə ##.##.2024-cü il tarixdə xatırlatma məktubu ilə müraciət edilmişdir. ##.##.2024-cü il tarixdə borclu Nəsimi rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılaraq onlara təhvil verilmişdir. Həmin tarixdə borclu barəsində inzibati xəta haqqında prokolol tərtib edilərək Nəsimi Rayon Məhkəməsinə təpdim edilmiş və məhkəmənin *(***)-****/**** saylı, ##.##.2024-cü il tarixli qərarı ilə 500 manat cərimə edilmişdir. Qeyd olunan qərardan razı olmayan borclu Mollaveva Təranə həmin Qərardan apellyasiya şikayəti vemiş, lakin Nəsimi Rayon Məhkəməsinin qərarı Bakı Apellvasiya Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2025-ci il tarixli qərarı ilə dəyişdirilmədən saxlanılmışdır (cərimə ödənilməmişdir). ##.##.2025-ci il tarixdə borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün Nəsimi Rayon Məhkəməsinə təqdimat göndərilmişdir. Eyni zamanda borclunun olduğu yer məlum olmadığından onun axtarışı barədə ##.##.2025-ci il tarixdə qərar qəbul edilərək icra edilməsi üçün Nəsimi Rayon Polis İdarəsinə göndərilmişdir. Qeyd edilən icra sənədi üzrə borcdan borclu tərəfindən tələbkara heç bir ödəniş edilməmişdir. Qeyd olunanları nəzərə alaraq barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs barəsində qanunauyğun qərar qəbul edilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2018-ci il tarixli, *(***)-***/**** saylı icra vərəqəsindən görünür ki, cavabdeh Muxtarova Təranə Qadir qızından 23000 (iyirmi üç min) manat borc, 300 (üç yüz) manat hüquqi xidmət xərci və 30 (otuz) manat dövlət rüsumu, cəmi 23300 (iyirmi üç min üç yüz) manat məbləğində pul vəsaiti tutularaq iddiaçı X2 xeyrinə ödənilməlidir. Nəsimi rayon İcra şöbəsinin ##.##.2018-ci il tarixli “icraata başlamaq” haqqında qərarının və həmin tarixli müvafiq bildirişin surətindən görünür ki, borclu Mollayeva (Muxtarova) Təranə Qadir qızına icraata başlamaq haqqında qərarın surəti təqdim edilmiş və o, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2018-ci il tarixli, *(***)-***/**** saylı icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinin hüquqi nəticələri barədə xəbərdar edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2023-cü il tarixli qərardadından görünür ki, Mollayeva (Muxtarova) Təranə Qadir qızının ölkədən getmək hüququ 1 il müddətinə məhdudlaşdırılmışdır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2024-cü il tarixli qərarından görünür ki, Mollayeva (Muxtarova) Təranə Qadir qızı Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 500 (beş yüz) manat məbləğində inzibati cərimə edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2025-ci il tarixli qərarından görünür ki, Mollayeva (Muxtarova) Təranə Qadir qızının şikayəti təmin edilməmiş, Mollayeva (Muxtarova) Təranə Qadir qızının Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməsinə dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ## ###### 2024-cü il tarixli, *(***)-****/**** saylı qərarı verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin ##.##.2025-ci il tarixli qərarından görünür ki, Muxtarova Təranə Qadir qızı barəsində axtarış elan edilmişdir. Məhkəmə verilmiş şikayətlə razılaşmayaraq qeyd edir ki, Mollayeva (Muxtarova) Təranə Qadir qızı məhkəmə qərarı ilə üzərinə qoyulmuş öhdəliyi üzrsüz səbəbdən yerinə yetirməyərək icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2018-ci il tarixli, *(***)-***/**** saylı icra sənədinin icrasını təmin etməmiş, icra vərəqəsinin icrasına səhlənkar yanaşmışdır. Bu isə öz növbəsində keçən müddət ərzində icrası məcburi olan Azərbaycan Respublikası adından qəbul edilmiş məhkəmə aktına vətəndaşın səthi və etinasız yanaşmasına dəlalət edir. Bununla da, Mollayeva (Muxtarova) Təranə Qadir qızı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görəməsuliyyət nəzərdə tutur. Azərbaycan Respublikası Konstitusiyanın 129-cu maddəsinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Hornsbi Yunanıstana qarşı” iş üzrə ## #### 1997-ci il tarixli Qərarında vurğulayır ki, iştirakçı dövlətin daxili hüquq sistemi məcburi qüvvəyə malik yekun məhkəmə qərarının tərəflərdən birinin ziyanına olaraq yerinə yetirilməmiş qalmasına imkan versəydi, məhkəmə araşdırması hüququ xəyali hüquq olardı. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi iş olan tərəflərə verilən prosessual təminatları (ədalətli, açıq və vaxtında aparılan məhkəmə araşdırması) ətraflı təsvir etdiyi halda məhkəmə qərarlarının icrası hüququnu müdafiə etməsəydi, bu, anlaşılmaz bir hal olardı. Qeyd olunan maddəni yalnız məhkəməyə müraciət edilməsi və icraatın aparılması ilə əlaqədar olan maddə kimi şərh etmək, yəqin ki, qanunun aliliyi prinsipinə zidd olan situasiyalara gətirib çıxarardı; halbuki iştirakçı dövlətlər Konvensiyanı ratifikasiya edərkən həmin prinsipə hörmət etməyi öhdələrinə götürüblər. Buna görə də, hər hansı məhkəmə tərəfindən çıxarılmış qərarın icrası Konvensiyanın 6-cı maddəsinin məqsədləri üçün “məhkəmə araşdırmasının” ayrılmaz tərkib hissəsi sayılmalıdır. Həmçinin, Avropa Məhkəməsi “Burdov Rusiyaya qarşı” iş üzrə ## ### 2002-ci il tarixli Qərarında qeyd edir ki, məhkəmə qərarının icrasının gecikdirilməsinə xüsusi hallarda haqq qazandırıla bilər. Amma bu gecikdirmə Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ilə qorunan hüququn mahiyyətinə xələl gətirməməlidir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci və 3-cü maddələrinə əsasən Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurlarıtərəfindən həyata keçirilir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədaricra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədaricra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə onu da qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən Mollayeva (Muxtarova) Təranə Qadir qızına inzibati tənbeh tətbiq edilərkən onun məsuliyyətini yüngülləşdirən hallar müəyyən nəzərə alınmışdır. Beləliklə, sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, Mollayeva (Muxtarova) Təranə Qadir qızı barəsində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** nömrəli mübahisələndirilən qərarı qanuni və əsaslı, təyin etdiyi inzibati tənbeh ədalətlidir. Bu səbəbdən şikayətdə göstərilənlər qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas olmadığından verilmiş şikayət təmin edilməməlidir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, qərar isə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protestə baxıldıqda qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALIR: Mollayeva (Muxtarova) Təranə Qadir qızı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №3(3-6)-1522/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-1522/2026
26.05.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver