Məhkəmə qərarları › İş №3(3-6)-1525/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-1525/2026

01.06.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-1525/2026 01.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi X3 oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Şükürov Rauf Azər oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin nümayəndəsi nümayəndə1 iştirakı ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.1-ci maddəsi nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 6000 (altı min) manat cərimə edilməsinə dair Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin ##.##.2026-ci il tarixli, *(*-**)-***/**** nömrəli qərarından barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Protokol tərtib edən orqanlar Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə baxılması üçün Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İXM-nin 215.1- ci maddəsi ilə ilə olan MN ******* saylı inzibati xəta haqqında protokol daxil olmuşdur. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin ##.##.2026-ci il tarixli, *(*-**)-***/**** nömrəli qərarı ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.1-ci maddəsi nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 6000 (altı min) manat cərimə edilməsi qərara alınmışdır. Həmin qərardan barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC apellyasiya şikayəti verərək Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin ##.##.2026-ci il tarixli, *(*-**)-***/**** nömrəli qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Protokol tərtib edən orqanlar "xxxx" X2 tərəfindən Qaradağ Rayon Məhkəməsinə təqdim edilmiş iş materiallarında göstərlir ki, "Özəl tibb müəssisələrində planlı (növbəti) yoxlama haqqında" T-*** nömrəli, ##.##.2026-cı il tarixli aktdan görünür ki, ##.##.2026 - cı il tarixdə, saat 14:35-də planlı yoxlama başlanmış, ünvan 1 ünvanında yerləşən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-yə məxsus özəl stomatoloji tibb müəssisəsində lisenziyadan kənar və lisenziya şərtlərinə əməl edilmədən cərrahi stomatologiyaya dair iş fəaliyyəti həyata keçirildiyi aşkar edilmişdir. T-*** nömrəli, ##.##.2026-cı il tarixli akta əlavə edilmiş fotoşəkillərdən görünür ki, yoxlama zamanı özəl tibb müəssisəsi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-də cərrahi vasitələr olan kəlbətinlər və elevatorlar aşkar edilmişdir. Halbuki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC müştərilərə hər zaman keyfiyyətli tibbi xidməti göstərməsi ilə seçilmiş bir müəssisədir. Yoxlama keçirilən zaman yoxlamanı həyata keçirən nümayəndələr Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin direktoru X4 vədlər vermiş, direktoru inandırmış və daha sonra direktorun səmimiyyətindən istifadə edərək, onun izahatını fərqli formada tərtib etməklə həmin izahatı sübut kimi məhkəməyə təqdim etmişlər. Bununla yanaşı, iş materiallarında olan fotoşəkillərdə göstərilən tibbi alətlər, yəni elevatorlar və kəlbətinlər heç vaxt istifadə edilməmişdir. Həmin alətlərin üzərində heç bir cərrahi stomatologiya fəaliyyəti ilə məşğul olma barədə iz aşkar edilməmişdir. Habelə, həmin tibbi alətlərin hər hansı bir cərrahi əməliyyata istifadə edilməsinə dair heç bir sübut məhəkəməyə təqdim edilməmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-də hər hansı bir cərrahi əməliyyatın keçirilməsinə dair əsaslı maddi sübutlar, şahid izahatları, zərərçəkmiş şəxslərin izahatları, xüsusi texniki vasitələrin göstəriciləri və bu barədə ekspert rəyləri məhkəməyə təqdim edilməmişdir. Həmin tibbi vasitələr sadəcə olaraq Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin direktoru tərəfindən satın alınmışdır. Çünki, həmin alətlər eyni qutuda və komple şəkildə satılmaqdadır. Yəni, istər terapevtik stomatoloji, istər ortopedik stomatoloji, istərsə də, cərrahi stomatoloji fəaliyyətlə məşğul olmaq üçün məcburən, həmin alətlər bütünlüklə əldə edilməlidir. Həmin alətlər ayrı- ayrılıqda satılmamaqdadır və onları ayrı-ayrılıqda əldə etmək mümkün deyildir. Bu səbəbdən də, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin klinikasında həmin cərrahi stomatoloji alətlər mövcud olmuşdur. Nəticə etibarı ilə, yoxlama aparan şəxslər tərəfindən həmin hal yanlışlıqla qanun pozuntusu kimi səciyyələndirilmişdir.. Apellyasiya baxışı zamanı iştirak edən barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin nümayəndəsi nümayəndə1 apellyasiya şikayətini müdafiə edərək və onun dəlillərinə uyğun çıxış edərək məhkəmədən şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazimi qaydada məlumat verilməsinə baxmayaraq inzibati xəta haqqında protokolu tərtib edən səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmiş, lakin ərizə ilə məhkəməyə müraciət edərək şikayətə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə verilmiş apellyasiya şikayəti ilə əlaqədar inzibati işin materiallarını araşdıraraq və apellyasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC tərəfindən tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli və Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMCnin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.1-ci maddəsi nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 6000 (altı min) manat cərimə edilməsinə dair Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin ##.##.2026-ci il tarixli, *(*-**)-***/**** nömrəli qərarı verilmiş apellyasiya şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariyaepidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız İXM-lə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 12.1-ci maddəsində göstərilir ki, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 215.1-ci maddəsinə əsasən ali və ya orta ixtisas tibb təhsili olmayan, habelə qanunda nəzərdə tutulmuş sertifikasiya şəhadətnaməsi olmayan və ya qüvvədə olmayan şəxs tərəfindən praktik tibb fəaliyyətinin həyata keçirilməsinə, habelə tibb işçisi tərəfindən ixtisasına uyğun olmayan tibbi xidmətin göstərilməsinə, yaxud tibb fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən dövlət tibb müəssisələrinin nizamnamələrində və ya özəl tibb fəaliyyəti sahəsində onlara verilmiş lisenziyada göstərilən işlərdən və xidmətlərdən kənar (ilkin tibbi yardım istisna olmaqla) tibb fəaliyyətinin həyata keçirilməsinə görə fiziki şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə hüquqi şəxslər altı min manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Özəl tibb müəssisələrində planlı (növbəti) yoxlama haqqında” T-*** nömrəli, ## ###### 2026- cı tarixli aktdan görünür ki, ##.##.2026-cı il tarixdə, saat 14:35-də planlı yoxlama başlanmış, ünvan 2 ünvanında yerləşən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-yə məxsus özəl stomatoloji tibb müəssisəsində lisenziyadan kənar və lisenziya şərtlərinə əməl edilmədən cərrahi stomatologiyaya dair iş fəaliyyəti həyata keçirildiyi aşkar edilmişdir. T-*** nömrəli, ## ###### 2026-cı tarixli akta əlavə edilmiş fotoşəkillərdən görünür ki, yoxlama zamanı özəl tibb müəssisəsi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-də cərrahi vasitələr olan kəlbətinlər və elevatorlar aşkar edilmişdir. İN/L-219/2018 nömrəli, ## ###### 2018-ci il tarixli lisenziya və onun əlavəsindən görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-yə stomatologiya üzrə terapevtik stomatoloji və ortopedik stomatoloji fəaliyyətlə məşğul olmağa icazə verilmişdir. İnzibati xəta haqqında protokola əsasən müəyyən edilir ki, ##.##.2026-cı il tarixdə, saat 16:30-da ünvan 2 ünvanında yerləşən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-yə məxsus özəl stomatoloji tibb müəssisəsində planlı yoxlama keçirilmiş və lisenziyadan kənar cərrahi stomatologiyaya dair iş fəaliyyət aşkar edilmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin direktoru X4 ## ###### 2026-cı il tarixli izahatdan görünür ki, həkim X4 tibbi yoxlamanın nəticələri ilə razılaşmış, səmimi etiraf edərək ərazi üzrə bir qrup əhalinin stomatoloji mərkəzdə diş çəkməmək anlayışını qəbul etmədiklərini, bu üzdən də tələbə uyğun olaraq, elcə də hər bir pasiyentin məmnunluğunu təmin etmək məqsədilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-də həmin şəxslərin (tək-tək hallarda) cərrahi fəaliyyət hesab edilən dişlərin çəkilməsi prosesinin həyata keçirildiyini və tutulan iradın nəzərə alınaraq gələcəkdə bu əməllərə yol verilməyəcəyini bildirmişdir. Məhkəmə apellyasiya şikayətinin dəlillərində göstərilənlərlə əlaqədar iş materiallarını araşdıraraq hesab edir ki, barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.1-ci maddəsi nəzərdə tutulmuş inzibati xətanın törədilməsi iş materiallarında sübutların məcmusuna, o cümlədən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin direktoru X4 ## ###### 2026-cı il tarixli etirafedici izahatına əsasən tam sübuta yetirilmişdir. Buna görə də məhkəmə məhkəsinin gəldiyini nəticəni qanuni və əsaslı hesab edərək apellyasiya şikayətinin təmin olunması, həmçinin mübahisələndirilən qərarın apellyasiya şikayətinə münasibətdə dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsaslar müəyyən etmir. Azərbaycan Respublikası İXM-in 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Beləliklə, sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC tərəfindən tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli və Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.1-ci maddəsi nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 6000 (altı min) manat cərimə edilməsinə dair Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin ##.##.2026-ci il tarixli, *(*- **)-***/**** nömrəli qərarı verilmiş apellyasiya şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-in 134.1.1-ci maddəsini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDI: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.1-ci maddəsi nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 6000 (altı min) manat cərimə edilməsinə dair Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin ##.##.2026-ci il tarixli, *(*-**)-***/**** nömrəli qərarı verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərar qətidir, ondan şikayət və protest verilə bilməz. Hakim Əfqan Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar