Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-1526/2026 21.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi X1, Kamranlı Mahsun Şahin oğlunun katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs iştirakları ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası Inzibati Xətalar 232-1, 510.1 və 535.1-ci maddələri ilə təqsirli bilinərək inzibati həbslə tənbeh edilməsi haqqında Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli *(*-***)-****/**** saylı qərarından verdiyi şikayətə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: Təqdim edilmiş inzibati xəta haqqında iş üzrə icraat materiallarından və Bakı şəhəri Yasamal RPI-nin 26-cı polis bölməsinin sahə rəisi X4 tərəfindən tərtib edilmiş ## ### 2026-cı il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ##.##.2026-cı il tarixdə qanunsuz parklanma ilə məşğul olmaqla, X2 məxsus etibarnamə ilə idarə etdiyi “BYD” markalı **-CS-*** dövlət nömrə nişanlı avtomobilin arxa şüşəsini sındıraraq maddi ziyan vurmaqla xırda xuliqanlıq etmiş və ##.##.2026-cı il tarixdə polis əməkdaşlarına qarşı nalayiq ifadələr işlətməklə onların qanuni tələblərinə qəsdən tabe olmamış və bununla Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 232-1, 454, 510.1 və 535.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xətanı törətmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində tərtib edilmiş ## ### 2026-cı il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokol və toplanmış sənədlər baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərimişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (hakim S.M.Quliyeva) ## ### 2026-cı il tarixli qərarından görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 232-1, 510.1 və 535.1-ci maddələri ilə təqsirli bilinərək, həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən 15 (on beş) gün müddətinə inzibati həbslə tənbeh edilmişdir. Qərarla, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs əməlində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 454-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkib əlamətlərinin olub olmamasına qiymət verilməsi üçün toplanmış materialların aidiyyət üzrə Bakı şəhəri Yasamal Rayon Polis Idarəsinə göndərilməsi müəyyən edilmiş və zərərçəkmiş şəxs X2 avtomobilinə dəymiş ziyanın ödənilməsini tələb etmək hüququnun olması izah edilmişdir. Qərardan, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs, apellyasiya qaydasında şikayət verərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli qərarı ilə razı olmadığını qeyd etmişdir. Şikayətin dəlilləri və tərəflərin çıxışları: Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs şikayətində ona köməklik göstərilməsini, barəsində yüngül tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs, ona köməklik göstərilməsini xahiş etmişdir. Məhkəmə, iclasın vaxtı və yeri barədə rəsmi qaydada xəbərdar olunmuş inzibati orqanın nümayəndəsinin iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab etmişdir. Işin halları və hüquqi məsələlər: Apellyasiya instansiyası məhkəməsi şikayəti inzibati xəta haqqında iş üzrə toplanmış icraat materialları ilə əlaqəli şəkildə hərtərəfli tam və obyektiv araşdırıb, proses iştirakçısının çıxışını dinləyərək hesab edir ki, aşağıda qeyd olunan əsaslara görə şikayət qismən təmin edilməli və Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli qərarı, tənbehin həddinə dair hissədə dəyişdirilməlidir. Apellyasiya instansiyası məhkəməsi belə qənaətə gələrkən, ilk növbədə verilmiş şikayət üzrə inzibati xəta haqqında aparılmış icraatın xüsusiyyətlərini, qəbul edilmiş məhkəmə qərarının qanuniliyini və əsaslılığını, iş üzrə toplanmış və əlavə təqdim edilmiş materiallar əsasında yoxlamağı və qanunvericiliyin tələblərini rəhbər tutmağı vacib hesab edir. Belə ki, inzibati xəta haqqında işlərə hakim və ya səlahiyyəti orqan (vəzifəli şəxs) tərəfindən baxılarkən, xətanın müəyyən edilməsi məqsədilə işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasını həyata keçirmək üçün qanunvericiliyin tələbləri baxımından irəli gələn bütün zəruri tədbirlərin görülməsi tələb olunur. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən, qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Apellyasiya instansiyası məhkəməsi qeyd edir ki, inzibati xəta haqqında iş üzrə toplanmış icraat materiallarına əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 232-1, 510.1 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməsi araşdırma materialları, izahatlar, inzibati xəta haqqında protokol və digər sənədlərlə tam təsdiq olunmuşdur. Birinci instansiya məhkəməsi inzibati xəta haqqında iş üzrə toplanmış icraat materiallarına məcmu halında qiymət verərək, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 232-1, 510.1 və 535.1-ci maddələri ilə təqsirli bilinməsinə dair əsaslı qərar qəbul etmişdir ki, bu məsələdə birinci instansiya məhkəməsinin gəldiyi nəticənin qanuniliyini şübhə altına almağa heç bir əsas yoxdur. Belə ki, yuxarıda göstərildiyi kimi, inzibati xəta faktının subyektə münasibətdə müəyyən edilməsi ilə bağlı hallar, kifayət qədər dəlillərin mövcudluğu ilə tam təsdiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsi şikayətə münasibətdə qeyd edir ki, inzibati iş üzrə birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsinə əsaslar yoxdur. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının X7 vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Apellyasiya instansiyası məhkəməsi, qanunvericiliyin tələbləri baxımından Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində daha yüngül tənbeh növünün tətbiq edilməsini mümkün saymır. Bununla yanaşı, apellyasiya instansiyası məhkəməsi hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs münasibətdə qərar qəbul edilərkən, inzibati tənbeh tətbiq etmənin ümumi prinsipləri və qanunun tələbləri kifayət qədər nəzərə alınmamışdır. Belə ki, birinci instansiya məhkəməsi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində tətbiq olunan inzibati tənbehin növünü düzgün müəyyən etsə də, işin hallarına və şəxsiyyətinə münasibətdə, yüksək həddə inzibati həbs təyin etmiş, məsuliyyəti yüngülləşdirən halların olması və ağırlaşdıran halların olmaması isə düzgün nəzərə alınmamışdır. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əssən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 32.2-ci maddəsinə əsasən, inzibati tənbeh tətbiq edilərkən bu Məcəllənin 32.1.1-32.1.7-ci maddələrində göstərilməmiş başqa hallar da məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alına bilər. Apellyasiya instansiyası məhkəməsi, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs səmimi peşmançılığını, fiziki məhdudiyyətini və inzibati iş üzrə məsuliyyəti ağırlaşdıran halların olmamasını nəzərə alır. X7 həm Ümumi, həm də Xüsusi hissəsində təsbit olunmuş müddəalara əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilməli olan tənbehin tətbiqi qaydaları şəxsin şəxsiyyətini xarakterizə edən amillər və işin müəyyən edilmiş faktiki halları ilə bilavasitə şərtləndirilmişdir. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 53-cü maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə icraatı rədd edən hallar yoxdur. Apellyasiya instansiya məhkəməsi hesab edir ki, inzibati iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli qərarı dəyişdirilməli və Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 232-1, 510.1 və 535.1-ci maddələri ilə, həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən təyin edilmiş 15 (on beş) gün müddətinə inzibati həbsin müddətinin 10 (on) gün müddətinə endirilməsi, törədilmiş xətanın xarakterinə, törədilmə hallarına və onun şəxsiyyətinə uyğun hesab edilməlidir. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 134.1.2-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxılaraq, bu Məcəllənin 135.1.2- 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.5-ci mddəsinə əsasən tətbiq edilmiş tənbehin bu Məcəllənin 31- 34-cü maddələrinin tələblərinə uyğun olmaması inzibati xəta haqqında qərarın dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsasdır. Şərh olunanları və Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 134.1.2 və 135.1.5-ci maddələrinin tələblərini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi, QƏRARA A L D İ: Şikayət qismən təmin edilsin. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 232-1, 510.1 və 535.1-ci maddələri ilə təqsirli bilinərək, həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən 15 (on beş) gün müddətinə inzibati həbslə tənbeh edilməsi haqqında Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli qərarı dəyişdirilsin. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 232-1, 510.1 və 535.1-ci maddələri ilə, həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən, təyin edilmiş inzibati həbs 10 (on) gün müddətinə endirilsin. Qərar qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir, ondan şikayət və ya protest verilə bilməz.
Məhkəmə qərarları › İş №3(3-6)-1526/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-1526/2026
21.05.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver