Məhkəmə qərarları › İş №3(3-6)-1527/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-1527/2026

22.05.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-1527/2026 22.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi Məmmədov Habil Çingiz oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1, zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs iştirakları ilə, ## ###### 1973-cü il tarixdə Masallı rayonu, Qasımlı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, ünvan 2 ünvanında qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşayan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati tənbeh edilməsinə dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı, ## ### 2026-cı il tarixli qərarından barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: Təqdim edilmiş materiala əsasən Bakı şəhəri Xətai Rayon Icra Şöbəsindən daxil olmuş ## ### 2026-cı il tarixli MN 2486690 inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Masallı Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ## ###### 2025-ci il tarixli icra işi üzrə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs 11.938 manat borcu ödəməmişdir. Bununla da o, Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı, ## ### 2026-cı il tarixli qərarı ilə (sədrlik edən hakim X2) Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 08 (səkkiz) gün müddətinə həbs inzibati tənbeh tədbiri tətbiq edilməsi, inzibati həbs müddətinin əvvəlinin ## ### 2026-cı il tarixdən hesablanması qərara alınmışdır. Qərardan narazı qalan barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs apellyasiya qaydasında şikayət verərək, Xətai Rayon Məhkəməsi tərəfindən *(*-**)-****/**** saylı, ## ### 2026-cı il tarixli qəbul edilmiş qərarın ləğv edilməsi, barəsində seçilmiş inzibati həbs cəzasına xitam verilməsi və ya daha yüngül cəza ilə əvəz edilməsini xahiş etmişdir. Şikayətin dəlilləri onunla əsaslandırılmışdır ki, həmin qərarı qanunsuz və əsassız hesab edir. Hadisə düzgün araşdırılmamışdır. Onun izahatları və təqdim etdiyi sübutlar nəzərə alınmamışdır. Inzibati Xətalar Məcəlləsinin tələbləri pozulmuşdur. Təqsiri tam sübuta yetirilməmiş, tətbiq edilmiş cəza törədilmiş əmələ uyğun deyildir. Dövlət Sosial Müdafiə Fondunun Masallı Rayon Şöbəsi tərəfindən verilmiş ****** nömrəli ## ##### 2019-ci il tarixli vəsiqəyə əsasən 2-ci qrup müddətsiz əlillik statusa malik hesab olunur. Buna görə ona bununla bağlı hər ay əlil kimi pensiya ödənilir. Həmin pensiyadan 50 % miqdarında Masallı icra şöbəsi tərəfindən Masallı icra şöbəsinin depozit hesabına pul tutulur. Onun adına hər hansı bir əmlak və bankda pul məbləği aşkar olunmamışdır. Özünün pensiyanın 50% icra şöbəsi digər 50% bank borcuna görə tutulur. Inzibati xətanı araşdıran Xətai Rayon Məhkəməsinin hakimi Aygün Həsənova təqdim olunmuş sübutları araşdırmadan qanunsuz və əsas olmadan həbs qərarı qəbul vermişdir. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 30-cu maddəsində qeyd olunub ki, 2-ci qrup əlil həbs oluna bilməz. Lakin hakim bu maddəni nəzərə almadan ona ən ağır cəza vermişdir. O, borcdan qərəzli yayınmır, pensiyadan maksimum 50 % ödəniş edir, iki az yaşlı uşaqları var, yoldaşı işləmir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs apellyasiya şikayətini müdafiə edərək, şikayətin dəlillərinə uyğun izahat verərək, şikayətin təmin olunmasını, qərarın ləğv edilməsi, barəsində seçilmiş inzibati həbs cəzasına xitam verilməsi və ya daha yüngül cəza ilə əvəz edilməsini xahiş etdi. Məhkəmə iclasında tələbkar şəxs Zərərçəkmiş şəxs apellyasiya şikayətinə etiraz edərək şikayətin təmin edilməməsini, qərarın dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Inzibati iş üzrə şikayətin apellyasiya baxışı ilə əlaqədar işə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Bakı şəhəri Xətai Rayon Icra şöbəsinin icra məmuru məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbdən olması və ya məhkəmə iclasının təxirə salınması barədə vəsatət verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 133.2.4-cü maddəsinə əsasən, məhkəmə iclasına gəlməyən icra məmurunun iştirakı olmadan inzibati xəta haqqında işə dair qərardan verilmiş şikayətə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya instansiyası məhkəməsi iş materiallarını araşdırıb, proses iştirakçılarının izahatlarını dinləyərək, belə hesab edir ki, aşağıda qeyd olunan əsaslara görə apellyasiya şikayəti təmin edilməli və Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı, ## ### 2026-cı il tarixli qərarı tənbehin tətbiq edilməsi hissədə dəyişdirilməlidir. Ilk növbədə qeyd olunmalıdır ki, apellyasiya instansiyası məhkəməsi verilmiş şikayət üzrə inzibati xəta haqqında aparılmış icraatın xüsusiyyətlərini, qəbul edilmiş məhkəmə qərarının qanuniliyini və əsaslılığını, iş üzrə toplanmış və əlavə təqdim edilmiş materiallar əsasında yoxlamağı və qanunvericiliyin tələblərini rəhbər tutmağı vacib hesab edir. Belə ki, inzibati xəta haqqında işlərə hakim və ya səlahiyyəti orqan (vəzifəli şəxs) tərəfindən baxılarkən, xətanın müəyyən edilməsi məqsədilə işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasını həyata keçirmək üçün qanunvericiliyin tələbləri baxımından irəli gələn bütün zəruri tədbirlərin görülməsi tələb olunur. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən, qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Masallı Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ## ###### 2025-ci il tarixli icra sənədindən görünür ki, iddia təmin edilmiş, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs borca görə 12.311 (on iki min üç yüz on bir) manat və ödənilmiş dövlət rüsumuna görə 127 (yüz iyirmi yeddi) manat, cəmi 12.438 (on iki min dörd yüz otuz səkkiz) manat məbləğində pulun alınaraq Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir; ## ###### 2026-cı il tarixli qərardan görünür ki, Masallı rayon Icra və Probasiya şöbəsi tərəfindən icra sənədi üzrə icraata başlanmış və Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tələbin könüllü icrası barədə bildiriş göndərilmişdir. Masallı rayon Icra və Probasiya şöbəsi tərəfindən ##.##.2026-cı il tarixdə borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə təqdimatla məhkəməyə müraciət edilmişdir. Masallı Rayon Məhkəməsinin *(*-***)-**/**** saylı ## #### 2026-cı il tarixli qərardadı ilə borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. Masallı rayon Icra və Probasiya şöbəsinin ## ##### 2026-cı il tarixli qərarı ilə icra sənədi aidiyyəti üzrə Xətai rayon Icra şöbəsinə göndərilmişdir. ## ### 2026-cı il tarixdə icra məmuru tərəfindən borclunun izahatı alınmışdır. Birinci instansiya məhkəməsi iş materiallarını araşdıraraq hesab etmişdir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs əməlində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkibi vardır və onun əməli tam sübuta yetirilir. Belə ki, birinci instaniya məhkəməsində müəyyən edilmişdir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs borcdan ödəniş etməmiş, məhkəmə adından çıxarılmış qətnamənin icrasına laqeyd yanaşmışdır. Odur ki, yuxarıda sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlmişdir ki, Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin dispozisiyasına əsasən icra sənədinin borclu tərəfindən üzrsüz səbəbdən icra edilməməsi inzibati məsuliyyətə səbəb olduğundan, hazırkı halda isə borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən icra sənədi üzrə ödənişlərin edilməsi təmin olunmamaqla icra sənədinin üzrsüz səbəblərdən icra edilməməsi halı mövcud olduğundan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməlidir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraat materiallarına əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 528.1ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi inzibati xəta haqqında protokol və iş üzrə tədqiq edilmiş digər mövcud sübutlarla tam təsdiq olunmuşdur. Hesab edilir ki, birinci instansiya məhkəməsi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində qərar qəbul edərkən iş üzrə toplanmış sübutlara məcmu halında qiymət verərək düzgün və əsaslı olaraq onun Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinməsinə dair qərar qəbul etmişdir. Birinci instansiya məhkəməsinin bu məsələ üzrə gəldiyi nəticənin qanuniliyini şübhə altına almağa heç bir əsas yoxdur. Belə ki, yuxarıda göstərildiyi kimi, inzibati xəta faktının subyektə münasibətdə müəyyən edilməsi ilə bağlı kifayət qədər dəlillərin mövcudluğu təsdiq olunmuşdur, şikayətdə əməlin tövsifi mübahisələndirilməmişdir. Birinci instansiya məhkəməsi inzibati tənbeh tədbirini seçərkən qeyd etmişdir ki, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti nəzərə alınaraq Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Lakin apellyasiya instansiyası məhkəməsi məhkəmənin bu qənaəti ilə razılaşmayaraq qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində qərar qəbul edilərkən, inzibati tənbeh tətbiq etmənin ümumi prinsipləri və qanunun tələbləri kifayət qədər nəzərə alınmamışdır. Inzibati Xətalar Məcəlləsinin 9-cu maddəsinə əsasən ədalətlilik prinsipinin tələbinə əsasən Inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə - fiziki şəxslərin beş yüz manatdan min manatadək məbləğdə cərimə ediməsi və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunması, vəzifəli şəxslərin min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilməsi nəzərdə tutur. Hakim tərəfindən qərar qəbul edilərkən, işin halları tam, ətraflı araşdırılmamış, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs şəxsiyyətini səciyyələndirən halların müəyyən edilərək nəzərə alınması faktı qanuna müvafiq qaydada həll edilməmişdir. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 31.1-ci maddəsinə əsasən inzibati xətaya görə tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Hakim Məcəllənin qeyd edilən maddələrinin tələblərini pozmuş, nəticədə proses iştirakçısının hüquqları əhəmiyyətli dərəcədə pozulmuşdur. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 30.1-ci maddəsinə əsasən inzibati həbs, yalnız müstəsna hallarda bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulan inzibati xətaların ayrı-ayrı növlərinə görə üç gündən üç ay müddətinədək hakim tərəfindən tətbiq edilir. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 30.2-ci maddəsinə əsasən Hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, orqanizmin funksiyalarının 61-80 faiz və ya 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər, əlilliyi olan uşaqlar, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, habelə bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz. Hər iki maddədə inzibati qanunvericiliyə uyğun olaraq barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxslə bağlı inzibati həbs növündə tənbeh tədbirinin tətbiqi əsasları nəzərdə tutulur. Qanunun bu norması imperativ xarakter daşımaqla hüquqda alternativsiz və mütləq icra edilməli olan qaydaları ifadə edir və müvafiq hallarda mütləq tətbiq olunmalıdır. Lakin birinci instansiya məhkəməsinin hakimi X2 qanunda konkret tələb halında qeyd edilən müddəanı pozaraq inzibati tənbeh tətbiq etmənin qaydalarına əməl etməmişdir. Belə ki, Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 30.2-ci maddəsi “inzibati həbs” növündə tənbeh tədbirinin tətbiq edilə bilmədiyi şəxslərin dairəsini konkret olaraq müəyyən etmişdir. Orqanizmin funksiyasının 61-80 faiz itirilməsinə görə əlilliyi qiymətləndirilən şəxs ikinci qrup əlilliyi olan şəxs müəyyən olunmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən apellyasiya şikayətinə əlavə edilən vəsiqənin surətindən görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs müddətsiz ikinci qrup əlillik dərəcəsi verilmişdir. Həmçinin Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasınsa sonuncu müayinəyə dair məlumatın verilməsinə dair elektron çıxarışla Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs müddətsiz olaraq ikinci qrup əlillik dərəcəsi olması müəyyən edilmişdir. Həmçinin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs birinci instansiya məhkəməsində izahatında göstərmişdir ki, hazırda pensiya alır, gözlərində problem var. Hər ay hesabından təxminən 125 manat tutulur və icraya yönəldilir. Lakin birinci instansiya məhkəməsinin hakimi X2 şəxsin izahatına ümumiyyətlə hüquqi qiymət vermədən, pensiya alma səbəbini belə müəyyənləşdirmədən inzibati həbs növündə tənbeh tədbirinin tətbiqi dairəsini tənzimləyən normanın qanunun tələbini pozaraq tətbiq edilməli olmayan inzibati tənbeh növünü tətbiq etmişdir. Qeyd edilən pozuntu hakimin işə formal yanaşmasının göstəricisidir. Bu səbəbdən təsvir edilmiş nöqsanlarla hakim tərəfindən hazırki iş üzrə qəbul edilmiş qərarı qanuni, əsaslandırılmış və ədalətli məhkəmə aktı hesab etmək olmaz. Qeyd edilir ki, birinci instansiya məhkəməsinin hakimi tərəfindən işin hallarının tam, hərtərəfli və obyektiv araşdırılması təmin edilməmiş, sübutlar tədqiq edilməmiş, onlara münasibət bildirməmiş və nəticə etibarı ilə inzibati xəta haqqında iş üzrə əsassız bir qərar çıxarılmışdır. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; - 4-cü maddəsinə görə, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; - 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; - 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll olunur. - 9.1-ci maddəsinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. - 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Göründüyü kimi, X5 həm Ümumi, həm də Xüsusi hissəsində təsbit olunmuş müddəalar, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilməli olan tənbehin tətbiqi qaydalarını şəxsin şəxsiyyətini xarakterizə edən amillər və işin müəyyən edilmiş faktiki halları ilə şərtləndirmişdir. Apellyasiya instansiya məhkəməsi apellyasiya qaydasında araşdırılmış iş materiallarına əsasən, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs törətdiyi xətanı, onun şəxiyyətini, müddətsiz ikinci qrup əlillik dərəcəsi olmasını nəzərə alıb Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə tənbeh növünün barəsində tətbiq edilməsini onun törətdiyi xətanın xarakterinə, törədilməsi hallarına, təqsirinin dərəcəsinə, əmlak vəziyyətinə və şəxsiyyətinə uyğun hesab edir. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 134.1.2-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxılaraq, bu Məcəllənin 135.1.2- 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.4-cü mddəsinə əsasən inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Şərh olunanları və Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 134.1.2 və 135.1.4-cü maddələrinin tələblərini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi QƏRARA A L İ R: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı, ## ### 2026-cı il tarixli qərarı dəyişdirilsin. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib barəsində 500 (beş yüz) manat məbləğində cərimə növündə tənbeh tədbiri təyin edilsin. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs məhkəmə iclas zalından dərhal inzibati həbsdən azad edilsin. Qərar qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir, ondan şikayət və protest verilə bilməz. Hakim: Habil Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar