Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-1528/2026 26.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi Babayev Qədim Xalid oğlu, Məhkəmə iclas katibi İsgəndərova Afaq Sənan qızının, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs və onun müdafiəçisi Vəkil iştirakları ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 300 manat məbləğində cərimə edilməsinə dair Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-****/**** saylı qərarından Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında məhkəmə iclasında baxaraq müəyyən e t d i m: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Səbail rayon Polis İdarəsinin 9cu X3 Rayon Məhkəməsinə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair material daxil olmuşdur. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli qərarı ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 300 manat məbləğində cərimə edilmişdir. Həmin qərardan narazı qalan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs müdafiəçisi apellyasiya şikayəti verərək Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli qərarının ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayətin dəlilləri və tərəflərin çıxışları: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qərar tamamilə əsassızdır və bu səbəbdən ləğv edilməlidir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi X1 tərəfindən verilmiş *** saylı ## ##### 2026-cı il tarixli ekspert rəyində hadisənin ## ##### 2026-cı ildə olduğu yazılır, lakin ekspert müayinəsi ## ##### 2026-cı ildə, 2 gün sonra həyata keçirilmişdir. Belə ki, zərərçəkmiş şəxs həmin xəsarəti (sağ kürək nahiyəsinin qançırını) həmin 2 gün ərzində tamamilə başqa bir şəraitdə və ya başqa bir şəxs tərəfindən ala bilərdi. Məhkəmə tərəfindən bu fakta qiymət verilməmişdir. Digər tərəfdən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi X1 tərəfindən verilmiş *** saylı ## ##### 2026-cı il tarixli ekspert rəyində qeyd edilmişdir ki, xəsarət "sağlamlığa zərər vurmayan” kateqoriyasındadır. Digər tərəfdən zərərçəkmiş ifadəsində bildirmişdir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs onun ”əlləri ilə yaxasından tutaraq kürək nahiyəsini divara çırpmışdır. Belə olduğu təqdirdə bir şəxs digərinin ön hissəsindən , yaxasından yapışıb onu güclə harasa itələyirsə və ya çırpırsa, zərərçəkənin boyun, yaxı, sinə və ya qol nahiyələrində də sıyrıqlar, dartılma izləri və ya göyərmələr (qançırlar) olmalı idi. Ekspert rəyində isə yalnız sağ kürək nahiyəsində qançır aşkar edilmişdir. Bu fakt, zərərçəkənin ifadəsi hadisənin zərərçəkmişin təsvir etdiyi mexanizmlə baş vermədiyinə dair ciddi şübhələr yaradır. Digər tərəfdən hadisə xidməti otaqların birində yanlız zərərçəkmiş şəxs və barəsində icraat aparılan şəxs arasında baş vermişdir. Otaqda əlavə olaraq heç kim olmamış, sözügedən xidməti otaqda kamera görüntüləri də olmamışdır. Polis əməkdaşı hadisəni gözü ilə görməmiş, yalnız protokolu tərtib etmişdir. İş materiallarına zərərçəkənin sözündən və ekspert rəyindən başqa Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs bu əməli törətdiyini sübut edən, görən şahid ifadələri və videoqeydiyyat ümumiyyətlə yoxdur. Belə olduğu təqdirdə sadəcə olaraq ekspert rəyi və tərtib edilmiş protokol əsasında, zərərçəkənin birtərəfli ifadəsi şübhəsiz sübut hesab edilə bilməzdi. Məhkəmə isə təqsirləndirilən şəxsin təkzibedici ifadəsini əsassız olaraq nəzərə almamışdır. Qeyd olunanlara əsasən Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*- ***)-****/**** nömrəli qərarı ləğv edilməsini və əməldə inzibati xəta tərkibi olmadığına görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs və onun müdafiəçisi apellyasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etdilər. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumatlandırılmış zərəçəkmiş şəxs məhkəmə iclasında iştirak etmədiyindən məhkəmə onun iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. İşin halları və hüquqi məslələr: Təqdim olunmuş materialı nəzərdən keçirib, şikayətin dəlillərini araşdırıb hesab edirəm ki, aşağıdakı əsaslara görə verilmiş şikayət təmin edilməməli, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - ## ##### 2026-ci il tarixdə tərtib olunmuş MN seriyalı, ******* saylı inzibati xəta haqqında işin aidiyyəti üzrə göndərilməsi barədə qərardaddan görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində ## ##### 2026-ci il tarixdə tərtib olunmuş MN seriyalı, ******* saylı protokola baxaraq müəyyən edilmişdir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə və həbs inzibati tənbeh növünün tətbiqi məhkəmənin səlahiyyətindədir. - ## ##### 2026-ci il tarixdə tərtib olunmuş MN seriyalı, ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallardan görünür ki, ## ##### 1991-cü il təvəllüdlü, Bakı şəhəri, Səbail rayonu, İ.Məmmədov küçəsi, ev 11, mənzil 17 ünvanında yaşayan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ## ##### 2026-cı il tarixdə Musiqili Teatrda Zərərçəkmiş şəxs xəsarət yetirmişdir. Nəticədə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. -“cinayət işinin başlanmasının rədd edilməsi haqqında” ## ##### 2026-cı il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlər nəzərə alınaraq material üzrə cinayət işinin başlanması rədd edilmiş, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta tədbirinin görülməsi məqsədi ilə qərarın surəti göndərilmişdir. -Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi X1 tərəfindən verilmiş *** saylı ## ##### 2026-cı il tarixli ekspert rəyindən görünür ki, vətəndaş Zərərçəkmiş şəxs bədən üzərində aşkar olunan xəsarətlər – sağ kürək nahiyəsinin qançırı bərk küt əşyanın (alətin) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə və müayinə olunanın göstərdiyi şəraitdə, yəni ## ##### 2026-cı il tarixdə kənar şəxs tərəfindən əlləri ilə yaxasından tutaraq kürək nahiyəsinin divara çırpalması nəticəsində (fiziki güc tətbiqi) əmələ gələ bilərdi və sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. Birinci instansiya məhkəməsi törədilmiş xətanın xarakterini və hallarını, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini və tətbiq olunacaq inzibati tənbehin şəxsin islah olunmasına təsirini nəzərə alaraq hesab etmişdir ki, inzibati tənbehin məqsədi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikası İnzibatı Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbiri tətbiq olunduğu təqdirdə təmin edilə bilər və ona cərimə növündə inzibatı tənbeh tədbiri tətbiq edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də inzibati tənbehin məqsədinə uyğundur. Məhkəmə qeyd edir ki, iş materialları ilə barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin tərkibi olması öz təsdiqini tapır. Apellyasiya şikayətinin dəlillərinə isə inizbati xətanı istisna edən heç bir sübut əlavə edilməmişdir. Eyni zamanda məhkəmə qeyd etməyi zəruri hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində onun şəxsiyyətini, əmlak vəziyyətini və xətanın xarakteri nəzərə alınmaqla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin sanskiyası çərçivəsində ədalətli tənbeh tədbrii tətbiq edilmişdir.Ona görə də, iş üzrə icraata xitam verilməsinə və ya Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində tətbiq edilmiş tənbeh tədirinin dəyişdirilməsinə əsas yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 157-ci maddəsinə görə döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. 6.1-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 84-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Beləliklə, apellyasiya instansiyası məhkəməsi göstərilənləri və işin hallarını hərtərəfli nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı qanuni və əsaslı hesab edilməklə qüvvəsində saxlanılmalı, şikayətin dəliləri əsassız olduğu üçün təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-136cı maddələrini rəhbər tutaraq qərara alıram: Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 300 manat məbləğində cərimə edilməsinə dair Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-****/**** saylı qərarından Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərardan şikayət verilə bilməz. Hakim Qədim Babayev
Məhkəmə qərarları › İş №3(3-6)-1528/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-1528/2026
26.05.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver