Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-1530/2026 01.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakim Musayev Aqil Əlisa oğlunun sədrliyi, məhkəmə iclasının katibi X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin müdafiəçisi - Bakı şəhəri ** saylı Vəkil Bürosunun vəkili Həsənova İlhamə Zakir qızı (bundan sonra – müdafiəçi) və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin (bundan sonra – səlahiyyətli orqan) nümayəndəsi X2 iştirakları ilə, Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarından səlahiyyətli orqanın hüquq idarəsinin verdiyi şikayətə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: Səlahiyyətli orqan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - Azərbaycan Respublikası İXM-in) 529.1-1-ci maddəsi ilə tərtib etdiyi ## #### 2026-cı il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol baxılması üçün Bakı Şəhəri Səbail Rayon Məhkəməsinə göndərmişdir. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı ilə (hakim X4) Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin Azərbaycan Respublikası İXM-in 529.1-1-ci maddəsi ilə inzibati məsuliyyətdən azad olunması və iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. Səlahiyyətli orqanın hüquq idarəsi həmin məhkəmə qərarından şikayət verib, onun ləğv edilməsi və Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin barəsində tərtib edilmiş ## #### 2026-cı il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol əsasında inzibati məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. Şikayətin dəlilləri, etiraz və tərəflərin çıxışları: Şikayət onunla əsaslandırılmışdır ki, iş üzrə səlahiyyətli orqan ## ###### 2025-ci il tarixli məktubunu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin elektron kabinetinə yerləşdirdiyinə görə onun tərtib etdiyi ## #### 2026-cı il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol qanuni və əsaslıdır. Apellyasiya məhkəməsi iclasında səlahiyyətli orqanın nümayəndəsi X2 şikayətin məzmununa uyğun izahat verərək, onun təmin edilməsini xahiş etmişdir. Apellyasiya məhkəməsi iclasında müdafiəçi verdiyi izahatında şikayətin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. İşin halları və hüquqi məsələlər: Azərbaycan Respublikası İXM-in 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Məhkəmə iş üzrə şikayətin dəlillərinə hüquqi qiymət verilməsi ilə əlaqədar aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası İXM-in: - 150.5.1-ci maddəsinə əsasən bu Məcəllənin 150.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə inzibati cərimə ödənilmədikdə, onun ödənilməsi məqsədi ilə inzibati cərimə tətbiq etmə haqqında qərar elektron qaydada, bu mümkün olmadıqda isə onun kağız daşıyıcıda surəti həmin qərarı qəbul etmiş səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən fiziki şəxslər barəsində onun əməkhaqqından, təqaüdündən, pensiyasından və ya digər gəlirlərindən tutulması üçün inzibati məsuliyyətə cəlb edilmiş şəxsin işlədiyi və ya oxuduğu, yaxud əməkhaqqı aldığı müəssisəyə, idarəyə, təşkilata və ya pensiya təyin edən orqana göndərilir. - 529.1-1-ci maddəsində bu Məcəllənin 150.5.1-ci maddəsində nəzərdə tutulmuş subyektlər tərəfindən inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın icrası ilə əlaqədar tədbirlərin görülməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. İş materiallarında olan, səlahiyyətli orqanın Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-yə göndərdiyi ## ###### 2025-ci il tarixli, *-**-*/*-******/**** nömrəli məktubunda ## ###### 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli qərarla həmin Cəmiyyətin direktoru X1 Azərbaycan Respublikası İXM-in 539.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilindiyi, barəsində 1000 manat məbləğində inzibati cərimənin şərti tətbiq edildiyi, həmin qərarın qüvvəyə mindiyi göstərilərək, həmin qərarın icrasının inzibati cərimə məbləğinin sonuncunun əmək haqqısına yönəldilməklə təmin edilməsi və təsdiqedici sənədlərin 3 iş günü ərzində göndərilməsi xahiş olunmuşdur. İş üzrə səlahiyyətli orqan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC barəsində tərtib etdiyi ## #### 2026-cı il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokolda həmin Cəmiyyət tərəfindən törədilmiş, Azərbaycan Respublikası İXM-in 529.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın mahiyyətinin həmin Cəmiyyətin ## ###### 2025ci il tarixli, *-**-*/*-******/**** nömrəli məktubda göstərilmiş tədbirləri görməməsindən ibarət olduğunu göstərmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, iş materialları ilə iş üzrə səlahiyyətli orqanın ## #### 2026-cı il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokolu tərtib etməsindən əvvəl Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC üzrə qəbul edilmiş ## ####### 2025-ci il tarixli, *** nömrəli əmrlə X1 həmin Cəmiyyətin direktoru vəzifəsindən azad edilməsi və həmin tarixli, **iq nömrəli əmrlə həmin Cəmiyyətin direktoru vəzifəsinə başqa şəxsin təyin edilməsinin sübuta yetirilməsi ilə həmin Cəmiyyətin səlahiyyətli orqanın ## ###### 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli qərarının icrasını direktoru olmuş X1 barəsində təyin edilmiş inzibati cərimə məbləğinin sonuncunun əmək haqqısına yönəltməklə təmin etməsinin mümkün olmamasının müəyyən edilməsi göstərilən protokol üzrə həmin Cəmiyyətin əməlində Azərbaycan Respublikası İXM-in 529.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta hadisəsinin olmadığını göstərir. Buna görə də birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və bununla bağlı apardığı oxşar əsaslandırma qanuni və əsaslı, səlahiyyətli orqanın verdiyi şikayət isə əsassızdır. Azərbaycan Respublikası İXM-in 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Məhkəmə yuxarıda göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, səlahiyyətli orqanın verdiyi şikayət təmin edilməməli, Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə şərh olunanlara əsaslanaraq, Azərbaycan Respublikası İXM-in 131, 133, 134.1.1, 136 və 138.1.3-cü maddələrini rəhbər tutaraq, QƏRARA A L D İ: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin hüquq idarəsinin verdiyi şikayət təmin edilməsin. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir, ondan şikayət və ya protest verilə bilməz.
Məhkəmə qərarları › İş №3(3-6)-1530/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-1530/2026
01.06.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver