Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-1533/2026 01.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi İbrahimov Zamin Vəliyəddin oğlunun sədrliyi, məhkəmə iclasının katibi Eminov Azər Elçin oğlunun katibliyi, Azərbaycan Republikası DİNin Bakı şəhəri BPİ-nin X1 İdarəsinin nümayəndəsi X5 və barəsində inzibati icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) iştirakları ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarından Azərbaycan Republikası DİN-in Bakı şəhəri BPİ-nin X1 İdarəsi tərəfindən apellyasiya qaydasında verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Qərardan şikayət verən orqan (şəxs) şikayətlə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhər BPİ X1 İdarəsinin ##.##.2026-cı il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında protokol əsasında qəbul edilmiş qərarının ləğv edilməsini və barəsində başlanılmış inzibati iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayətçi ərizəsini onunla əsaslandırmışdır ki, ## ###### 2026-cı il tarixdə saat 10:30-da idarə etdiyi “X3” markalı, **-TE-*** d.q.n avtomobil ilə Yasamal rayonu, Mikayıl Müşfiq küçəsində hərəkət edərkən ərazidə xidmət aparan DYP əməkdaşı avtomobilini saxlatdırıb İXMnin 327.2-ci maddəsi ilə inzibati xəta törətdiyini dedikdə o, inspektorla razılaşmayıb bildirdi ki, həmin maddədə qeyd edilən (yolayrıcım keçmə qaydasını) tələbi pozmamışdır və onun dediklərinə etiraz etdi. Lakin, inspektor buna əhəmiyyət verməyib inzibati xəta törətdiyimi təkidlə bildirərək barəsində həmin maddə ilə 3 bal və 100 manat cərimə edilməyi barədə ##.##.2026-cı il tarixli, İXP ******* saylı inzibati protokol tərtib etmişdir. Ona görə də ##.##.2026cı il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında protokol əsasında qəbul edilmiş qərarın ləğv edilməsini xahiş edir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarı ilə Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası İXM-in 327.2-ci maddəsi ilə təqsirli bilinərək cərimə edilməsinə dair Bakı şəhər BPİ X1 İdarəsinin inzibati protokolu əsasında qəbul edilmiş tənbeh vermə haqqında qərar ləğv edilmiş və inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Həmin qərardan Bakı şəhəri BPİ-nin X1 İdarəsi apellyasiya qaydasında şikayət verərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarının ləğv edilməsini və inzibati tənbeh vermə haqqında qərarın dəyişdirilmədən qüvvədə saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında çıxış edən Azərbaycan Republikası DİN Bakı şəhər Baş Polis İdarəsi X1 İdarəsinin nümayəndəsi X5 apellyasiya şikayətinin təmin olunmasını, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarının ləğv edilməsini və inzibati tənbeh vermə haqqında qərarının dəyişdirilmədən qüvvədə saxlanılması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında çıxış edən barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxs Qərardan şikayət verən orqan (şəxs) apellyasiya şikayətinin təmin olunmamasını və Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarının qüvvədə saxlanılmasını xahiş etdi. Məhkəmə apellyasiya qaydasında verilmiş şikayət ilə əlaqədar inzibati işin materiallarını araşdırıb, hesab edir ki, verilmiş şikayət təmin edilməməli və Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** saylı qərarı qanuni və əsaslı olduğundan verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş qərardan görünür ki, ##.##.2026-cı il tarixdə saat 10:31-də ünvan 1 ünvanında X4 minik markalı ** TE *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən yolayrıcı keçmə qaydalarını pozmaqla Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində inzibati tənbeh tətbiq edilmişdir. ##.##.2026-cı il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında protokol əsasında qəbul edilmiş qərar məhkəmə iclasında tədqiq edilərkən müəyyən edilmişdir ki, həmin sənədlərdə Qərardan şikayət verən orqan (şəxs) tərəfindən törədilməsi iddia edilən Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsinin dispotozitiv şərtlərini sübut edən hallar tam əks olunmamış, protokolu tərtib etmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər DYPŞ-nin nümayəndəsi təkzibedici sübutları məhkəməyə təqdim etməmişdir. əksinə məhkəməyə DYP-nin nümayəndəsi tərəfindən göndərilmiş görüntüyə baxarkən də həmin nəqliyyat vasitəsinin yolayrıcına rahat şəkildə digər nəqliyyat vasitələrinə mane olmadan daxil olması müəyyən edilmişdir. Beləliklə də həmin hadisənin baş vermə şəraiti qeyri-müəyyən olduğundan şikayət üçün əsas olmuş halların məhkəmə prosesində araşdırılması mümkün olmamış, məhkəmə iclasında görüntü təqdim edilməmişdir. Məhkəmə verilmiş şikayətlə razılaşmayaraq qeyd edir ki, hər hansı şəxsin inzibati xəta törədibtörətməməsini sübut etmək vəzifəsi səlahiyyətli dövlət orqanının üzərinə düşür. İndiki halda isə səlahiyyətli dövlət orqanının nümayəndəsi tərəfindən təqdim edilmiş görüntü Qərardan şikayət verən orqan (şəxs) istinad edilən inzibati xəta hadisəsinin törətməsini inkar edir. «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanunun 60-cı maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici siqnalı verildikdə sürücülər nəqliyyat vasitələrini stop-xətt (1.12 yol xətti) qarşısında (əgər bu xətt yoxdursa, piyadaların hərəkətinə maneə törətmədən kəsişən yolun hərəkət hissəsi qarşısında), piyada keçidi qarşısında, digər yolayrıclarında isə svetofor qarşısında dayanmalıdırlar: 1) yolayrıcında — kəsişən yolun hərəkət hissəsi qarşısında (bu Qanunun 76-cı maddəsinin dördüncü hissəsini nəzərə almaqla); 2) bu Qanunun 44-cü maddəsinin üçüncü hissəsinə uyğun olaraq dəmiryol keçidi qarşısında; 3) başqa yerlərdə - hərəkətinə icazə verilən nəqliyyat vasitələrinə və piyadalara maneə yaratmadan svetofor və ya nizamlayıcı qarşısında. 60-cı maddənin IV bəndinə əsasən, svetoforun sarı işığı yandıqda və ya nizamlayıcı qolunu yuxarı qaldırdıqda nəqliyyat vasitəsini kəskin tormozlamadan bu maddənin ikinci və üçüncü hissələrində müəyyən edilən yerlərdə saxlaya bilməyəcək sürücülərə hərəkəti davam etdirməyə icazə verilir. Siqnal verilərkən yolun hərəkət hissəsində olan piyadalar keçidi boşaltmalı, bu mümkün olmadıqda isə, nəqliyyat vasitələrinin əks istiqamətli hərəkətlərini ayıran xəttin üzərində dayanmalıdırlar. Göstərilənlərə əsasən birinci instansiya məhkəməsi belə nəticəyə gəlmişdir ki, Qərardan şikayət verən orqan (şəxs) barəsində İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə təqsirli bilinməsinə dair inzibati xəta haqqında qərar ləğv edilməli və əməldə inzibati xəta tərkibi olmadığına görə iş üzrə icraata xitam verilməlidir. İş üzrə toplanmış sübutları, işdə iştirak edən şəxsin izahatlarını və apellyasiya şikayətinin dəlillərini birlikdə qiymətləndirərək, protokolu tərtib etmiş orqan tərəfindən təqdim edilmiş videogörüntüyə baxış keçirərək məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi Qərardan şikayət verən orqan (şəxs) barəsində olan inzibati xəta haqqında işə baxarkən təqdim olunmuş materiallar əsasında inzibati xəta haqqında qanunvericiliyin tələblərinə uyğun, düzgün olaraq araşdırmış, qanuni və əsaslı olaraq, Qərardan şikayət verən orqan (şəxs) barəsində İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə təqsirli bilinməsinə dair inzibati xəta haqqında qərarı ləğv etmiş və əməldə inzibati xəta tərkibi olmadığına görə iş üzrə icraata xitam vermişdir. Ona görə də məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün əsaslar müəyyən edilmədiyindən şikayət təmin olunmamalı və Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası İXM-in 327.2-ci maddəsi ilə təqsirli bilinməsinə dair Bakı şəhər Baş Polis İdarəsinin X1 İdarəsi tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və həmin inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALDI: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsinin X1 İdarəsi tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarı verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir, ondan şikayət və ya protest verilə bilməz.
Məhkəmə qərarları › İş №3(3-6)-1533/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-1533/2026
01.06.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver