Məhkəmə qərarları › İş №3(3-6)-1534/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-1534/2026

01.06.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-1534/2026 01.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakim Musayev Aqil Əlisa oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) (bundan sonra - Qərardan şikayət verən orqan (şəxs)) və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin (bundan sonra – səlahiyyətli orqan) nümayəndəsi X3 iştirakları ilə, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarından Qərardan şikayət verən orqan (şəxs) verdiyi şikayətə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: Səlahiyyətli orqanın qəbul etdiyi ## ##### 2026-cı il tarixli, EQ ******** nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarla Qərardan şikayət verən orqan (şəxs) ## ##### 2026-cı il tarix, saat 23:12-də idarə etdiyi “Avatr 11 minik” markalı, **-LR-*** dövlət qeydiyyat nişanlı avtomobili Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov küçəsində səkidə dayandırmasının müəyyən edilməsinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra – Azərbaycan Respublikası İXM-in) 346.9-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 60 manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilmişdir. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarı ilə (hakim X2) Qərardan şikayət verən orqan (şəxs) verdiyi şikayət təmin edilməmiş, sonuncu barəsində səlahiyyətli orqanın qəbul etdiyi ## ##### 2026-cı il tarixli, EQ ******** nömrəli inzibati tənbeh vermə haqqında elektron qərar dəyişdirilmədən saxlanılmışdır. Qərardan şikayət verən orqan (şəxs) həmin məhkəmə qərarından şikayət verib, onun ləğv edilməsini, inzibati xəta haqqında işin yenidən araşdırılması üçün birinci instansiya məhkəməsinə göndərilməsini və ya barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında elektron qərarın ləğv olunaraq, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayətin dəlilləri, etiraz və tərəflərin çıxışları: Qərardan şikayət verən orqan (şəxs) şikayətini onunla əsaslandırmışdır ki, iş üzrə avtomobili saxladığı ərazi açıq və geniş sahə olmuş, həmin yerin səki olmasını vizual olaraq müəyyən etmək mümkün olmamışdır. Bundan başqa, avtomobili saxladığı yerdə qadağanedici nişan, nişanlanma xətti və digər xəbərdaredici vasitə olmamış, avtomobili həmin ərazidə yerləşən “Red Plaza” otelinin əməkdaşının ona parklanma üçün icazə verdiyi yerdə avtomobil saxlamışdır. Səlahiyyətli orqan və birinci instansiya məhkəməsi iş üzrə yekun qərar qəbul edərkən bu halları nəzərə almamışdır. Apellyasiya məhkəməsi iclasında Qərardan şikayət verən orqan (şəxs) şikayətinin məzmununa uyğun izahat verib, onun təmin edilməsini, səlahiyyətli orqanın nümayəndəsi X3 isə izahatında şikayətin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. İşin halları və hüquqi məsələlər: Azərbaycan Respublikası İXM-in 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Məhkəmə iş üzrə şikayətin dəlillərinə hüquqi qiymət verilməsi ilə əlaqədar aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası İXM-in 346.9-cu maddəsinə əsasən nizamlama vasitələrində başqa göstəriş nəzərdə tutulmamışdırsa, nəqliyyat vasitələrinin səkilərdə dayanmasına və ya durmasına görə altmış manat məbləğində cərimə tətbiq edilir. İş üzrə birinci instansiya məhkəməsi yuxarıda göstərilən nəticəyə gələrkən, iş materiallarında olan fotoşəkillər əsasında Qərardan şikayət verən orqan (şəxs) istifadəsində olan “Avatr 11 minik” markalı, **-LR-*** dövlət qeydiyyat nişanlı avtomobili ## ##### 2026-cı il tarixdə ünvan 1 ünvanında yolun avtomobillərin dayanması üçün nəzərdə tutulmayan hissəsində, yəni səkidə dayandırmasının müəyyən edilməsinə əsaslanmışdır. Apellyasiya instansiyası məhkəməsi iş materiallarında olan fotoşəkillərə, Qərardan şikayət verən orqan (şəxs) apellyasiya instansiya məhkəməsi iclasında verdiyi izahata, sonuncunun məhkəməyə verdiyi şikayətlərində göstərdiyi, özünü müdafiə etmək üçün irəli sürdüyü dəlilə dair hər hansı sübut növünü təqdim etməməsinə əsaslanaraq hesab edir ki, iş materialları ilə Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası İXM-in 346.9-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübut edilir. İş üzrə birinci instansiya məhkəməsi işin faktiki hallarını müəyyən edərkən, həmin hallara müvafiq qanunvericilik normalarını tətbiq etməklə, yuxarıda göstərilən nəticəyə gələrkən haqlı olmuşdur. Azərbaycan Respublikası İXM-in 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Məhkəmə göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, Qərardan şikayət verən orqan (şəxs) verdiyi şikayət əsassız olduğuna görə təmin edilməməli, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarı verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə şərh olunanlara əsaslanaraq, Azərbaycan Respublikası İXM-in 131, 133, 134.1.1, 136 və 138.1.3-cü maddələrini rəhbər tutaraq, QƏRARA A L D İ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) verdiyi şikayət təmin edilməsin. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarı verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərar qətidir, ondan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar