Məhkəmə qərarları › İş №3(3-6)-1535/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-1535/2026

04.06.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-1535/2026 04.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakim Əhmədov Zəfər Vahid oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əlizadə Xədicə Nahid qızının katibliyi, “FİNOKO” BANK OLMAYAN KREDİT TƏŞKİLATI ASC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bunda sonra İXM-nin) 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək barəsində 300 manat məbləğində inzibati cərimə tətbiq edilməsinə dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarından «FİNOKO» BANK OLMAYAN KREDİT TƏŞKİLATI ASC tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: “FİNOKO” BANK OLMAYAN KREDİT TƏŞKİLATI ASC-nin mülkiyyətində olan 20- AE- *** nömrəli, “Chevrolet Cruze minik” markalı nəqliyyat vasitəsi ilə ##.##.2026-cı il tarixdə saat 12:29 radələrində inzibati xəta törədilməsi zaman həmin avtomobili idarə etmiş fiziki şəxs haqqında məlumatın tələb edilməsinə dair səlahiyyətli orqanın bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətinə cavab verməmişdir. Bununla “FİNOKO” BANK OLMAYAN KREDİT TƏŞKİLATI ASC tərəfindən İXM-in 347ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Bu barədə Yasamal Rayon Polis İdarəsi tərəfindən ##.##.2026-cı il tarixli, IXP ******* saylı inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarı ilə “FİNOKO” BANK OLMAYAN KREDİT TƏŞKİLATI ASC barəsində İXM-nin 347ci maddəsi ilə təqsirli bilinərək 300 (üç yüz) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir. Həmin qərardan “FİNOKO” BANK OLMAYAN KREDİT TƏŞKİLATI ASC tərəfindən apellyasiya qaydasında şikayət verilərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarının ləğv edilməsi, iş üzrə icraata xitam verilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri qismində göstərilmişdir: Məhkəmənin diqqətinə çatdırılır ki, tərəflərindən işin faktiki hallarına dair ətraflı məlumat verilmişdir. Bildirilir ki, hüquqi şəxsin baş ofisi ##.##.2026-cı il tarixindən digər ünvana, yəni Globus Plazanın 16-cı mərtəbəsinə köçmüşdür. İnzibati orqan tərəfindən isə həmin məktub şirkətin köhnə ünvanına göndərilmişdir. Şirkətin Baş Ofisinin digər ünvana köçəcəyi ilə bağlı məlumat tərəfimizdən ##.##.2025-ci il tarixində qeydiyyata alınaraq, ##.##.2025-ci il tarixində inzibati orqana göndərilmiş, ##.##.2025ci il tarixində isə inzibati orqan tərəfindən həmin məktub qəbul edilmişdir, qeyd edilən məktubun göndərilməsinə dair müvafiq poçt qaiməsi və məktub qoşma hissəsinə əlavə olunacaqdır, qaimənin yoxlanılması üçün azerpost.az saytına daxil olmaqla həyata keçirmək mümkündür. Bundan başqa, məhkəmə qərarında məlum olmuşdur ki, həmin məktub ##.##.2026-cı il tarixində Məmmədov Vidadi tərəfindən qəbul edilmişdir. Bildirilir ki, Məmmədov soyadlı həmin şəxsin həmin tarixdə məktubu qəbul etməsi mümkün deyildir, çünki ##.##.2026-cı il tarixindən hüquqi şəxsin ofisi Globus Plazaya köçürülmüşdür, şəxs də əmək fəaliyyətini yeni ünvanda davam etdirir. Bildirilir ki, ümumi qəbul edilmiş praktikaya əsasən hüquqi şəxsin ofisi bağlı olduğuna görə, xxxx əməkdaşları tərəfindən bundan öncə 2 məktubları daimi qəbul edən şəxsin adı qeyd olunaraq sistemə qəbul edilmiş kimi daxil edirlər, baxmayaraq ki, həmin məktubdan hüquqi şəxsin xəbəri belə olmur, halbuki sorğuya cavab verməməyə məsuliyyətin nədən ibarət olmasına dair hüquqi şəxsdə məlumat mövcuddur. Məmmədov adlı əməkdaşın bildirdiyinə görə həmin məktubu onun qəbul etməyi fiziki olaraq mümkün deyildir, əgər lazımdırsa Xəbərnamənin üzərinə çəkilən imzanın (əgər varsa) Məmmədov Vidadi adlı əməkdaşın olmamasının sübut edilməsi üçün məhkəmə-xəttşünaslıq ekspertizasının təyin edilməsinə etiraz etmir. Bundan başqa, Yasamal rayon Polis İdarəsinə hüquqi şəxsin Baş ofisinin yeni ünvana, yəni Globus Plazaya köçürülməsinə dair öncədən ətraflı məlumat verilmişdir. Hesab edilir ki, bundan mötəbər sübut məhkəməyə təqdim oluna bilməz, rəsmi kabinetdən hüquqi şəxs tərəfindən lazımi məlumatlar məhkəməyə verilmişdir. Həmçinin, hüquqi şəxs olaraq inzibati orqanın sorğularına cavab verməyəyə görə müvafiq inzibati məsuliyyətin yaranmasını bilə-bilə həmin sorğulara cavab verməməsi absurd məsələdir. Eyni inzibati orqan tərəfindən eyni tərkibli digər inzibati xətanın törədilməsinə görə Yasamal rayon Məhkəməsinin icraatında 3(5-104)- 1764/2026, 3(5-104)-2643/2026, 3(5-104)-2743/2026, 3(5-104)-2775/2026 və 3(5-104)- ****/**** saylı işlər olmuşdur. Yasamal rayon Məhkəməsinin Qərarlarına əsasən, hüquqi şəxsin əməllərində inzibati xəta tərkibi olmadığına görə icraata xitam verilmişdir. Həmin Qərarlardan inzibati orqan tərəfindən şikayət verilməmiş, Qərarlar qanuni qüvvəsini almışdır. Məhkəmə iclasının yeri və vaxtı barədə barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs “FİNOKO” BANK OLMAYAN KREDİT TƏŞKİLATI ASC və Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin X1 Şöbəsinə rəsmi məlumat verilməsinə baxmayaraq, nümayəndələr məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə hər hansı məlumat verilməmişdir. Məhkəmə apellyasiya şikayətini iş üzrə materiallar ilə əlaqəli şəkildə araşdırıb hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarı qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan “xxxx” MMC-nin ##.##.2026-cı il tarixli, 14-5-10/2- ***/**** saylı məktubundan görünür ki, X1 İdarəsi tərəfindən ##.##.2026-cı il tarixdə AZ**** saylı poçt şöbəsi vasitəsilə «FİNOKO» BANK OLMAYAN KREDİT TƏŞKİLATI ASC-yə ünvanlanmış SX077022529AZ ştrix kodlu sifarişli xəbərnaməli məktub, ##.##.2026-cı il tarixində ünvan üzrə xidmət göstərən AZ**** saylı poçt şöbəsi tərəfindən qəbul edilərək ##.##.2026-cı il tarixdə «FİNOKO» BANK OLMAYAN KREDİT TƏŞKİLATI ASC-nin rəhbəri Məmmədov Vidadi adlı əməkdaşına çatdırılmışdır. Sözügedən məktubun xəbərnaməsi ##.##.2026-cı il tarixdə AZ **** saylı poçt şöbəsi tərəfindən qəbul olunmuş və ##.##.2026-cı il tarixdə X1 İdarəsinin Abbasov soyadlı əməkdaşına təhvil verilmişdir. İş materiallarında olan AZEMİS Elektron sistemdən çıxarışa əsasən müəyyən edilir ki, «FİNOKO» BANK OLMAYAN KREDİT TƏŞKİLATI ASC-nin hüquqi ünvanı Bakı şəhəri, Yasamal rayonu, İ.Qutqaşınlı küçəsi, ev 36, məhəllə 488/489, mənzil 3-dir. İş materiallarında olan xəbərnamədən görünür ki, həmin sorğu Bakı şəhəri, Yasamal rayonu, İ.Qutqaşınlı küçəsi, ev 36, məhəllə 488/489, mənzil 3 ünvanına çatdırılıb imzalanaraq qəbul edilmişdir. Birinci instansiya məhkəməsi inzbati xəta haqqında iş materiallarını tədqiq edərək, toplanmış sübutlara qiymət verərək, hesab etmişdir ki, “FİNOKO” BANK OLMAYAN KREDİT TƏŞKİLATI ASC-nin həmin inzibati xətanı törətməsi barəsində tərtib olunmuş yuxarıda qeyd edilən protokol, yol hərəkəti qayda pozuntusuna yol vermiş mülkiyyətində olan avtomobilin sürücüsü barədə məlumat verilməsinə dair ünvanlanmış sorğu, “xxxx” ASC-nin məktubu və xəbərnamə ilə tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. «FİNOKO» BANK OLMAYAN KREDİT TƏŞKİLATI ASC-nin inzibati xətanı törətməsində təqsiri tam sübuta yetirilir və onun törətdiyi inzibati hərəkət Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsinə əsasən hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsinə görə vəzifəli şəxslər yüz əlli manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir. Apelyasiya icraatında aparılan araşdırma zamanı birinci instansiya məhkəməsinin iş üzrə qanuni və əsaslı nəticəyə gəldiyi təsdiq edilir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsinin dispozisiya şərtlərindən göründüyü kimi həmin maddə ilə nəzərdə tutulmuş inzibati xətanın tərkibi o halda yaranır ki, hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumat səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməmiş olsun. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İXM-nin 12.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-nin 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətmiş şəxs, inzibati xəta törətməkdə şəxsin təqsiri, inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar, inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı, inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar müəyyən edilməlidir. Bu Məcəllənin 76.1-ci maddəsinə əsasən İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. İnzibati xətalar qanunvericiliyinin müddəaları baxımından aşkardır ki, inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunmalı və bu baxımdan iqtisadi maraq, idarəçilik qaydalarının mühafizə olunması, qanunçuluğun möhkəmləndirilməsi və inzibati xətaların qarşısını almaq üçün qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlik prinsipləri təmin edilməlidir. Həmçinin, dövlət orqanları öz növbəsində inzibati xətaların törədilməsinin qarşısının alınması, buna kömək edən səbəbləri və şəraitin aşkar edilməsi, qanunlara ciddi əməl etmək üçün tədbirlərin icra edilməsini təmin etməlidirlər. Qeyd edilən məcəllənin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq belə qənaətə gəlirəm ki, barəsində inzibati xəta haqqında icraat aparılan «FİNOKO» BANK OLMAYAN KREDİT TƏŞKİLATI ASC-nin mülkiyyətində və ya istifadəsində **-AE-*** nömrəli, “Chevrolet Cruze minik” markalı nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumat səlahiyyətli orqana bu barədə sorğu daxil olduğu vaxtdan 05 (beş) gün müddətində verilməməsində «FİNOKO» BANK OLMAYAN KREDİT TƏŞKİLATI ASC-nin təqsirli bilinməsi ilə əlaqədar Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarı qanuni və əsaslıdır. Hazırki iş üzrə icraata xitam verilməsinə hər hansı bir əsas müəyyən edilməmişdir. Azərbaycan Respublikası İXM-nin 134.1.1-cü maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protestə baxıldıqda qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Hesab edirəm ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarının ləğv edilməsinə əsas ola biləcək hər hansı hal müəyyən edilmədiyindən, şikayət təmin olunmamalı, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İXM-nin 134.1.1-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALDI: Şikayət təmin edilməsin. «FİNOKO» BANK OLMAYAN KREDİT TƏŞKİLATI ASC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək barəsində 300 manat məbləğində inzibati cərimə tətbiq edilməsinə dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)- ****/**** nömrəli qərarı verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir,ondan şikayət və ya protest verilə bilməz. Hakim Zəfər Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar