Məhkəmə qərarları › İş №3(3-6)-1538/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №3(3-6)-1538/2026

01.06.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 3(3-6)-1538/2026 01.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi X1 oğlunun sədrliyi ilə, Məhkəmə iclasının katibi Şükürov Rauf Azər oğlunun katibliyi, Şikayət vermiş şəxs Qərardan şikayət verən orqan (şəxs) iştirakı ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin Qərardan şikayət verən orqan (şəxs) AR İXM-nin 342.2.2-ci maddəsi ilə təqsirli bilinərək barəsində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməsinə dair Bakı şəhər DYPİ tərəfindən qəbul edilmiş ##.##.2026-cı il tarixli, TP ******* nömrəli qərarın dəyişdirilmədən saxlanılmasına dair ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** saylı qərarından Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Qərardan şikayət verən orqan (şəxs) şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhər DYPİ tərəfindən qəbul edilmiş ##.##.2026-cı il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** saylı qərarı ilə şikayət təmin edilməməsi, Qərardan şikayət verən orqan (şəxs) AR İXM-nin 342.2.2-ci maddəsi ilə təqsirli bilinərək barəsində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməsinə dair Bakı şəhər DYPİ tərəfindən qəbul edilmiş ##.##.2026-cı il tarixli, TP ******* nömrəli qərarın dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** saylı qərarından Qərardan şikayət verən orqan (şəxs) apellyasiya qaydasında şikayət verərək, həmin qərarın ləğv edilməsini xahiş etmişdir. İnzibati iş üzrə şikayətin apellyasiya baxışı ilə əlaqədar işə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq inzibati xətaya dair protokol tərtib etmiş səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzürlü səbəbdən olması və işin baxılmasının təxirə salınması barədə məhkəməyə vəsatət verməmişdir. Apellyasiya instansiyası məhkəməsi şikayətə dair protokol tərtib etmiş səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə apellyasiya şikayəti ilə əlaqədar materialı araşdıraraq hesab edir ki, iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** saylı qərarından Qərardan şikayət verən orqan (şəxs) tərəfindən apellyasiya qaydasında verilmiş şikayət qanunla müəyyən olunmuş prosessual müddət ötürülməklə verildiyindən inzibati xəta haqqında material birinci instansiya məhkəməsinə qaytarılmalı, Qərardan şikayət verən orqan (şəxs) ötürülmüş prosessual müddətin bərpası barədə birinci instansiya məhkəməsinə vəsatətlə müraciət etmək hüququnun olması izah edilməlidir. Belə ki, inzibati işin materiallarından görünür ki, hazırkı iş üzrə mübahisələndirilən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** saylı qərarı inzibati xəta haqqında iş üzrə tərəflərə poçt vasitəsi ilə göndərilmiş və həmin qərar ##.##.2026-cı il tarixində Qərardan şikayət verən orqan (şəxs) tərəfindən imzalanmaqla qəbul edilmişdir. Lakin mübahisələndirilən qərardan Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş apellyasiya şikayəti ##.##.2026-cı il tarixində Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə daxil olmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəllənin 130.1-ci maddəsinə əsasən bu Məcəllənin 126.1-ci və 127-4.1-ci maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Həmin Məcəllənin 130.2-ci maddəsinə əsasən bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət və ya protest verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. Belə olan halda məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsinin mübahisələndirilən qərarından şikayət 10 günlük müddət ötürülməklə verildiyindən və müddətin bərpası ilə əlaqədar məhkəməyə müraciət edilmədiyindən inzibati xəta haqqında iş üzrə qərarı üzrə toplanmış material birinci instansiya məhkəməsinə qaytarılmalı və Qərardan şikayət verən orqan (şəxs) ötürülmüş prosessual müddətin bərpası barədə birinci instansiya məhkəməsinə vəsatətlə müraciət etmək hüququnun olması izah edilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130-cu maddəsini rəhbər tutaraq Qərara alır: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin Qərardan şikayət verən orqan (şəxs) AR İXM-nin 342.2.2-ci maddəsi ilə təqsirli bilinərək barəsində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməsinə dair Bakı şəhər DYPİ tərəfindən qəbul edilmiş ##.##.2026-cı il tarixli, TP ******* nömrəli qərarın dəyişdirilmədən saxlanılmasına dair ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** saylı qərarından Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş apellyasiya şikayəti qanunla müəyyən olunmuş prosessual müddət ötürülməklə verildiyindən, inzibati xəta haqqında material həmin məhkəməyə qaytarılsın. Qərardan şikayət verən orqan (şəxs) buraxılmış prosessual müddətin bərpası barədə ərizə (vəsatət) ilə birinci instansiya məhkəməsinə müraciət etmək hüququnun olması izah edilsin. Qərardad qətidir, ondan şikayət və protest verilə bilməz. Hakim Əfqan Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar