Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-1539/2026 25.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi Babayev Qədim Xalid oğlu, Məhkəmə iclas katibi İsgəndərova Afaq Sənan qızının, Bakı şəhər Baş Polis İdarəsinin X1 İdarəsinin nümayəndəsi X4, Şikayətçi X5 iştirakları ilə, X5 şikayəti təmin edilmədən Bakı şəhər X1 İdarəsinin 10 fevral 2026-cı il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarının dəyişdirilmədən saxlanılmasına dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 20 aprel 2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarından X5 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında məhkəmə iclasında baxaraq müəyyən e t d i m: X5 şikayətlə məhkəməyə müraciət edərək, Bakı şəhər X1 İdarəsinin ## ###### 2026-cı il tarixli, TP ******* saylı inzibati protokol əsasında qəbul edilmiş TP ******* saylı tənbeh vermə haqqında qərarının ləğv edilməsini və barəsində başlanılmış inzibati iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 20 aprel 2026-cı il tarixli qərarına əsasən X5 şikayəti təmin edilmədən Bakı şəhər X1 İdarəsinin 10 fevral 2026-cı il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarının dəyişdirilmədən saxlanılmışdır. Həmin qərardan narazı qalan X5 apellyasiya şikayəti verərək şikayətinin təmin edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayətin dəlilləri və tərəflərin çıxışları: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, ## ###### 2026-cı il tarixində saat 13:30 radələrində özünə məxsus "Mercedes" markalı **-GV-*** dövlət nömrə nişanlı avtomobillə Ş.Mehdiyev küçəsi ilə Tbilisi prospekti istiqamətində hərəkətdə olarkən, Ş.Mehdiyev küçəsi ilə Tbilisi pospektinin kəsişməsindəki svetoforun qırmızı işığında dayanmışdır. Svetoforun yaşıl işığı yanandan sonra sağa, Tbilisi prospektinə dönərək bir qədər getdikdən sonra qarşıdakı geriyə dönmə yerindən geriyə dönmək məqsədilə hərəkət etdiyi zolaqdan sol qıraq zolağa, yəni 1-ci zolağa keçmək, istəyərkən, ondan arxada sol tərəfdən hərbi "Kamaz" markalı T-***-QQ dövlət nömrə nişanlı avtomaşının gəldiyini görüb dayanmışdır. Aralarında xeyli məsafə olduğu üçün elə bilmişdir ki, onu görüb dayanacaq .Lakin səs siqnalı verməsinə baxmayaraq, "Kamaz" gəldiyi kimi qabaq sağ təkəri sağa tam dönmüş vəziyyətdə onun dayanmış maşınının qabaq sol qapısına çırpıldı. Nəticədə kamazın qabaq təkəri onun maşınının qabaq sol qapısını, kamazın qabaq bamperi isə onun maşınının kapotunu əzmişdir. Toqquşmadan sonra maşının içində sıxılmış vəziyyətdə qalmışdır. Elə bilmişdir ki, kamaz onu maşının içində basıb öldürəcək. Bir müddətdən sonra özünə gələrək bir təhər də olsa maşının qabaq sağ qapısından çölə çıxmışdır. Çölə çıxandan sonra kamazın sürücüsündən niyə belə etdiyini soruşduqda "mən sizi ğörmədim" demişdir. Amma sürücünün yanındakı köməkçisi dedi ki, "mən qışqırdım,o, baxmadı". Hadisədən dərhal sonra ərazidə xidmət aparan DYP-nin əməkdaşı tıxac yaranmaması üçün bizim hər ikimizi hadisə yerindən uzaqlaşdırdı. Hadisəni araşdırmaq üçün gələn DYPnin əməkdaşı R X6 hadisə yerinə gələndə nəqliyyat vasitələri artıq hadisə yerində deyildir. Buna görə də o,maşınların hərəkət trayektoriyasını, sürətini, onun hansı vəziyyətdə dayanıb-dayanmadığımı və toqquşmanın baş verdiyi yerdəki ilkin vəziyyəti görmədən, yalnız izahatlara əsaslanaraq barəmdə İXP ******* saylı protokolu tərtib etdi və İnzibati Tənbeh vermə haqqında TP ******* saylı qərarı ilə İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə əsasən 40 manat məbləğində inzibati cərimə tətbiq edilməsi haqqında qərar çıxarmışdır. Bu qərarla razılaşmayaraq Yasamal Rayon Məhkəməsinə müraciət etmiş, Yasamal Rayon Məhkəməsində keçirilən məhkəmə iclasında hakim ona söz verəndə hadisənin şikayətdə qeyd etdiyi kimi bütün təfərrüatlarını, o cümlədən maşında sıxılıb qalmağımı və “Kamaz" sürücüsünün köməkçisinin sözlərini hakimə bildirsə də Yasamal Rayon Məhkəməsi ## ##### 2026-cı il tarixli *(*-***)****/**** saylı qərarı ilə DYP əməkdaşının verdiyi qərarı qüvvədə saxlamışdır. Həmin qərarla razı deyil və ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında X5 apellyasiya qaydasında verilmiş şikayətin dəlillərini müdafiə edərək şikayətin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında Bakı şəhər Baş Polis İdarəsinin X1 İdarəsinin nümayəndəsi X4 inizbati xətanın törədilməsi öz təsdiqini tapdığından apelyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. İşin halları və hüquqi məslələr: Məhkəmə apellyasiya qaydasında verilmiş şikayət ilə əlaqədar inzibati işin materiallarını araşdırıb, tərəflərin çıxışını dinləyib hesab edir ki, verilmiş apellyasiya şikayəti təmin edilməməli və X5 şikayəti təmin edilmədən Bakı şəhər X1 İdarəsinin 10 fevral 2026-cı il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarının dəyişdirilmədən saxlanılmasına dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 20 aprel 2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarı qanuni və əsaslı olduğundan verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Bakı şəhər X1 İdarəsinin ## ###### 2026-cı il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarından görünür ki, X5 ## ###### 2026-cı il tarixində saat 13:30-də Şəfayət Mehdiyev küçəsi ilə Tbilisi prospektinin kəsişməsində Mercedes E 270 CDİ mini dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə hərəkətdə olan zaman əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etdiyinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi nəzərdə tutulmuş inzibati xətanı törətmiş və 40 manat məbləğində cərimə edilmişdir. -İş materiallarında olan videogörüntüyə məhkəmə iclasında baxılarkən X5 törətdiyi inzibati xəta öz təsdiqini tapmışdır. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir. Həmçinin həmin qərarla xəta törətmiş şəxs maddənin sanksiyada nəzərdə tutulmuş həddə inzibati tənbeh edildiyindən inzibati tənbehin daha da yüngülləşdirilməsi və qərarın dəyişdirilməsi üçün əsaslar da yoxdur. Məhkəmə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, iş materaillarına əlavə edilmiş video görüntü ilə X5 oğlunun əsk istiqamətli hərəkət zolağına çıxmadan manevr etməsi və nəticədə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi nəzərdə tutulmuş inzibati xətanı törətməsi faktı öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 327.1-ci maddəsinə əsasən yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə qırx manat məbləğində cərimə edilir. 12.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 99.1.1-ci maddəsinə əsasən, inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi, eləcə də dövlət informasiya sistemləri (ehtiyatları) vasitəsi ilə aşkar edilməsi inzibati xəta haqqında iş üzrə icraata başlamağa səbəbdir. 101.3-cü maddəsinə əsasən, inzibati araşdırma aparıldığı hallarda, inzibati xəta haqqında protokol bu Məcəllənin 102.5-ci maddəsində göstərilən müddətdə tərtib edilir. 102.5-ci maddəsinə əsasən, inzibati araşdırma inzibati xəta haqqında iş üzrə icraatın başlama vaxtından bir aydan artıq olmayan müddətə aparılır. İcraatında inzibati xəta haqqında iş olan səlahiyyətli vəzifəli şəxsin əsaslandırılmış vəsatəti olduqda, bu müddət yuxarı vəzifəli şəxs tərəfindən bir ayadək müddətə uzadılır. 135.1.6-cı maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biri kimi müəyyən edilmişdir. İş materiallarından görünür ki, iş üzrə işin hallarını hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə İnzibati Xətalar Məcəlləsinin tələblərinin pozuntusu müəyyən edilməmişdir. Beləliklə, sadalanan qanunun tələbləri və işin halları baxımından məhkəmə belə qənaətə gəlir ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 20 aprel 2026-cı il tarixli qərarı qanuni və əsaslıdır. Apellyasiya şikayətində göstərilən dəlillər qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas olmadığından verilmiş apellyasiya şikayəti təmin edilməməli və Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 20 aprel 2026-cı il tarixli qərarı verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsini rəhbər tutaraq məhkəmə, Q ə r a r a a l d ı: X5 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. X5 şikayəti təmin edilmədən Bakı şəhər X1 İdarəsinin 10 fevral 2026-cı il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarının dəyişdirilmədən saxlanılmasına dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 20 aprel 2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarı verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir, ondan şikayət verilə bilməz. Hakim: Qədim Babayev
Məhkəmə qərarları › İş №3(3-6)-1539/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-1539/2026
25.05.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver