Məhkəmə qərarları › İş №3(3-6)-1540/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-1540/2026

26.05.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-1540/2026 26.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Mən, Bakı Apellyasiya Məhkəməsinin hakimi Hüseyn Cavid Vaqif oğlu, məhkəmə iclasının katibi X1 oğlunun katibliyi, şikayət vermiş şəxs qərardan şikayət verən orqan (şəxs)2 müdafiçisi “Ekol” Vəkil Bürosunun vəkili Nümayəndə iştirakı ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(*-***)-****/**** saylı, ## ### 2026-cı il tarixli qərarından qərardan şikayət verən orqan (şəxs)2 tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdim: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinin Bakı şəhər Idarəsinin MN № ******* saylı nömrəli, ## #### 2026-cı il tarixli inzibati tənbeh vermə haqqında qərarı ilə, qərardan şikayət verən orqan (şəxs)2 (##.##.1973-cü ildə doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1ünvanında qeydiyyatda olan və yaşayan, “xxxx” MMC-nin direktoru) Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin (bundan sonra IXM-in) 555.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsili bilinərək barəsində 2200 (iki min iki yüz) manat məbləğində inzibati qaydada cərimə tənbehi tətbiq edilmişdir. qərardan şikayət verən orqan (şəxs)2 şikayətlə məhkəməyə müraciət edərək həmin qərarın ləğv edilməsini, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(*-***)-****/**** saylı, ## ### 2026-cı il tarixli qərarı ilə şikayət təmin edilməmiş, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinin Bakı şəhər Idarəsinin inzibati tənbeh vermə haqqında MN № ******* saylı nömrəli, ## #### 2026-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. qərardan şikayət verən orqan (şəxs)2 apellyasiya qaydasında şikayətlə müraciət edərək Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(*-***)-****/**** saylı, ## ### 2026-cı il tarixli qərarının ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayətin dəlilləri və tərəflərin çıxışları: Apellyasiya şikayətinin dəlilləri qismində göstərilmişdir ki, şahid2 ilə “xxxx” MMC arasında ##.##.2021-ci il tarixində əmək müqaviləsi bağlanmış və o həmin tarixdən etibarən usta vəzifəsində işləməyə başlamışdır. Belə ki, ##.##.2026-cı il tarixli № *-17-5/2-9072/2026 məktubun məzmununa əsasən şahid2 ##.##.2026-cı il tarixdə əmək fəaliyyətini həyat keçirən zaman xəsarət almışdır. Həmçinin bu məktubda qeyd edilir ki, “Istehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması Qaydalarımın 1.2-ci bəndində nəzərdə tutulan hallarda işçilərin səhhətinin pozulması halı təhqiq edilməlidir - lakin məlumdur və aşağıda da qeyd edilənlərdən də aydındır ki, işçinin səhhətinin pozulması halı mövcud olmayıb və qeyd edilən qaydaların əhatə dairəsinə düşmür. Bununla bağlı əlavə olaraq bildiririk ki, sözügedən tarixdə 142 Çağrı Mərkəzinə həm şirkət, həm də işçi tərəfindən məlumat verilmiş və hadisənin iş vaxtı baş vermədiyi qeyd olunmuşdur. Belə olan halda isə IXM-nin 555.1-ci maddəsinin tərkibinin formalaşmağı üçün bu xətanın baş verməsini özündə etiva edən niyyət olmalıdır. Mövcud vəziyyət isə onu göstərir ki, bu belə deyildir. Əgər həqiqətən də IXM-nin 555.1-ci maddəsinin tərkib əlamətləri olsa idi, şahid2 da öz izahatında da bu barədə məlumat vermiş olardı. Belə ki, məhkəmə qərarın təsviri hissəsində iclaslar zamanı verilən izahatları tam dəqiq təsbit etməmişdir. Belə ki, iş üzrə tərəfsiz adlandırılan şahid qismində dindirilmiş həkim şahid1 əvvəla çağırışın səbəbinin mənzil boşaldılması zamanı prosedur qaydalarına əsasən orda gözləməkdə olduqlarını ifadə etmişdir. Yəni mənzil boşaldılması icraatları zamanı ev sahibləri ilə yaşayanlar arasında ola biləcək insidentlər üzrə hər zaman qapı qarşısında ilkin tibbi yardım zərurəti ilə briqada gözləmədə olur. Həkim şahid1 ilkin mərhələdə birbaşa izahat verən zaman hadisənin həmin anda baş verdiyini bildirsə də, dəqiqləşdirici suallar zamanı artıq “şəxsin barmağının zədələnməsi anını görmədiyini, situasiyanı tam dəqiqliklə xatırlaya bilmədiyini, üzərindən çox zaman keçdiyi üçün verdiyi cavablara əmin olmadığını” bildirmişdir. Iclas zamanı aparılan video-yazı qeydiyyatında, habelə iclas protokollarında da bu hal öz təsdiqini tapmaqdadır. Belə bir halda xatırlanmayan hallar üzrə verilən izahatın mötəbər və obyektiv adlandırılması tamamilə qanunsuzdur. Işçi şahid2 da iclasda verdiyi izahatda hadisənin bir gün əvvəl evdə axşam işləyən zaman konserv qapağını açarkən barmağını zədələdiyini, evdə sarıdığını, növbəti gün işə çıxdığı zaman isə əmək funksiyalarını həyata keçirərkən yara yeni olduğundan əlinə aldığı əşyalarla həmin hissəni yenidən basdığı üçün bintin çirkləndiyini və məhz həmin hissədə qanın yeniləndiyini, əhəmiyyətli olmadığı üçün sarğını özü yeniləyib işə davam etmək istəyəndə ünvanda olan icra nümayəndəsinin göstərişi ilə sarğısını çıxarıb orada olan tibbi yardım briqadasına sarğını yeniləməkləri üçün xahiş etdiyini, həmin anda həkimin onun məlumatlarını alaraq qeydiyyat apardığını, lakin yaranın yaranma səbəbini soruşmadığından izah vermədiyini, dərhal sonra normal formada işinə davam etdiyini, sonradan ona gələn zənglə həkimin yaranın həmin anda yarandığını zənn etdiyini anladığını qeyd etmişdir. Beləliklə, zərərçəkmiş işçinin real hadisə barədə ətraflı izahatlarını birtərəf kimi qəbul edib, həkimin ehtimallar üzrə, xatırlamadığı situasiya üzrə verdiyi izahatların mötəbər qəbul edilməsi qanunsuz olmaqla, hüququn sübutlar institunun mahiyyətini alt-üst edir. Məhkəmənin “yəni ilkin yaranın hansı şəraitdə baş verməsindən asılı olmayaraq iş prosesi zamanı zədənin yenidən ağırlaşması və tibbi yardım tələb etməsi” yanaşması isə tamamilə əsassızdır. Belə ki, bu əsas üçün biz ilkin növbədə nəyin bədbəxt hadisə, nəyin xəsarət hesab olunduğunu müəyyən etməliyik. Belə ki, “Istehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması Qaydalarf'nın 1.3-cü bəndinə əsasən istehsalatda bədbəxt hadisə nəticəsində işçilərin aldıqları xəsarət— əmək vəzifələrini yerinə yetirərkən işçinin bədən üzvlərinin, toxumalarının zədələnməsi ilə sağlamlığının qəflətən və kəskin pozulması halıdır. Indi isə öncədən var olan yaradan qanın gəlməsi situasiyasına baxaq. Bədbəxt hadisə varmı? - xeyr. Heç bir hadisə baş verməyib, əks təqdirdə müvafiq orqan tərəfindən hadisənin uçotu, qeydiyyatı aparılmalı, nəticə olaraq isə təhqiqat aktı qəbul edilməli idi, məlumatını verməmisiniz deyə iddia etdikləri hadisə üzrə isə heç bir araşdırma aparılmamış, təhqiqat aktı qəbul edilməmişdir. Yəni müfəttişlik özü də əslində bədbəxt hadisənin baş vermədiyini təsdiq edir. Bədbəxt hadisə isə yoxdursa, xəbər vermə də istisna edilir. Sağlamlığın qəfil pozulması halı varmı? – xeyr, sağlamlığının kəskin pozulması halı varmı? – xeyr. Göründüyü kimi, Qaydaların tələbində göstərilən hallar olmadığı halda məhkəmənin “bu da bədbəxt hadisədir və onun nəticəsində olan yaradır' yanaşması tamamilə yanlış tövsifdir, qanunsuzdur, əsassızdır. Həmçinin, Əmək Məcəlləsinin 217.2-ci maddəsində göstərilir ki, müvafiq orqan hadisənin yox, bədbəxt hadisənin istehsalatla bağlılığının araşdırılmasını həyata keçirir və bunun üçün komissiya yaradır. Qanunvericlik sistemində bədbəxt hadisənin necə anlaşılması isə yuxarıda qeyd edilən maddələrdə öz əksini tapıb. Söhbətin hər hansı baş vermiş bir hadisədən yox, məhz işçinin xəsarət alması ilə nəticələnmiş bədbəxt hadisədən getdiyi digər normalarla da təsdiq edilir: 1) Əmək Məcəlləsi maddə 217.4- bədbəxt hadisənin baş vermə faktını gizlədən, qanunvericilikdə nəzərdə tutulan qaydada məsuliyyət daşıyır 2) Əmək Məcəlləsi - maddə 217.5 bədbəxt hadisələrin araşdırılmasının, normativ hüquqi aktla tənzimlənir. Odur ki, Əmək Məcəlləsinin 217 və IXM-in 555.1-ci maddəsində hadisə dedikdə, işçinin xəsarət alması ilə nəticələnmiş bədbəxt hadisə nəzərdə tutulur və IXM-in 555.1-ci maddəsinin dizpozisiyasında birbaşa olaraq bədbəxt hadisə barədə məlumat verilməməsi məsuliyyətə səbəb olduğu təsbit edilmişdir. Yəni ki, müvafiq orqan əvvəl hadisənin bədbəxt hadisə olduğu barədə qərar verməli, daha sonra isə məlumat verməmə barədə inzibati xəta işi üzrə icraata başlamalıdır. Hazırkı mübahisə üzrə isə yuxarıda da qeyd etdikləri kimi, təhqiqat aktı qəbul edilməmişdir. “Istehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması Qaydalarımın 3.1-ci bəndinə əsasən baş vermiş bədbəxt hadisələrin təhqiqatı komissiya tərəfindən 20 gün müddətinə aparılır və xüsusi təhqiqat aktı tərtib edilir. Həmçinin məhkəmənin diqqətinə çatdırır ki, ##.##.2026-cı il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarla IXM-nin 555.1-ci maddəsi üzrə “xxxx" MMC-nin direktoru qərardan şikayət verən orqan (şəxs)2 barəsində 2200 manat məbləğində cərimə müəyyən edilməsi (həmin maddə üzrə cərimə məbləğinin son həddi) özü-özlüyündə sual yaradan bir haldır. Belə ki, IXM-nin 31.2-ci maddəsinə əsasən, “Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır ". Yəni onu diqqətinizə çatdırırıq ki, şirkətin direktoru qərardan şikayət verən orqan (şəxs)2 barəsində müvafiq maddə üzrə daha öncə yalnız bir icraat olmuş və həmin iş üzrə də inzibati xəta tərkibi olmadığından icraata xitam verilmiş, qərar apellyasiya instansiyasında qüvvədə qalmışdır (qoşmaya əlavə edilir). Qanunvericiliyin tələblərindən də göründüyü kimi inzibati tənbeh tədbiri tətbiq edilərkən qeyd edilənlər, ən azından inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar nəzərə alınmalıdır. Hazırkı vəziyyətdə ümumiyyətlə belə bir inzibati xəta tərkibi yoxdur. Əksi iddia olunduğu təqdirdə isə 555.1-ci maddə üzrə cərimə məbləğinin son həddinin müəyyən edilməsi özü-özlüyiində müvafiq qərarı qəbul edən orqanın qərəzli və yanlış mövqeyinin göstəricisidir. Bütün yuxarıda sadalanan hallar sübut edir ki, “xxxx" MMC-nin direktoru qərardan şikayət verən orqan (şəxs)2 tərəfindən IXM-nin 555.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi mövcud olan əməl törədilməmişdir. Məhkəmə iclasında şikayət vermiş şəxs qərardan şikayət verən orqan (şəxs)2 müdafiəçisi “Ekol” Vəkil Bürosunun vəkili Nümayəndə şikayətin məzmununa uyğun çıxış edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barəsində səlahiyyətli orqanın nümayəndəsinə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə səlahiyyətli orqanın nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Işin halları və hüquqi məsələlər: Apellyasiya şikayətində barəsində inzibati xəta haqqında icraat aparılan şəxs hakimin gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmamasını, hakim, tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsini, tətbiq edilmiş tənbehin bu Məcəllənin 31 – 34-cü maddələrinin tələblərinə uyğun olmamasını iddia edilərək tələbi IXM-in 135.1.2, 135.1.3 və 135.1.5-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. IXM-in 135.1.2, 135.1.3 və 135.1.5-ci maddələrinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi, tətbiq edilmiş tənbehin bu Məcəllənin 31 – 34-cü maddələrinin tələblərinə uyğun olmaması birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Şikayətdə birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi xahiş olunsa da, birinci instansiya məhkəməsi iş üzrə mühüm əhəmiyyətə malik olan halları araşdıraraq, IXM-in 75,76, 84-cü maddəsinin tələblərinə uyğun olaraq sənədləri, izahatı sübut növləri kimi qəbul etmiş, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, düzgün nəticəyə gələrək vəzifəli şəxsin əməlində inzibati xəta tərkibinin olması qənaətinə gəlmişdir. Məhkəmə göstərilən qənaətə gələrkən, sübutların artıq birinci instansiya məhkəməsi tərəfindən tam, hərtərəfli və dolğun şəkildə və bir-biri ilə qarşılıqlı əlaqədə tədqiq edilməklə, qanunvericiliyin tələblərinə əsasən araşdırılmaqla yekun nəticəyə gəlindiyini qeyd edir və bu səbəbdən hesab edir ki, hazırda qərarın məzmununda göstərilən sübutların təkrarən geniş şəkildə sadalanmasına lüzum olmadığından yalnız verilmiş şikayətin dəlilərinə münasibətdə qiymətləndirilməlidir. Şikayətdə aşağıdakı dəlillər irəli sürülmüşdür; a) Hadisə iş vaxtı baş verməmişdir b) Şahid izahatı mötəbər olmamışdır c) şahid2 əli hadisədən bir gün öncə yaralanmışdır d) Sağlamlığın qəflətən və kəskin pozulması halı olmadığından bədbəxt hadisə olmamışdır e) Bədbəxt hadisə haqqında təhqiqat aktı qəbul edilməmişdir f) Inzibati cərimə əsas olmadan ən yüksək həddə tətbiq edilmişdir IXM-in: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Yuxarıda sadalanan normalarının tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. IXM-in 555.1-ci maddəsinə əsasən işəgötürən tərəfindən istehsalatda baş verən bədbəxt hadisənin baş vermə faktının gizlədilməsinə və ya bədbəxt hadisənin araşdırılması üçün hadisə baş verən gün əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanına məlumatın verilməməsinə görə - min manatdan iki min iki yüz manatadək məbləğdə cərimə edilir. Işdə olan sübutlar əsasında müəyyən edilir ki, şahid2 hadisə günü əmək funksiyalarını yerinə yetirərkən mebel daşınması prosesində əl nahiyəsində zədələnmə ilə əlaqədar tibbi yardıma ehtiyac duymuşdur. Şikayətçi tərəf xəsarətin əvvəlki gün ev şəraitində baş verdiyini bildirsə də, həm təcili tibbi yardım əməkdaşının məhkəmədə verdiyi izahat, həm də işçinin öz izahatı göstərir ki, iş prosesində həmin zədə yenidən təsirə məruz qalmış, barmağın taxtaya dəyməsi nəticəsində qanaxma baş vermiş və tibbi müdaxilə zərurəti yaranmışdır. Bu isə artıq əmək funksiyalarının icrası zamanı sağlamlığın pozulması ilə nəticələnən hadisə olmaqla, əmək qanunvericiliyinin mənasında istehsalatda bədbəxt hadisə kimi qiymətləndirilməsinə hüquqi əsas yaratmışdır. Şikayətçi nəzərə almamışdır ki, Istehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması Qaydalarının təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2000-ci il tarixli, ** nömrəli Qərarının 1.4-cü bəndinə əsasən istehsalatda bədbəxt hadisələr təhqiq edilərkən aşağıdakı hallar müəyyən edildikdə, hadisə istehsalatda baş vermiş bədbəxt hadisə kimi rəsmiləşdirilmir və uçota alınmır: təbii ölüm, özünə qəsd, intihar hadisələri, həmçinin cinayət törədilərkən (təbii ölüm faktı məhkəmə-tibb ekspertizasının rəyi ilə, özünə qəsd, intihar və cinayət faktları isə hüquq mühafizə orqanları tərəfindən təsdiq edilməlidir), şəxsi məqsədləri üçün hər hansı işlə məşğul olarkən, su hövzələrinin istehsalat obyektlərində çimərkən, balıq ovlayarkən (əgər bu əmək fəaliyyəti ilə bağlı deyilsə), işçilərin öz təşəbbüsləri ilə nahar fasilələrində və ya işdən sonra idman tədbirləri keçirərkən işçilərin xəsarət alması və ya ölümü; texniki spirtlərin, aromatik, narkotik vasitələrin, psixotrop maddələrin istehsalat prosesində istifadəsi ilə bağlı olmayan zəhərlənmələr, əmək funksiyalarını icra edərkən alkoqollu içkilərin, narkotik vasitələrin, psixotrop, toksik və digər zəhərli maddələrin təsirindən ürək dayanması, infarkt, insult, asfiksiya, hərəkətlərin koordinasiyasının pozulması və fikir dalğınlığı nəticəsində baş vermiş bədbəxt hadisələr. şahid2 münasibətdə Istehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması Qaydalarının təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2000ci il tarixli, ** nömrəli Qərarının 1.4-cü bəndində sadalanan hallar olmamışdır. Inzibati xətalar qanunvericiliyinin müddəaları baxımından aşkardır ki, inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunmalı və bu baxımdan iqtisadi maraq, idarəçilik qaydalarının mühafizə olunması, qanunçuluğun möhkəmləndirilməsi və inzibati xətaların qarşısını almaq üçün qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlik prinsipləri təmin edilməlidir. Həmçinin, dövlət orqanları öz növbəsində inzibati xətaların törədilməsinin qarşısının alınması, buna kömək edən səbəbləri və şəraitin aşkar edilməsi, qanunlara ciddi əməl etmək üçün tədbirlərin icra edilməsini təmin etməlidirlər. Odur ki, şikayətçinin, hadisənin iş vaxtı baş verməməsi, şahid izahatının mötəbər olmaması, şahid2 əlinin hadisədən bir gün öncə yaralanması, sağlamlığın qəflətən və kəskin pozulması halının olmaması dəlilləri əsaslı olmamaqla qəbul edilmiş qərarların ləğvi və dəyişdirilməsinə əsas olmamışdır. Şikayətçiyə təyin edilmiş tənbeh tədbiri məsələsinə gəldikdə səlahiyyətli orqan qərardan şikayət verən orqan (şəxs)2 barəsində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilərkən, sonuncunun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını müəyyən etsə də, inzibati cərimə tənbeh tədbirinin ən yuxarı həddə tətbiq edilməli olmasını əsaslandırmamışdır. IXM-in 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 30.1-ci maddəsinə əsasən inzibati həbs, yalnız müstəsna hallarda bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulan inzibati xətaların ayrı-ayrı növlərinə görə üç gündən üç ay müddətinədək hakim tərəfindən tətbiq edilir. Eyni Məcəllənin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Hazırkı işin hallarından görünür ki, şəxsin məsuliyyətini ağırlaşdıran hallar olmamışdır. Işin halları və pozuntu törədənin şəxsiyyəti də, inzibati cərimə tənbehinin tətbiqi zamanı bu tənbehin daha aşağı həddinin kifayət hesab edilməməsinə əsas yaratmamışdır. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən halları, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, səlahiyyətli orqanın inzibati tənbeh vermə haqqında qərarı və onunla razılaşan birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməli, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinin Bakı şəhər Idarəsinin MN № ******* saylı nömrəli, ## #### 2026-cı il tarixli inzibati tənbeh vermə haqqında qərarı ilə tətbiq edilmiş inzibati cərimə tənbehinin həddi azaldılaraq bir min beş yüz manat həddində müəyyən edilməlidir. IXM-in 135.1.5-ci maddəsinə əsasən tətbiq edilmiş tənbehin bu Məcəllənin 31–34-cü maddələrinin tələblərinə uyğun olmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Yuxarıdakılara əsasən və IXM-in 128-135-ci maddələrini rəhbər tutaraq Qərara aldım: Apellyasiya qaydasında verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(*-***)-****/**** saylı, ## ### 2026-cı il tarixli qərarı və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinin Bakı şəhər Idarəsinin MN № ******* saylı nömrəli, ## #### 2026-cı il tarixli inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilsin. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinin Bakı şəhər Idarəsinin MN № ******* saylı nömrəli, ## #### 2026-cı il tarixli inzibati tənbeh vermə haqqında qərarı ilə qərardan şikayət verən orqan (şəxs)2 IXM-in 555.1-ci maddəsi ilə tətbiq edilmiş iki min iki yüz manat məbləğində inzibati cərimə azaldılaraq bir min beş yüz manat həddində müəyyən edilsin. Qərar qəbul edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərar qətidir, qərardan şikayət və protest verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar