Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-1543/2026 04.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakim Əhmədov Zəfər Vahid oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əlizadə Xədicə Nahid qızının katibliyi, Barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş şəxs – Qərardan şikayət verən orqan (şəxs) iştirakı ilə, Qərardan şikayət verən orqan (şəxs) Baş Dövlət Yol Polisi İdarəsinin ##.##.2026-cı il tarixli, EQ ******** nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətin təmin edilməməsi, qərarın dəyişdirilmədən saxlanılmasına dair Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-**)-****-**** nömrəli qərarından İsmayılov Ülvi Zahid oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Qərardan şikayət verən orqan (şəxs) Baş Dövlət Yol Polisi İdarəsinin ##.##.2026-cı il tarixli, EQ ******** nömrəli inzibati tənbeh vermə haqqında qərarından şikayət verərək həmin qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-**)-****-**** nömrəli qərarı ilə Qərardan şikayət verən orqan (şəxs) Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş ##.##.2026-cı il tarixli, EQ ******** nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət təmin edilməsin, həmin qərar dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Həmin qərardan Qərardan şikayət verən orqan (şəxs) apelyasiya qaydasında şikayət verərək şikayətin təmin edilməsi, iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin *(*-**)- ****/**** saylı, ## ### 2026-cı il tarixli qərarı ləğv edilərək inzibati işin icraatına xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri qismində göstərilmişdir: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı, ## ### 2026-cı il tarixli qərarı ilə şikayətim təmin edilməmişdir. Hesab edir ki, işə baxmış hakim işi tam, hərtərəfli və obyektiv araşdırmamış, "X2” Qanunun tələblərinə, eləcə də "Yol nişanları və siqnalları haqqında" Konvensiyanın təsdiq edilməsi barədə ## ###### 2010-cu il tarixli, No 29-IVQ Qanununa zidd, özünəməxsus formada, hər vasitə ilə BDYPİ-nin mövqeyini müdafiə edən məzmunda qərar çıxarmışdır. Eyni zamanda BDYPİ-nin nümayəndələri ümumiyyətlə məhkəmə iclaslarında iştirak etməsələr də, hakim guya nümayəndənin iştirakının təmin edilməsi üçün ##.##.2026-cı il tarixə təyin edilmiş məhkəmə iclasını ##.##.2026-cı il tarixə təxirə salmışdır. Buna baxmayaraq hakim haqqımda baxdığı əvvəlki illərdəki işlərə oxşar qərəzli qərar çıxararaq sanki BDYPİ-nin vəkili mövqeyində olmuşdur. Yeri gəlmişkən qeyd edirəm ki, bir neçə ildir BDYPİ-nin elektron qərarlarından Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə verdiyi çoxsaylı şikayətlərimin ikisinə məhz hakim Zamiq Bağırov baxmış, həmin məhkəmənin digər hakimlərindən fərqli olaraq tutarlı dəlillərimi heç vaxt əsaslı saymayaraq ona qarşı qərəzli mövqedə olmuşdur. Belə ki, hakim Zamiq Bağırovun həmin q r zli qərarlarından apellyasiya qaydasında verdiyim şikayətlərə baxılaraq onlardan biri Bakı Apellyasiya Məhkəməsinin *(***)-****/**** saylı, ## #### 2024-cü il tarixli qərarı ilə (hakim Həsən Əhmədov) İXM-nin 346.1-ci maddəsi ilə xəta sübut edilmədiyindən ləğv edilib, işin icraatına xitam verilmiş, digəri isə Bakı Apellyasiya Məhkəməsinin *(***)-****/**** saylı, ## #### 2025-ci il tarixli qərarı ilə (hakim Qədim Babayev) İXM-nin 346.1-ci maddəsi ilə işin araşdırmaya göndərilməsi hissəsində dəyişdirilərək həmin hissədə işin icraatına xitam verilmişdir. Hazırkı qərara nəzər yetirdikdə məlum olur ki, hakim sanki riyazi hesablama aparır, ərazidə park edilmiş digər avtomobilin qabaritlərini, yol kənarındakı səki daşlarının uzunluğunu hesablamaqla, həmin hesablama əsasında müqayisə aparıb guya dayanma-durma qaydasının pozmağım barədə nəticəyə gəlir. Halbu ki, bu formal nəticədir. Təqdim etdiyim videogörüntüdən aydın olur ki, ərazidə yeganə boş yer olan hissədə uzunluğu cəmi 3,4 m. olan "xetçbek" tipli avtomobilimi orta məktəbin qarşısında, bir cərgədə, heç kimə mane olmadan, piyada zolağından xeyli aralıda saxladıb uşağın məktəbdən çıxmasını 5-10 dəqiqə gözlədiyim müddətdə elektron qərar çıxarılmışdır. Ərazidəki "TŞ" müşahidə kamerası vasitəsi ilə avtomobilinin şəkli çəkilərək guya piyada zolağına 5 metrdən az məsafədə dayanmasının qeydə alınması həmin qurğunun funksiyalarına aid deyil. Belə ki, "TŞ" kameraları cinayətkarlığın qarşısının alınması, ictimai asayişin qorunması və yol hərəkəti qaydalarına nəzarət etmək üçün quraşdırılmış yüksək texnologiyalı videomüşahidə sistemləridir. Həmin qurğunun funksiyaları yol hərəkəti qaydalarına nəzarət: Sürət həddinin aşılması, qoşa xəttin tapdalanması, işıqforun qadağanedici işığı yanarkən hərəkətin davam etdirilməsi və digər qayda pozuntularını avtomatik qeydə alır. Avtomatik nömrə oxuma (ANPR): nəqliyyat vasitələrin dövlət nömrə nişanlarını skan edərək axtarışda olan və ya cərimə borcu yüksək olan avtomobilləri dərhal müəyyən edir. Üztanıma və biometrik analiz: şübhəli şəxslərin və ya itkin düşmüş vətəndaşların aşkarlanması üçün üz tanıma proqramları ilə inteqrasiya olunur. İctimai təhlükəsizliyin təmini: küçələrdə, izdihamlı ərazilərdə və kəsişmələrdə baş verən insidentləri (məsələn, qəza, dava, oğurluq) 7/24 izləyir və mərkəzə məlumat ötürür. Lakin, "TS" kameraların tikililər, binalar, obyektlar, avtomobillər, maneələr, nişanlar, cizgilər və s. arasındakı məsafələrin ölçməsi funksiyası yoxdur (yalnız foto-video müşahidə). Hakim qərarında avtomobilin foto və videogörüntü əsasında vizual formada piyada zolağına 5 metrdən yaxın dayandığını qeyd etsə də, faktiki məsafənin hansı ölçü cihazı vasitəsi ilə ölçüldüyü (dərzi metrəsi, inşaat metrasi, lazer vasitəsi ilə və s.) məlum deyil. Eyni zamanda hakim öz qərarında "Ford" markalı avtomobilin dayanması ilə avtomobilimin piyada zolağına münasibətdə harada dayanması ilə bağlı cümlələr 4-cü və 5-ci vərəqin əvvəllərində iki dəfə təkrarlayır, işə aidiyyəti olmayan "Ford" markalı avtomobilin uzunluğu qeyd edir, lakin araşdırma zamanı avtomobilinin uzunluğunun cəmi 3,4 metr olmasına diqqət yetirmir və nəzərə almır. Xüsusi qeyd edərək vurqulayır ki, məhkəmə qərar çıxararkən hazırkı işin "piyada keçidi və piyada zolağı" ilə bağlı tələblərin və qəbul edilmiş ümumi qaydaların tətbiqi ilə bağlı məsələyə nəzər yetirməmiş, yəni ərazidə piyada keçidini bildirən nişanın mütləq olmasına əhəmiyyət verməmişdir. Əslində piada keçidlərinə dair tələblər standartlara cavab verməlidir. Belə ki, yol hərəkəti qaydalarına əsasən, piyada zolağının (piyada keçidinin) hüquqi qüvvəyə minməsi və sürücülər tərəfindən aydın görünməsi üçün onun həm yerüstü nişanlanması (xətlənmə), həm də müvafiq yol nişanları olmalıdır. Keçidin standartlara uyğun təşkili üçün bu kimi tələblərə əməl edilməlidir: Nişan və Xətlənmə vəhdəti: Yolda yalnız "zebra" adlanan ağ zolaqların olması kifayət deyil. Piyada keçidi eyni zamanda məlumatvericigöstərici nişanları ilə (məsələn, 5.16.1 və 5.16.2 nişanları) işarələnməlidir. Nişanın əhəmiyyəti: Yol hərəkəti qanunvericiliyinə görə, əgər yol nişanı yoxdursa, yerdəki xətlər köhnəlib silinə və ya görünməz ola bilər. Bu halda nişan əsas götürülür. Nişan qovulan ver pivada keçidi sayılır. Həmçinin, nəqliyyat üzrə ekspert Ərşad Hüseynov kütləvi informasiya resurslarında dərc etdiyi məqaləsində və yol hərəkətinin təşkili ilə bağlı mütəxəssis olaraq qeyd etmişdir ki, piyada zolaqları olan ərazidə piyadaların keçidini bildirən yol nişanı olmalıdır: "Əks halda həmin piyada zolaqların funksiyası və qüvvəsi itirilmiş hesab olunur.” Hazırki vəziyyətdə şəkillərdə nizamlanmayan keçiddir. Yəni bu ərazidə piyadaların keçməsi hər hansı bir texniki vasitə ilə (işıqforla) nizamlanmır. Əgər həmin ərazidə piyada zolağı varsa orada mütləq “X2 Qanun"un 5.16.1 v 5.16.2 vol nişanları quraşdırılmalıdır. Əks halda həmin yol nisanı quraşdırılmayan zolaq piyada zolağı funksiyasını itirir. İşıqfor olmayan yerdə çəkilən piyada zolağında piyada keçidini bildirən yol nişanı mütləq olmalıdır. Bütün hallarda piyada zolağı çəkilirsə, işıqforun olub-olmamasından asılı olmayaraq yol nişanı olmalıdır". Piyada zolaqları görünən xüsusi boya ilə çəkilməli və zolağın yanına piyada keçidini bildirən yol nişanı qoyulmalıdır. Həmin yol nişanı elə yerdə quraşdırılmalıdır ki, sürücü həmin işarəni 100 metrlik məsafədən görsün. Bundan başqa, "Yol nişanları və siqnalları haqqında" Konvensiyanın təsdiq edilməsi barədə ## ###### 2010-cu il tarixli, № **-IVQ Azərbaycan Respublikası Qanunun 10-cu maddəsinə əsasən "PİYADA KEÇİDİ" nişanı piyadalara və sürücülərə piyada keçidinin olduğu yeri işarə edir. Bu nişan üzərində qara və ya göy A,12 işarəli, sarı və ya ağ rəngli üçbucağın olduğu mavi və ya qara rəngli lövhəcikdən ibarətdir. Həmin Qanunun 12-ci maddəsinə görə piyada keçidi: a) Yol nişanlanması və ya E,12 nişanı ilə işarələnmiş piyada keçidinə yaxınlaşmanın xəbərdar edilməsi üçün A, 12° (xəbərdarlıq) və A, 12b (xəbərdarlıq) nümunələri olan A, 12 işarəsi istifadə olunur. b) İşarələnmə aks tərəfə də yönəldilə bilər. Həmin Qanunun "D" (piyada keçidləri) hissəsinin 37-ci maddəsinə əsasən piyada keçidinin işarələndiyi zolaqlar arası məsafə ən azı bu zolaqların eninə bərabər olmalı və ondan iki dəfədən artıq olmamalıdır. Bir zolağın və zolaq arası məsafənin ümumi eni 1 m-dən 1,40 mdək təşkil etməlidir. Məlum olur ki, hakim qərar çıxararkən bu kimi Qanunların və yol hərəkətinin təşkili ilə bağlı qeyd etdiyim mühüm əhəmiyyət kəsb edən tələblərə uyğun araşdırma aparmamış və Qanunun tələbinə görə ərazidə piyada keçidini bildirən nişanların olmamasına əhəmiyyət verməmişdir. Bununla da hakim natamam, səthi və qərəzli araşdırma aparmışdır. Eyni zamanda, BDYPİ tərəfindən inzibati icraat zamanı İXM-nin tələblərinin pozulmasını şikayətimdə qeyd etsəm də, işə baxmış hakim bunu araşdırmayaraq qərarında bu Qanun pozunularına qiymət verməmiş - münasibət bildirməmişdir. Bütün göstərilənlərə əsasən hesab edirəm ki, işin icraatına xitam verilməsi üçün asas olan təqdim etdiyim sübutlar inzibati xəta törətdiyimi təkzib edir, məhkəmə işin hallarını obyektiv, tam və hərtərəfli araşdırmayaraq düzgün nəticəsi olmayan qərar qəbul etmişdir. Təqdim etdiyi görüntü və şikayətimdə istinad etdiyim hallar əsasında İXM-nin 53.2-ci maddəsinə görə barəmdə işin icraatına xitam verilməsi haqda qərarın çıxarılması qanuni və daha obyektivdir. Məhkəmə iclasında iştirak edən Qərardan şikayət verən orqan (şəxs) apellyasiya şikayətini müdafiə edərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iş üzrə icraat xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin nümayəndəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinə üzrlü səbəblər olması ilə bağlı qabaqcadan məhkəməyə məlumat verməmişdir. Məhkəmə sözügedən tərəfin iştirakı olmadan inzibati xəta haqqında iş üzrə icraata baxılmasını mümkün hesab etmişdir. İnzibati xəta haqqında iş üzrə birinci instansiya məhkəməsinin qərarından verilən şikayətə baxılarkən, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*- **)-****-**** nömrəli qərarının qanuniliyini və əsaslılığını iş üzrə olan materiallar əsasında yoxlayaraq məhkəmə hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan və məhkəmədə tədqiq edilmiş: ##.##.2026-cı il tarixli, EQ ******** nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Qərardan şikayət verən orqan (şəxs) ##.##.2026-cı il tarixində, saat 13:04-də “Səbail Bayıl qəsəbəsi” ərazisində “Kia Picato minik” markalı, **CF*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən İXM-nin 346.2-346.9-cu maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, dayanma qaydalarını pozmağa görə İXM-nin 346.1-ci maddəsi ilə təqsirli bilinərək 20 manat məbləğində inzibati cərimə edilmişdir. Qərardan şikayət verən orqan (şəxs) məhkəməyə təqdim etdiyi “SMS Radar” tətbiqindən çıxarılmış, inzibati xəta hadisəsinin foto-şəkilərdən görünür ki, “Kia Picato minik” markalı, **CF*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi yolda olan piyada keçidinin kənarından 1 metrdən az məsafədə dayanmışdır. Avtomobilin sol ön xarici işıq cihazı səkidə əkilmiş ağacla təqribi paralel vəziyyətdə dayanmışdır. (foto şəkillər əlavə edilir) Qərardan şikayət verən orqan (şəxs) məhkəməyə təqdim etdiyi video-görüntüyə baxış zamanı müəyyən edilmişdir ki, EQ ******** nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edildiyi zaman avtomobili park etdiyi ərazinin daha sonra görüntülərini qeydə almış, yolun əvvəlindən ərazini lentə alaraq orada dayanma-durmanı qadağan edən nişanın tətbiq edilmədiyini bildirir, həmçinin avtomobili park etdiyi nöqtənin aydın şəkildə çəkilişini aparır. Videonun 1:45 dəqiqəsində həmin yerdə “Ford” markalı **YE*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin dayandığı görünür. Səkidə olan ağac həmin avtomobilin orta hissəsi ilə paralel vəziyyətdədir və avtomobil ön hissəsi piyada keçidinin üzərindədir. Videoda oda müəyyən edilir ki, ağacdan piyada keçidinə olan məsafə səkidə olan bir bardürdan daha azdır, həmin bardürların 5 metrdən kiçik olması işin mübahisəsiz tərəfidir. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, həm standart ölçülü bardür daşlarının sayı, həm də eyni nöqtədə dayanan 4.87 metr uzunluğundakı digər avtomobilin piyada keçidini kəsməsi faktı bir-birinə uyğun olmaqla məsafəyə dair fikirin formalaşmasında heç bir ziddiyyət yaratır və bu iki müstəqil hal şikayətçinin avtomobili ilə piyada keçidi arasındakı məsafənin qanunla qadağan olunmuş 5 metrdən az (təxminən 1 metr) olduğunu sübuta yetirir. Əlavə olaraq şikayətçinin inzibati xəta törədilən zaman nəqliyyat vasitəsinin yanında olması səbəbindən qərarın İXM-nin 124.5-ci maddəsinə əsasən qanunsuz olması barədə bildirdiklərinə münasibətdə məhkəmə qeyd edir ki, İXM-nin 124-cü maddəsi inzibati xətanın səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildiyi hallar üçün prosessual qaydaları müəyyən edir. Hazırkı xəta isə xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildiyindən, icraat qaydaları 124-cü deyil, məhz İXM-nin 122-ci maddəsinin tələblərinə uyğun tənzimlənir. Bununla belə qeyd edilməlidir ki, İXM-nin 124.5-ci maddəsində qanunverici nəqliyyat vasitəsi sahibinin hadisə yerində olmasına görə inzibati tənbeh tədbirinin tətbiqini istisna etməmişdir. Odur ki, məhkəmə şikayətçinin dəlillərini həmin hissədə də əsaslı hesab etmir. Beləliklə məhkəmə hesab edir ki, Qərardan şikayət verən orqan (şəxs) idarə etdiyi “Kia Picato minik”, **CF*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini piyada keçidindən 5 metrdən az yaxınlıqda saxlamaqla X2” Azərbaycan Respublikası qanununun 52-ci maddəsinin IV bəndinin 4-cü yarımbəndinin tələblərini pozmuş, bununla da İXM-nin 346.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. “X2” Azərbaycan Respublikası qanununun tələblərinə əsasən nəqliyyat vasitəsinin dayanması dedikdə adamların minməsi və ya düşməsi, yaxud yüklərin yığılması və ya boşaldılması üçün zəruri olan vaxt ərzində nəqliyyat vasitəsinin hərəkətsiz vəziyyətə gətirilməsi başa düşülür. Nəqliyyat vasitəsinin durması dedikdə isə əgər nəqliyyat vasitəsi digər yol istifadəçisi və ya hər hansı maneə ilə toqquşmanın qarşısını almaq və ya hərəkət qaydalarının göstərişlərini yerinə yetirmək səbəblərindən başqa digər səbəblərə görə hərəkətsiz vəziyyətə gətirilmişdirsə və onun dayanması adamların minməsi və ya düşməsi, yaxud yüklərin yığılması və ya boşaldılması üçün zəruri olan vaxtla məhdudlaşmırsa, nəqliyyat vasitəsi durmuş hesab edilir. Azərbaycan Respublikası İXM-nin 346.1-ci maddəsinə əsasən bu Məcəllənin 346.2–346.9-cu maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, dayanma və ya durma qaydalarını pozmağa görə iyirmi manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İXM-nin 122.1-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.5, 328, 329.1, 329.2, 330, 339.1-1, 346, 346-1.1, 346-1.5, 353.2 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin mərkəzi informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və həmin mərkəzi informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin qərar real vaxt rejimində, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilir «X2» Azərbaycan Respublikası Qanununun 81-ci maddəsinə əsasən bu qanunla nəzərdə tutulmuş yol hərəkəti qaydalarının pozulmasında təqsirli olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Məhkəmə şikayətin dəlilləri ilə razılaşmayaraq hesab edir ki, tənbeh vermə haqqında qərarı qəbul etmiş səlahiyyətli orqan xətanın törədilməsini sübut edə bildiyindən, bu qərarı mübahisələndirən şikayətçi əksini sübut etmə öhdəliyi daşıyır. Lakin, şikayətçi bunu etməmiş və mübahisələndirdiyi qərarın ləğvini əsaslandıra bilməmişdir. Beləliklə, sadalanan qanunun tələbləri və işin bütün hallarının tədqiqi nəticəsinə əsaslanaraq, məhkəmə belə qənaətə gəlir ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-**)-****-**** nömrəli mübahisələndirilən qərarı qanuni və əsaslıdır. Bu səbəbdən şikayətdə göstərilənlər qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas olmadığından verilmiş şikayət təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDI: Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-**)-****-**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir, ondan şikayət verilə bilməz. Hakim Zəfər Əhmədov
Məhkəmə qərarları › İş №3(3-6)-1543/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-1543/2026
04.06.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver