Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-1545/2026 25.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi Babayev Qədim Xalid oğlu, Məhkəmə iclas katibi İsgəndərova Afaq Sənan qızının iştirakları ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata xitam verilməsinə dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarından tələbkar Zərərçəkmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında məhkəmə iclasında baxaraq müəyyən e t d i m: Bakı şəhəri Xətai rayon İcra Şöbəsindən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsdinə tərtib edilmiş ## ### 2026-cı il tarixli MN 2486676 inzibati xəta haqqında protokol baxılması üçün birinci instansiya məhkəməsinə göndərilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli qərarı ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata barəsində inzibati icraat aparılan şəxsin əməlində inzibati xəta tərkibi olmadığından xitam verilmişdir. Həmin qərardan narazı qalan tələbkar Zərərçəkmiş şəxs apellyasiya şikayəti verərək Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayətin dəlilləri və tərəflərin çıxışları: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ## #### 2025-ci il tarixli, 2(011)- ****/**** saylı qərarı ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs mənim xeyrimə 10245 manat tutulmuşdur. Həmin məhkəmə qərarının icrası zamanı o, ## ###### 2025-ci il tarixində ona 4000 manat qaytarmış və 2026-cı ilin yanvar və fevral aylarında hər ay 300 manat ödəməyi, 2026-cı ilin mart-aprel aylarında isə qalan məbləği tam şəkildə ödəməyi öhdəsinə götürmüşdür. Bakı şəhəri üzrə məhkəmə icraçısı Tural Rəhimov tərəfindən bununla bağlı müvafiq sənəd tərtib edilmişdir. Hazırkı vaxta qədər ona cəmi 4600 manat ödənilmişdir. Onun öhdəliyinin icra müddəti başa çatmış, lakin o, sonrakı ödənişlərdən yayınmışdır. ## ### 2026-cı il tarixində Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Xətai rayon Polis İdarəsinin 37-ci Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılmış və Xətai Rayon Məhkəməsinə gətirilmişdir. Lakin məhkəmə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs iddia ərizəsinə onun iştirakı olmadan baxmış və Əsgərov Fərruxdan borc tam ödənilənədək hər ay 300 manat tutulmasə qərarına gəlmişdir. Ona qarşı aparılan inzibati işlə bağlı isə onun heç bir məlumatı yoxdur. Zərərçəkmiş şəxs bu qərarla razı deyil, çünki məhkəmə həmin qərarı onun iştirakı olmadan və onu məlumatlandırmadan qəbul etmişdir. Ötən il Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs atasının evini satmışdır, maddi vəziyyəti yaxşı və sabitdir, vergi orqanlarından gizlətdiyi daimi gəlirləri vardır. Məhkəmə belə cüzi məbləğ müəyyən edərkən nəzərə almalı idi ki, onun 76, həyat yoldaşının isə 77 yaşı vardır. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs təqsiri üzündən hələ də Mingəçevir şəhərində kirayə mənzildə yaşayır. Hələ 2 il əvvəl Bakı şəhərinin Hövsan qəsəbəsində yerləşən öz evlərinə köçməli idilər, lakin borclunun təqsiri səbəbindən ağır şəraitdə yaşamağa davam edirlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 261 və 262-ci maddələrini rəhbər tutaraq, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli qərarının ləğv edilməsini və X1 2025-ci ilin noyabr ayında məhkəmə icraçısı Tural Rəhimov tərəfindən tərtib edilmiş və qəbzlə təsdiq olunmuş öhdəliyin şərtlərinə uyğun olaraq qalan 5645 manat məbləğini birdəfəlik qaytarmasının təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtıl barədə lazımı qaydada məlumatlandırılmış tərəflər məhkəmə iclasında iştirak etmədiyindən sədrlik edən məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. İşin halları və hüquqi məslələr: Təqdim olunmuş materialı nəzərdən keçirib, şikayətin dəlillərini araşdırıb hesab edirəm ki, aşağıdakı əsaslara görə verilmiş şikayət təmin edilməməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ## #### 2025-ci il tarixli icra sənədindən görünür ki, cavabdeh Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs iddiaçı Zərərçəkmiş şəxs xeyrinə 9826.95 manat məbləğində pul vəsaiti tutulması, dövlət rüsumunun əvəzi olaraq 118.27 məbləğində pul vəsaiti Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tutularaq Zərərçəkmiş şəxs ödənilməsi, mülki iş üzrə cəlb edilmiş mütəxəssis tərəfindən aparılmış tədqiqatın dəyəri olan 300 manat məbləğində pul vəsaitinin cavabdeh Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tutularaq iddiaçı Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir; - icraata başlama haqqında ## ####### 2025-ci il tarixli qərarın surətindən görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ## #### 2025-ci il tarixli icra sənədinə əsasən iş üzrə icraat başlanılmış və icraata başlanması haqqında qərar icra olunması üçün müvafiq bildirişlə birlikdə göndərilmişdir; -Bakı şəhəri Xətai rayon İcra Şöbəsindən daxil olmuş ## ### 2026-cı il tarixli MN 2486676 inzibati xəta haqqında protokoldan görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ## #### 2025-ci il tarixli icra sənədinə əsasən qalıq borc olan 5645.22 manat pulu tələbkar Zərərçəkmiş şəxs ödənilməmişdir. Bununla da o, İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. -## ### 20256-cı il tarixli izahatdan görünür ki, borclu 2025-ci ilin noyabr ayında 4000 manat ödəmişdir, 2026-cı ilin fevral ayında 300 manat, mart ayında isə 300 manat ödəniş etmişdir. Birinci instansiya məhkəmə iclasında iştirak etmiş Bakı şəhəri Xətai rayon İcra Şöbəsinin icra məmuru X2 inzibati xəta haqqında protokolun dəlillərinə uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq icra sənədi üzrə icraata başlamaq haqqında qərar qəbul edilərək borcluya tələbin icrası üçün bildiriş göndərilmişdir. Bundan sonra, dəfələrlə borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs yazılı və şifahi xəbərdarlıq edilərək qətnamənin icrası tələb olunmuşdur. Borclu, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs icrası bütün şəxslər üçün məcburi olan icra vərəqəsinin icrasını tam təmin etməmiş, icra sənədinin icrasından qərəzli olaraq yayınmış, icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Göstərilənlərə əsasən borclu şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Beləliklə o, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində qanunvericilikdə nəzərdə tutulmuş müvafiq inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Eyni zamanda, birinci instansiya məhkəməsində barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə özünü təqsirli bilməyərək bildirmişdir ki, imkanı olduqca ödənişlər həyata keçirir. Bu səbəbdən barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, hazırkı halda isə borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən icra sənədi üzrə ödənişlərin edilməsi təmin olunmaqla icra sənədinin üzrsüz səbəblərdən icra edilməməsi halının mövcudluğu istisna olunduğundan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata əməlində inzibati xəta tərkibi olmadığından xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə birinci instansiya məhkəməsinin qənaəti ilə razılaşaraq qeyd edir ki, iş matreialına əlavə edilmiş izahatdan da aydın olur ki, iş üzrə borclunun icra sənədini üzrlü səbəblər olmadan icra etməməsi halı müəyyən edilmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda İnzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Hesab edirəm ki, birinci instansiya məhkəməsi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata xitam verilməsi barəsində qəbul edilmiş qərar əsaslıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Beləliklə, apellyasiya instansiyası məhkəməsi göstərilənləri və işin hallarını hərtərəfli nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı qanuni və əsaslı hesab edilməklə qüvvəsində saxlanılmalı, şikayətin dəliləri əsassız olduğu üçün təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128- 136-cı maddələrini rəhbər tutaraq qərara alıram: Tələbkar Zərərçəkmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata xitam verilməsinə dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı verilmiş apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərardan şikayət verilə bilməz. Hakim Qədim Babayev
Məhkəmə qərarları › İş №3(3-6)-1545/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-1545/2026
25.05.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver