Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-1546/2026 01.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi Əliyev Emin Zöhrab oğlu, Kamranlı Mahsun Şahin oğlunun katibliyi ilə, Bakı şəhər Baş Polis Idarəsi X1 Idarəsinin nümayəndəsi X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) iştirakları ilə, Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 342.7 və 327.7-ci maddələri ilə təqsirli bilinərək tənbeh olunması haqqında inzibati iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli *(*-**)-****/**** saylı qərarından Bakı Şəhər Baş Polis Idarəsi X1 Idarəsi tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: Inzibati xəta haqqında iş üzrə icraat materiallarından və Bakı şəhər X1 Idarəsi tərəfindən qəbul edilmiş ##.##.2026-cı il tarixli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Qərardan şikayət verən orqan (şəxs), ##.##.2026-cı il tarixdə saat 17:09-da Bakı şəhəri ərazisində, “Mercedes Benz E 240" minik markalı **-FE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən, Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 342.7 və 327.7ci maddələri ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək tənbeh edilmişdir. Qərardan şikayət verən orqan (şəxs), barəsində Bakı şəhər X1 Idarəsi tərəfindən qəbul edilmiş ##.##.2026-cı il tarixli inzibati tənbeh vermə haqqında qərardan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət vermişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (hakim K.Y.Babayev) ## ### 2026-cı il tarixli qərarından görünür ki, şikayət qismən təmin olunaraq, Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 342.7 və 327.7-ci maddələri ilə təqsirli bilinərək tənbeh olunması haqqında, Bakı şəhər X1 Idarəsi tərəfindən qəbul edilmiş ##.##.2026-cı il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilmiş və işə yenidən baxılması Bakı şəhər X1 Idarəsinə həvalə edilmişdir. Birinci instansiya məhkəməsi mövqeyini belə əsaslandırmışdır: “...Məhkəməyə təqdim edilmiş materiallardan görünür ki, inzibati orqan tərəfindən qəbul edilmiş qərar yalnız qərar tərtib etmiş vəzifəli şəxsin əyani müşahidəsinə əsaslanmışdır. Bundan əlavə, sürücü IXM-nin 342.7 və 327.7-ci maddələri ilə barəsində tərtib olunmuş protokoldan şikayət verdiyini və məhkəmə tərəfindən yenidən araşdırmaya göndərildiyini, lakin onun iştirakı olmadan, izahatı alınmadan işə baxılıb protokolun qüvvədə saxlanıldığını qeyd etmişdir. Səlahiyyətli orqanın nümayəndəsi hər hansı videogörüntü və ya fotoşəkil olmadığını, sadəcə şəxsin izahatının olduğunu bildirmişdir. Halbuki, həmin izahatda şəxs nömrəni ön şüşəyə qoyduğunu bildirmişdir ki, belə olan halda əməl IXM-nin 342.1.3-cü maddəsi ilə tövsif edilməli idi. Iş üzrə həqiqətin müəyyən edilməsi və ədalət mühakiməsinin tam təmin olunması məqsədilə IXM-nin 134.1.4cü maddəsinə uyğun olaraq, qərarın ləğv edilməsi və işin yenidən baxılması üçün aidiyyəti üzrə səlahiyyətli orqana göndərilməsi zəruridir. Yenidən baxılma zamanı inzibati orqan işin hallarını tam və hərtərəfli araşdırmalı, tərəflərin iştirakını təmin etməli və toplanmış sübutlara obyektiv qiymət verməklə qanuni və əsaslandırılmış qərar qəbul etməlidir. Eyni zamanda, inzibati tənbeh vermə haqqında qərarda, qərarın nömrəsi də qeyd edilməmişdir ki, bu da özlüyündə prosessual bir pozuntudur...”. Qərardan, Bakı Şəhər Baş Polis Idarəsi X1 Idarəsi apellyasiya qaydasında şikayət verərək, inzibati iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli qərarının ləğv edilməsini və Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 327.7-ci maddəsinə əsasən, Qərardan şikayət verən orqan (şəxs) barəsində Bakı Şəhəri Baş Polis Idarəsi X1 Idarəsinin vəzifəli şəxsin tərəfindən qəbul edilmiş ##.##.2026-cı il tarixli inzibati tənbeh vermə haqqında qərarın dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. Şikayətin dəlilləri və tərəflərin çıxışları: Şikayət onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 99.1.1-ci maddəsində inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilməsi inzibati xəta haqqında iş üzrə icraata başlamağa səbəblərdən biri kimi göstərilmişdir. Qərardan şikayət verən orqan (şəxs) ## ###### 2026-cı il tarixində saat 17:09 radələrində idarə etdiyi Mercedes-Benz E240 minik markalı **-FE-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri Nərimanov rayonu ərazisində hərəkətdə olarkən YPX inspektoru tərəfindən saxlanılmış xətanın mahiyyəti sürücüyə izah edilərək barəsində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 342.7 və 327.7-ci maddəsinə əsasən IXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Sürücü Qərardan şikayət verən orqan (şəxs) tərəfindən yol hərəkəti qayda pozuntusuna yol verməsi həmçinin bir il ərzində topladığı cərimə ballarının sayı iş materiallarında öz təsdiqini tapmışdır. Birinci instansiya məhkəməsi həmin hallara tam hüquqi qiymət verməmiş və heç bir əsaslandırma aparmamışdır. Hazırkı işdə qayda pozuntusu YPX inspektoru tərəfindən yerində aşkar edilmiş, inzibati xəta haqqında protokol qanuni qaydada tərtib edilmişdir. Qərardan şikayət verən orqan (şəxs) bildirmişdir ki, ön dövlət qeydiyyat nişanı buferin nasazlığına görə alın şüşəyə qoyulmuşdur. YPX inspektoru isə sürücünü saxlayarkən avtomobilin önündə hər hansı dövlət qeydiyyat nişanını aşkar etməmişdir. Məhkəmə iclasında, inzibati orqanın nümayəndəsi X2, şikayətin dəlillərinə uyğun çıxış edərək, mübahisəli faktla bağlı təqdim oluna biləcək əlavə dəlillərin olmadığını qeyd edərək, şikayətin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Qərardan şikayət verən orqan (şəxs), şikayətin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Işin halları və hüquqi məsələlər: Apellyasiya instansiyası məhkəməsi verilmiş şikayəti inzibati xəta haqqında iş üzrə icraat materialları ilə əlaqəli şəkildə hərtərəfli, tam və obyektiv araşdırıb, tərəflərin çıxışlarını nəzərə alaraq qeyd edir ki, şikayət təmin edilməməli və inzibati iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya instansiyası məhkəməsi belə qənaətə gələrkən, verilmiş şikayətlə bağlı inzibati xəta haqqında iş üzrə aparılmış icraatın xüsusiyyətlərini, qəbul edilmiş məhkəmə qərarının qanuniliyini və əsaslılığını, iş üzrə toplanmış və əlavə təqdim edilmiş materiallar əsasında yoxlamağı və qanunvericiliyin tələblərini rəhbər tutmağı vacib hesab edir. Belə ki, Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən, qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Inzibati xəta haqqında işlərə hakim və ya səlahiyyəti orqan (vəzifəli şəxs) tərəfindən baxılarkən, xətanın müəyyən edilməsi məqsədilə işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasını həyata keçirmək üçün qanunvericiliyin tələbləri baxımından irəli gələn bütün zəruri tədbirlərin görülməsi tələb olunur. Apellyasiya instansiyası məhkəməsi inzibati xəta haqqında iş üzrə aparılmış icraatın xüsusiyyətlərini, qəbul edilmiş məhkəmə qərarının qanuniliyini və əsaslılığını təqdim edilmiş iş materialları əsasında yoxlayaraq qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən inzibati xəta haqqında iş üzrə qəbul edilmiş qərar işin faktiki hallarına uyğundur. Belə ki, birinci instansiya məhkəməsi yuxarıda göstərilən məsələ üzrə qərar qəbul edərkən, bu məsələnin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırıb ətraflı təhlil etmiş, gəldiyi nəticəni qanunun tələblərinə istinad edərək əsaslandırmışdır. Məhkəmədə bu məsələ ilə bağlı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və inzibati orqanın nümayəndəsinin izahatı dinlənilmş, sənədlər tədqiq olunmuş, təhlillər aparılmış və araşdırma üzrə nəticə etibarı ilə qanuni və əsaslı məhkəmə aktı qəbul edilmişdir. Apellyasiya instansiyası məhkəməsi inzibati iş üzrə toplanmış icraat materiallarında olan məlumatarı nəzərə alaraq, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, şikayətin dəlilləri həmin nəticənin qanuniliyini şübhə altına almağa heç bir əsas vermir. Belə ki, inzibati iş üzrə mübahisəli və araşdırılması tələb olunan kifayət qədər ziddiyyətli məqamlar mövcuddur. Apellyasiya instansiyası məhkəməsi xüsusi olaraq vurğulayır ki, birinci instansiya məhkəməsində aparılmış məhkəmə icraatından və inzibati orqanın şikayətindən göründüyü kimi, Qərardan şikayət verən orqan (şəxs), idarə etdiyi avtomobilin ön dövlət qeydiyyat nişanını buferin nasazlığına görə alın şüşəyə qoyuduğunu, YPX inspektoru isə sürücünü saxlayarkən avtomobilin önündə hər hansı dövlət qeydiyyat nişanını aşkar etmədiyini bildirmişdir. Beləliklə, Bakı şəhər X1 Idarəsi tərəfindən ##.##.2026-cı il tarixli inzibati tənbeh vermə haqqında qərarın qəbul edilməsi ilə bağlı inzibati xəta haqqında iş üzrə, Qərardan şikayət verən orqan (şəxs), ##.##.2026-cı il tarixdə saat 17:09-da Bakı şəhəri ərazisində, “Mercedes Benz E 240" minik markalı **-FE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən, Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 342.7 və 327.7-ci maddələri ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair tərəflər arasında ciddi mübahisə mövcuddur. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Odur ki, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə materialda olan sənədlərə və qanunun tələblərinə uyğun olduğu üçün şikayətin dəlilləri həmin nəticənin qanuniliyini şübhə altına almağa heç bir əsas vermir. Apellyasiya instansiyası məhkəməsi qeyd edir ki, birinci instansiya məhkəməsinin qərarında qeyd olunan halların inzibati orqan tərəfindən araşdırılmasının zəruriliyi və məlumatların mahiyyəti üzrə yoxlanılmasının mümkünlüyü düzgün nəzərə alınmışdır. Qeyd olunan xüsusatlara əsasən birinci instansiya məhkəməsinin inzibati xəta haqqında iş üzrə toplanmış icraat materiallarına əsasən gəldiyi nəticə maddi və prossesual hüquq normalarının tələbləri baxımından tam əsaslıdır. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 106.0.5-ci maddəsinə əsasən, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən, həll etməli olduğu məsələlərdən biri də mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplanılmasının yoxlanılmasıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Şikayətin dəlilləri, inzibati iş üzrə birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsinə əsas vermir. Odur ki, qanunvericiliyin müddəalarını nəzərə alan və inzibati xəta haqqında iş üzrə icraat materiallarını tədqiq edən apellyasiya instansiyası məhkəməsi, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticəni işin faktiki hallarına uyğun hesab edir. Belə ki, inzibati xəta haqqında iş üzrə icraat materiallarını müqayisəli təhlil edən birinci instansiya məhkəməsi maddi və prossesual hüquq normalarına əsaslanaraq qanuni qərar qəbul etmişdir. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən, qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Yuxarıda qeyd olunan xüsusatlara əsasən, şikayət təmin edilməməli və Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 342.7 və 327.7-ci maddələri ilə təqsirli bilinərək tənbeh olunması haqqında, Bakı şəhər X1 Idarəsi tərəfindən qəbul edilmiş ##.##.2026-cı il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və işə yenidən baxılmasının Bakı şəhər X1 Idarəsinə həvalə edilməsinə dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanları və Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 128, 133, 134, 135 və 136-cı maddələrinin tələblərini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi QƏRARA A L D İ: Şikayət təmin edilməsin. Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 342.7 və 327.7-ci maddələri ilə təqsirli bilinərək tənbeh olunması haqqında, Bakı şəhər X1 Idarəsi tərəfindən qəbul edilmiş ##.##.2026-cı il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və işə yenidən baxılmasının Bakı şəhər X1 Idarəsinə həvalə edilməsinə dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir, ondan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №3(3-6)-1546/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-1546/2026
01.06.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver