Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-1548/2026 04.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakim Məmmədov Murad Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Nağıyeva Milana Varis qızının katibliyi ilə, Azərbaycan Respublikası Daxili Işlər Nazirliyi Bakı Şəhər Baş Polis Idarəsinin X1 Idarəsinin nümayəndəsi X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) iştirakı ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin Azərbaycan Respublikası DIN-nin Bakı şəhər BPI X1 Idarəsinin Qərardan şikayət verən orqan (şəxs) AR IXM-nin 342.2.2-ci maddəsi ilə tənbeh edilməsinə dair qərarının ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi haqqında *(*-**)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərarından Bakı şəhər BPI X1 Idarəsi rəisi Rəşid Piriyev tərəfindən verilmiş şikayət üzrə işə apellyasiya icraatı qaydasında Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baхaraq, Müəyyən etdim: Şikayətçi Qərardan şikayət verən orqan (şəxs) şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhər DYPI-nin ##.##.2026-ci il tarixli TP ******* saylı qərarı ləğv edilməsi və barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhər DYPI-nin ##.##.2026-cı il tarixli, IXP seriyalı, ******* saylı protokol əsasında tərtib olunmuş Bakı şəhər DYPI-nin ##.##.2026-ci il tarixli TP ******* saylı qərarına əsasən Azərbaycan Respublikası IXM-nin 342.2.2-ci maddəsi ilə 150 manat cərimə edilmişdir. Nəqliyyat vasitəsinə “coilover” quraşdırdığını inkar etmir, lakin qeyd olunan əməl AR IXM-in 342.2.2-ci maddəsinin tələblərini pozmur. Həmin maddəyə əsasən yalnız normativ tələblər pozulmaqla əlavə avadanlıqlar quraşdırıldıqda inzibati məsuliyyət yaradır. Tərəfindən quraşdırılmış “coilover” beynəlxalq standartlara uyğun məhsuldur, beynəlxalq standartlara uyğunluğunu təsdiq edən sertifikat da var. “Coilover”i quraşdırdıqdan sonra avtomobili texniki baxışdan keçirmiş, verilmiş rəyə əsasən nəqliyyat vasitəsinin ağırlıq mərkəzində hər hansı bir dəyişiklik baş verməmiş və təhlükəsizlik göstəriciləri pozulmamışdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərarı ilə şikayət təmin edilmiş, Bakı şəhər DYPI-nin ##.##.2026-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilmiş və inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Birinci instansiya məhkəməsinin həmin qərarından narazı qalan Bakı şəhər BPI X1 Idarəsi rəisi Rəşid Piriyev şikayət verərək Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərarının ləğv edilməsini və Qərardan şikayət verən orqan (şəxs) barəsində qəbul edilmiş qərarın dəyişdirilmədən qüvvəsində saxlanılmasını xahiş etmişdir. Tərəflərin izahatları: Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Daxili Işlər Nazirliyi Bakı Şəhər Baş Polis Idarəsinin X1 Idarəsinin nümayəndəsi X2 şikayətin dəlillərinə uyğun izahat verib Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərarının ləğv edilməsini və Qərardan şikayət verən orqan (şəxs) tənbeh vermə haqqında qərarından şikayətinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Qərardan şikayət verən orqan (şəxs) apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Işin halları və hüquqi məsələlər: Məhkəmə apellyasiya qaydasında verilmiş şikayət ilə əlaqədar inzibati işin materiallarını araşdırıb, tərəfləri dinləyib hesab edir ki, verilmiş şikayət təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilərək yeni qərar qəbul edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhər DYPI tərəfindən tərtib olunmuş ##.##.2026-ci il tarixli TP ******* saylı inzibati ## #### 2026-cı il tarixində 01:38-də “Hyundai Sonata” minik markalı, **-VQ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən nəqliyyat vasitələrinin sürücüləri tərəfindən normativ tələblər pozulmaqla, avadanlığın dəyişdirilməsi əsas gətirilərək barəsində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 342.2.2-ci maddəsinə əsasən 150 manat məbləğində cərimə tətbiq edilmişdir. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin gəlmiş olduğu həmin qənaətlə razılaşmır və qeyd edir ki, birinci instansiya məhkəməsi şikayəti təmin etməkdə haqlı olmamış və düzgün nəticəyə gəlməmişdir. Belə ki, Yol hərəkəti haqqında Qanununun; “Yol hərəkəti haqqında” Qanunun 30-cu maddəsinin: İ bəndinə əsasən Azərbaycan Respublikasının ərazisində yol hərəkətində iştirak edən nəqliyyat vasitələrinin texniki vəziyyəti və avadanlığı yol hərəkətinin təhlükəsizliyi və ətraf mühitin mühafizəsi baxımından bu Qanuna * saylı Əlavə ilə müəyyən olunmuş tələblərə uyğun olmalıdır. Texniki cəhətdən nasaz olan bu Qanunun 30-cu maddəsinin VI hissəsinin 1-ci bəndində nəzərdə tutulmuş nəqliyyat vasitələri yol hərəkətinə buraxılmamalıdırlar. II bəndinə əsasən nəqliyyat vasitələrinin sahibləri və ya nəqliyyat vasitələrinin texniki vəziyyətinə cavabdeh olan şəxslər: 1) nəqliyyat vasitələrinin istismarı zamanı onların texniki vəziyyətinə dair müəyyən edilmiş tələblərə riayət etməlidirlər; 2) nəqliyyat vasitələrinin texniki cəhətdən saz vəziyyətdə saxlanılması üçün onlara vaxtlı-vaxtında texniki xidmət göstərməlidirlər; 3) texniki vəziyyəti dövlət standartlarının, yol hərəkəti qaydalarının tələblərinə uyğun gəlməyən, habelə müəyyənləşdirilmiş qaydada qeydə alınmamış, normativ tələblər pozulmaqla avadanlıq quraşdırılmış və ya avadanlığı dəyişdirilmiş və ya qanunla müəyyən edilmiş hallarda texniki baxışdan keçməmiş nəqliyyat vasitələrinin istismarına yol verməməlidirlər. “Yol hərəkəti haqqında” Qanunun * saylı Əlavədə Nəqliyyat vasitələrinin nasazlıqlarının Siyahısı göstərilmişdir. Həmin Əlavənin III bəndinə əsasən - Xarici işıq cihazları ; 1) Xarici işıq cihazlarının miqdarı, tipi, rəngi, yerləşməsi və iş rejimi nəqliyyat vasitəsi konstruksiyasının tələblərinə uyğun olmadıqda. 2) Faraların nizamlanması dövlət standartlarının tələblərinə uyğun olmadıqda. 3) Xarici işıq cihazları və işıq qaytarıcılar müəyyənləşdirilmiş rejimdə işləmədikdə və ya çirklənmiş olduqda. 4) Işıq cihazlarında işıqyayıcılar olmadıqda və ya həmin işıq cihazının tipinə uyğun olmayan yayıcılardan istifadə edildikdə. 5) Sayrışan işıqlar standartın tələblərinə uyğun qurulmadıqda. 6) Geriyə hərəkət fənərləri və dövlət qeydiyyat nişanının, işıqqaytarıcı qeydiyyat, fərqləndirici və tanınma nişanlarının işıqlandırılması istisna edilməklə, nəqliyyat vasitəsinin qabağında qırmızı rəngli, arxasında isə ağ rəngli işıq cihazları və ya işıqqaytarıcılar qurulduqda nasazlıq aradan qaldırılır. Qərardan şikayət verən orqan (şəxs) tərəfindən “Hyundai Sonata” minik markalı, **-VQ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsində “coilover” quraşdırılması işin mübahisəsiz halıdır. Məhkəmə, “Hyundai Sonata” minik markalı, **-VQ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə quraşdırılmış “coilover”in normativ-texniki göstəricilərə uyğun olması iş materialları ilə müəyyən edilmir. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin; 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 12.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 31.3-cü maddəsinə əsasən, hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyirin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakretizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır; 48-ci maddəsinə əsasən, hüquq və azadlıqların qorunması, işin hallarına vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırılması, inzibati xəta törətmiş şəxsi aşkar etmək, inzibati məsluiyyətə cəlb etmək, çıxarılmış qərarın icrasını təmin etmək, habelə inzibati xətanın törədilməsində kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 342.2-ci maddəsinə əsasən normativ tələblər pozulmaqla, avadanlığın quraşdırılmasına və ya dəyişdirilməsinə görə yüz əlli manat məbləğində cərimə edilir. Inzibati xətalar qanunvericiliyinin müddəaları baxımından aşkardır ki, inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunmalı və bu baxımdan iqtisadi maraq, idarəçilik qaydalarının mühafizə olunması, qanunçuluğun möhkəmləndirilməsi və inzibati xətaların qarşısını almaq üçün qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlik prinsipləri təmin edilməlidir. Həmçinin, dövlət orqanları öz növbəsində inzibati xətaların törədilməsinin qarşısının alınması, buna kömək edən səbəbləri və şəraitin aşkar edilməsi, qanunlara ciddi əməl etmək üçün tədbirlərin icra edilməsini təmin etməlidirlər. Beləliklə məhkəmə hesab edir ki, iş materiallarında olan sübutlar əsasında də “Hyundai Sonata” minik markalı, **-VQ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən nəqliyyat vasitələrinin sürücüsü tərəfindən normativ tələblər pozulmaqla, avadanlığın dəyişdirilməsi müəyyən edilmiş, Qərardan şikayət verən orqan (şəxs) əməldə həqiqətən də Azərbaycan Respublikasının IXM-nin 342.2.2-ci maddəsinin tərkib əlamətləri mövcud olmuş və Qərardan şikayət verən orqan (şəxs) həmin maddə ilə 150 manat məbləğində cərimə edilməsinə dair ## #### 2026-cı il tarixli inzibati tənbeh vermə haqqında qərarı qanuni, əsaslı olmuşdur. Azərbaycan Respublikası IXM-nin 134.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 135.1.2 – 135.1.5ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında qərar qəbul edilir. Azərbaycan Respublikası IXM-nin 135.1.2-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında qərar qəbul etmək üçün əsasdır. Beləliklə, materiallardan göründüyü kimi birinci instansiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası IXM-nin 135.1.2-ci maddəsinə əməl olunmayaraq, hakimin gəldiyi nəticələr işin faktiki hallarına uyğun olmamışdır ki, bu da məhkəmənin qərarının ləğv edilməsinə əsas verir. Qeyd olunanlara əsasən Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı, ##.##.2026cı il tarixli qərarı ləğv edilməli, Qərardan şikayət verən orqan (şəxs) şikayəti təmin edilməməli, Azərbaycan Respublikası DIN-nin Bakı şəhər BPI X1 Idarəsinin Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 342.2.2-ci maddəsi ilə təqsirli bilinərək 150 (yüz əlli) manat cərimə edilməsinə dair ##.##.2026-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası IXM-in 134.1.2, 135.1.2-ci maddəsini rəhbər tutaraq, Qərara aldım: Azərbaycan Respublikası DIN-nin Bakı şəhər BPI X1 Idarəsinin rəisi Rəşid Piriyev tərəfindən verilmiş şikayət təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin Qərardan şikayət verən orqan (şəxs) AR IXM-nin 342.2.2ci maddəsi ilə tənbeh edilməsinə dair Bakı şəhər DYPI-nin ##.##.2026-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi haqqında *(*-**)- ****/**** saylı, ##.##.2026-cı il tarixli qərarı ləğv edilsin. Qərardan şikayət verən orqan (şəxs) şikayəti təmin edilməsin. Bakı şəhər DYPI-nin Qərardan şikayət verən orqan (şəxs) AR IXM-nin 342.2.2-ci maddəsi ilə tənbeh edilməsinə dair ##.##.2026-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir, ondan şikayət və ya protest verilə bilməz.
Məhkəmə qərarları › İş №3(3-6)-1548/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-1548/2026
04.06.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver