Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-1549/2026 01.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi Qəniyev Faiq Əsəd oğlunun sədrliyi, məhkəmə iclasının katibi Zeynalova Lalə Allahverdi qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) nümayəndəsi – “De Fendo” Vəkil Bürosunun vəkili Vəkil, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin nümayəndələri – X5, X6 və X12 iştirakları ilə, Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsi tərəfindən qəbul edilmiş ## ##### 2026-cı il tarixli inzibati tənbeh tətbiq edilməsi barədə qərarından verdiyi şikayətin qismən təmin edilməsi, həmin qərarın ləğv edilərək yenidən araşdırma aparılması üçün Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsinə göndərilməsinə dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli *(*-**)-****/**** saylı qərarından Hava Nəqliyyatında Baş Gömrük İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Qərardan şikayət verən orqan (şəxs) şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsi tərəfindən qəbul edilmiş ## ##### 2026-cı il tarixli *****/***** nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və icraata xitam verilməsi, malların gömrük dəyərinin müəyyən edilməsində subyektiv və saxtalaşdırılmış ekspert rəyi deyil, onlar tərəfindən təqdim edilmiş rəsmi alış sənədlərinin (sövdələşmə qiyməti - 3733 Avro = 7466 AZN) əsas götürülməsi, malların ailə üzvləri (5 nəfər) arasında faktiki mülkiyyət və istifadə prinsipləri nəzərə alınaraq, adambaşına 800 ABŞ dolları məbləğində güzəştli limit tətbiq edilməsi və bu limit çıxıldıqdan sonra qalan məbləğin 36 faizi (sadələşdirilmiş gömrük ödənişi) miqdarında ödəniş etməyinə şərait yaradılması və bunun qərarda əks olunmasının təmin edilməsi və alternativ olaraq, Gömrük Məcəlləsinin 301.2-ci maddəsinə uyğun olaraq, malların gömrük ərazisindən geri qaytarılmasına (re-eksportuna) imkan yaradılması barədə müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin rəisi tərəfindən barəsində ## ##### 2026-cı il tarixdə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundna sonra – İnzibati Xətalar Məcəlləsi) 482.1-ci maddəsi ilə 5124 manat məbləğində inzibati cərimə tətbiq edilməsi haqqında qəbul edilmiş *****/***** nömrəli qərarı (Protokol № *****-00346/26) maddi və prosessual hüquq normalarının kobud pozuntusu hesab edir və ləğvini xahiş edir. Belə ki, ## ###### 2026-cı il tarixdə Qərardan şikayət verən orqan (şəxs), ailə üzvləri – bacısı Humay Göyüşova, anası Aytəkin Qarayeva, dayısının yoldaşı Afaq Qarayeva və onun 11 aylıq olan azyaşlı körpəsi Qarayeva Ayla ilə birlikdə saat 18:36-da J*-** saylı Milan-Bakı reysi ilə ölkəyə daxil olmuşdur. Səfərin məqsədi ailəvi turizm və İtaliyanın outlet mağazalarındakı mövsüm endirimlərindən yararlanaraq şəxsi istifadə üçün geyim və əşyalar almaqdan ibarət olmuşdur. X10 Hava Limanında baqajlarını götürüb çıxışa yönələrkən, heç bir gizlətmə üsulu tətbiq etmədən, malları öz orijinal qablaşdırmasında və şəffaf şəkildə, açıq müşahidə olunan tərzdə, adi baqajda daşıdığı halda, gömrük əməkdaşları tərəfindən seçmə üsulu ilə yoxlanışa dəvət edilmişlər. Bu nöqtədə vurğulanmalıdır ki, Gömrük Məcəlləsinin 146-cı maddəsinə və Nazirlər Kabinetinin ## ####### 2013-cü il *** saylı “Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş Qaydalarının təsdiq edilməsi barədə Qərarının 1.3.1 və 3.7-ci bəndlərinə əsasən, fiziki şəxslər malları şifahi, yazılı, elektron yolu ilə bəyan etmək hüququna malikdirlər. “Yaşıl kanal”a daxil olmağımız "bəyan edilməli malı yoxdur" kimi mənada qəbul edilməsi inzibati orqan tərəfindən tövsif olunsada, Qanunvericilikdə verilən izah fərqlidir. Belə ki, həmin *** saylı Qərarın 3.2.-ci bəndinə əsasən “Yaşıl kanal“ buraxılış sistemi fiziki şəxslər tərəfindən malların (müşayiət olunmayan baqajda keçirilən və poçt göndərişlərində göndərilən mallar istisna olmaqla) şifahi formada gömrük orqanlarına bəyan edilməsi üçün nəzərdə tutulur. Şifahi formada bəyan etmənin Azərbaycan dilində mənası yəqinki, o da Gömrüyə bəyan olunası mal yoxdur demək deyil”. Əgər sərnişinlər gəliş zalından çıxışa doğru hərəkət edərkən “Yaşıl kanal” buraxılış sistemini seçmişlərsə, gömrük orqanının yanaşmasına görə, bu kanala daxil olma faktının özü, mütləq qaydada yazılı formada bəyan edilməli olan malların sərnişinin üzərində və baqajında olmamasının şifahi bəyanetmə forması hesab olunur. Lakin hava limanındakı hüquqi reallıq daha mürəkkəb xarakter daşıyır. Belə ki, sərnişinin gömrük nəzarəti zonasında olması, hətta “Yaşıl kanal” xəttini keçdikdən sonra belə, əgər nəzarət seçmə yoxlama formasında həyata keçirilirsə, bəyanetmə prosesinin avtomatik olaraq başa çatması anlamına gəlmir. Gömrük Məcəlləsinin 304.2-ci maddəsi birbaşa müəyyən edir ki, seçmə baxış zamanı yazılı bəyan edilməli mallar aşkarlandıqda şəxsə sadələşdirilmiş bəyannamə vermək və rüsumu ödəmək imkanı yaradılmalıdır. Bu birbaşa gömrük əməkdaşının vəzifəsidir. Bu halda isə gömrük orqanı bu hüquqi imkanı bloklayaraq, vəziyyəti dərhal inzibati xəta müstəvisinə keçirmişdir. Bu norma həlledici əhəmiyyətə malikdir: qanunverici kanal seçimində yol verilmiş xətanın dərhal inzibati xəta haqqında işin başlanması yolu ilə deyil, rəsmiləşdirmə və ödəniş proseduru vasitəsilə aradan qaldırılması mexanizmini birbaşa təsbit edir. Hadisənin real xronologiyası sübut edir ki, yoxlama zamanı Qərardan şikayət verən orqan (şəxs) və ailə üzvləri tam səmimi və konstruktiv davranmış, malları dərhal təqdim etmiş və onların alış qiymətini təsdiq edən outlet çeklərini, habelə bank tətbiqlərindəki ödəniş çıxarışlarını (faktiki sövdələşmə dəyərini) əməkdaşlara göstərmişlər. Lakin gömrük əməkdaşları "sabah gəlib rüsumu ödəyib malları götürərsiniz" vədi ilə onları yönləndirərək, əslində 5 nəfərə məxsus olan malları süni şəkildə yalnız iki nəfərin (Lizbar və Humay Göyüşovalar) adına rəsmiləşdirmişlər. Bu, inzibati hüququn təməl prinsiplərindən olan "legitim gözlənti" və mütənasiblik prinsiplərinin birbaşa pozulmasıdır. Dövlət orqanının yaratdığı hüquqi gözlənti nəticəsində şəxs öz əleyhinə sənədləşməyə razılıq vermiş, sonradan isə həmin sənədlər ona qarşı repressiv vasitə kimi istifadə olunmuşdur. Faktiki olaraq, gətirilən malların siyahısı və kəmiyyəti onların kommersiya məqsədi daşımadığını və 5 nəfərlik ailə üçün minimum fərdi ehtiyac olduğunu birmənalı təsdiq edir. Məsələn, 5 nəfər üçün cəmi 5 cüt ayaqqabı və 8 ədəd geyim əşyasının gətirilməsi hər bir ailə üzvü üçün cəmi 1 vahid mal deməkdir ki, bu da *** saylı Qərarın 1.5-ci maddəsində müəyyən edilmiş "şəxsi istifadə" limitləri daxilindədir. Təqdim etdikləri bu real alış rəqəmləri əvəzinə, “Azərekspertiza” Birliyinin eksperti Samir Əliyev tərəfindən tərtib edilmiş ## #### 2026cı il tarixli ** nömrəli rəydə malların dəyəri subyektiv olaraq 11375 manat müəyyən edilmişdir. Araşdırma zamanı məlum olmuşdur ki, ekspert nəinki real alış sənədlərini görməzdən gəlmiş, hətta rəyin yekun hissəsində heç bir metodoloji izah vermədən cəmlərin üzərinə mexaniki olaraq 2000 manat əlavə etmişdir (riyazi saxtakarlıq). Bu hal mütəxəssis rəyini tamamilə etibarsız edir və inzibati icraatın saxta rəqəmlər üzərində qurulduğunu və Hava Nəqliyyatında Baş Gömrük İdarəsi və “Azərekspertiza” Birliyi tərəfindən birgə həyata keçirilən qərəzli və sifarişli xarakterini sübut edir. Həmçinin, ona məxsus olan və 2025-ci ilin mart və sentyabr aylarında çəkilmiş şəkillərdə aydın görünən, yəni əvvəllər alınmış və istifadədə olan boz "Gucci" şərfinin də yeni mal kimi qiymətləndirilməyə daxil edilməsi gömrük orqanının qərəzli mövqeyini nümayiş etdirir. İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsi üzrə məsuliyyət yalnız malın bəyan edilməməsi və ya gizlədilməsi (qəsdən yayındırma) halında yarana bilər. Onların halda mallar gizlədilməmiş, ilk sorğuda təqdim edilmiş və ailə üzvləri arasında faktiki bölüşdürülmüşdür. Gömrük Məcəlləsinin 301.2-ci maddəsi rüsum ödənişi ilə bağlı mübahisə yarandıqda sərnişinə malları geri qaytarmaq (re-eksport) və ya müvəqqəti saxlanca qoymaq hüququ verir. Onlar bu hüquqlarından istifadə etmək istədiyini bildirsə də, gömrük orqanı birbaşa cəza mexanizmini seçmişdir. Məsələ ailə tərkibi (5 nəfər x 800 USD limit) nəzərə alınmaqla, real sövdələşmə qiyməti əsasında rəsmi rüsumların ödənilməsi müstəvisində həll edilməli idi. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli *(*-**)-****/**** saylı qərarı ilə şikayətçi Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsi tərəfindən qəbul edilmiş ## ##### 2026- cı il tarixli, *****/***** nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətin qismən təmin edilməsi, həmin qərarın ləğv edilərək yenidən araşdırma aparılması üçün Hava Nəqliyyatında Baş Gömrük İdarəsinə göndərilməsi qərara alınmışdır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli *(*-**)-****/**** saylı qərarından Hava Nəqliyyatında Baş Gömrük İdarəsi apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilərək Qərardan şikayət verən orqan (şəxs) İnzibati Xətalar Məcəlləsinin 482.1ci maddəsi ilə cərimə olunmasına dair Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin ## ##### 2026-ci il tarixli, *****/***** nömrəli inzibati tənbeh vermə haqqında qərarının qüvvədə saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti qanunvericilik normalarına istinad edilərək onunla əsaslandırılmışdır ki, məhkəmənin bu hüquqi mövqeyi Gömrük Məcəlləsinin 300.2, 300.3, 300.4, 304.1 və 304.2-ci maddələrinin, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ####### 2013-cü il tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş Qaydaların 3.2, 3.3 və 3.7-ci bəndlərinin sistemli və məqsədyönlü şərhinə uyğun deyildir. Normaların məzmunundan aydın olur ki, qanunverici fiziki şəxsin sərhəd buraxılış məntəqəsində davranışını iki fərqli hüquqi rejimə ayırmışdır: yazılı bəyan edilməli mallar olmadıqda “Yaşıl kanal”, yazılı bəyan edilməli mallar olduqda isə “Qırmızı kanal”. Buna görə də “Yaşıl kanal”ın seçilməsi sadəcə sərnişinin hərəkət istiqaməti deyil, malların bəyan edilməsi üzrə konkret hüquqi iradə ifadəsidir. Nəticə etibarilə, “Yaşıl kanal”dan istifadə edilməsi qanunvericilik baxımından hüquqi nəticə yaratmayan hərəkət deyildir. Bu seçim fiziki şəxsin gömrük orqanına “yazılı formada bəyan edilməli mal yoxdur” məzmununda verdiyi şifahi bəyan kimi qəbul olunmalıdır. Buna görə də sonradan seçmə baxış zamanı yazılı formada bəyan edilməli malların aşkar edilməsi həmin şifahi bəyanın obyektiv həqiqətə uyğun olmadığını göstərir. Məhkəmə isə Məcəllənin 304.2-ci maddəsini 304.1-ci maddəsindən təcrid olunmuş şəkildə şərh etmişdir. Halbuki 304.2-ci maddə “Yaşıl kanal”dan istifadə etməklə verilmiş şifahi bəyanın hüquqi nəticəsini aradan qaldırmır. Həmin norma yalnız gömrük orqanının seçmə baxış səlahiyyətini və baxış zamanı aşkar edilmiş malların sonrakı rəsmiləşdirilməsi mexanizmini müəyyən edir. Başqa sözlə, 304.2-ci maddədə göstərilən “fiziki şəxs həmin mallara dair bəyannamə verməli və müvafiq gömrük ödənişlərini ödəməlidir” müddəası aşkar edilmiş malların gömrük nəzarətindən kənarda qalmasının qarşısını almağa, onların rəsmiləşdirilməsini təmin etməyə yönəlmişdir. Bu müddəa şəxsin inzibati məsuliyyətini istisna edən norma kimi şərh oluna bilməz. Çünki inzibati xəta şəxsin yazılı formada bəyan edilməli malları olduğu halda “Yaşıl kanal”dan istifadə etməsi və həmin malları əvvəlcədən bəyan etməməsi anında artıq baş vermiş olur. Əks halda, Gömrük Məcəlləsinin 300.3 və 300.4cü maddələrinin hüquqi mənası tamamilə aradan qalxmış olar. Çünki belə yanaşmaya görə yazılı formada bəyan edilməli malları olan istənilən fiziki şəxs əvvəlcə “Yaşıl kanal”dan keçməyə cəhd edə, yalnız seçmə baxış zamanı saxlanıldıqda isə bəyannamə verməklə məsuliyyətdən yayınmış hesab oluna bilərdi. Bu isə “Yaşıl kanal” və “Qırmızı kanal” sistemlərinin mahiyyətinə, gömrük nəzarətinin preventiv funksiyasına və bəyanetmə öhdəliyinin məcburi xarakterinə ziddir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ilə təsdiq edilmiş 2013-cü il ## ####### tarixli *** saylı “Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş Qaydaları”da (bundan sonra – Qaydalar) eyni hüquqi nəticəni təsdiq edir. Bu Qaydaların * nömrəli Əlavəsinə əsasən bu Qaydalarla müəyyən edilmiş hədlərdən artıq və ya bu Qaydaların şərtlərinə uyğun olmayan mallar fiziki şəxslər tərəfindən Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilərkən “Qırmızı kanal“ buraxılış sistemi vasitəsilə yazılı formada bəyan edilməlidir. Bu Qaydaların 3.7-ci bəndində isə müşayiət olunan baqajda keçirilən və ümumi gömrük dəyəri 800 ABŞ dollarının ekvivalenti məbləğindən artıq olan mallar üzrə sadələşdirilmiş bəyannamənin mal gömrük sərhədinə gətirilənədək əvvəlcədən elektron formada və ya mal gömrük sərhədinə gətirildikdən sonra yazılı formada malların gömrük orqanına təqdim edilməsi ilə eyni vaxtda verilməli olduğu müəyyən edilmişdir. Bu norma da şəxsin “Yaşıl kanal”dan keçdikdən və seçmə baxışda saxlanıldıqdan sonra artıq aşkar edilmiş mallara görə inzibati məsuliyyətdən azad edilməsini nəzərdə tutmur. Əksinə, Qaydaların 3.7-ci bəndi yazılı bəyanetmənin nə vaxt və hansı qaydada həyata keçirilməli olduğunu müəyyən edir. Şəxs yazılı bəyan edilməli malları olduğu halda “Qırmızı kanal”dan istifadə etməli və sadələşdirilmiş bəyannaməni malların gömrük orqanına təqdim edilməsi ilə eyni vaxtda verməli idi. Bu öhdəlik yerinə yetirilmədikdə və şəxs “Yaşıl kanal” vasitəsilə çıxışa yönəldikdə, artıq gömrük orqanına verilmiş şifahi bəyanın düzgün olmadığı hüquqi fakt kimi formalaşır. Gömrük orqanı şəxsin qanunla müəyyən edilmiş yazılı bəyanetmə öhdəliyini icra etməsinə mane olmamışdır. Əksinə, şəxs yazılı bəyan edilməli malları olduğu halda əvvəlcədən “Qırmızı kanal”ı seçməli və sadələşdirilmiş bəyannamə təqdim etməli idi. Onun “Yaşıl kanal” vasitəsilə çıxışa yönəlməsi isə Gömrük Məcəlləsinin 304.1-ci maddəsinə əsasən yazılı formada bəyan edilməli malların olmaması barədə şifahi bəyan kimi qəbul edilir. Məhkəmə müdafiə tərəfinin malların 5 nəfər ailə üzvü üçün nəzərdə tutulması barədə izahını əsas götürsə də, nəzərə almamışdır ki, həmin mallar faktiki olaraq 5 nəfərin ayrı-ayrı baqajlarından deyil, yalnız X7 və Qərardan şikayət verən orqan (şəxs) baqajlarından aşkar edilmişdir. Əlavə olaraq qeyd olunmalıdır ki, Qaydaların 1.5ci bəndinin tələblərinə əsasən, fiziki şəxslər tərəfindən gömrük sərhədindən keçirilən malların təyinatı fiziki şəxsin səfərinin bütün halları nəzərə alınmaqla, malların gömrük sərhədindən fiziki şəxsin və onun ailə üzvlərinin şəxsi istifadəsi və istehlakı məqsədləri üçün keçirildiyi yəqinləşdirilməklə, onların xassələri, miqdarı, habelə sərhəddən keçirilməsinin mütəmadiliyi əsasında gömrük orqanları tərəfindən müəyyən edilir. Bu baxımdan məhkəmənin malların ümumilikdə ailə üzvləri üçün nəzərdə tutulması barədə müdafiə tərəfinin subyektiv izahına əsaslanaraq inzibati xəta tərkibini aradan qaldırması düzgün hesab edilə bilməz. Belə ki, iş materiallarından göründüyü kimi, mübahisə predmeti olan mallar bütün ailə üzvlərinin ayrı-ayrı baqajlarından deyil, yalnız X7 və Qərardan şikayət verən orqan (şəxs) məxsus baqajlardan aşkar edilmişdir. Bu halda həmin malların sonradan digər ailə üzvləri arasında bölüşdürülməsi barədə verilən izah və ya 5 nəfər ailə üzvünün eyni hərəkət istiqamətindən gəlməsi malların gömrük sərhədindən keçirildiyi anda onların faktiki olaraq kimin baqajında daşınması və kim tərəfindən bəyan edilməli olması faktını dəyişdirmir. Hazırkı iş üzrə isə çoxsaylı brend geyim, ayaqqabı, çanta, şərf, ətir və aksesuarların yalnız iki şəxsin baqajından aşkar edilməsi, Qərardan şikayət verən orqan (şəxs) məxsus malların ümumi dəyərinin 11375 manat, Humay Göyüşovaya məxsus malların ümumi dəyərinin 10248 manat təşkil etməsi onların sadəcə olaraq bütün ailə üzvləri üzrə bölünməklə “bəyan edilməli olmayan şəxsi əşyalar” kimi qiymətləndirilməsinə hüquqi əsas vermir. Hazırkı iş üzrə gömrük orqanının mövqeyi ondan ibarət olmuşdur ki, aşkar edilmiş malların xassələri, miqdarı, habelə sərhəddən keçirilməsinin mütəmadiliyi əsasında şəxsi istifadə üçün nəzərdə tutulmuş mallar kimi deyil, fiziki şəxsin səfərinin bütün halları nəzərə alınmaqla kommersiya təyinatlı mallar kimi qiymətləndirilməlidir. Bu halda isə fiziki şəxslər tərəfindən malların güzəştli və sadələşdirilmiş qaydada keçirilməsinə dair xüsusi normalar tətbiq edilə bilməz. Gömrük Məcəlləsinin 299.3-cü maddəsinə əsasən, fiziki şəxslər gömrük sərhədindən malları istehsal, yaxud kommersiya məqsədləri üçün keçirərkən, gömrük rəsmiləşdirilməsinin bu Məcəllə ilə müəyyən olunmuş ümumi qaydaları tətbiq olunur. Bu baxımdan Gömrük Məcəlləsinin 302-ci maddəsi hazırkı mübahisəyə tətbiq edilə bilən norma kimi qiymətləndirilə bilməz. Çünki həmin maddə fiziki şəxslər tərəfindən keçirilən malların dəyərinin bildirilməsi və yoxlanılması qaydasını fiziki şəxslər üçün nəzərdə tutulmuş xüsusi rejim çərçivəsində tənzimləyir. Həmin xüsusi rejimin ilkin və zəruri şərti isə malların istehsal və kommersiya məqsədləri üçün nəzərdə tutulmamasıdır. Mallar kommersiya təyinatlı hesab edildiyi halda, artıq bu rejimdən deyil, ümumi gömrük rəsmiləşdirilməsi qaydalarından və gömrük tarifinin tətbiqi məqsədilə malların gömrük dəyərinin müəyyən edilməsinə dair ümumi qanunvericilikdən çıxış edilməlidir. Məhkəmə əvvəlcə malların şəxsi istifadə üçün nəzərdə tutulması barədə müdafiə tərəfinin izahını qəbul etmiş, daha sonra həmin yanaşma əsasında Gömrük Məcəlləsinin 302-ci maddəsini tətbiq etmişdir. Halbuki gömrük orqanının mövqeyi malların kommersiya təyinatlı hesab edilməsi barədədir. Belə halda məhkəmə ilk növbədə malların təyinatı məsələsini Gömrük Məcəlləsinin 299.2 və 299.3-cü maddələri baxımından qiymətləndirməli, yalnız bundan sonra hansı dəyərləndirmə rejiminin tətbiq edilməli olduğunu müəyyən etməli idi. Mübahisənin mahiyyəti kommersiya təyinatlı malların gömrük sərhədindən bəyan edilmədən keçirilməsi, həmin malların dəyərinin müəyyən edilməsi və bu dəyər əsasında inzibati məsuliyyət tədbirinin tətbiqi ilə bağlıdır. Bu isə gömrük tarifinin tətbiqi və gömrük dəyərləndirilməsi haqqında ümumi qanunvericiliyin predmetinə daxildir. Mallar kommersiya təyinatlı hesab edildikdə isə gömrük dəyərinin müəyyən edilməsi “Gömrük tarifi haqqında” Azərbaycan Respublikası Qanununun ümumi müddəaları əsasında həyata keçirilməlidir. Həmin Qanunun 7.1-ci maddəsinə əsasən malın gömrük dəyərinin müəyyən edilməsi sistemi beynəlxalq təcrübədə qəbul olunmuş ümumi prinsiplərə, o cümlədən GATT-ın VII maddəsinə və onun tətbiqinə dair Razılaşmaya əsaslanır və gömrük ərazisinə gətirilən mallara şamil edilir. Qanunun 7.2-ci maddəsinə əsasən isə gömrük tarifinin tətbiqi məqsədilə malların gömrük dəyərləndirilməsi qaydaları Gömrük Məcəlləsinə uyğun olaraq həmin Qanunla müəyyən edilir. Bundan əlavə, “Gömrük tarifi haqqında” Qanunun 8.1-ci maddəsinə əsasən, mal gömrük sərhədindən keçirilərkən gömrük dəyəri bəyannaməçi tərəfindən gömrük orqanına bəyan edilir. Həmin Qanunun 8.4-cü maddəsinə görə, gömrük dəyərinin müəyyən edilməsinin düzgünlüyünə gömrük orqanı nəzarət edir. Qanunun 10.1-ci maddəsində isə bəyannaməçi tərəfindən bəyan edilmiş gömrük dəyəri və onun müəyyən edilməsi ilə bağlı məlumatların dəqiq, kəmiyyəti müəyyən oluna bilən və sənədlərlə təsdiq edilmiş məlumatlara əsaslanmalı olduğu təsbit edilmişdir. Gömrük orqanının təqdim edilmiş hər hansı məlumatın, sənədin və ya bəyannamənin düzgünlüyünü araşdırmaq hüququ isə Qanunun 11.1-ci maddəsində birbaşa nəzərdə tutulmuşdur. Belə ki, malların üzərindəki etiketlərin əvvəlcədən çıxarılması da ayrıca qiymətləndirilməlidir. Əgər malların həqiqətən həmin çeklər üzrə alındığı və həmin qiymətlərlə əldə edildiyi iddia olunurdusa, malların üzərində onların qiymətini, modelini, artikulunu və ya mağaza məlumatını əks etdirən etiketlərin saxlanılması gömrük nəzarəti baxımından daha obyektiv sübut kimi çıxış edə bilərdi. Lakin etiketlərin mallardan ayrılması və sonradan ayrıca təqdim olunması həmin etiketlərlə mallar arasında identifikasiya əlaqəsini zəiflədir. Hazırkı iş üzrə də gömrük orqanı malların dəyərini özbaşına və ya kortəbii şəkildə müəyyən etməmiş, aşkar edilmiş malların qiymətləndirilməsi məqsədilə “əmtəəşünaslıq ekspertizasının təyin edilməsi haqqında” qərar qəbul etmiş, həmin qərar “Azərekspertiza” Birliyinə göndərilmiş və ## #### 2026-cı il tarixli, ** nömrəli mütəxəssis rəyi ilə malların ## ###### 2026-cı il tarixinə olan bazar dəyərinin ümumilikdə 11375 manat olduğu müəyyən edilmişdir. Bu hal inzibati tənbeh vermə haqqında qərarda da ayrıca göstərilmişdir. Bu qiymətləndirmə mahiyyət etibarilə “Gömrük tarifi haqqında” Azərbaycan Respublikası Qanununun 18-ci maddəsində nəzərdə tutulmuş ehtiyat üsulun tətbiqi ilə uyğunluq təşkil edir. Həmin Qanunun 18.1-ci maddəsinə əsasən idxal olunan malların gömrük dəyərini bu Qanunun 13–17-ci maddələrinə əsasən müəyyənləşdirmək mümkün olmadıqda, gömrük dəyəri beynəlxalq təcrübədə qəbul edilmiş ümumi prinsiplərə, habelə Qanunun gömrük dəyərləndirilməsinə dair müddəalarına uyğun vasitələrdən istifadə edilməklə və gömrük ərazisində mövcud olan məlumatlar əsasında müəyyən edilir. Hazırkı iş üzrə malların üzərindəki qiymət və identifikasiya məlumatlarını əks etdirən etiketlərin əvvəlcədən çıxarılması da inzibati xəta tərkibinin qiymətləndirilməsi baxımından əhəmiyyətli haldır. Belə ki, malların üzərində olan etiketlər, bir qayda olaraq, həmin malların yeni alınmış olub-olmamasını, hansı mağazadan və hansı qiymət kateqoriyasında əldə edilməsini, modelini, artikulunu və digər fərdiləşdirici məlumatları müəyyən etməyə imkan verən ilkin identifikasiya vasitələrindən biridir. Şəxs həmin etiketləri malların üzərindən çıxarmış, lakin sonradan onları ayrıca təqdim etmişdir. Bu hal, bir tərəfdən, həmin etiketlərin gömrük baxışı zamanı aşkar edilmiş konkret mallara aid olubolmamasını obyektiv şəkildə yoxlamağı çətinləşdirir, digər tərəfdən isə malların yeni, dəyərli və bəyan edilməli mallar kimi tanınmasının qarşısını almağa yönəlmiş davranış kimi qiymətləndirilməlidir. Bu baxımdan malların “Yaşıl kanal” vasitəsilə keçirilməsinə cəhd edilməsi ilə yanaşı, onların üzərindəki etiketlərin əvvəlcədən çıxarılması həmin malların gömrük orqanına tam, düzgün və şəffaf şəkildə təqdim edilməməsi iradəsini göstərən obyektiv hal kimi nəzərə alınmalıdır. Bu fakt şəxsin malları şəxsi istifadədə olan köhnə əşyalar kimi göstərmək, onların yeni alınmış və dəyərli mallar kimi gömrük nəzarəti zamanı eyniləşdirilməsini çətinləşdirmək və bəyanetmə öhdəliyindən yayınmaq ehtimalını artırır. Ona görə də məhkəmə həmin halı şəxsin xeyrinə deyil, əksinə, malların bəyan edilməməsi və təqdim edilmiş qiymət sübutlarının mötəbərliyinə şübhə yaradan hal kimi qiymətləndirməli idi. Məhkəmə iclasında Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin nümayəndələri şikayətin məzmununa uyğun çıxış edərək əlavə olaraq Humay Göyüşovanın geyim məhsullarının satışı ilə məşğul olduğunu da bildirərək apellyasiya şikayətinin təmin edilməsini xahiş etdilər. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin nümayəndəsi apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Məhkəmə apellyasiya şikayəti ilə əlaqədar inzibati işin materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb, işdə iştirak edən şəxsi dinləyib hesab edir ki, verilmiş şikayət təmin edilməməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli *(*-**)- ****/**** saylı qərarı qanuni və əsaslı olduğundan verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsi tərəfindən qəbul edilmiş ## ##### 2026-cı il tarixli *****/***** nömrəli inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, 1 ədəd bozrəngli çemodanın içərisindən 1 (bir) ədəd üzərində “Prada Milano” yazısı olan ağ rəngli ayaqqabı, 1 (bir) ədəd üzərində "Gucci” yazısı olan ağ qəhvəyi rəngli ayaqqabı 1(ədəd) üzərində “Gucci” yazısı olan qırmızı rəngli çanta, 1 (bir) ədəd üzərində "Burberry” yazısı olan çəhrayı rəngli çanta, 1 (bir) ədəd göy, 1 (bir) ədəd qəhvəyi, 1 (bir) ədəd qara rəngli üzərində “Boss” yazısı olan köynək, 1 (bir) ədəd üzərində “Louis Vuitton" yazısı olan kəmər, 3(üç) ədəd üzərində “Burberry” yazısı olan san rəngli şərf, 1 (bir) ədəd üzərində “Ferragamo” yazısı olan çəhrayı rəngli şərf, üzərində “X2 Greatest” yazısı olan 1 (bir) ədəd 100 ml, 1 (bir) ədəd “La Rive İn Flames” yazısı oian 100 ml ətir, 1 (bir) ədəd üzərində “X8 X3 Luto” yazısı olan 100 ml ətir, 1 (bir) ədəd üzərində “Fine Gold 999.9” yazısı olan 100 mi ətir, 1 (bir) ədəd içərisində “Burberry” yazısı olan gödəkçə, 1 (bir) ədəd üzərində “Gucci” yazısı olan boz rəngli şərf,1 (bir) ədəd pul qabı Azərbaycan Respublikasının vətəndaşı Qərardan şikayət verən orqan (şəxs) barəsində olan iş üzrə Azərbaycan Ticarət Sənaye Palatasının “Azərekspertiza” Birliyinin ## #### 2026-cı il tarixli ** nömrəli mütəxəssis rəyinə əsasən ümumi dəyəri 11375 (on bir min üç yüz yetmiş beş) manat təşkil edən mallara münasibətdə o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmiş və inzibati xətanın bilavasitə obyekti olmuş malların dəyərinin 50 (əlli) % miqdarında, yəni 5687.50 (beş min altı yüz səksən yeddi manat 50 qəpik) manat məbləğində inzibati cərimə tətbiq edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ticarət və Sənaye Palatası “Azərekspertiza” Birliyi tərəfindən qəbul edilmiş ## #### 2026-cı il tarixli 45№-li müxtəsəssis rəyindən görünür ki, Qərardan şikayət verən orqan (şəxs) aid olan malların ümumi dəyəri 11375 (on bir min üç yüz yetmiş beş) manat təşkil edir. Azərbaycan Respublikası Ticarət və Sənaye Palatası “AZƏREKSPERTİZA” Birliyi tərəfindən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsinə ünvanlanmış ## ##### 2026-cı il tarixli, ** saylı nömrəli məktubundan görünür ki, müxətəssis X4 tərəfindən tərtib olunmuş ## #### 2026-cı il tarixli 45 və ** nömrəli müxtəsəssis rəylərində texniki xarakterli səhv aşkar edilmişdir. Yekun məbləğlərin hesablanması zamanı mexaniki toplama səhvinə yol verilmişdir. Yenidən aparılmış hesablamalara əsasən ** nömrəli rəy üzrə yekun cəm 10248 AZN, ** nömrəli rəy üzrə yekun cəm 11375 AZN-dır. Belə ki, İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malların və ya nəqliyyat vasitələrinin bəyan edilməməsinə görə, bu az miqdarda olduqda inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələri müsadirə edilir, yaxud həmin malların və nəqliyyat vasitələrinin dəyərinin qırx faizindən altmış faizinədək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin ## ####### 2013-cü il *** saylı “Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş Qaydaları”nın təsdiq edilməsi barədə Qərar 3.7-ci maddəsinə əsasən fiziki şəxslər istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malları gömrük sərhədindən əl yükündə və (və ya) müşayiət edilən baqajda keçirdikdə və həmin malın gömrük dəyəri bu Qaydaların 2.1.2-ci yarımbəndi ilə müəyyən edilmiş həddən artıq olduqda, alan və ya göndərən şəxs və ya onların səlahiyyətli nümayəndəsi tərəfindən sadələşdirilmiş bəyannamə həmin mal gömrük sərhədinə gətirilənədək əvvəlcədən elektron formada və ya mal gömrük sərhədinə gətirildikdən sonra yazılı (kağız üzərində və ya elektron) formada malların gömrük orqanına təqdim edilməsi ilə eyni vaxtda verilir. Həmin mallar üçün gömrük ödənişləri gömrük rəsmiləşdirilməsi aparılan günə Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən müəyyən edilən məzənnəyə görə manatla hesablanır və yalnız bank, poçt və ya ödəniş kartı vasitəsilə fiziki şəxs tərəfindən elektron ödəmə sistemindən istifadə edilməklə gömrük orqanlarının hesabına köçürülür. Birinci instansiya məhkəməsi gəldiyi qənaətini onunla əsaslandırmışdır ki, “mübahisə predmeti olan mallar faktiki olaraq eyni vaxtda Azərbaycan Respublikasının gömrük sərhədini keçmiş bir ailənin üzvlərinə məxsus olmuşdur. Lakin inzibati icraat zamanı həmin mallar yalnız iki nəfərin adına rəsmiləşdirilmiş, ailənin digər üzvlərinin, o cümlədən azyaşlı şəxsin hüquqları və onlar üçün qanunvericiliklə nəzərdə tutulmuş güzəşt limitləri nəzərə alınmamışdır. Halbuki Nazirlər Kabinetinin *** saylı qərarına əsasən fiziki şəxslər tərəfindən şəxsi istehlak məqsədi ilə gətirilən mallar üzrə 800 ABŞ dolları məbləğində güzəşt limiti hər bir fiziki şəxs üçün ayrıca tətbiq olunur. Bu səbəbdən inzibati orqan tərəfindən faktiki vəziyyətin düzgün müəyyən edilməməsi, malların mənsubiyyətinin yanlış qiymətləndirilməsi və limitlərin natamam tətbiqi iş üzrə qəbul edilmiş qərarın və hüquqi nəticələrin yanlış çıxarılmasına səbəb olmuşdur. Bundan əlavə, Gömrük Məcəlləsinin 304.1 və 304.2-ci maddələrinin məzmunundan aydın olur ki, seçmə yoxlama zamanı yazılı formada bəyan edilməli mallar aşkar edildikdə, şəxslərə sadələşdirilmiş bəyannamə vermək və müvafiq gömrük ödənişlərini ödəmək imkanı yaradılmalıdır. İş materiallarından görünür ki, belə bir imkan şikayətçilərə yaradılmamış, əksinə, gömrük orqanı tərəfindən bu prosedur mərhələsi keçilmədən birbaşa inzibati məsuliyyət tətbiq edilmişdir. Bu isə qanunvericiliyin müəyyən etdiyi ardıcıllığın pozulması və maddi hüquq normasının yanlış tətbiqi deməkdir. Məhkəmə həmçinin qeyd edir ki, gömrük orqanlarının fəaliyyəti Gömrük Məcəlləsinin 40.4-cü maddəsinə uyğun olaraq şəxslərə gömrük qaydalarının tətbiqində yardım göstərilməsi prinsipinə əsaslanmalıdır. Lakin iş üzrə müəyyən edilir ki, şikayətçilərə düzgün bəyanetmə və rüsum ödəmə imkanı yaradılmamış, əksinə, onların hüquqi vəziyyəti ağırlaşdırılmışdır ki, bu da qeyd olunan prinsipə ziddir. Malların gömrük dəyərinin müəyyən edilməsi məsələsinə münasibətdə məhkəmə qeyd edir ki, Gömrük Məcəlləsinin 302.1-ci maddəsinə və “Gömrük tarifi haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinə əsasən malların gömrük dəyərinin müəyyən edilməsinin əsas metodu sövdələşmə qiymətidir və bu zaman malın bəyan edilmiş gömrük dəyərinin təsdiqi üçün fiziki şəxs malın əldə olunmasını təsdiq edən müvafiq sənədləri (çek, hesab sənədi və s.) gömrük orqanlarına təqdim edə bilər. İş materiallarından görünür ki, şikayətçilər tərəfindən malların real alış qiymətini təsdiq edən sənədlərin təqdim olunmasına hazır olduqları bildirilsə də, bu sübutlar nəzərə alınmamış və mallar birbaşa ekspert qiymətləndirilməsinə yönləndirilmişdir. Təqdim olunmuş ekspert rəyi məhkəmə tərəfindən sübut kimi qiymətləndirilərkən onun metodoloji əsaslılığı və etibarlılığı ayrıca yoxlanılmışdır. Araşdırma nəticəsində müəyyən edilmişdir ki, ekspert rəyi obyektiv və əsaslandırılmış hesab edilə bilməz, çünki həmin rəydə qiymətləndirmənin hansı mənbələrə, bazar göstəricilərinə və ya metodoloji əsaslara istinadən aparıldığı göstərilməmiş, nəticələr əsaslandırılmamışdır. Bu xüsusilə Azərbaycan Qiymətləndiricilər Palatasının rəsmi məktubu ilə də təsdiq olunur ki, aparılmış araşdırma nəticəsində müvafiq rəydə metodoloji uyğunsuzluqlar aşkar edilmişdir . Bu səbəbdən həmin ekspert rəyi etibarlı sübut kimi qəbul edilə bilməz və onun əsasında çıxarılmış nəticələr hüquqi qüvvəyə malik hesab edilə bilməz”. Göründüyü kimi, iş materiallarında Qərardan şikayət verən orqan (şəxs) İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi haqqında inzibati tənbeh vermə haqqında qərarın əsaslı olmasını və ya olmamasını təsdiq edən, həmçinin yekun qənaətə gəlmək üçün kifayət qədər sübutlar mövcud deyil. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə onu da qeyd edir ki, şikayətin dəlilləri digər sübutlarla vəhdət təşkil edib uzlaşaraq sübut edilməli olan halları təsdiq etməlidir. İnzibati Xətalar Məcəlləsinin 75-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətmiş şəxs, inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar, inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı, inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar, işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şəraitdən başqa, həm də inzibati xəta törətməkdə şəxsin təqsiri müəyyən edilməlidir. Belə ki, təqsirliliyi sübut etmək yükü məhkəmənin və ya barəsində protokol tərtib edilmiş şəxsin üzərinə düşmür. Bu yük protokol tərtib etmiş səlahiyyətli orqanın üzərinə düşür. İnzibati Xətalar Məcəlləsinin vəzifələri və prinsiplərinə əsasən, məhkəmənin ziddiyyətli və şübhəli məqamların şəxsin ziyanına aradan qaldırıb, barəsində protokol tərtib edilmiş şəxsin ziyanına onun inzibati xəta törətməsini təsdiq edən sübutlar toplamaq yox, həmin şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilib. Belə ki, apellyasiya baxışı zamanı Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin nümayəndəsinin suallarına cavabında nümayəndə Vəkil da təsdiq etdiyi kimi, Qərardan şikayət verən orqan (şəxs) ilə birlikdə geyim malları aşkar edilmiş bacısı Humay Göyüşovanın geyim mallarının satışı ilə məşğul olmasını təsdiq edən MMC-nin qanuni təmsilçisi olması ("xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti, VÖEN: 1507454581) öz təsdiqini tapmışdır. Hazırkı iş üzrə səlahiyyətli orqanın apellyasiya şikayətinin dəlillərinin öz təsdiqini tapması üçün ilk növbədə həmin malların həqiqətən şəxsi istehlak, yoxsa kommersiya məqsədilə gətirilməsi faktı araşdırılmalıdır. Yuxarıda göstərilən hal isə apellyasiya baxışına kimi iş materiallarında mövcud olmamış, bu barədə müvafiq istiqamətdə araşdırma aparılmamışdır. Belə ki, Humay Göyüşovanın qanuni təmsilçisi olduğu həmin MMC-nin mövcudluğu da hazırda Qərardan şikayət verən orqan (şəxs) təqsirli olması barədə yekun qənaətə gəlmək üçün birmənalı əsas olmasa da, göstərilən hal işin birinci instansiya məhkəməsi tərəfindən düzgün olaraq yenidən baxılması üçün göndərilməsi barədə qərara gəlməkdə haqlı olduğunu göstərir. İşin digər mübahisəli halı isə ekspertiza rəyində uyğunsuzluq olması ilə bağlıdır və bu hal da dəqiq nəticə üçün əlavə araşdırmanı zəruri edir. Məhkəmə iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, birinci instansiya məhkəməsi inzibati xəta haqqında işə baxarkən təqdim olunmuş materiallar əsasında inzibati xəta haqqında qanunvericiliyin tələblərinə uyğun olaraq araşdırmış və iş üzrə səlahiyyətli orqanın gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması və İnzibati Xətalar Məcəlləsilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması nəticəsinə haqlı olaraq gəlmişdir. Göründüyü kimi, Qərardan şikayət verən orqan (şəxs) İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı inzibati xəta haqqında iş İnzibati Xətalar Məcəlləsinin tələblərinə əməl edilməklə əlavə araşdırılmalı və yenidən baxılması üçün səlahiyyətli orqana göndərilməldir. Hazırkı vəziyyətdə inzibati xətanın mövcud olması və ya olmaması ilə bağlı işin obyektiv araşdırılması mümkün deyildir. İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.1-ci maddəsinə əsasən, hakimin və ya səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.6-cı maddəsinə əsasən isə bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardır. Məhkəmə qeyd olunanları nəzərə alaraq hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli *(*-**)-****/**** saylı qərarı dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti isə təmin edilməməlidir. İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Yuxarıda göstərilənlərə əsasən və İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli *(*-**)-****/**** saylı qərarı verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan şikayət və protest verilə bilməz.
Məhkəmə qərarları › İş №3(3-6)-1549/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-1549/2026
01.06.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver