Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-1550/2026 01.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi X5 oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Şükürov Rauf Azər oğlunun katibliyi, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsini nümayəndələri X1 və X7, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) nümayəndəsi Vəkil iştirakları ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş şikayətin qismən təmin edilməsi və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin vəzifəli şəxsi tərəfindən qəbul edilmiş Qərardan şikayət verən orqan (şəxs) İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsi ilə cərimə olunmasına dair ##.##.2026-ci il tarixli, EP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və işə yenidən baxılması üçün Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsinə qaytarılmasına dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** saylı qərarından Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Qərardan şikayət verən orqan (şəxs) və sonuncunun müdafiəçisi Vəkil Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsi tərəfindən qəbul edilmiş ## ##### 2026-cı il tarixli qərardan şikayətlə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayətdə qeyd edilmişdir ki, “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin rəisi tərəfindən barəmdə ## ##### 2026-cı il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsi ilə 5124 manat məbləğində inzibati cərimə tətbiq edilməsi haqqında qəbul edilmiş *****/***** nömrəli qərarı (Protokol № *****-00345/26) qanunsuz və əsassız hesab edərək ləğvini xahiş edirəm. Hesab edirəm ki, gömrük orqanı bu qərarı qəbul edərkən hadisənin faktiki mahiyyətini təhrif etmiş, süni xəta tərkibi yaratmış və mütəxəssis rəyindəki aşkar riyazi saxtakarlıqlara göz yummuşdur. Belə ki, ## ###### 2026-cı il tarixdə mən, ailə üzvlərim - bacım Lizbar Göyüşova, anam Aytəkin Qarayeva, dayımın yoldaşı Afaq Qarayeva və onun 11 aylıq olan azyaşlı körpəsi Qarayeva Ayla ilə birlikdə saat 18:36-da J2 ** saylı Milan-Bakı reysi ilə ölkəyə daxil olmuşuq. Səfərimizin məqsədi ailəvi turizm və İtaliyanın outlet mağazalarındakı mövsüm endirimlərindən yararlanaraq şəxsi istifadə üçün geyim və əşyalar almaqdan ibarət olmuşdur. X6 Hava Limanında baqajlarımızı götürüb çıxışa yönələrkən, heç bir gizlətmə üsulu tətbiq etmədən, malları öz orijinal qablaşdırmasında və şəffaf şəkildə, açıq müşahidə olunan tərzdə, adi baqajda daşıdığımız halda, gömrük əməkdaşları tərəfindən seçmə üsulu ilə yoxlanışa dəvət edilmişik. Bu nöqtədə vurğulanmalıdır ki, Gömrük Məcəlləsinin 146-cı maddəsinə və Nazirlər Kabinetinin ## ####### 2013-cü il *** saylı “Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş Qaydaları"nın təsdiq edilməsi barədə Qərarının 1.3.1 və 3.7-ci bəndlərinə əsasən, fiziki şəxslər malları şifahi, yazılı, elektron yolu ilə bəyan etmək hüququna malikdirlər. "Yaşıl kanal"a daxil olmağımız "bəyan edilməli malım yoxdur" kimi mənada qəbul edilməsi inzibati orqan tərəfindən tövsif olunsa da, Qanunvericilikdə verilən izah fərqlidir. Belə ki, həmin *** saylı Qərarın 3.2.-ci bəndinə əsasən "Yaşıl kanal“ buraxılış sistemi fiziki şəxslər tərəfindən malların (müşayiət olunmayan baqajda keçirilən və poçt göndərişlərində göndərilən mallar istisna olmaqla) şifahi formada gömrük orqanlarına bəyan edilməsi üçün nəzərdə tutulur. Şifahi formada bəyan etmənin Azərbaycan dilində mənası yəqin ki, məndə Gömrüyə bəyan olunası mal yoxdur demək deyil”. Əgər sərnişinlər gəliş zalından çıxışa doğru hərəkət edərkən "Yaşıl kanal" buraxılış sistemini seçmişlərsə, Gömrük orqanının yanaşmasına görə, bu kanala daxil olma faktının özü, mütləq qaydada yazılı formada bəyan edilməli olan malların sərnişinin üzərində və baqajında olmamasının şifahi bəyanetmə forması hesab olunur. Lakin hava limanındakı hüquqi reallıq daha mürəkkəb xarakter daşıyır. Belə ki, sərnişinin gömrük nəzarəti zonasında olması, hətta "Yaşıl kanal” xəttini keçdikdən sonra belə, əgər nəzarət seçmə yoxlama formasında həyata keçirilirsə, bəyanetmə prosesinin avtomatik olaraq başa çatması anlamına gəlmir. Üstəlik Gömrük Məcəlləsinin 304.2-ci maddəsi birbaşa müəyyən edir ki, seçmə baxış Zamanı yazılı bəyan edilməli mallar aşkarlandıqda şəxsə sadələşdirilmiş bəyannamə vermək və rüsumu ödəmək imkanı yaradılmalıdır. Bu birbaşa gömrük əməkdaşının vəzifəsidir. Bizim halımızda isə gömrük orqanı bu hüquqi imkanı bloklayaraq, vəziyyəti dərhal inzibati xəta müstəvisinə keçirmişdir. Bu norma həlledici əhəmiyyətə malikdir: qanunverici kanal seçimində yol verilmiş xətanın dərhal inzibati xəta haqqında işin başlanması yolu ilə deyil, rəsmiləşdirmə və ödəniş proseduru vasitəsilə aradan qaldırılması mexanizmini birbaşa təsbit edir." Eyni zaman NK-nın *** saylı Qərarının 3.7 ci maddəsində göstərilir ki, Fiziki şəxslər istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malları gömrük sərhədindən el yükündə və (və ya) müşayiət edilən baqajda keçirdikdə və həmin malın gömrük dəyəri bu Qaydaların 2.1.2ci yarımbəndi ilə müəyyən edilmiş həddən artıq olduqda, alan və ya göndərən şəxs və ya onların səlahiyyətli nümayəndəsi tərəfindən sadələşdirilmiş bəyannamə həmin mal gömrük sərhədinə gətirilənədək əvvəlcədən elektron formada və ya mal gömrük sərhədinə gətirildikdən sonra yazılı (kağız üzərində və ya elektron) formada malların gömrük orqanına təqdim edilməsi ilə eyni vaxtda verilir. Hadisənin real xronologiyası sübut edir ki, yoxlama zamanı mən və ailə üzvlərim tam səmimi və konstruktiv davranmış, malları dərhal təqdim etmiş və onların alış qiymətini təsdiq edən outlet çeklərini, habelə bank tətbiqlərindəki ödəniş çıxarışlarını (faktiki sövdələşmə dəyərini) əməkdaşlara göstərmişik. Lakin gömrük əməkdaşları "sabah gəlib rüsumu ödəyib malları götürərsiniz" vədi ilə bizi yönləndirərək, əslində 5 nəfərə məxsus olan malları süni şəkildə yalnız iki nəfərin (Lizbar və Qərardan şikayət verən orqan (şəxs)lar) adına rəsmiləşdirmişlər. Bu, inzibati hüququn təməl prinsiplərindən olan "legitim gözlənti" və mütənasiblik prinsiplərinin birbaşa pozulmasıdır. Dövlət orqanının yaratdığı hüquqi gözlənti nəticəsində şəxs öz əleyhinə sənədləşməyə razılıq vermiş, sonradan isə həmin sənədlər ona qarşı repressiv vasitə kimi istifadə olunmuşdur. Faktiki olaraq, gətirilən malların siyahısı və kəmiyyəti onların kommersiya məqsədi daşımadığını və 5 nəfərlik ailə üçün minimum fərdi ehtiyac olduğunu birmənalı təsdiq edir. Məsələn, 5 nəfər üçün cəmi 5 cüt ayaqqabı və 8 ədəd geyim əşyasının gətirilməsi hər bir ailə üzvü üçün cəmi 1 vahid mal deməkdir ki, bu da *** saylı Qərarın 1.5-ci maddəsində müəyyən edilmiş "şəxsi istifadə" limitləri daxilindədir. Həmin normaya əsasən, ,,.....Fiziki şəxs özünün və ailə üzvlərinin şəxsi istifadəsi və istehlakı məqsədləri üçün 2 (iki) ədəd eyni və (və ya) eynicinsli malı bu Qaydaların 2.1.2-ci yarımbəndi ilə müəyyən edilmiş hədlər çərçivəsində güzəştli qaydada (gömrük ödənişləri ödəmədən) gömrük sərhədindən keçirmək hüququna malikdir. Fiziki şəxs tərəfindən gömrük sərhədindən keçirilən eyni və (və ya) eynicinsli malların miqdarı 2-dən çox olduqda, güzəştli qaydada (gömrük ödənişləri ödəmədən) gömrük sərhədindən keçiriləcək malların 2-dən çox olan miqdarı bu bənddə göstərilən xüsusiyyətlər əsasında gömrük orqanları tərəfindən müəyyən edilir və müəyyən edilmiş miqdardan artıq keçirilən eyni və (və ya) eynicinsli mallara görə bu Qaydaların 2.1.2-ci və 2.1.4-сü yarımbəndlərində nəzərdə tutulmuş hədlər nəzərə alınmadan gömrük ödənişləri ödənilir” Gömrük orqanının qiymətləndirmə metodu və ekspert rəyi isə hüquqi nihilizm nümunəsidir. Gömrük Məcəlləsinin 302.1-ci maddəsinə əsasən „Malların gömrük dəyəri onları gömrük sərhədindən keçirən fiziki şəxslər tərəfindən həmin mallar bəyan olunarkən bildirilir. Malın bəyan edilmiş gömrük dəyərinin təsdiqi üçün fiziki şəxs malın əldə olunmasını təsdiq edən müvafiq sənədləri (çek, hesab sənədi və s.) gömrük orqanlarına təqdim edə bilər." "Gömrük tarifi haqqında" Qanunun 12-ci maddəsinə uyğun olaraq, malların gömrük dəyərinin müəyyən edilməsinin ilkin və əsas metodu sövdələşmə qiyməti metodudur. Biz göstərilən "Chanel" eynəyi əslində mənim köhnə əşyamdır və səfərdən öncəki fotolar (## ###### 2026) onun yeni olmadığını sübut edir. Ən əsası, ekspert Samir Əliyev yekun cəmin üzərinə heç bir metodoloji əsas olmadan mexaniki olaraq 2000 manat əlavə etmişdir (riyazi saxtakarlıq). Bu fakt rəyin və ona əsaslanan inzibati qərarın hüquqi etibarlılığını tamamilə yox edir. Məhkəmənin diqqətinə çatdırıram ki, İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsi üzrə məsuliyyət yalnız malın bəyan edilməməsi və ya gizlədilməsi (qəsdən yayındırma) halında yarana bilər. Bizim halda mallar gizlədilməmiş, ilk sorğuda təqdim edilmiş və ailə üzvləri arasında faktiki bölüşdürülmüşdür. Gömrük Məcəlləsinin 301.2-ci maddəsi rüsum ödənişi ilə bağlı mübahisə yarandıqda sərnişinə malları geri qaytarmaq (re-eksport) və ya müvəqqəti saxlanca qoymaq hüququ verir. Biz bu hüququmuzdan istifadə etmək istədiyimizi bildirsək də, gömrük orqanı birbaşa cəza mexanizmini seçmişdir. Hesab edirik ki, məsələ ailə tərkibi (5 nəfər x 800 USD limit) nəzərə alınmaqla, real sövdələşmə qiyməti əsasında rəsmi rüsumların ödənilməsi müstəvisində həll edilməli idi.” Qeyd olunanları nəzərə alaraq, qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini, malların gömrük dəyərinin müəyyən edilməsi üçün sövdələşmə qiymətinin əsas götürülməsini, 5 ailə üzvü arasında qiymətin bölünərək, hər birinə tətbiq edilmiş 800 ABŞ dolları limitin çıxılaraq, qalan məbləğə rüsum tətbiq edilməsini, əks halda malların re-eksport edilməsinə şərait yaradılmasını xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** saylı qərarı ilə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş şikayətin qismən təmin edilməsi və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin vəzifəli şəxsi tərəfindən qəbul edilmiş Qərardan şikayət verən orqan (şəxs) İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsi ilə cərimə olunmasına dair ##.##.2026-ci il tarixli, EP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və işə yenidən baxılması üçün Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsinə qaytarılması qərara alınmışdır. Həmin qərardan Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsi apellyasiya şikayəti verərək Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli *(*-**)-****/**** nömrəli qərarının ləğv edilməsi və Qərardan şikayət verən orqan (şəxs) İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsi ilə cərimə olunmasına dair Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin ##.##.2026-ci il tarixli, *****/***** nömrəli inzibati tənbeh vermə haqqında qərarının qüvvədə saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı aşağıda qeyd edilən səbəblərdən əsassızdır. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bu Məcəllədə nəzərdə tutulan hallar istisna olmaqla, gömrük ərazisinə gətirilən və bu ərazidən aparılan bütün mallar və nəqliyyat vasitələri, gömrük rüsumları və vergilərin tutulma obyektləri olub-olmadığından asılı olmayaraq gömrük nəzarətindən keçməlidir. Birinci instansiya məhkəməsi qərarında qeyd etmişdir ki, gömrük nəzarəti zamanı yazılı formada bəyan edilməli malların aşkar edilməsi faktı şəxsin avtomatik olaraq inzibati məsuliyyətə cəlb edilməsi üçün əsas deyil və Gömrük Məcəlləsinin 304.2-ci maddəsinə əsasən seçmə baxış zamanı yazılı bəyan edilməli mallar aşkarlandıqda fiziki şəxsə sadələşdirilmiş bəyannamə vermək və gömrük ödənişlərini ödəmək imkanı yaradılmalıdır. Məhkəmə həmin normanı belə şərh etmişdir ki, “Yaşıl kanal” seçildikdən sonra da bəyanetmə prosesi başa çatmış hesab olunmur və aşkar edilmiş mallara görə məsələ ilk növbədə gömrük rəsmiləşdirilməsi və ödəniş proseduru çərçivəsində həll edilməlidir. Məhkəmənin bu hüquqi mövqeyi Gömrük Məcəlləsinin 300.2, 300.3, 300.4, 304.1 və 304.2-ci maddələrinin, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ####### 2013-cü il tarixli, *** nömrəli Qərarı ilə təsdiq edilmiş Qaydaların 3.2, 3.3 və 3.7-ci bəndlərinin sistemli və məqsədyönlü şərhinə uyğun deyildir. Belə ki, Gömrük Məcəlləsinin 300.1-ci maddəsinə əsasən fiziki şəxslərin malları bəyan etməsinin sadələşdirilmiş qaydasından istifadə etməsi üçün sərhəd buraxılış məntəqələrində “Yaşıl kanal” və “Qırmızı kanal” buraxılış sistemləri tətbiq olunur. Həmin Məcəllənin 300.2-ci maddəsinə əsasən “Yaşıl kanal” buraxılış sistemi fiziki şəxslər tərəfindən malların şifahi formada bəyan edilməsi üçün, 300.3-cü maddəsinə əsasən isə “Qırmızı kanal” buraxılış sistemi mallara dair sadələşdirilmiş bəyannamə verilməklə onların yazılı formada bəyan edilməsi üçün nəzərdə tutulmuşdur. Daha sonra 300.4-cü maddədə imperativ şəkildə müəyyən edilmişdir ki, fiziki şəxslər yazılı formada bəyan edilməli olan malları gömrük sərhədindən “Qırmızı kanal” sistemi tətbiq olunmaqla, onlara dair sadələşdirilmiş bəyannamə verməklə keçirirlər. Bu normaların məzmunundan aydın olur ki, qanunverici fiziki şəxsin sərhəd buraxılış məntəqəsində davranışını iki fərqli hüquqi rejimə ayırmışdır: yazılı bəyan edilməli mallar olmadıqda “Yaşıl kanal”, yazılı bəyan edilməli mallar olduqda isə “Qırmızı kanal”. Buna görə də “Yaşıl kanal”ın seçilməsi sadəcə sərnişinin hərəkət istiqaməti deyil, malların bəyan edilməsi üzrə konkret hüquqi iradə ifadəsidir. Bu yanaşma Gömrük Məcəlləsinin 304.1-ci maddəsində daha da dəqiqləşdirilmişdir. Həmin maddəyə əsasən, fiziki şəxsin mallarını “Yaşıl kanal” buraxılış sistemindən istifadə etməklə gömrük sərhədindən keçirməsi onun əl yükündə və müşayiət olunan baqajında yazılı formada bəyan edilməli malların olmadığı və bu malların gömrük orqanlarına şifahi bəyan edilməsi kimi qəbul edilir. Nəticə etibarilə, “Yaşıl kanal”dan istifadə edilməsi qanunvericilik baxımından hüquqi nəticə yaratmayan hərəkət deyildir. Bu seçim fiziki şəxsin gömrük orqanına “yazılı formada bəyan edilməli mal yoxdur” məzmununda verdiyi şifahi bəyan kimi qəbul olunmalıdır. Buna görə də sonradan seçmə baxış zamanı yazılı formada bəyan edilməli malların aşkar edilməsi həmin şifahi bəyanın obyektiv həqiqətə uyğun olmadığını göstərir. Məhkəmə isə Məcəllənin 304.2-ci maddəsini 304.1-ci maddəsindən təcrid olunmuş şəkildə şərh etmişdir. Halbuki 304.2-ci maddə “Yaşıl kanal”dan istifadə etməklə verilmiş şifahi bəyanın hüquqi nəticəsini aradan qaldırmır. Həmin norma yalnız gömrük orqanının seçmə baxış səlahiyyətini və baxış zamanı aşkar edilmiş malların sonrakı rəsmiləşdirilməsi mexanizmini müəyyən edir. Başqa sözlə, 304.2-ci maddədə göstərilən “fiziki şəxs həmin mallara dair bəyannamə verməli və müvafiq gömrük ödənişlərini ödəməlidir” müddəası aşkar edilmiş malların gömrük nəzarətindən kənarda qalmasının qarşısını almağa, onların rəsmiləşdirilməsini təmin etməyə yönəlmişdir. Bu müddəa şəxsin inzibati məsuliyyətini istisna edən norma kimi şərh oluna bilməz. Çünki inzibati xəta şəxsin yazılı formada bəyan edilməli malları olduğu halda “Yaşıl kanal”dan istifadə etməsi və həmin malları əvvəlcədən bəyan etməməsi anında artıq baş vermiş olur. Əks halda, Gömrük Məcəlləsinin 300.3 və 300.4-cü maddələrinin hüquqi mənası tamamilə aradan qalxmış olar. Çünki belə yanaşmaya görə yazılı formada bəyan edilməli malları olan istənilən fiziki şəxs əvvəlcə “Yaşıl kanal”dan keçməyə cəhd edə, yalnız seçmə baxış zamanı saxlanıldıqda isə bəyannamə verməklə məsuliyyətdən yayınmış hesab oluna bilərdi. Bu isə “Yaşıl kanal” və “Qırmızı kanal” sistemlərinin mahiyyətinə, gömrük nəzarətinin preventiv funksiyasına və bəyanetmə öhdəliyinin məcburi xarakterinə ziddir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ilə təsdiq edilmiş 2013-cü il ## ####### tarixli *** saylı “Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş Qaydaları”da (bundan sonra – Qaydalar) eyni hüquqi nəticəni təsdiq edir. Bu Qaydaların * nömrəli Əlavəsinə əsasən bu Qaydalarla müəyyən edilmiş hədlərdən artıq və ya bu Qaydaların şərtlərinə uyğun olmayan mallar fiziki şəxslər tərəfindən Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilərkən “Qırmızı kanal“ buraxılış sistemi vasitəsilə yazılı formada bəyan edilməlidir. Bu Qaydaların 3.7-ci bəndində isə müşayiət olunan baqajda keçirilən və ümumi gömrük dəyəri 800 ABŞ dollarının ekvivalenti məbləğindən artıq olan mallar üzrə sadələşdirilmiş bəyannamənin mal gömrük sərhədinə gətirilənədək əvvəlcədən elektron formada və ya mal gömrük sərhədinə gətirildikdən sonra yazılı formada malların gömrük orqanına təqdim edilməsi ilə eyni vaxtda verilməli olduğu müəyyən edilmişdir. Bu norma da şəxsin “Yaşıl kanal”dan keçdikdən və seçmə baxışda saxlanıldıqdan sonra artıq aşkar edilmiş mallara görə inzibati məsuliyyətdən azad edilməsini nəzərdə tutmur. Əksinə, Qaydaların 3.7-ci bəndi yazılı bəyanetmənin nə vaxt və hansı qaydada həyata keçirilməli olduğunu müəyyən edir. Şəxs yazılı bəyan edilməli malları olduğu halda “Qırmızı kanal”dan istifadə etməli və sadələşdirilmiş bəyannaməni malların gömrük orqanına təqdim edilməsi ilə eyni vaxtda verməli idi. Bu öhdəlik yerinə yetirilmədikdə və şəxs “Yaşıl kanal” vasitəsilə çıxışa yönəldikdə, artıq gömrük orqanına verilmiş şifahi bəyanın düzgün olmadığı hüquqi fakt kimi formalaşır. Gömrük orqanı şəxsin qanunla müəyyən edilmiş yazılı bəyanetmə öhdəliyini icra etməsinə mane olmamışdır. Əksinə, şəxs yazılı bəyan edilməli malları olduğu halda əvvəlcədən “Qırmızı kanal”ı seçməli və sadələşdirilmiş bəyannamə təqdim etməli idi. Onun “Yaşıl kanal” vasitəsilə çıxışa yönəlməsi isə Gömrük Məcəlləsinin 304.1ci maddəsinə əsasən yazılı formada bəyan edilməli malların olmaması barədə şifahi bəyan kimi qəbul edilir. Məhkəmə müdafiə tərəfinin malların 5 nəfər ailə üzvü üçün nəzərdə tutulması barədə izahını əsas götürsə də, nəzərə almamışdır ki, həmin mallar faktiki olaraq 5 nəfərin ayrı-ayrı baqajlarından deyil, yalnız Qərardan şikayət verən orqan (şəxs) və X2 baqajlarından aşkar edilmişdir. Əlavə olaraq qeyd olunmalıdır ki, Qaydaların 1.5-ci bəndinin tələblərinə əsasən, fiziki şəxslər tərəfindən gömrük sərhədindən keçirilən malların təyinatı fiziki şəxsin səfərinin bütün halları nəzərə alınmaqla, malların gömrük sərhədindən fiziki şəxsin və onun ailə üzvlərinin şəxsi istifadəsi və istehlakı məqsədləri üçün keçirildiyi yəqinləşdirilməklə, onların xassələri, miqdarı, habelə sərhəddən keçirilməsinin mütəmadiliyi əsasında gömrük orqanları tərəfindən müəyyən edilir. Bu baxımdan məhkəmənin malların ümumilikdə ailə üzvləri üçün nəzərdə tutulması barədə müdafiə tərəfinin subyektiv izahına əsaslanaraq inzibati xəta tərkibini aradan qaldırması düzgün hesab edilə bilməz. Belə ki, iş materiallarından göründüyü kimi, mübahisə predmeti olan mallar bütün ailə üzvlərinin ayrı-ayrı baqajlarından deyil, yalnız Qərardan şikayət verən orqan (şəxs) və X2 məxsus baqajlardan aşkar edilmişdir. Bu halda həmin malların sonradan digər ailə üzvləri arasında bölüşdürülməsi barədə verilən izah və ya 5 nəfər ailə üzvünün eyni hərəkət istiqamətindən gəlməsi malların gömrük sərhədindən keçirildiyi anda onların faktiki olaraq kimin baqajında daşınması və kim tərəfindən bəyan edilməli olması faktını dəyişdirmir. Hazırkı iş üzrə isə çoxsaylı brend geyim, ayaqqabı, çanta, şərf, ətir və aksesuarların yalnız iki şəxsin baqajından aşkar edilməsi, Lizbar Göyüşovaya məxsus malların ümumi dəyərinin 11375 manat, Qərardan şikayət verən orqan (şəxs) məxsus malların ümumi dəyərinin 10248 manat təşkil etməsi onların sadəcə olaraq bütün ailə üzvləri üzrə bölünməklə “bəyan edilməli olmayan şəxsi əşyalar” kimi qiymətləndirilməsinə hüquqi əsas vermir. Malların üzərindəki etiketlərin əvvəlcədən çıxarılması da ayrıca qiymətləndirilməlidir. Əgər malların həqiqətən həmin çeklər üzrə alındığı və həmin qiymətlərlə əldə edildiyi iddia olunurdusa, malların üzərində onların qiymətini, modelini, artikulunu və ya mağaza məlumatını əks etdirən etiketlərin saxlanılması gömrük nəzarəti baxımından daha obyektiv sübut kimi çıxış edə bilərdi. Lakin etiketlərin mallardan ayrılması və sonradan ayrıca təqdim olunması həmin etiketlərlə mallar arasında identifikasiya əlaqəsini zəiflədir. Hazırkı iş üzrə də gömrük orqanı malların dəyərini özbaşına və ya kortəbii şəkildə müəyyən etməmiş, aşkar edilmiş malların qiymətləndirilməsi məqsədilə “əmtəəşünaslıq ekspertizasının təyin edilməsi haqqında” qərar qəbul etmiş, həmin qərar “Azərekspertiza” Birliyinə göndərilmiş və ## #### 2026-cı il tarixli, ** nömrəli mütəxəssis rəyi ilə malların ## ###### 2026-cı il tarixinə olan bazar dəyərinin ümumilikdə 10248 manat olduğu müəyyən edilmişdir. Bu hal inzibati tənbeh vermə haqqında qərarda da ayrıca göstərilmişdir. Hazırkı iş üzrə malların üzərindəki qiymət və identifikasiya məlumatlarını əks etdirən etiketlərin əvvəlcədən çıxarılması da inzibati xəta tərkibinin qiymətləndirilməsi baxımından əhəmiyyətli haldır. Belə ki, malların üzərində olan etiketlər, bir qayda olaraq, həmin malların yeni alınmış olub-olmamasını, hansı mağazadan və hansı qiymət kateqoriyasında əldə edilməsini, modelini, artikulunu və digər fərdiləşdirici məlumatları müəyyən etməyə imkan verən ilkin identifikasiya vasitələrindən biridir. Şəxs həmin etiketləri malların üzərindən çıxarmış, lakin sonradan onları ayrıca təqdim etmişdir. Bu hal, bir tərəfdən, həmin etiketlərin gömrük baxışı zamanı aşkar edilmiş konkret mallara aid olub-olmamasını obyektiv şəkildə yoxlamağı çətinləşdirir, digər tərəfdən isə malların yeni, dəyərli və bəyan edilməli mallar kimi tanınmasının qarşısını almağa yönəlmiş davranış kimi qiymətləndirilməlidir. Bu baxımdan malların “Yaşıl kanal” vasitəsilə keçirilməsinə cəhd edilməsi ilə yanaşı, onların üzərindəki etiketlərin əvvəlcədən çıxarılması həmin malların gömrük orqanına tam, düzgün və şəffaf şəkildə təqdim edilməməsi iradəsini göstərən obyektiv hal kimi nəzərə alınmalıdır. Bu fakt şəxsin malları şəxsi istifadədə olan köhnə əşyalar kimi göstərmək, onların yeni alınmış və dəyərli mallar kimi gömrük nəzarəti zamanı eyniləşdirilməsini çətinləşdirmək və bəyanetmə öhdəliyindən yayınmaq ehtimalını artırır. Ona görə də məhkəmə həmin halı şəxsin xeyrinə deyil, əksinə, malların bəyan edilməməsi və təqdim edilmiş qiymət sübutlarının mötəbərliyinə şübhə yaradan hal kimi qiymətləndirməli idi. Apellyasiya baxışı zamanı iştirak edən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsini nümayəndələri X1 və X7 apellyasiya şikayətini müdafiə edərək və onun dəlillərinə uyğun çıxış edərək məhkəmədən şikayətin təmin edilməsini xahiş etdilər. Apellyasiya baxışı zamanı iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) müdafiəçisi Vəkil apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə apellyasiya qaydasında verilmiş apellyasiya şikayəti ilə əlaqədar inzibati işin materiallarını araşdıraraq, proses iştirakçılarının çıxışlarını dinləyərək hesab edir ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin vəzifəli şəxsi tərəfindən qəbul edilmiş Qərardan şikayət verən orqan (şəxs) İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsi ilə cərimə olunmasına dair ##.##.2026-ci il tarixli, EP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və işə yenidən baxılması üçün Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsinə qaytarılmasına dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** saylı qərarı verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariyaepidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllədə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə görə, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə o, təqsiri olmayan hesab edilir. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: ##.##.2026-ci il tarixli, EP seriyalı ******* saylı qərardan görünür ki, Qərardan şikayət verən orqan (şəxs) İXM-nin 482.1-ci maddəsi ilə təqsirli bilinərək, 5124 manat məbləğində inzibati qaydada cərimə tətbiq edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş videogörüntülərdən görünür ki, 5 nəfər (1 nəfər azyaşlı) Heydər Əliyev adına Beynəlxalq Hava limanında yaşıl kanalda saxlanılmış və daha sonra iki nəfər şəxs qırmızı kanala doğru yönəldilərək çantalar açılaraq baxış keçirilmişdir. Azərbaycan Respublikası Ticarət-Sənaye Palatasının "Azərekspertiza" Birliyinin ## #### 2026-cı il tarixli, ** nömrəli mütəxəssis rəyindən görünür ki, Qərardan şikayət verən orqan (şəxs) aid edilmiş malların ümumi bazar dəyəri 10248 (on min iki yüz qırx səkkiz) manat müəyyən edilmişdir. Digər mütəxəssis rəyində isə həmin rəqəm 12248 (on iki min iki yüz qırx səkkiz) manat olaraq müəyyən edilmişdir. Çoxsaylı qəbzlərdən və elektronik invoyslərdən görünür ki, Qərardan şikayət verən orqan (şəxs) tərəfindən İtaliya Respublikasında müxtəlif adda və sayda məhsullar alınmışdır və hər birinin rəsmi sənədləri mövcuddur. Hazırki iş üzrə birinci instansiya məhkəməsinin qərarından görünür ki, məhkəmə hesab etmişdir ki, gömrük nəzarəti zamanı yazılı bəyan edilməli malların aşkar edilməsi faktı özlüyündə şəxsi avtomatik olaraq inzibati məsuliyyətə cəlb etmək üçün əsas deyildir. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 304.2-ci maddəsinə əsasən, Fiziki şəxslərin gömrük sərhədindən güzəştli qaydada keçirdiyi mallara gömrük baxışı seçmə yolu ilə həyata keçirilir. Gömrük baxışı zamanı yazılı formada bəyan edilməli mallar aşkarlandıqda, fiziki şəxs həmin mallara dair bəyannamə verməli və müvafiq gömrük ödənişlərini ödəməlidir. Qanunvericinin bu norma ilə nəzərdə tutduğu ondan ibarətdir ki, "Yaşıl kanal" buraxılış sistemində seçmə yoxlama nəticəsində yazılı bəyan edilməli mallar aşkar olunduqda, ilk növbədə sadələşdirilmiş bəyannamə təqdim edilməsi üçün şərait yaradılmalıdır. Məhkəmə həmçinin qeyd etmişdir ki, iş materialları və şahidlərin izahatları göstərir ki, Qərardan şikayət verən orqan (şəxs) və onun ailə üzvləri yoxlama anından etibarən gömrük əməkdaşları ilə əməkdaşlıq etmiş, malları gizlətməmiş, alış qiymətini təsdiq edən sənədləri təqdim etmişlər. Belə olan halda Gömrük Məcəlləsinin 304.2-ci maddəsi ilə nəzərdə tutulmuş bəyannamə vermə və gömrük ödənişləri alma mexanizminin tətbiq edilməsinin mümkün olub-olmaması, eləcə də həmin Məcəllənin 301.2-ci maddəsi ilə fiziki şəxsə tanınmış "həmin şəxsin seçimi əsasında malların gömrük ərazisindən geri qaytarılması, yaxud müvəqqəti saxlanc anbarında yerləşdirilməsi" hüququnun şəxsə təklif edilib-edilməməsi məsələləri inzibati orqan tərəfindən araşdırılmamışdır. Birinci instansiya məhkəməsinin qərarı ilə razılaşmayan salahiyyətli orqanın apellyasiya şikayətinin əsas dəlilləri qismində məhkəmənin Gömrük Məcəlləsinin 304.2ci maddəsini rəhbər tutuaraq gəldiyi nəticənin həmin Məcəllənin 304.1-ci maddəsi ilə ziddiyyət təşkil etməsi, yəni barəsində icraat aparılan şəxsin yazılı formada bəyan edilməli malların olduğu halda şifahi bəyan edilmə forması kimi “Yaşıl kanal”dan istifadə etməsinin hər bir halda hüquqi nəticə yaratması, başqa sözlə 304.2-ci maddəyə görə sonradan seçmə baxış zamanı yazılı formada bəyan edilməli malların aşkar edilməsinin həmin şifahi bəyanın obyektiv həqiqətə uyğun olmamasını göstərməklə inzibati məsuliyyəti istisna etməməsi göstərilmişdir. Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin 300.1-ci maddəsinə əsasən fiziki şəxslərin gömrük sərhədindən keçirilən malların bəyan edilməsinin sadələşdirilmiş qaydasından istifadə etməsi üçün gömrük sərhəd buraxılış məntəqələrində ikikanallı – “Yaşıl kanal” və “Qırmızı kanal” - buraxılış sistemləri tətbiq olunur. Həmin Məcəllənin 300.2-ci maddəsinə əsasən “Yaşıl kanal” buraxılış sistemi fiziki şəxslər tərəfindən malların (müşayiət olunmayan baqajda keçirilən və poçt göndərişlərində göndərilən mallar istisna olmaqla) şifahi formada bəyan edilməsi üçün nəzərdə tutulur. Həmin Məcəllənin 304.1-ci maddəsinə əsasən “Yaşıl kanal” buraxılış sistemi vasitəsilə mallar güzəştli qaydada, yəni malların gömrük rəsmiləşdirilməsi zamanı bu Məcəllədə nəzərdə tutulmuş gömrük prosedurlarından azad olunmaqla, gömrük ödənişləri alınmadan və ticarət siyasəti tədbirləri tətbiq edilmədən keçirilir. Fiziki şəxsin mallarını “Yaşıl kanal” buraxılış sistemindən istifadə etməklə gömrük sərhədindən keçirməsi, onun əl yükündə və müşayiət olunan baqajında yazılı formada bəyan edilməli malların olmadığı və bu malların gömrük orqanlarına şifahi bəyan edilməsi kimi qəbul edilir. Həmin Məcəllənin 304.2-ci maddəsinə əsasən fiziki şəxslərin gömrük sərhədindən güzəştli qaydada keçirdiyi mallara gömrük baxışı seçmə yolu ilə həyata keçirilir. Gömrük baxışı zamanı yazılı formada bəyan edilməli mallar aşkarlandıqda, fiziki şəxs həmin mallara dair bəyannamə verməli və müvafiq gömrük ödənişlərini ödəməlidir. Həmin Məcəllənin 304.3-cü maddəsinə əsasən “Qırmızı kanal” buraxılış sistemi vasitəsilə mallar sadələşdirilmiş qaydada, yəni malların gömrük rəsmiləşdirilməsi zamanı bu Məcəllədə nəzərdə tutulmuş gömrük prosedurlarından azad olunmaqla, lakin gömrük rüsumları və vergilər alınmaqla, habelə ticarət siyasəti tədbirləri tətbiq edilməklə keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ilə təsdiq edilmiş 2013-cü il ## ####### tarixli *** saylı “Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş Qaydalarının 2.1.2-ci bəndinə əsasən bu Qaydaların 2.1.1-ci yarımbəndində göstərilən mallar istisna olmaqla, Azərbaycan Respublikasının gömrük ərazisinə (bundan sonra – gömrük ərazisi) hər təqvim ayı ərzində bir dəfə gətirilən, ümumi gömrük dəyəri 800 ABŞ dollarının ekvivalenti məbləğindən artıq olmayan mallar üzəştli qaydada (gömrük ödənişlərini ödəmədən) gömrük sərhədindən keçirilə bilər. Məhkəmə apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq qeyd edir ki, sadalanan normalarının tələblərindən göründüyü kimi qanunverici fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş Qaydalarını müəyyən edərkən “Yaşıl kanal” buraxılış sistemi vasitəsilə malların güzəştli qaydada, yəni malların gömrük rəsmiləşdirilməsi zamanı bu Məcəllədə nəzərdə tutulmuş gömrük prosedurlarından azad olunmaqla, gömrük ödənişləri alınmadan və ticarət siyasəti tədbirləri tətbiq edilmədən keçirilməsi imkanını nəzərdə tutumuş, həmin formanı malların gömrük orqanlarına şifahi bəyan edilməsi kimi qəbul etmiş, habelə Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin 304.2-ci maddəsində məhz fiziki şəxslərin gömrük sərhədindən güzəştli qaydada keçirdiyi həmin mallara münasibətdə gömrük baxışının seçmə yolu ilə həyata keçirilməsi və həmin vaxt yazılı formada bəyan edilməli mallar aşkarlandıqda, fiziki şəxsin həmin mallara dair bəyannamə verməsi və müvafiq gömrük ödənişlərini ödəməsi öhdəliyini müəyyən etmişdir. Məhkəmə apellyasiya şikayətinin barəsində icraat aparılan şəxsin yazılı formada bəyan edilməli malların olduğu halda şifahi bəyan edilmə forması kimi “Yaşıl kanal”dan istifadə etməsinin hər bir halda hüquqi nəticə yaratması barədə mövqeni əsassız hesab edir. Çünki müvafiq qanunvericilikdə yazılı bəyan edilməli olduğu halda “Yaşıl kanal”dan istifadə edilməklə keçirilən mallarin bilavasitə inzibati məsuliyyət doğurmasını müəyyən edən qanun normaları öz əksini tapmamış, hətta həmin mallara münasibətdə seçmə yolu ilə gömrük baxışının keçirilməsi, bundan sonra bəyannamənin verilməsi və müvafiq gömrük ödənişlərinin ödənilməsi imperativ tələb kimi müəyyən olunmuşdur ki, yalnız həmin öhdəliyin icra olunmaması müvafiq inzibati xətaya gətirib çıxara bilər. Başqa sözlə, birinci instansiya məhkəməsi işin yenidən araşdırılması qənaətinə gələrkən haqlı olaraq müəyyən etmişdir ki, gömrük nəzarəti zamanı yazılı bəyan edilməli malların aşkar edilməsi faktı özlüyündə şəxsi avtomatik olaraq inzibati məsuliyyətə cəlb etmək üçün əsas deyildir. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 304.2-ci maddəsinə əsasən, Fiziki şəxslərin gömrük sərhədindən güzəştli qaydada keçirdiyi mallara gömrük baxışı seçmə yolu ilə həyata keçirilir. Gömrük baxışı zamanı yazılı formada bəyan edilməli mallar aşkarlandıqda, fiziki şəxs həmin mallara dair bəyannamə verməli və müvafiq gömrük ödənişlərini ödəməlidir. Qanunvericinin bu norma ilə nəzərdə tutduğu ondan ibarətdir ki, "Yaşıl kanal" buraxılış sistemində seçmə yoxlama nəticəsində yazılı bəyan edilməli mallar aşkar olunduqda, ilk növbədə sadələşdirilmiş bəyannamə təqdim edilməsi üçün şərait yaradılmalıdır. Məhkəmə apellyasiya şikayətinin həmin malların faktiki olaraq 5 nəfərin ayrı-ayrı baqajlarından deyil, yalnız Qərardan şikayət verən orqan (şəxs) və X2 baqajlarından aşkar edildiyindən inzibati icraat zamanı yalnız iki nəfərin (Lizbar və Qərardan şikayət verən orqan (şəxs)lar) adına rəsmiləşdirmə aparılması ilə bağlı dəlillərə münasibətdə qeyd edir ki, mübahisələndirilən qərardan göründüyü kimi, birinci instansiya məhkəməsində şahidlərin izahatları ilə müəyyən edilmişdir ki, hadisə zamanı 5 nəfər ailə üzvü (Qərardan şikayət verən orqan (şəxs), Lizbar Göyüşova, X4, X3 və Qarayeva Ayla) Azərbaycan Respublikasının gömrük sərhədini eyni vaxtda keçmişlər və aşkar olunmuş malların mənsubiyyəti barədə şahidlər həmin malların bir hissəsinin şəxsən özlərinə məxsus olduğunu məhkəmə iclasında təsdiq etmişlər. Buna baxmayaraq, inzibati icraat zamanı yalnız iki nəfərin (Lizbar və Qərardan şikayət verən orqan (şəxs)lar) adına rəsmiləşdirmə aparılmış, qalan iştirakçıların hadisədəki iştirakı, mallara olan mülkiyyət iddiası və hər bir ailə üzvünə ayrıca tətbiq olunmalı güzəştli limitlərin nəzərə alınması məsələsi də araşdırılmamışdır. Qeyd olunanlara əsasən apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab edərək məhkəmənin göstərdiyi xüsusatların araşdırılmasının zəruriliyi qeyd edir və apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq mübahisələndirilən qərarın ləğv edilməsi üçün hər hansı əsas müəyyən etmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Məhkəmə qanunvericiliyin tələblərinə və işin faktiki hallarına əsasə belə qənaətə gəlir ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin vəzifəli şəxsi tərəfindən qəbul edilmiş Qərardan şikayət verən orqan (şəxs) İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsi ilə cərimə olunmasına dair ##.##.2026-ci il tarixli, EP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və işə yenidən baxılması üçün Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsinə qaytarılmasına dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** saylı qərarı verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDI: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş şikayətin qismən təmin edilməsi və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin vəzifəli şəxsi tərəfindən qəbul edilmiş Qərardan şikayət verən orqan (şəxs) İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsi ilə cərimə olunmasına dair ##.##.2026-ci il tarixli, EP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və işə yenidən baxılması üçün Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsinə qaytarılmasına dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** saylı qərarı verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan edildiyi vaxtdan dərhal sonra qanuni qüvvəyə minir. Qərar qətidir, ondan şikayət və ya protest verilə bilməz. Hakim Əfqan Ələkbərov
Məhkəmə qərarları › İş №3(3-6)-1550/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-1550/2026
01.06.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver