Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-1551/2026 01.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi İbrahimov Zamin Vəliyəddin oğlunun sədrliyi, məhkəmə iclasının katibi Eminov Azər Elçin oğlunun katibliyi, Azərbaycan Respublikasının DİN-nin Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin nümayəndəsi X2 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) iştirakları ilə, Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarından Azərbaycan Respublikasının Bakı şəhəri DİN-nin Dövlət Yol Polisi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şikayətçi Qərardan şikayət verən orqan (şəxs) şikayət ərizəsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhər Dövlət Yol Polis İdarəsinin ##.##.2026-ci il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və inzibati icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhər Dövlət Yol Polis İdarəsinin inzibati tənbeh vermə haqqında ##.##.2026-ci il tarixli TP seriyalı ******* nömrəli qərarı ilə Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə 100 (yüz) manat məbləğində cərimə olunmuşdur. Belə ki, ##.##.2026-cı il tarixdə idarə etdiyi "Mitsubishi Pajero" markalı **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhəri, Nizami rayonu, Babək prospektində hərəkətdə olduğu zaman svetoforrun yaşıl işığı sarı işığı ilə əvəz olunarkən surət həddimin təxminən saatda 60-70 km olmasını, yolayrıcına isə yaxın məsafədə olduğu üçün hərəkətini davam etdirmişdir. Daha sonra irəlidə xidmət aparan Bakı şəhər DYPİ Müşayiət-Eskort bölüyü YPX inspektoru R X1 tərəfindən saxlanılmışdır. Bundan sonra R.Əlişov şikayətçiyə saxlanılma səbəbinin svetoforrun qırmızı işığında hərəkət etməyi ilə bağlı olduğunu bildirmiş, bu səbəbdən müəyyən edici məlumatlarını əldə edərək şikayətçiyə müvafiq protokol tərtib edəcəyini diqqətinə çatdırmışdır. Şikayətçi isə öz növbəsində inspektora yuxarıda qeyd etdiyi səbəbdən avtomobili saxlamadığını, eləcə də svetoforun qırmızı işığında keçmədiyini bildirmiş və tətbiq olunacaq protokoldan şikayət edəcəyini qeyd etmişdir. O isə şikayətçiyə qərarsız protokol tətbiq edəcəyini və 10 gün ərzində istənilən instansiyaya şikayət edə biləcəyini vurğulamış və barəsində ##.##.2026-ci il tarixli IXP ******* nömrəli protokolu tərtib etmişdir. Daha sonra şikayətçi "epolis" mobil tətbiqindəki şəxsi kabinetinə daxil olaraq sözügedən protokoldan ##.##.2026-cı il tarixdə müvafiq qaydada Bakı şəhər BDYP-ya şikayət etmişdir (*-**-**-*/*-Q-*****/**/**** nömrəli müraciət qeydə alınmışdır). Əlavə olaraq, hazıradək həmin şikayət bağlı şikayətçiyə rəsmi cavab göndərilməmişdir. Lakin ##.##.2026-cı il tarixdə "AsanPay" tətbiqindən şikayətçiyə sözügedən protokolun qərarının qeydə alındığına dair bildiriş daxil olmuşdur (##.##.2026-ci il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında Qərar). Hesab edir ki, Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin ##.##.2026-cıil tarixli TP seriyalı ******* nömrəli inzibati tənbeh barədə çıxardığı qərar qanunsuz və əsassızdır, buna görə də ləğv edilməlidir. Qərarın qəbul olunarkən şikayətçinin iştirakı təmin edilməmiş, şikayətçiyə məlumat verilməmiş və heç bir video görüntü təqdim edilməmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı ilə Qərardan şikayət verən orqan (şəxs) şikayəti təmin edilmiş, Bakı şəhər DYPİ-nin ##.##.2026-cı il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilmiş və inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Həmin qərardan Azərbaycan Respublikasının DİN-nin Bakı şəhər Dövlət Yol Polisi İdarəsi apellyasiya şikayəti verərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarının ləğv edilməsini, Qərardan şikayət verən orqan (şəxs) şikayətinin təmin edilməməsini və Bakı şəhər DYPİ-nin ##.##.2026-cı il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. Apellyasiya məhkəməsində Azərbaycan Respublikasının DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin nümayəndəsi X2 apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin olunmasını, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** saylı qərarının qanunsuz və əsassız olduğundan ləğv edilməsini və şəxsin inzibati məsuliyyətə cəlb edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) verilmiş şikayətə etiraz edərək təmin edilməməsini və Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarının qüvvədə saxlanılmasını xahiş etdi. Məhkəmə, apellyasiya qaydasında verilmiş şikayətin dəlillərini işin materialları ilə birgə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Bakı şəhər Xətai Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı ləğv edilməli, Qərardan şikayət verən orqan (şəxs) şikayəti təmin edilməməli və Bakı şəhər DYPİ-nin ##.##.2026-cı il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılmalıdır. İşin faktiki halları: Bakı şəhər DYPİ tərəfindən tərtib olunmuş ##.##.2026-cı il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, Qərardan şikayət verən orqan (şəxs) ##.##.2026-cı il tarixində 17:50-də “Mitsubishi Pajero minik” markalı, **-BB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsi əsas gətirilərək barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən 100 manat məbləğində cərimə tətbiq edilmişdir. Bakı şəhər DYPİ-nin nümayəndəsinin apellyasiya məhkəməsinə təqdim etdiyi video görüntüdən görünür ki, Qərardan şikayət verən orqan (şəxs) ##.##.2026-cı il tarixində, saat 17:50-də “Mitsubishi Pajero minik” markalı, **-BB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkəti davam etdirərək inzibati xəta törətmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə - yüz manat məbləğində cərimə edilir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunu: 60-cı maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici siqnalı verildikdə sürücülər nəqliyyat vasitələrini stop-xətt (1.12 yol xətti) qarşısında (əgər bu xətt yoxdursa, piyadaların hərəkətinə maneə törətmədən kəsişən yolun hərəkət hissəsi qarşısında), piyada keçidi qarşısında, digər yolayrıclarında isə svetofor qarşısında dayanmalıdırlar: 1) yolayrıcında — kəsişən yolun hərəkət hissəsi qarşısında (bu Qanunun 76-cı maddəsinin dördüncü hissəsini nəzərə almaqla); 2) bu Qanunun 44-cü maddəsinin üçüncü hissəsinə uyğun olaraq dəmiryol keçidi qarşısında; 3) başqa yerlərdə — hərəkətinə icazə verilən nəqliyyat vasitələrinə və piyadalara maneə yaratmadan svetofor və ya nizamlayıcı qarşısında. 60-cı maddənin IV bəndinə əsasən, svetoforun sarı işığı yandıqda və ya nizamlayıcı qolunu yuxarı qaldırdıqda nəqliyyat vasitəsini kəskin tormozlamadan bu maddənin ikinci və üçüncü hissələrində müəyyən edilən yerlərdə saxlaya bilməyəcək sürücülərə hərəkəti davam etdirməyə icazə verilir. Siqnal verilərkən yolun hərəkət hissəsində olan piyadalar keçidi boşaltmalı, bu mümkün olmadıqda isə, nəqliyyat vasitələrinin əks istiqamətli hərəkətlərini ayıran xəttin üzərində dayanmalıdırlar Məhkəmə birinci instansiya məhkəməsinin qərarı ilə razılaşmayaraq qeyd edir ki, Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində göstərilən inzibati xəta törətmişdir. Belə ki, apellyasiya məhkəməsində icraat zamanı təqdim və tədqiq olunmuş videogörüntüdən açıq-aşkar görünür ki, Qərardan şikayət verən orqan (şəxs) ##.##.2026-cı il tarixində, saat 17:50-də idarə etdiyi “Mitsubishi Pajero minik” markalı, **-BB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə svetafora yaxınlaşan zaman sfetaforun yaşıl işığının yanıb sönməsinə əhəmiyyət verməyərək, hərəkətini davam etdirir və bu zaman svetaforun qadağanedici işarəsi verilən zaman hərəkətini davam etdirir. Həmin zaman avtomobilin arxasında uzaqda nəqliyyat vasitəsinin gəldiyi müşayiət olunur və həmin avtomobillə “Mitsubishi Pajero minik” markalı, **-BB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin arasında kifayət qədər məsafənin olması müəyyən edilir. Məhkəmə qeyd olunan işin faktiki hallarına məcmu halda qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin şəxsin əməlində inzibati xəta tərkibinin olmaması və inzibati icraata xitam verməsi kimi gəldiyi mövqe ilə razılaşmaq olmaz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Həmin Məcəllənin 137.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest üzrə qəbul edilmiş qərardan fiziki şəxs, yetkinlik yaşına çatmayanın qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, habelə müdafiəçi və nümayəndə tərəfindən verilən şikayətə, habelə prokurorun protestinə məhkəmələrdə bu Məcəllədə müəyyən edilmiş qaydada və müddətdə baxılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.2-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq, bu Məcəllənin 135.1.2-135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.1-ci maddəsinə əsaən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.2-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması; 135.1.3-cü maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi 135.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Odur ki, məhkəmə yekun olaraq belə nəticəyə gəlir ki, Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi iş üzrə toplanmış mötəbər sübutların məcmusu ilə kifayət qədər təsdiq olunduğundan, şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin göstərilən maddələri ilə təqsirli bilinərək tənbeh olunmalıdır. Belə ki, Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə 100 (yüz) manat məbləğində cərimə olunması barədə Bakı şəhər Dövlət Yol Polis İdarəsinin inzibati tənbeh vermə haqqında ##.##.2026ci il tarixli, TP seriyalı ******* nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8. inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Həmin Məcəllənin 134.1.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında qərar qəbul edilə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-136-cı maddələri rəhbər tutularaq, məhkəmə QƏRARA ALDI: Azərbaycan Respublikasının DİN-nin Bakı şəhər Dövlət Yol Polisi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı ləğv edilsin. Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə 100 (yüz) manat məbləğində cərimə olunması barədə Bakı şəhər Dövlət Yol Polis İdarəsinin inzibati tənbeh vermə haqqında ##.##.2026-ci il tarixli TP seriyalı ******* nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərar qətidir, ondan şikayət və ya protest verilə bilməz.
Məhkəmə qərarları › İş №3(3-6)-1551/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-1551/2026
01.06.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver