Məhkəmə qərarları › İş №3(3-6)-1552/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-1552/2026

01.06.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-1552/2026 01.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi Məmmədov Murad Akif oğlunun sədrliyi ilə, Məhkəmə iclas katibi Nağıyeva Milana Varis qızının katibliyi Qərardan şikayət verən orqan (şəxs) şikayətinin qismən təmin edilməsi, Qərardan şikayət verən orqan (şəxs) IXM-in 266.3-cü maddəsi ilə cərimə olunmasına dair Bakı şəhəri Nərimanov Rayon Polis Idarəsi 18-ci Polis Şöbəsi tərəfindən qəbul edilmiş ## ###### 2026-cı il tarixli, EPQ ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və işə yenidən baxılması Bakı şəhəri Nərimanov Rayon Polis Idarəsi 18-ci Polis Şöbəsinə tapşırılması dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarından barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdim: Şikayətçi Qərardan şikayət verən orqan (şəxs) Bakı şəhəri Nərimanov Rayon Polis Idarəsi 18- ci Polis Şöbəsi tərəfindən qəbul edilmiş ## ###### 2026-cı il tarixli, EPQ ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv olunması və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsinə dair şikayətlə məhkəməyə müraciət etmişdir. Şikayətini onunla əsaslandırmışdır ki, Təbriz küçəsi 21 ünvanında yerləşən qeyri yaşayış sahəni təmin edən zaman sahə müvəkkili Qərardan şikayət verən orqan (şəxs) ofisinə gələrək qanunsuz olaraq Inzibati Xətalar Məcəlləsinin 266.3-cü maddəsinə əsasən 300 manat cərimə yazmışdır. Guya ki, Qərardan şikayət verən orqan (şəxs) ətrafa zibil atmış, o heç bir zibil atmamışdır. Həmin zibil deyilən əşyalar kağız olmuşdur. Həmin kağızlarda ona məxsus sahəyə atılmışdır. Sahə müvəkkili qanunsuz və əsassız, onun iştirakı olmadan cərimə yazmışdır. Bu barədə 102 xidmətinə və polis orqanına şikayət etsə də, şikayətinə baxılmır. Ona zəng olunaraq onu qanunsuz olaraq idarəyə dəvət edirlər. Qərardan şikayət verən orqan (şəxs) məcbur olub qərarın ləğv edilməsi üçün məhkəməyə şikayət vermişdir. Qeyd edilən qərar ona təqdim edilmədiyi üçün Qərardan şikayət verən orqan (şəxs) e polis tətbıqinə çıxarışları şikayətinə əlavə edir. Qərardan şikayət verən orqan (şəxs) tərəfindən vaxtından polis orqanına elektron qaydada şikayət edilmişdir. Buna görədə qərardan şikayət verilmə müddəti buraxılmamışdır. Şikayətinə baxılmadığı və cavab verilmədiyi üçün tərəfindən ##.##.2026-cı il tarixdə məhkəməyə şikayət verilmişdir. Məhkəmədən Bakı şəhəri Nərimanov Rayon Polis Idarəsi 18-ci Polis Şöbəsi tərəfindən qəbul edilmiş ## ###### 2026-cı il tarixli, EPQ ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarı ilə şikayət qismən təmin edilmiş, Qərardan şikayət verən orqan (şəxs) IXM-in 266.3-cü maddəsi ilə cərimə olunmasına dair Bakı şəhəri Nərimanov Rayon Polis Idarəsi 18-ci Polis Şöbəsi tərəfindən qəbul edilmiş ## ###### 2026-cı il tarixli, EPQ ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilmiş və işə yenidən baxılması Bakı şəhəri Nərimanov Rayon Polis Idarəsi 18-ci Polis Şöbəsinə tapşırılmışdır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarından barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxs Qərardan şikayət verən orqan (şəxs) apellyasiya qaydasında şikayət verərək Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarının ləğv edilməsini, inzibati iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayətin dəlilləri və tərəflərin çıxışları: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, mülkiyyətində olan qeyri yaşayış sahəsi mənim tərəfindən vəkil kabineti kimi icarəyə verilmişdir. Icarə müqaviləsi iş materiallarına əlavə edilmiş və bu barədə məhkəməyə geniş izahat verilmişdir. Lakin məhkəmə tərəfindən həmin hallara hüquqi qiymət verilməmişdir. Onun və obyektdə fəaliyyət göstərən icarədar tərəfindən ətrafa heç bir zibil atılmamışdır. Videoda görünən karton qutular barədə bildirir ki, cərimə yazılan günü vəkil tərəfindən ofisə bayraqlar alınmışdır. Karton qutularda bayrağların qutusu olmuşdur. Videodan görünür ki ofisinin qarşısında zibil qabı var. Karton qutuları zibil qabına qoymaq mümkün olmamışdır. Karton qutular zibil qabının yanına qoyulmuşdur ki, xadimə oradan götürüb aparsın. Mənkhəmə zamanı cərimə tətbiq edən polis əməkdaşı bildirmişdir ki həmin qutular pizza qutulardır. Məhkəməyə təqdim edilmiş şəkil və videodan görünür ki qutular bayrağın qutuları olmuşdur. Buna görədə məhkəmənin qərarı ləğv edilməli və başlanılmış inzibati iş üzrə icraata xitam verilməlidir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar olunmuş tərəflər məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məlumat verməmişdir. Apellyasiya instansiyası məhkəməsi şikayətə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Işin halları və hüquqi məsələlər: Məhkəmə apellyasiya qaydasında verilmiş şikayət ilə əlaqədar inzibati işin materiallarını araşdırıb hesab edir ki, verilmiş şikayət təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilərək yeni qərar qəbul edilməlidir. Məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlməmişdir. Belə ki, iş materiallarına əlavə edilmiş Bakı şəhəri Nərimanov Rayon Polis Idarəsi 18-ci Polis Şöbəsi tərəfindən qəbul edilmiş ## ###### 2026-cı il tarixli, EPQ ******* nömrəli qərarından görünür ki, Qərardan şikayət verən orqan (şəxs) tərəfindən məişət tullantılarının tutumlardan kənar yerə atılması müəyyən edilmişdir. Nəticədə Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası Inzibati Xətalar Məcələsinin 266.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş və 300 manat cərimə edilmişdir. Məhkəmə inzibati xəta hadisəsinin Qərardan şikayət verən orqan (şəxs) tərəfindən törədilməsi ilə bağlı sübutları kifayət qədər hesab etmir. Sübutetmə yükü ilə bağlı inzibati xətalar qanunvericiliyinin prinsipləri birmənalıdır. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ və II hissələrinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafıəsinə təminat verilir. Ümumdünya Insan Hüquqları Bəyannaməsinin 8-ci maddəsində deyilir «Hər bir insan Konstitusiyasının, yaxud qanunun ona verdiyi əsas hüquqların pozulması hallarında bu hüquqların səlahiyyətli milli məhkəmələr tərəfindən bərpa edilməsi hüququna malikdir». Bu müddəa məhkəmə təminatı ilə bağlı Konstitusiyanın 60-cı maddəsində öz əksini tapmışdır. Konstitusiyanın bu maddəsi ilə vətəndaşların həm Konstitusiya ilə təsbit edilmiş hüquqlarının və azadlıqlarının, həm də Azərbaycan Respublikasının qanunlarında və digər normativ hüquqi aktlarında nəzərdə tutulmuş hüquqlarının və azadlıqlarının məhkəmələrin müdafiəsi altında olmasına təminat verilir. Bu təminat bir tərəfdən, hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər bir tərəfdən isə məhkəmələrin həmin müraciətlərə baxmaq və onlara dair ədalətli qərar qəbul etmək vəzifəsini müəyyən edir. Avropa Insan Hüquqları Məhkəməsi Karelin Rusiyaya qarşı işi üzrə (##.##.2016) qəbul etdiyi qərarında Avropa Insan Hüquqları Konvensiyasının 6-cı maddəsinin (ədalətli məhkəmə araşdırması hüququ) qərəzsizlik tələbinə riayət olunmaması ilə əlaqədar pozuntu baş verdiyini qərara almışdır. Həmin maddəyə görə “hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə ... işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Inzibati xəta haqqında protokolda rəsmiləşdirən məmurun məhkəmədə işə baxılarkən inzibati xətaya görə təqsiri sübut etmək səlahiyyətinə malik olmadığını, ittihamedici orqanın və ya rəsminin olmaması şəraitində isə ona qarşı ittihamın sübut edilməsi yükünün bütünlükdə hakimin üzərinə düşdüyünü, bunun isə hakimə müdafiə tərəfinin ifadələrini rədd etmək üçün proprio motu arqumentlər axtarmaqdan başqa yol qoymadığını qeyd etmişdir. O, bunun öz növbəsində sübutların qiymətləndirilməsində balansı pozduğunu, nəticədə onun Avropa Insan Hüquqları Konvensiyası ilə nəzərdə tutulan ədalətli məhkəmə araşdırması hüququnun pozulduğu göstərilmişdir. Iş üzrə yeganə sübut kimi istinad edilmiş inzibati protokola münasibətdə məhkəmə qeyd edir ki, iş üzrə düzgün nəticəyə gəlinməsi, şəxsin təqsirliliyinin sübut edilməsi üçün bu yetərli deyildir. Şərh olunan əsaslara məhkəmə hesab edir ki, Qərardan şikayət verən orqan (şəxs) təqsiri Inzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada sübuta yetirilməmişdir. Inzibati məsuliyyətə cəlb olunmuş şəxsin təqsirini sübut etməyə borclu olan orqan isə onun təqsirli olmasını mötəbər sübutlarla sübuta yetirə bilməmişdir. Beləliklə, məhkəmə, inzibati məsuliyyətə cəlb olunmuş şəxsin öz təqsirsizliyini sübut etməyə borclu olmadığını, onun təqsirli olması barəsində olan şübhələrin onun xeyrinə həll olunduğunu, inzibati orqanın xətanı təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etmədiyini, işin obyektiv hallarını və yuxarıda sadalanan qanunun imperativ tələblərini nəzərə alıb belə qənaətə gəlir ki, başlanılmış inzibati xəta haqqında iş üzrə icraata barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsirliliyi sübuta yetirilmədiyindən xitam verilməlidir. Azərbaycan Respublikası IXM-nin 135.1.5-1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Azərbaycan Respublikası IXM-nin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Qeyd olunanlara görə məhkəmə hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, MMC-in Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 518.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətməkdə təqsirli bilinərək tənbeh edilməsinə dair ##.##.2026-cı il tarixli qərarı ləğv edilməli, inzibati xəta haqqında iş üzrə icraata barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsirliliyi sübuta yetirilməməsi əsası ilə xitam verilməlidir. Şərh olunanları və Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 134.1.3-cü maddəsini rəhbər tutaraq, Qərara aldı: Apellyasiya şikayəti təmin edilsin. «Qərardan şikayət verən orqan (şəxs) şikayətinin qismən təmin edilməsi, Qərardan şikayət verən orqan (şəxs) IXM-in 266.3-cü maddəsi ilə cərimə olunmasına dair Bakı şəhəri Nərimanov Rayon Polis Idarəsi 18-ci Polis Şöbəsi tərəfindən qəbul edilmiş ## ###### 2026-cı il tarixli, EPQ ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və işə yenidən baxılması Bakı şəhəri Nərimanov Rayon Polis Idarəsi 18-ci Polis Şöbəsinə tapşırılmasına dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarı ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata Azərbaycan Respublikası IXM-in 53.2-ci maddəsinə əsasən, yəni barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsirliliyi sübuta yetirilməməsi əsası ilə xitam verilsin. Qərar elan olunduğu andan dərhal sonra qüvvəyə minir. Qərar qətidir, şikayət və ya protest verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar