Məhkəmə qərarları › İş №3(3-6)-1553/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-1553/2026

01.06.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-1553/2026 01.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi X3 oğlunu sədrliyi, Məhkəmə iclasının katibi Şükürov Rauf Azər oğlunun katibliyi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi yanında X4 Xidmətinin Hüquq İdarəsinin nümayəndəsi X1 iştirakı ilə, Hüquqi şəxs “UNİVERSAL POLİQRAF” MMC barəsində Azərbaycan Respublikası İXMin 539.3-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata bu Məcəllənin 53.1.6cı maddəsinə əsasən xitam verilməsinə dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin *(*-**)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarından Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Hüquq İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası ƏƏSMN yanında X4 Xidmətinin Bakı şəhər idarəsi tərəfindən “UNİVERSAL POLİQRAF” MMC barəsində Azərbaycan Respublikasının İXM-in 539.3-cü maddəsi ilə tərtib edilərək baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilmiş ##.##.2026-cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, vətəndaş X2 şikayəti əsasında Azərbaycan Respublikası Əmək Məcəlləsinin 15.2-ci maddəsinə əsasən müəssisəyə ##.##.2025-ci il tarixli, 3- **-*/*- ******/**** nömrəli məktub göndərilərək sənədlərin 7 iş günü ərizndə göndərilməsi tələb olunsa da, sənədlər ##.##.2026-cı il tarixədək təqdim edilməməklə hüquqi şəxs tərəfindən Azərbaycan Respublikası İXM-in 539.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törədilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** saylı qərarı ilə hüquqi şəxs “UNİVERSAL POLİQRAF” MMC barəsində Azərbaycan Respublikası İXM-in 539.3-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata bu Məcəllənin 53.1.6-cı maddəsinə əsasən xitam verilməsi qərara alınmışdır. Həmin qərardan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Hüquq İdarəsi apellyasiya şikayəti verərək Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** saylı qərarının ləğv edilməsi və "UNİVERSAL POLIQRAF"MMC barəsində X4 Xidmətinin Bakı Şəhəri İdarəsi ##.##.2026-cı il tarixli, MN ******* saylı inzibati xəta haqqında iş üzrə qərarının qüvvədə saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, vətəndaş X2 şikayəti əsasında X4 Xidmətinin Bakı Şəhəri İdarəsi tərəfindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 15.2ci maddəsinə əsasən “UNİVERSAL POLIQRAF” MMC-yə ##.##.2025-ci il tarixli, 17-5/2- 112709/2025 məktub ünvanlanmış və məktubda qeyd olunan sənədlərin 7 iş günü ərzində Xidmətin Bakı şəhər İdarəsinə təqdim edilməsi tələb olunmuşdur. Lakin məktubun çatdırılmasına baxmayaraq sənədlər təqdim olunmamışdır. Göründüyü kimi “UNİVERSAL POLIQRAF” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilnəsi təsdiq edilmişdir. Odur ki, Xidmətin Bakı Şəhər İdarəsi tərəfindən “UNİVERSAL POLIQRAF” MMC barəsində tərtib edilmiş ##.##.2026-cı il tarixli, MN ******* nömrəli protokol qanuni və əsaslıdır. Beləliklə, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, 3(5- **)-****/**** nömrəli qərarı qəbul edilərkən qanunvericilik normaları düzgün tətbiq edilməmişdir. Xidmət tərəfindən inzibati xəta haqqında protokol tərtib edilərkən "UNİVERSAL POLIQRAF" MMC-nin əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibinin bütün əlamətlərinin mövcud olduğu aşkar edilmiş və sübuta yetirilmişdir. Apellyasiya baxışı zamanı iştirak edən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi yanında X4 Xidmətinin Hüquq İdarəsinin nümayəndəsi X1 apellyasiya şikayətini müdafiə edərək məhkəmədən şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məhkəməyə məlumat vemrəmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab edir. Məhkəmə verilmiş apellyasiya şikayəti ilə əlaqədar inzibati işin materiallarını araşdıraraq hesab edir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Hüquq İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, “UNİVERSAL POLİQRAF” MMC barəsində Azərbaycan Respublikası İXM-in 539.3-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata bu Məcəllənin 53.1.6-cı maddəsinə əsasən xitam verilməsinə dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin *(*- **)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarı verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 4-cü maddəsinə görə, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 75-ci maddəsinə görə , inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: inzibati xəta hadisəsi; inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri; inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci dörd ay keçənədək verilə bilər. Həmin Məcəllənin 53.1.6-cı maddəsinə əsasən bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1 və 430.4-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” ##.##.2019-cu il tarixli Qərarına əsasən, məhkəmələr Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş əməlin törədildiyini müəyyən edərkən nəzərə almalıdırlar ki, “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyrirezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları” ilə müəyyən edilmiş müddət ərzində mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə, habelə ödənilmiş məbləğ geri qaytarılmadıqda, növbəti gün inzibati xətanın törədilməsi günü hesab edilir. Bu halda Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinə əsasən inzibati tənbeh, inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. (Qeyd: ##.##.2023- cü il tarixdə qüvvəyə minmiş dəyişikliyə qədər İXM-in 38.1-ci maddəsində həmin müddət üç ay, dəyişiklikdən sonra dörd ay müəyyən olunmuşdur.) İş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Bakı şəhər idarəsinin ##.##.2025-ci il tarixli, *-**-*/*-******/**** nömrəli məktubundan görünür ki, vətəndaş X2 “UNİVERSAL POLİQRAF” MMC-də əmək hüquqlarının pozulması barədə müraciətinə baxılması ilə əlaqədar müraciətə münasibət bildirilməsi və müvafiq sənədlərin (əmək müqaviləsinin surəti, iş vaxtının uçot tabeli, əmək müqaviləsinə xitam verilməsinə dair müvafiq sənədlər və vətəndaşın müraciətində qeyd etdiyi məsələyə dair cavab məktubu və s.) 7 iş günü ərzində X4 Xidmətinin Bakı şəhər idarəsinə təqdim edilməsi xahiş edilmişdir. X4 Xidmətinin ASİS-dən əldə edilmiş çıxarışından görünür ki, sorğu məktubu ##.##.2025-ci il tarixdə “UNİVERSAL POLİQRAF” MMC-nin elektron kabinetinə yerləşdirilmişdir. Birinci instansiya məhkəməsi inzibati xəta haqqında işin icraatəna xitam verərkən səlahiyyətli orqan tərəfindən inzibati xəta haqqında protokolda inzibati xətanın törədildiyi tarix və vaxt göstərilməsə də, bu faktın Avtomatlaşdırılmış sosial informasiya sistemi üzərindən çıxarış ilə təsdiq olunması barədə qeydini, habelə “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 62.2-ci maddəsinə əsasən elektron üsulla göndərilmiş inzibati aktın göndərildiyi gündən 3 gün keçdikdən sonra maraqlı şəxsə təqdim olunmuş sayılmasına dair müddəanın hazırkı iş üzrə səlahiyyətli orqanla işəgötürən arasında mübadilə edilən elektron sənədlərin çatdırılması müddəti kimi qəbul edilə biləcəyini nəzərə alaraq və iş materiallarını nəzərdən keçirərək hesab etmişdir ki, ##.##.2025-ci il tarixli, *-**-*/*-******/**** nömrəli müvafiq sənədlərin tələb edilməsinə dair məktubun hüquqi şəxsə rəsmi qaydada çatdığı vaxt ##.##.2025-ci il kimi müəyyən edilməli, bu vaxtdan sonrakı 7 iş günü müddətində hüquqi şəxs tərəfindən səlahiyyətli orqanın tələbi yerinə yetirilmədikdə inzibati xəta sonuncu gündən sonrakı gün, yəni ##.##.2025-ci il tarixdə törədilmiş hesab edilməlidir. Bununla da İXM-in 539.3-cü maddəsi ilə inzibati xətanın baş vermə günündən, yəni ##.##.2025-ci il tarixdən inzibati məsuliyyətə cəlb etmə müddətinin axımının başlanması nəzərə alınaraq, yuxarıda qeyd edilən işin halları və sadalanan normalara əsasən barəsində protokol tərtib edilmiş hüquqi şəxsə münasibətdə təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməlin (hərəkət və ya hərəkətsizlik) törədilməsindən hazırkı vaxtadək artıq İXM-in 539.3-cü maddəsinə münasibətdə dörd aylıq inzibati məsuliyyətə cəlb etmə müddəti keçmişdir. Apellyasiya instansiya məhkəmə inzibati işin materiallarını bir daha araşdıraraq hesab edir ki, “UNİVERSAL POLİQRAF” MMC-nin İXM-in 539.3-cü maddəsinə münasibətdə dörd aylıq inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyindən birinci instansiya məhkəməsi inzibati xəta haqqında işin icraatına xitam verilməsi barədə düzgün nəticəyə gəlmiş, öz qərarında gəldiyi nəticəni əsaslandırmış və apellyasiya şikayəti həmin qərarın ləğv edilməsi üçün əsas ola bilməz. İXM-in 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Beləliklə, sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Hüquq İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, “UNİVERSAL POLİQRAF” MMC barəsində Azərbaycan Respublikası İXM-in 539.3-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata bu Məcəllənin 53.1.6-cı maddəsinə əsasən xitam verilməsinə dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin *(*- **)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarı verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 134.1.1-ci maddəsini rəhbər tutaraq QƏRARA ALDI: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi yanında X4 Xidmətinin Hüquq İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Hüquqi şəxs “UNİVERSAL POLİQRAF” MMC barəsində Azərbaycan Respublikası İXMin 539.3-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata bu Məcəllənin 53.1.6cı maddəsinə əsasən xitam verilməsinə dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin *(*-**)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarı verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan edildiyi vaxtdan dərhal sonra qanuni qüvvəyə minir. Qərar qətidir, qərardan şikayət və ya protest verilə bilməz. Hakim Əfqan Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar