Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 3(3-6)-1555/2026 01.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi İbrahimov Zamin Vəliyəddin oğlunun sədrliyi, məhkəmə iclasının katibi Eminov Azər Elçin oğlunun katibliyi ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərardadından «xxxx” MMC-i tərəfindən verilmiş apellyasiya şikayətinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin *(*-**)-****/**** nömrəli, ## #### 2026cı il tarixli qərarına əsasən «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinmiş və barəsində inzibati xətanın bilavasitə obyekti olmuş 14000.00 ABŞ dolları valyuta vəsaiti məbləğinin 20 (iyirmi) faizi miqdarında, 2.800 ABŞ dolları (qərar çıxarılan günü manata olan məzənnə ilə) məbləğində cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. Qeyd olunan qərardan “xxxx” MMC-i tərəfindən ##.##.2026-cı il tarixində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə apellyasiya şikayəti və qərardan apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin üzürlü hesab edilərək bərpa edilməsi barədə vəsatət daxil olmuşdur. Vəsatət onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin *(*-**)-l***/**** saylı, ## #### 2026-cı il tarixli qərarı “xxxx” MMC-yə göndərilməmişdir, şirkət bu qərarın mövcudluğundan ümümiyyətlə xəbərdar olmamışdır, yalnız icra məmurunun şirkətə göndərdiyi icra barədə qərarından sonra qərarın mövcudluğu barədə xəbəri olmuşdur. Bundan sonra şirkətin nümayəndəsi tərəfindən məhkəməyə müraciət edilərək ##.##.2026-cı il tarixdə qərar əldə olunmuşdur. Verilmiş şikayətin müddətinin ötürülməsinə dair vəsatətin təmin edilməsi xahiş edilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərardadı ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarından şikayətçi «xxxx” MMC-i tərəfindən verilmiş apellyasiya şikayəti vermə müddətinin bərpa olunmasına dair vəsatət rədd edilmişdir. Həmin qərardaddan «xxxx” MMC-i apellyasiya şikayəti verərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərardadının ləğv edilməsini və verilmiş müddətin bərpası ilə bağlı ərizənin təmin edilməsini xahiş etmişdir. Apellyasiya baxışı zamanı tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə qanunvericiliklə müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş, gəlməməsi barədə məhkəməyə məlumat verməmişdirlər. Bu səbəbdən məhkəmə şikayətə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, məhkəmə hesab edir ki, şikayət təmin edilməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərardadı ləğv edilməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarından şikayətçi «xxxx” MMC tərəfindən verilmiş apellyasiya şikayəti vermə müddətinin bərpa olunmasına dair vəsatət təmin edilməli, apellyasiya qaydasında şikayətin verilməsi üçün buraxılmış prosessual müddət bərpa edilməli, iş materialları növbəti prosessual hərəkətlərin yerinə yetirilməsi üçün inzibati işin materialları birinci instansiya məhkəməsinə göndərilməlidir. Məhkəmə şikayətin dəlilləri ilə razılaşaraq qeyd edir ki, iş materiallarında ##.##.2026cı il tarixli, 3(004)–*****/**** nömrəli qərarın «xxxx” MMC-ə təqdim edilməsi barədə heç bir sübut aşkar edilməmişdir. Məhkəmə qərardaddan apellyasiya qaydasında verilmiş şikayəti, müddətin bərpa edilməsinə dair ərizəni iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, prosessual müddət üzrlü səbəblərdən ötürüldüyündən bərpa edilməlidir. Azərbaycan Respublikası İXM-in 130.1-ci maddəsinə əsasən qərarın surəti həmin Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. İş materiallarında olan məhkəmə qəbzinin məzmunundan görünür ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarının surəti ## ### 2026-cı il tarixdə şikayətçi «xxxx” MMC-nin nümayəndəsinə təqdim olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; Məcəllənin 135.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Qeyd edilənlər və şikayətin dəlillərinə əsasən məhkəmə hesab edir ki, şikayət təmin edilməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərardadı ləğv edilməli, «xxxx” MMC-nin Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarından apellyasiya qaydasında verdiyi şikayət müddət üzrlü səbəblərdən ötürülməklə verildiyindən müddətin bərpasına dair ərizə təmin edilməli, iş materialları növbəti prosessual hərəkətlərin yerinə yetirilməsi üçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1.6-cı maddəsini rəhbər tutaraq, məhkəmə qərara aldı: «xxxx” MMC tərəfindən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərardadından verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərardadı ləğv edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarından apellyasiya şikayəti verilməsi üçün nəzərdə tutulmuş prosessual müddətin bərpa edilməsinə dair ərizə təmin edilsin. İş materialları növbəti prosessual hərəkətlərin edilməsi üçün Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə qaytarılsın. Qərardad qətidir, ondan şikayət və ya protest verilə bilməz.
Məhkəmə qərarları › İş №3(3-6)-1555/2026
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №3(3-6)-1555/2026
01.06.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver